 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5194
93508.8 Xal
|
Göndərilib: ç.a. May 15, 2007 9:36 pm Mesaj mətni: Ana ve Uşaq Saglamlıgı |
|
|
Körpəniz gündüzlər yatdığı üçün gecələr oyaq qalır?
Elə isə, aşağıdakılara əməl etməklə həm özünüzü, həm də körpənizi bu qayğıdan xilas edə bilərsiniz.
1. Əvvəlcə körpənizi sabahdan başlayaraq, səhər erkəndən olmaq şərti ilə hər gün eyni saatda oyandırmağa çalışın.
2. Yatağını pəncərənin yaxınına qoyun və pərdəni aralı saxlayın ki, günün işığı onun oyanmasına yardımçı olsun.
3. Günorta yatırdığınız zaman hava qaralmazdan əvvəl oyadın. Belə etsəniz, o, gündüzlər oyanmanın, axşamlar isə yatmağın vacib olduğunu anlayacaq.
4. Körpənizi axşamlar da eyni saatda yatırın.
Göstərilən rejim bir az vaxtınızı alsa da, məqsədinizə nail olandan sonra körpəniz də, siz də rahatlıq tapacaqsınız.
_________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Aygun Yeni Forumçu


Daxil ol: Apr 10, 2004 Mesajlar: 195
3061.2 Xal
|
Göndərilib: C.a. May 17, 2007 12:23 am Mesaj mətni: uşaq |
|
|
Uşağım olanda bunları gəlib oxuyaram birdə  |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5194
93508.8 Xal
|
|
| Əvvələ qayıt |
|
Manolita V.I.P


Daxil ol: Apr 29, 2007 Mesajlar: 385
10046.3 Xal
|
Göndərilib: C.a. May 17, 2007 2:10 am Mesaj mətni: Re: uşaq |
|
|
| elif-elif yazıb: |
| Aygun yazıb: |
Uşağım olanda bunları gəlib oxuyaram birdə  |
Yatmasa, seni Elif Xalana verecem de tez yatar qorxudan  |
 |
|
| Əvvələ qayıt |
|
goktas Yeni Forumçu


Daxil ol: Jun 16, 2007 Mesajlar: 6 Şəhər/ölkə: istanbul/ TÜRKİYE 132.1 Xal
|
Göndərilib: B. İyun 17, 2007 1:25 am Mesaj mətni: |
|
|
| OLUNCA DENEYECEĞİM |
|
| Əvvələ qayıt |
|
arzu_35 Yeni Forumçu


Daxil ol: Jun 13, 2007 Mesajlar: 20 Şəhər/ölkə: izmir 485.7 Xal
|
Göndərilib: Ş. İyun 23, 2007 1:24 am Mesaj mətni: |
|
|
 |
|
| Əvvələ qayıt |
|
konpak Yeni Forumçu


Daxil ol: Jun 21, 2007 Mesajlar: 4
79.4 Xal
|
Göndərilib: Ş. İyun 23, 2007 2:53 pm Mesaj mətni: teşekkürler |
|
|
gerçekten hepsi de doğru valla
ellerin dert görmesin kardeş
emeğine yüreğine sağlık |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5194
93508.8 Xal
|
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B.e. İyun 25, 2007 1:50 am Mesaj mətni: |
|
|
USAQLAR BIZIM GELECEYIMIZDIR GELIN USAQLARA QAGI GOSTEREK ELIF XANIM SIZIN DE BU GOZEL MOVZUNUZ UCUN TESEKUR EDIREM _________________ SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 156 Şəhər/ölkə: İstanbul 6250.2 Xal
|
Göndərilib: B. Avq. 12, 2007 8:19 pm Mesaj mətni: |
|
|
| Elif yazıb: |
Ana südü körpə üçün bütün qidalardan önəmlidir.
Ona görə də mütəxəssislər körpənin ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər. Sonradan əlavə qidalar verməyə başlayarkən əsasən meyvələrə üstünlük vermək lazımdır. Meyvələrin tərkibindəki vitaminlər “ölməsin” deyə onu təzə-təzə, yəni bişirmədən və çıxarılmış şirəsini çox saxlamadan körpəyə vermək faydalıdır.
Portağal, mandarin, alma, armud, heyva və banan kimi meyvələrə yazda da rast gəlinir. Bu meyvələrdən uyğun olaraq, körpəniz üçün müxtəlif cür qidalar hazırlaya bilərsiniz. Lakin meyvələri seçərkən diqqət edin ki, çürük olmasın. 4-cü aydan başlayaraq, körpələrə veriləcək meyvələrin başında alma durur. Tərkibi 50-80% su, 20-25% karbohidratdan ibarət olan alma C, A, B vitaminləri ilə zəngindir. Alma körpənizə 50-60% kalori verir. İçindəki pektin maddəsi ishalın müalicəsində çox faydalıdır.
Körpələrə alma suyu və ya püresini hazırlamaq üçün: qabıqları soyulmuş almanın çəyirdəklərini təmizləyib, şüşə sürtgəcdən keçirin. Sürətlə oksidləşdiyindən süzərək çöküntüsünü çıxarın və o andaca körpənizə verin. Meyvə sularında lazımi qədər şəkər olduğundan artıq şəkər əlavə etməyə ehtiyac yoxdur. Körpəyə veriləcək meyvələrdən biri də banandır. Tərkibində 50-60 % su olan bananda 20% karbohidrat var. C və A vitaminləri ilə zəngindir. Bananı az miqdarda süd və ya meyvə suyu ilə qarışdıraraq əzib, sürtgəcdən keçirdikdən sonra körpənizə içirin.
Körpənizə dişləri çıxmağa başlayanda meyvələri gəmirə biləcəyi şəkildə hazırlayıb verə bilərsiniz.
Körpənizin gün ərzində ehtiyacları
Protein: gündə 2 qaşıq yumurta sarısı, bir parça ət, süzmə pendir.
Kalsium: pendir, qatıq kimi kalsiumla zəngin qidalar.
Taxıl məhsulları və digər karbohidratlar
Mərci, lobya püresi, yaxud yarım dilim kəpəkli çörək.
Vitaminlər: kartof, kök, brokolidən hazırlanmış püre.
Yağ: süd və süd məhsulları.
Dəmir: dəmir əskikliyi ilə əlaqədar meydana çıxan qanazlığını aradan qaldırmaq üçün yumurta sarısı, bəhməz məsləhətdir. |
köçürüldü _________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 156 Şəhər/ölkə: İstanbul 6250.2 Xal
|
Göndərilib: B. Avq. 12, 2007 8:21 pm Mesaj mətni: |
|
|
| mahsum_ yazıb: |
Ana südü körpə üçün bütün qidalardan önəmlidir.
Ona görə də mütəxəssislər körpənin ilk Ə ay ərzində yalnız ana südü ilə qidalanmasını məsləhət görürlər. Sonradan əlavə qidalar verməyə başlayarkən əsasən meyvələrə üstünlük vermək lazımdır. Meyvələrin tərkibindəki vitaminlər “ölməsin” deyə onu təzə-təzə, yəni bişirmədən və çıxarılmış şirəsini çox saxlamadan körpəyə vermək faydalıdır.
Portağal, mandarin, alma, armud, heyva və banan kimi meyvələrə yazda da rast gəlinir. Bu meyvələrdən uyğun olaraq, körpəniz üçün müxtəlif cür qidalar hazırlaya bilərsiniz. Lakin meyvələri seçərkən diqqət edin ki, çürük olmasın. 4-cü aydan başlayaraq, körpələrə veriləcək meyvələrin başında alma durur. Tərkibi 50-80% su, 20-25% karbohidratdan ibarət olan alma C, A, B vitaminləri ilə zəngindir. Alma körpənizə 50-60% kalori verir. İçindəki pektin maddəsi ishalın müalicəsində çox faydalıdır.
Körpələrə alma suyu və ya püresini hazırlamaq üçün: qabıqları soyulmuş almanın çəyirdəklərini təmizləyib, şüşə sürtgəcdən keçirin. Sürətlə oksidləşdiyindən süzərək çöküntüsünü çıxarın və o andaca körpənizə verin. Meyvə sularında lazımi qədər şəkər olduğundan artıq şəkər əlavə etməyə ehtiyac yoxdur. Körpəyə veriləcək meyvələrdən biri də banandır. Tərkibində 50-60 % su olan bananda 20% karbohidrat var. C və A vitaminləri ilə zəngindir. Bananı az miqdarda süd və ya meyvə suyu ilə qarışdıraraq əzib, sürtgəcdən keçirdikdən sonra körpənizə içirin.
Körpənizə dişləri çıxmağa başlayanda meyvələri gəmirə biləcəyi şəkildə hazırlayıb verə bilərsiniz.
Körpənizin gün ərzində ehtiyacları
Protein: gündə 2 qaşıq yumurta sarısı, bir parça ət, süzmə pendir.
Kalsium: pendir, qatıq kimi kalsiumla zəngin qidalar.
Taxıl məhsulları və digər karbohidratlar
Mərci, lobya püresi, yaxud yarım dilim kəpəkli çörək.
Vitaminlər: kartof, kök, brokolidən hazırlanmış püre.
Yağ: süd və süd məhsulları.
Dəmir: dəmir əskikliyi ilə əlaqədar meydana çıxan qanazlığını aradan qaldırmaq üçün yumurta sarısı, bəkməz məsləhətdir. |
köçürüldü _________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 156 Şəhər/ölkə: İstanbul 6250.2 Xal
|
Göndərilib: B. Avq. 12, 2007 8:22 pm Mesaj mətni: |
|
|
| mahsum_ yazıb: |
Bugünkü mövzumuzu analara ünvanlamışıq. Daha dəqiq desək, anaları ən çox narahat edən, gündəlik qarşılaşdıqları bir mövzuya toxunacağıq. Körpə uşaq üçün ən xeyirli qida sayılan ana südündən sonra uşağın menyüsünü müəyyənləşdirməklə, uşağın yeməklə bağlı problemlərini həll etməklə bağlı suallara cavab axtaracağıq.
Mövzuya keçməzdən əvvəl nəzərinizə çatdırım ki, körpə uşaqların yeməyini ayrıca bişirmək lazımdır. Bəzi analar uşaq bir qədər böyüyən kimi, ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidir. Bu cür yemək yeyən uşaqlar bir qayda olaraq, solğun, xəstə görkəmində olurlar. Bundan başqa, uşağın qab-qacağı ayrı olmalıdır. Bu qabdan böyüklər istifadə etməməlidir.
Südəmər uşağın birinci yeməyi, ilk baxışda qəribə görünsə də, çaydır. Uşağa itburnu çayı, ya da adi çay vermək lazımdır. İtburnu dəmləməsini aşağıdakı qaydada hazırlamağınız məsləhətdir. Quru itburnu meyvələrini yaxşıca yuyun, çaydana töküb 5 dəqiqə qaynadın. Ya da termosa töküb, üstünə qaynar su əlavə edib, 6-7 saat saxlayın. İlk növbədə qeyd edək ki, uşağı yeməyə tədricən öyrəşdirmək lazımdır. Nəzərə alın ki, uşağa yeməyi 3 ayından sonra vermək lazımdır. Həmin müddətə qədər isə yalnız ana südü ilə qidalanması məsləhətdir. İlk növbədə vitaminli və yüngül sayılan, tez həzm olunan qidalara üstünlük verin. Məsələn, həkimlə məsləhətləşərək, alma, armud, yerkökü, pomidor şirəsi verə bilərsiniz. Əlavə yeməyi qaşıqla verməyiniz məsləhətdir. Bundan başqa, uşaq yeməyi kimi, kartof püresi və manna məsləhət görülür.
Bəs yeni yemək uşağın xoşuna gəlmədiyi halda nə etməli? Körpənin ilk gündən xoşu gəlmədiyi yeməyi bir daha ona vermək olarmı? Yaxud uşağın xoşlamadığı yeməyi ona zorla yedizdirmək olarmı? Heç vaxt uşağa yeməyi zorla verməyin. Lakin uşağın hər hansı bir yeməyi birinci dəfə rədd etdiyini görüb bu fikirdən birdəfəlik daşınmayın. Nəzərə alın ki, həssas uşaqlar yeni yeməyi adətən qəti surətdə rədd edirlər. Uşağın nə üçün bu yeməyi istəmədiyini aydınlaşdırın və mümkün qədər həmin səbəbi aradan qaldırın. Yeməyin nəinki hazırlanması qaydasının, habelə fərdi zövqün də əhəmiyyəti böyükdür.
Böyüklər bu və ya digər yeməkdə nəyin xoşuna gəlib-gəlmədiyini bilirlər. Odur ki, ana yeməyin nə üçün uşağın xoşuna gəlmədiyini özü təyin etməlidir.
Uşaq yeməyi nə üçün çox vaxt rədd edir? Bəzən südəmər uşaqlar şirin yeməkləri xoşlayırlar. Şirin olmayan hər şeyi ağızdan çıxarır (məsələn, çay şirin olmadıqda içməkdən imtina edirlər) və yaxud körpəlikdən azca turş qidanı (məsələn, bir-iki damcı limon şirəsi tökülmüş çayı) xoşlayırlar.
Bəzən uşaq müəyyən yeməyin dadını xoşlamır. Məsələn, yerkökünü çiy halda xoşlayır, bişirdikdə isə bəyənmir. Bəzən də uşaq yeni yeməyi ona görə xoşlamır ki, o, yaxşı əzilmədiyindən ağzına iri tikə düşüb ürəyini bulandırır və ya qusdurur. Uşağı həmişəki vaxtda yedizdirmədikdə, yaxud onu anası yox, başqa bir adam yedizdirdikdə də yemək istəmir və s.
Adətən, südəmər uşaqlar yeni yeməyi görəndə şıltaqlıq edirlər. Lakin uşaq almanın dadına öyrəşibsə, sonralar almanı, həmçinin qalan meyvə və tərəvəzi də həvəslə yeyəcək. Ana yeməyin uşağın yaşına uyğun hazırlanmasına ciddi fikir verməlidir. Südəmər uşağa sıyıq vermək vaxtı çatanda, onu həm qatı, həm də duru bişirmək olar, lakin çox durulaşdırmaq olmaz.
Bir çox analar bəzi yeməkləri uşaq böyüyəndə də ancaq şirin olduqda yeyəcəyini nəzərə alıb, şəkər qatırlar. Lakin ana şəkəri tədricən azaltdıqda südəmər uşaq şəkər qatılmış yeməkdən asanlıqla əl çəkir. Uşaqlar çox nadir hallarda ailənin başqa üzvlərindən fərqli olaraq, şirin yeməyi xoşlayırlar. Bu, xalis fərdi zövqdür və buna mane olmaq lazım deyil. Böyük adamın, ümumiyyətlə, şirin yeməyi xoşlamaması və yeməməsindənsə, uşağın onu iştahla yeməsi daha faydalıdır. Ana yadda saxlamalıdır ki, şəkərin normada verilməsi uşağa heç bir zərər yetirməz.
Bəzi analar uşağın istədiyi yeməyi ona verməyə qorxurlar ki, onun istəyinə əməl etsələr, gələcəkdə şıltaq və vasvası olar. Həm də ana belə güman edir ki, südəmər uşaq dad bilmir, bu, onun ancaq şıltaqlığıdır.
Hər bir uşağın özünün anadangəlmə dadbilmə qabiliyyəti olduğu ilk gündən özünü göstərir: yeni doğulmuş uşaqlardan biri çayı şəkərsiz içir, o biri isə şirin xoşlayır. Bu xüsusiyyəti nəzərə almaq lazımdır. Həm də uşaq düzgün tərbiyə olunarsa, o yeməyə qarşı vasvası olmayacaq. Anadangəlmə dadbilmə daimi və dəyişməyən xüsusiyyət deyil; dadbilmə qabiliyyətinə təsir edib onu inkişaf etdirmək olar. Uşağın gələcəkdə hansı yeməyi xoşlayacağı tərbiyədən asılıdır. Uşağı düzgün tərbiyə etmədikdə və ya onu zorla yedizdirdikdə onda bəzi yeməklərə qarşı ikrah hissi əmələ gəlir.
Təzə yeməkdən istifadə etməyin qaydasına gəlincə isə, onu əvvəlcə əlavə yemək kimi vermək lazımdır. Uşağa həmişəki yeməkdən verərkən bir qaşıq da təzə yeməkdən verin. Belə edərsinizsə, təzə yemək uşağın xoşuna gəlmədikdə belə o, ac qalmaz. Uşaq təzə yeməkdən bir qaşıq yeyənə qədər bu cür yemək qaydasını davam etdirmək lazımdır.
Anaları çox zaman uşağın iştahası narahat edir. Bu problemlə qarşılaşan analar ilk növbədə bilməlidirlər ki, uşağı zorla yedirtmək olmaz. Nəzərə almaq lazımdır ki, yeməyə can atmaq anadangəlmə ən güclü instinktlərdən biridir. Deməli, iştahanın olması anadangəlmə deyil. Bu, çox zaman valideynlərlə bağlı olur. Onların bu sahədə uşağı düzgün anlamamasının nəticəsidir.
Əksər analar uşaq həddən artıq çox yedikdə rahatlanırlar. Və hesab edirlər ki, onların övladları sağlam böyüyür. Əslində isə bu, belə deyil. Uşaq lazım olduğundan artıq yedikdə, orqanizmə çox yük düşür və uşaq pis inkişaf edir. Bundan başqa, xəstə uşağa zorla yemək verməkdən çəkinin. Uşaq xəstələnəndə yalnız meyvə və kəmşirin çayla da ötüşmək olar.
Uşağa müstəqil yeməyi öyrədin. Bunu uşaq stol arxasında müstəqil oturmağı bacaranda edin. Belə ki, uşağı müvafiq hündürlükdə stulda əyləşdirin. İmkan daxilində qaşığı uşağın əlinə verin. Düzgün yeməyi göstərərək, nəzarət edin. Bir müddət anasının müşahidəsi altında yemək yedikdən sonra uşaq sərbəst və düzgün qidalanmaq vərdişinə yiyələnəcək.
Nəhayət, uşağı stolun arxasında düzgün oturmağı öyrədin. Bunun üçün lap əvvəldən ona lazımi vərdişlər aşılamaq lazımdır. Əvvəla, uşağa öyrətmək lazımdır ki, yemək yeyəndə stoldan durmaq, yaxud ayaq üstə yemək olmaz. Uşaqdan stolun arxasında tərpənməyib oturmağı birdən-birə tələb etmək olmaz, lakin o, yemək yeyəndə bir neçə dəfə stolun arxasından durarsa və anasının sözünə baxmayıb təzədən stola qayıtmırsa, yeməyi götürmək lazımdır. Uşağa stoldan durub başqa yerdə yemək üçün xörəyi özü ilə aparmasına, oynaya-oynaya yeməsinə icazə vermək olmaz.
Uşaq lap əvvəldən qaşığı düzgün tutmalıdır. Uşaq qaşığı əlinə düzgün götürməyibsə, çox incəliklə əlində düzəltmək lazımdır. Doğrudur, ilk günlər uşaq stolun arxasında düz oturanda bəzən yeməyi qaşıqdan yerə salsa da, bu vəziyyətdə səliqəli yeməyə tez öyrəşir. Uşağı kasaya və ya boşqaba tərəf çox əyilmiş vəziyyətdə oturmağa qoymaq olmaz.
şerhler |
köçürüldü _________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 156 Şəhər/ölkə: İstanbul 6250.2 Xal
|
Göndərilib: B. Avq. 12, 2007 8:24 pm Mesaj mətni: |
|
|
| Elif yazıb: |
Bəzi uşaqlar mütəmadi olaraq diqqəti cəlb etmək istədikləri üçün iştahasızlıq onlar üçün bir vasitə ola bilər.
Uşağınız iştahasızdırsa, narahat olmayın və onu yeməyə məcbur etməyin. Bu, ötəridir, keçib gedəcək. Yeməkdən əvvəl verilən şirin şeylər - şokoladlar, konfetlər də onun iştahasına mane olur. Lakin uşağınız acıbsa, yemək vaxtını gözləməyin. Çünki acan uşağı təkidlə yemək saatına qədər saxlamağın nəticəsi yaxşı olmayacaq - iştahası “qaçacaq”. Əgər xörək hələ bişməyibsə, hazır məhsullardan əlüstü də olsa, ona verin ki, iştahası qaçmasın. Süfrədə uşağınızı öz ixtiyarına buraxmaqla sərbəstliyini təmin edin. Uşağı süfrədə danlamaq “yeməyi niyə gec yeyirsən?” deyə ona acıqlanmaq da düzgün deyil.
Kiçikyaşlı uşaqlara istədiyi və lazım olan xörəkləri hazırlamaq onların sağlamlığı üçün çox vacibdir. Belə ki, uşaq çox yeməməli, əksinə, arzu etdiyi və lazım olan qidaları almalıdır.
Ailədə olan xoşagəlməz münasibətlərin də uşaqların xarakterində rolu böyükdür. Evdə baş verən gərginlik uşaqların iştahasının kəsilməsinə səbəb olan amillərdəndir.
Valideynləri tərəfindən tez-tez döyülən və xəstələnən uşaqlarda da iştahasızlıq meydana çıxır. Uşağın boşqabına yeyə biləcəyi qədər xörək qoyun və iştahalarının artması üçün açıq havada gəzdirin... |
köçürüldü _________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 156 Şəhər/ölkə: İstanbul 6250.2 Xal
|
Göndərilib: B. Avq. 12, 2007 8:25 pm Mesaj mətni: |
|
|
| mahsum_ yazıb: |
butun bu nmovzular cox aktualdi xususende usaqlarin yemek yememeyi usaqlarin yemek yememediklerinin esas sebebi de onlarin saatlarla televizor qarsisinda oturub televizor izlemeleridir Bu-Britaniyada aparılan son tədqiqatın nəticəsidir. Nəticələr «Bioloq» elm jurnalında çap olunub. Araşdırma müəllifləri iddia edirlər ki, televizora çox baxmaq görmə qabiliyyətini zəiflədir, piylənməyə, vaxtından qabaq cinsi yetkinliyə və psixi təcridliyə səbəb olur.
Araşdırmanın nəticələrinə görə, televizora baxmaq orqanizmdə melotonin hormonunun yaranmasına mane olur, bu isə immun sisteminə mənfi təsir göstərir. Alimlərin fikrincə, televizora çox baxmaq uşaqlarda yuxu pozulmasına gətirib çıxarır. |
köçürüldü _________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
KaRTaNeSii Azeri.net Sevdalısı


Daxil ol: Aug 01, 2007 Mesajlar: 1141 Şəhər/ölkə: istanbul 20081.6 Xal
|
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|