Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Molla Nesreddin
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Yumor

Yeni mövzu aç   Cavab göndər
Molla Nesreddin
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
snake_jump
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: May 02, 2005
Mesajlar: 1

56.2 Xal

MesajGöndərilib: B. İyun 03, 2007 6:38 pm    Mesaj mətni: Molla Nesreddin Sitatla cavab ver


Demeli 1 gun Molla Nesreddinnen sorusurlar ki:
-Molla emi,niye gore camahat mescidde namaz qilandan sonra cixib heresi bir terefe dagilir??
Molla biraz derin dusundukden sonra deyir:
- A bala hami 1 yere getse dunya ashar axi Very Happy
Bilirem shitdi biraz ama men oldum ilk defe bunu esidende gulmekden=))
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Manolita
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Apr 29, 2007
Mesajlar: 385

10046.3 Xal

MesajGöndərilib: B. İyun 03, 2007 11:44 pm    Mesaj mətni: Sitatla cavab ver

Sadece qeydiyyatlı istifadeçiler görebiler.

Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Baku
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: May 18, 2007
Mesajlar: 143

3375.8 Xal

MesajGöndərilib: B. İyun 03, 2007 11:50 pm    Mesaj mətni: Daha men sağaldım Sitatla cavab ver

DAHA MƏN SAĞALDIM
Molla azarladığı vaxt qohum-qardaşları ona baş çəkməyə gəlirlər. O qədər otururlar ki, Molla lap darıxır. Axırda yerindən qalxıb deyir:
— Daha mən sağaldım, siz də gedin evinizə.


Very Happy Very Happy Very Happy
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
follow_me
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Feb 11, 2007
Mesajlar: 741
Şəhər/ölkə: From the hell
12838.3 Xal

MesajGöndərilib: çər. İyun 06, 2007 7:43 pm    Mesaj mətni: Sitatla cavab ver

lol lol lol
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Manolita
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Apr 29, 2007
Mesajlar: 385

10046.3 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 1:02 am    Mesaj mətni: Re: Daha men sağaldım Sitatla cavab ver

Baku yazıb:
DAHA MƏN SAĞALDIM
Molla azarladığı vaxt qohum-qardaşları ona baş çəkməyə gəlirlər. O qədər otururlar ki, Molla lap darıxır. Axırda yerindən qalxıb deyir:
— Daha mən sağaldım, siz də gedin evinizə.


Very Happy Very Happy Very Happy

Yaxşı fikirdir sevinc sevinc sevinc
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5194

93504.8 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 1:02 pm    Mesaj mətni: Sitatla cavab ver

Yayın çox isti bir günü Molla Nәsrәddin öz oğlu ilә birlikdә bazara gedir. Molla yorulub bir yerdә oturur vә oğluna on manat pul verir ki, gedib bazarlıq elәsin. Ancaq oğluna tapşırır ki, hәr şeydәn qabaq bir az bal alıb gәtirsin.
Oğlan balı alıb gәtirir vә atasının yanında qoyub, özü başqa şeylәr almaq üçün bazara qayıdır. Oğlan uzaqlaşan kimi Molla baldan bir barmaq yeyir. Xoşuna gәlir, bir barmaq da götürür. Müxtәsәr ki, oğlu gәlib çıxınca balın hamısını yeyib qurtarır.
Nәhayәt oğlu gәlib çıxır. Molla görür ki, oğlu әliboş gәlib heç bir söz demir, ancaq şikayәtә başlayıb deyir:
— Belә dә isti olar, gün az qalır dәmiri әritsin. Mollanın oğlu atası kimi çox hәrif olduğundan atasının şikayәtlәnmәsindәn şübhәlәnir, tez durub bal küpәsinә baxır, balın yox olduğunu görüb soruşur:
— Ata, bәs bal necә oldu?
—Bala, istini görmürsәn, yәqin әriyib qurtarıb,— deyә Molla cavab verir.
— Әriyәr, ata, әriyәr. Elә sәn demişkәn isti dəmiri dә әridir. Şey-şüy almaq üçün mәnә verdiyin bu şoqәrib onluq da istidәn әriyib qurtarıb. Ona görә dә dediyin şeylәrin heç birini ala bilmәmişәm.
Molla oğlunun dediklәrinә diqqәtlә qulaq asıb deyir:
— Tәqsir sәndә deyil, oğlum, mәnә oxşayıbsan. Әgәr anan da bizә oxşasa, bir-iki günә evimizin divarları da günün istisindәn әriyib qurtarar.

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Azerbaycanli
CEO
CEO


Daxil ol: Apr 02, 2004
Mesajlar: 1426
Şəhər/ölkə: Azerbaycan.info
32771.0 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 1:21 pm    Mesaj mətni: Molla Nesreddin - indi deyerki, paltarda menimdir Sitatla cavab ver

İndi deyərki, paltarda mənimdir

Molla hər səhər јuxudan duranda dua edib min qızıl istəyərmiş.
— əgər doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyərmiş.
Mollanın varlı qonşusu bununla maraqlanır. Kisənin içinə doqquz yüz doxsan doqquz qızıl qoyub, bir səһər Molla dua edərkən bacadan içəri buraxır. Molla, duasının qəbul olunduğunu görüb bacadan düşən qızılları sayır. Görür ki, bir qızıl əskikdir. Heç halını dəyişməyib deyir:
— Doqquz yüz doxsan doqquzunu verən birini də verər.
Qızılları yığışdırır. Mollanın bu hərəkətini görən qonşu tez damdan aşağı enib onun yanına gəlir:
— Molla, bizim qızılları ver görək.
— Dəli olmamısan ki!.. Məndən nə qızıl istəyirsən?
— Sənin hər səhər dua elədiyini görüb sözünün üstündə dayanıb-dayanmadığını bilmək üçün qızılları bacadan mən atdım.
Məsələ uzanır. Axırda qonşu deyir:
— Elə isə gedək məhkəməyə.
— Mən məhkəmədən qaçmıram. Ancaq piyada gedə bilmərəm. Mənim üçün yaxşı bir qatır gətir.
Qonşu, Molla üçün yaxşı bir qatır gətirir. Molla bu dəfə də:
— Mənim paltarım köhnədir. Məhkəməyə bu çür gedə bilmərəm, — deyir.
Qonşu, Mollanı məhkəməyə aparmaq üçün gedib bir yaxşı paltar gətirir.
Molla paltarı keyib qatırı minir və gedir.
Məhkəmədə qonşu, məsələni danışıb qızılları istəyir. Molladan soruşurlar:
— Molla, sən nə deyirsən?
— Soruşun ki, mənə əli ilə qızıl verib?
Qonşu təkrar məsələni danışıb Mollanı sınamaq istədiyini deyir. Molla:
— Ehtimal, mən pullarımı sayanda bu bilib, onu məndən almaq istəyir. Doğrusu bunlar elə adamlardır, indi deyər ki, «bayırdakı qatır da mənimdir».
Qonşu özünü itirib:
— əlbəttə... əlbəttə mənimdir! — deyir.
— Gördünüz... İndi deyər ki, əynindəki paltar da mənimdir.
— əlbəttə, əlbəttə mənimdir!
Məhkəmə sədri qonşunun «mənimdir, mənimdir» deməyini görüb Mollanı aldatmaq istədiyinə inanır və o adamı qovlayır.

Very Happy
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5194

93504.8 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 1:43 pm    Mesaj mətni: Sitatla cavab ver

Molla Nәsrəddin bir boyaqxana dükanı açıb boyaqçılıq elәmәyә başlayır. Bir gün birisi paltarlıq şal gәtirib deyir:
— Molla, bunu boya.
— Nә rәngә boyuyum?
— Elә rәngә boya ki, ondan dünyada olmasın.
— Necә yә'ni «dünyada olmasın?!»
Yә'ni nә qırmızı olsun, nә qara, nә göy, nә yaşıl, nә sarı, nә dә ki, ağ olsun. Aydındırmı?
— Kefin istәdiyi kimi boyayaram.
— Yaxşı, nә vaxt gәlim aparım?
— Elә gün gәl ki, nә şәnbә olsun, nә bazar, nә bazar ertәsi, nә tәk, nә çәrşәnbә, nә cümә axşamı, nә dә cümә günü.

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5194

93504.8 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 1:55 pm    Mesaj mətni: Sitatla cavab ver

Bir gün Molla Nәsrәddin bazara çıxır. Bazarda gәzәndә görür ki, bir ovçu iki dovşan satır. Molla cibindә olan pulunu verib dovşanların ikisini dә alır vә evә aparır.Arvadı dovşanları görüb molladan soruşur:
-A kişi, bu dovşanları nә üçün-almısan?
-Molla cavab verir:
-Arvad, sәs salma, darğanı aldadacağam, pul qazanacağam.
Arvad soruşur:
-A kişi, dәli-zad olmamısan ki? Sәn bunlarla nә çür pul qazana bilәrsәn?
Molla deyir:
-Arvad, dovşanın birini evdә bağlayacağam, birini dә darğaya aparacam. Sәn bir yaxşı aş bişirәrsәn, bostandan da bir yemiş dәrib kәtirәrsәn.Sonra nә elәyәçәyәm, özüm bilәrәm.
Arvad aş bişirmәkdә olsun, molla da dovşanın birini evdә dirәyә bağlayır, birini dә götürüb darğanın yanına kedir. Salam-kalamdan sonra molla deyir:
-Darğa, adam dili bilәn bir dovşanım var. Әlim aşağı düşdüyündәn satmaq istәyirәm. һeyfim gәlir ki, onu һәr adama satam. Sәnә layiq olduğu üçün gәtirmişәm.
Darğa ondan soruşur:
-Necә adam dili bilir? Heyvan da adam dili bilәrmi?
Molla deyir:
-Mәn nә desәm başa düşür.
Darğa deyir:
-Elә şey olmaz, buna inanmıram.
Molla deyir:
-İstәyirsәn ,bu saat sınayaq.
Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirәyib deyir:
-Dovşan, get, evdә arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki dә yemiş alsın, bu saat darğa ilә gәlirik.
Molla sözünü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bir qәdәr mükalimәdәn sonra molla darğaya deyir:
-Zәһmәt çәk, dur bizim evә kedәk.
Molla darğanı götürüb evinә aparır. Molla baxır ki, aş dәmә qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan, o da evdәdi. Molla özünü dovşanı görmәyәn kimi göstәrib deyir:
- Arvad, dovşan gәlib çıxdımı?
Arvadı mәtlәbi o saat başa düşüb deyir:
- Gәlib çıxıb. Ona nә tapşırmışdın һamısını elәmşiәm.
Darğa bunu görәn kimi mollanın sözlәrinә tamam inanıb deyir:
Molla, dovşanın qiymәti neçәdi?
Molla deyir:
- Darğa, ucuz verirәm. Min tümәn.
Darğa o saat mollaya min tümәn verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
-Ket bizim evә, arvada de, bir yaxşı yemәk һazırlasın, molla ilә gәlirik.
Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bәli, gәlib görürlәr ki, darğanın arvadı dәһlizdә oturub. Darğa soruşur:
-Arvad, dovşan gәldimi?
Arvad çavab verir:
- Dovşan nәdi?
Darğa deyir:
-Dovşan gәlib sәnә demәdimi molla ilә gәlirnk, һazırlıq gör?
Arvad elә bilir ki, әrinin başına һava gәlib:
- A kişi, yәqin sәn azarlamısan, get mollaya dua yazdır.
Darğa bütün әһvalatı arvadına, mәn sizә söһbәt elәdiyim kimi danışır. Arvad mәtlәbi başa düşüb deyir:
-A kişi, naһaq dovşanı әldәn buraxmısan. Bizә elә bir xәbәr aparıb-gәtirәn dovşan lazımdı. Onda arvadlar mәnim һaqqımda һeç söz deyә bilmәzlәr, görәrlәr ki, aydan arı, sudan duru bir arvadam.
Darğa mollaya deyir:
-Molla, bәs dovşan necә oldu?
Molla cavab vermәmiş arvadı dillәnir:
-A kişi, yәqin dovşan bizim evimizi tanımayıb başqa yerә getmişdir.
Molla әlüstü soruşur:
-Darğa, bәs sәn dovşanı evә göndәrәndә evinizin yerini demәdin?
Darğa deyir:
-Yox, yadımdan çıxıb demәmişәm.
Arvadı darğanı danlamara başlayır:
-Gör nә axmaqsan ki, elә dovşanı dağa-daşa salmısan, әlimizdәn çıxarmısan.

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Kerkuk-Qizi
deneme


Daxil ol: Mar 18, 2007
Mesajlar: 789
Şəhər/ölkə: Danmark
15933.7 Xal

MesajGöndərilib: C. İyun 08, 2007 4:11 pm    Mesaj mətni: Sitatla cavab ver

sevinc hepinizin ellerine saglik..

demek Molla Nesreddini biz turkmenler Azerbajzanlilardan alismisiz Very Happy lol cok komik bu mollalar yaa..
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Manolita
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Apr 29, 2007
Mesajlar: 385

10046.3 Xal

MesajGöndərilib: C.a. İyun 14, 2007 1:08 am    Mesaj mətni: İndi barışmış olarlar Sitatla cavab ver

Bir qonşu qaça qaça gelir ki:
- Ay Molla, sen Allah bir tez dur gedek bize. Molla xeber alır:
- Ne var? Ne olub? Qonşu deyir:
- Arvadımla bacım bir birini qırdılar. Molla soruşur:
- Bir de görüm davaları yaş üstünde deyildi ki?
- Qonşu deyir:
- Yox, ayrı mesele var
Molla tezeden qayıdıb yerinde oturur ki:
- Onda arxayın ol, indi barışmış olarlar....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Manolita
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Apr 29, 2007
Mesajlar: 385

10046.3 Xal

MesajGöndərilib: C.a. İyun 14, 2007 1:17 am    Mesaj mətni: Göresen ne imiş??? Sitatla cavab ver

Mollaya xeber verirler:
- Arvadın yıxılıb, ağlı başından çıxıb. Molla heç ehvalını pozmadan deyir:
- Bir şey gerek evvelden ola ki, sonra da çıxa...Arvad menimdirse, onun heç evvelden de ağlı yox idi. Göresen çıxan ne imiş.....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30512.3 Xal

MesajGöndərilib: ç.a. İyun 26, 2007 3:26 am    Mesaj mətni: Sitatla cavab ver


bir gun molla nesredin esseyini itirir ve eseyini axtarir bu vaxt iki sevgili sohbet edirmis oglan qiza deyir ki senin ne gozel gozlerin var senin gozlerinle butun dunyayi gorurem molla nesredin oglana deyir ay ogul ne olar bir ordan bax gor menim eseyim hardadir
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Yumor Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан