Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Gelecek Analar
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb

Yeni mövzu aç   Cavab göndər
Gelecek Analar Səhifə 1, 2  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:21 am    Mesaj mətni: Gelecek Analar Sitatla cavab ver


QADIN ORQANİZMİNƏ HAMİLƏLİYİN TƏSİRİ

Qadın orqanizmi hamiləliyə hələ uşaqlıqdan hazırlaşır. Təxminən 9—10 yaşından qız uşaqlarının orqanizmi cinsi yetişkənlik dövrünə keçir. Həyatının bu dövründən başlayaraq yetkinliyə qədər qız inkişaf edərək qadına çevrilir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizim ölkəmizdə son 10—15 il ərzində uşaqların fiziki inkişafının sürətlənməsi qeyd edilmişdir. Buna akselerasiya deyilir. Oğlanların atalarına nisbətən daha hündürboy olması, qızlarda isə aybaşının tez başlanması da bununla izah olunur. Gənclərin boyu valideynlərinin boyundan 10—15 sm yüksək olur, qızlarda aybaşı təxminən 12 yaşında başlayır. Qızlarda cinsi yetginlik dövrü oğlanlara nisbətən 1,5—2 il tez başlanır. Cinsi yetkinlik dövrünün başlanması və gedişi cinsiyyət vəzilərinin cinsiyyət hormonları adlanan xüsusi maddənin ifrazından asılıdır. Qadının cinsiyyət vəziləri—yumurtalıq, kişinin cinsiyyət vəziləri isə xaya adlanır.
Yumurtalıqların ifraz etdiyi qadın cinsiyyət hormonlarının təsiri altında qızda cinsi yetkinlik inkişafı dövrünün başlanğıcında ikincili cinsi əlamətlər—süd vəzilərinin tədricən inkişaf etməsi, qoltuq altında və qasıqda tüklərin görünməsi, skeleton formasının, ələlxüsus çanağın dəyişməsi baş verir. Sağrı, qarın, budların dəri qatı altına piy toxumalarının yığılması nəticəsində qədd-qamət dəyişir. Cinsi yetkinliyin bu başlanğıç dövrü 1,5—2 il davam edir və ilk aybaşı başlanması ilə qurtarır. Deməli, bu dövr ərzində gələcək ana formalaşmağa başlayır. Lakin ilk aybaşının görünməsi, hətta normal aybaşı siklinin başlanması da qızın ana olmağa hazırlığına dəlalət etmir. Ana olmaq üçün o nəinki fiziki,həmçinin mənəvi və zehni cəhətdən də hazır olmalıdır.
Hər bir qadın ana olmağa hazırlaşarkən öz üşağının sağlamlığı və rifahının məsuliyyətini öz üzərinə götürür. Qadının uşaq doğmağa hazır olması 18 yaş sayılır. Normal aybaşı siklinin başlanması anından qızın cinsiyyət vəziləri yalnız hormonal deyil, həmçinin
ondan az mühüm olmayan digər bir funksiya daşıyır .Bu, nəsilartırma funksiyasıdır. Buraya döllənməyə hazır olan yetişmiş cinsiyyət hüceyrələrinin törədilməsi, uşaqlığın döl yumurtasını qəbul etməyə və hamiləliyi gəzdirməyə hazırlanması daxildir.
Hər aybaşı siklinin ortasında sağlam qadının bir yumurtalığından (ya sağından, ya solundan) cinsiyyət hüceyrəsi—yumurta hüceyrəsi düşür. Hamilə olmaq üçün bu yumurta hüceyrəsi yumurtalıqdan çıxandan bir az sonra kişi cinsiyyət hüceyrəsi spermatozoidlə göruşməlidir. Bu, baş vermədikdə yumurta hüceyrəsi məhv olur və qadında həmişəki vaxtda ay-başı başlanır. Uşaqlığın hamiləliyin başlanmasına hazırlığı prosesi aşağıdakılardan ibarətdir: hər aybaşıdan sonra cinsiyyət hormonlarının təsiri altında uşaqlığın daxili qişası böyüyür, qalınlaşır və yumşalır, uşaqlığın qanla təmini artır. Döllənmə baş vermədikdə növbəti aybaşı başlanır: uşaqlığın daxili qişası qopur ki, bu da ya az, ya da çox qanaxma ilə müşayiət olunur. Bundan sonra aybaşı tsikli təkrar olunur. Bu, qadının bütün uşaqdoğma dövrü baş verir. Beləliklə, aybaşının görünməsi hamiləliyin ol mamasına dəlalət edir. Cinsi yetkinlik dövrünün gedişi ilə sonrakı nə~ silartırma funksiyası arasında bilavasitə əlaqə vardır. Məlumdur ki, bəzi qızlarda aybaşı 11—12 yaşında, bəzilərində isə 15—16 yaşında başlanır, bəzilərində aybaşı tsikli müntəzəm olaraq birdənbirə müəyyən edilir, digərlərində isə bir çox aylar ərzində qeyri-müntəzəm, bəzən ağrılı, bəzən də sürəkli olur. Aybaşının müəyyən olunması və cinsi yetkinlik dövrünün gedişi xüsusiyyətləri bir çox amillərdən— qızın keçirdiyi soyuqdəymə və yoluxucu xəstəliklərdən (qızılca, qızılazar, su çiçəyi), məişət şəraitindən, yeməkdən, əsəbilikdən və digər səbəblərdən asılıdır. Qida qıtlığı, qidada vitaminlərin az olması, maddələr mübadiləsinin pozulması, zehni yorğunluq və gün rejiminin pozulması, yaxud düzgün qurulmaması, ələlxüsus fiziki işlərlə az məşğul olması və həmçinin yoluxucu xəstəliklər qızlarda aybaşının pozulmasına gətirib çıxarır. Uşaq idman dərnəklərində məşğul olan qızlarda, əksinə, belə pozğunluqlara çox az təsadüf edilir. Cinsi yetkinlik dövrunun gedişində normadan
cüzi kənara çıxdıqda—aybaşı muntəzəm olmadıqda, bərk qanaxma baş verdikdə, ağrı ilə müşayiət edildikdə, 15—16 yaşda aybaşı olmadıqda, piylənmədə və s. həkim endokrinoloqla məsləhətləşmək lazımdır.
Vaxtında təyin və müalicə olunmamış xəstəlikdə- uşaqlığın inkişafdan qalması və sonradan uşağın düşməsi ilə, bətndənkənar hamiləlik və sonsuz-luqla nəticələnə bilər.
Üşaqlıqda keçirilmiş yoluxucu xəstəliklər nəinki aybaşının pozulmasına, həmçinin uzun müddət ya-taqda qalmaq nəticəsində uşaq və yeniyetmə zamanı sümük və əzələ sistemlərində dəyişikliklərə səbəb ola bilər. Hər bir qız harmonik—həm zehni, həm də fiziki inkişaf etməlidir. Gələcəkdə uşaq doğması ilə əlaqədar qızın düzgün fiziki inkişafı xüsusilə vacibdir, burada skeletin forması və ölçüsü böyük əhəmiyyət kəsb edir.
Çanağın foğmalaşması uşaqlıqda və cinsi yetkinlik dövründə baş verir. Bu prosesə müdaxilə etmək olar. Əvvəla, qızı raxitdən qorümaq lazımdır. Üşaq poliklinikalarının həkimləri üşaqlara nəzarət edərək bu xəstəliyin ilk günündən ona qarşı profilaktika keçirirlər. Bu tədbirlərin səmərəliliyi çox yüksəkdir. Hazırda raxitin ağır forması aradan qaldırılmışdır və mama-ginekoloqlar son zamanlar çanağı raxit nəticəsində deformasiya olunmuş hamilə qadınlara nadir rast kəlirlər.
Skeletin dəyişməsinə səbəb olan dikər ciddi xəs-təlik—sümük vərəmidir. Lakin vərəmə qarşı ümum-dövlət xidmətinin böyük işi .nəticəsində bu xəstəliyə nisbətən az təsadüf edilir. Vərəmə qarşı tədbirlərin görülməsi uşaq anadan olan kimi, o hələ doğum evində ikən başlanır. Ancaq yenə də kiçik, ya da ölçüsü də-yişmiş çanağı olan qadınlara hələ də təsadüf edilir ki, bu da normal doğuşa əngəl törədir. Hamilə qadının məsləhətxanaya ilk müraciəti zamanı həkim onun çanağının ölçüsünü təyin edir. Həm qadın məsləhət-xanasında, həm də doğum evində çanağı dar olan qadı-nın normal doğması üçün hər bir tədbir görülür.
Beləliklə, qadın ana olmağa başlamamışdan xeyli əvvəl onun orqanizmi bu mühüm ,məsuliyyətli rola hazırlaşır, Hər bir qadın qızının səhhəti və tərbiyəsinin qayğısına qalarkən unutmamalıdır ki, onun körpə qızı da bir vaxt ana olacaqdır. Qızların ən sevimli oyuncağı—gəlincikdir. Biz, böyüklər ona bu oyuncağı alarkən qeyri-iradi lap körpə yaşlarından onu ana olmağa hazırlayırıq. Düzgün tərbiyədə bu, təbiidir.
Bundan başqa, qızı körpə yaşından təmizkar ol-mağa alışdırmaq lazımdır. Üşaqları əl-üzünü, dişlərini, boynunu yumağı öyrədərkən irəlidə dediyimiz kimi gündə 2 dəfə altını yumağı da öyrətmək lazımdır. Bunun üçün uşaq sabunu və ilıq sudan istifadə edilir. Aftafadan su tökərək qabaqdan arxaya doğru yuyunurlar ki, düz bağırsaqdan mikroblar uşaq yoluna düşməsin. Ləyəndə yuyunmaq olmaz.
Təmizliyə ən çox aybaşı zamanı riayət etmək lazımdır, çünki paltarın və xarici cinsiyyət orqanlarının, çirklənməsi nəticəsində uşaqlıq yoluna uşaqlığa xəstəliktörədici
_________________
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:22 am    Mesaj mətni: Sitatla cavab ver

HAMİLƏLİYİN BAŞLANMASI
Qadının nəsilartırma dövrü 15 yaşından 49 yaşına kimi olur. Məhz bu dövrdə follikullarda yumurta hüceyrəsi inkişaf edir. O, aybaşı başlanmasının ilk 2 həftəsində yetişir. Yumurta hüceyrəsinin mayalanması ancaq ovulyatorönü dövrün 6—8 günü ərzi baş verir. Bu vaxt yumurta hüceyrəsinin 1 sutka, spermatozoidlərin isə 3 sutka həyat qabiliyyətini mühafizə etdiyini nəzərə almaq lazımdır. Qalan günlər qadın uşağa qala bilməz.
Üşağaqalma dövrünü dəqiq təyin etmək üçün ovulyasiyanın, (yumurta hüceyrəsinin qopması dövrü) nə vaxt baş verdiyini bilmək lazımdır. Adətən, belə qəbul olunmuşdur ki, ovulyasiya dövrü aybaşıdan 14 (+_2) gün sonra olur. Bəzi qadınlarda aybaşı 28 gün bəzilərində 30 gündən, bəzilərində isə 35 gün, bir olur. Deməli, hər .qadının öz aybaşı tsikli olduğundan onların ovulyator günü də başqa-başqadır. Aşağıdakı cədvəldə həmin günlər göstərilmişdir.

Aybaşıtsiklləri Üşağaqalma günləri Uşağa qalmayan günlər
24 günlük 8— 15-ci günlər aybaşıdan sonra 7 gün və 16-cı gündən aybaşıya qədər
30 günlük 10— 17-ci günlər aybaşıdan sonra 9 gün və 18-ci gündən aybaşıya qədər
35 günlük 12 — 19-cu günlər aybaşıdan sonra 11 gün və 20-ci gündən aybaşıya qədər


Cədvəldən göründüyü kimi aybaşıdan sonra 7 gün cinsi əlaqəyə sərbəst girmək olar .8-ci gündən 15-ci günə qədər uşağaqalma günləri gəlir.Uşağa qalmaq istәmәyәn qadınlar bu günlәrdә özlәrini qorumalı vә yaxud cinsi әlaqәyә girmәmәlidirlәr. 16-cı gündәn ta aybaşı başlanana qәdər yenә dә sәrbəst cinsi әlaqәyә girmәk olar. Lakin yuxarıda dediyimiz kimi, spermatozoid qadının uşaqlıq yolunda 3 gün һәyat qabiliyyәtini saxlayır, demәli, 7-ci gün cinsi әlaqәyә girsәniz, 8, 9, 10-cu günlәr ovulyator günlər olduğu үçүn siz yenә uşağa qala bilәrsiniz. Әvvәldә dediyimiz kimi, һamilәliyin başlanması üçün qadın cinsiyyәt һüceyrәsi—yumurta һuceyrәsi spermatozoidlә birlәşmәlidir. İki cinsiyyәt һüceyrәsinin görüşüb birlәşmәsinә döllәnmә, ya da mayalanma deyilir. Bu çox vaxt uşaqlıq borusunda baş verir, çүnki yumurtalıqdan qopmuş yumurta һüceyrәsi mәһz bura düşür. Sәrbәst һәrәkәt edәn spermatozoidlәr uşaqlıq yolundan uşaqlığa, oradan da uşaqlıq borularına keçir. Yumurta һüceyrәsi yumurtalıqdan aybaşı tsiklinin ortasında qopur. Qadınların çoxunda aybaşı tsiklinin uzunluğu, yәni bir aybaşının başlanması günündәn o birinin başlanması gününәdәk olan fasilә 28 günә bәrabәr olur. Demәli, mayalanma üçün әn münasib şәrait. siklin 11—18-ci günlərindә yaranır. Yumurta hüceyrəsinin spermatozoidlә mayalanması sayәsindә yeni orqanizm inkişaf etmәyә başlayır. Bu vaxt һüceyrәlәr bölünürr, ona görә dә onların miqdarı sürәtlә vә müntәzәm olaraq artır. Bölünәrәk artan һüceyrә yığını boru ilә uşaqlığa doğru һәrәkәt edir. Dölün inkişafı yalnız sadәcә hüceyrәlәrin bölünüb artması ilә bitmir. Bölünmәklә bәrabәr onun diferensiasiyası da baş verir. Әgәr һüceyrәlәrin xarici qatı dölü uşaqlığın divarına bәnd etmәklә onun qidalanmasını tәmin edirsә, daxili qatın hüceyrәlәrindәn döl özү inkişaf etmәyә başlayır.
9 ay, ya da 40 һamilәlik һәftәsi әrzindә mürәkkәb inkişaf prosesi sayәsindә iki birlәşmiş cinsiyyәt һüceyrәsindәn mүrәkkәb insan orqaiizmi formalaşır. Riyaziyyatçılar һesablamışlar ki, doğulandan sonra da insan bәdәni bәtndaxilindә artan kimi artsaydı, böyük yaşlı adamın çәkisi Yer kürәsinin çәkisindәn qat-qat artıq olardı. Döl uşaqlıq divarına bәnd edildikdәn sonra nә baş verir? Dölwn inkişafı vә sonralar insan orqanizminin bütün orqan vә sistemlәrinin formalaşması üçün ona çoxlu müxtәlif maddәlәr lazım olur. Јumurta һüceyrәsi uşaqlığın divarına bәnd olmamışdan əvvəlki birinci mәrһəlәdә döl yumurta һüceyrәsinin daxilindәki qidalı maddәlәr һesabına inkişaf edir Sonralar isә inkişaf edәn döl bütün lazımi maddәlәri ciftdәn alır.
Ҹift gәlәçәk uşağın һәyatında nә kimi rol oynayır? Çox müһüm. O uşaqlıq divarının selikli qişa sına döl yumurtası daxil olandan sonra һüceyrәnin xarici qatından formalaşmağa başlayır. һamilәliyin, dördüncü ayında ciftin formalaşması prosesi qurtarır. Axı cift ana ilә inkişafda olan döl arasındakı maddәlәr mubadilәsindә böyük rol oynayır Bundan başqa, cift dә daxili sekresiya vәzisidir, yəni qana keçən xüsusi maddәlәr—һormonlar ifraz edәn
bir orqandır. Ciftin bu funksiyası sayәsindә һamilә qadının orqanizmindә çinsiyyət һormonlarının miqdarı yüz dәfәlәrlә artır. Bunun nәticәsindә uşaqlığın böyümәsi vә genişlәnmәsinə şәrait yaranır. Әgәr һamilәliyә qәdәr qadının uşağlığının çәkisi 50 q idisә
һamilәlik dövrü әrzindә onun çәkisi 1 kq-a çatır һәcmi isә 500 dәfə artır. Nәticәdә uşaqlıq boşluğunda bir, ya da bir neçә uşaq vә dölətrafı maye yerlәşir.
Formalaşmış cift ayrı-ayrı dilimlәrdәn ibarәt .«fәtir»ә oxşayır, һәr bir dilim isә saysız-һesabsız xırda, mikroskopik xovlardan ibarәtdir. Hәr bir xovda xırda kapilyarlar kәlәfi olur ki, bunlardan da dölün qanı axır, xov özü isә uşaqlığın damarlarında axan ananın qanı ilә yuyulur. Belәliklә, ciftin uşaqlıq divarına birlәşәn yerdә ana ilә döl arasında maddәlәr mübadilәsi gedir: ana qanından cift kapilyarları, oradan da köbәk damarları vasitәsilә dölün inkişafına lazım olan bütün maddələr (oksigen, zülal, vitaminlәr, kalsium, dәmir vә s.) gәlir, әks istiqamәtdә isә döldәn anaya mübadilәdə iştirak etmiş maddәlәr gedir.
Belә mübadilә prosesindә cift mürәkkәb kimyәvi laboratoriya işi görür, ananın qanı ilә daxil olan bütün qidalı maddәlәr burada yenidәn işlәnir. Bunun nәticәsindә һәmin maddәlәrin dölün qanına keçmәsi vә onların һәzm olunması yüngüllәşir. Demәli, dölün bütün bәtndaxili lnkişafı әrzindә cift döl üçün һәzm, tәnәffüs vә ifrazat orqanlarının işini görür. Buradan göründüyü kimi, dölün normal inkişafı ciftin vәziyyәtindәn, onun ölçü Vә salamatlığından asılıdır. Ciftin lәnk formalaşması, ya da onda baş verәn dәyişikliklәr, dölün inkişafdan qalmasına vә һәtta һamilәliyin kәsilmәsinә sәbәb ola bilәr.
Dölün inkişafı vә varlığına xidmәt edәn yuxarıda saydığımız funksiyalardan başqa, cift һәmçinin, uşağı lüzumsuz tәsirlәrdәn qoruyan özünәmәxsus sәdd rolunu oymayır. İnkişaf edәn döl üçün ana orqanizmi öz gәlәcәk uşağının bütün «tәlәbatlarını» һәssas
duyan әtraf müһitdir. Lakin digәr tәrәfdәn, ana orqanizmindә baş verәn bütün әyişikliklәr, az vә ya çox dәrәcәdә dölün inkişafına tәsir göstәrir. һazırda һansı maddә vә mikroorqanizmlәrin ciftdәn keçdiyini, һansıların isә keçmәdiyini göstәrәn bir
çox mәlumatlar toplanmışdır. Müәyyәn olunmuşdir ki ,bir sıra maddәlәr, o cümlәdәn dәrmanların çoxu çift sәddindәn keçir. Bunlar da dölün xәstәliyinә,
һәtta onun ölümünә sәbәb olur. һeyvanlar üzәrindә tәcrübә ilә təsdiq edilmişdir ki, bәzi dәrman maddәlәri dölü zәdәlәyir. Rüşeym üçün zәһәrli vә zәrәrli olan belә maddәlәrdən birinci yerdә nikotin durur. Papiros çәkәn qadınların qanında gәlәcәk uşağına ciddi zәrәr yetirәcәk qәdәr nikotin olur. Tәxminәn 20—25 il əvvəl Qәrbi Avropanın bir neçә ölkәsindә һamilә qadınların dәrman qәbul etmәsini qadağan edәn bir һadisә baş verdi. Almaniyanın bir farmasevtik firması sakitlәşdirici vә yuxugәtirici tәsir göstәrәn bir dәrman isteһsal etdi. Әmәlli-başlı yoxlamadan bu dәrman satışa buraxıldı. һamilә qadınlar da һәmişə dәrmanı qәbul edirdilәr. Nәticәdә Almaniyada, İsveçrәdә, İsveçdә vә һәmin dәrman satılan bir sıra digәr ölkәlәrdә әtraflarında eyni defekt olan neçә min uşaq doğuldu. Düzdür, bu dәrman daһa buraxılmadı vә һәmin firma cәzasını çәkdi, lakin uşaqlar; ömrü boyu әlil qaldılar. Odur ki, һamilә qadınlara ancaq bir mәslәһәt görә bilәrik: һamilə vaxtı һeç bir dәrman qәbul etmәsinlәr. Dölün bәtndaxili inkişafı dövründә (bu, 280 günә, ya da 40 һәftәyә bәrabәrdir) elә vaxtlar olur ki, onda gәlәcәk uşağın sağlamlığı һaqqında daһa çox
düşünmәk lazım gәlir. Buna kritik dövrlәr adı verilmişdir. Bu, döl yumurtasını uşaqlığın divarına bәnd olması, çiftin törәmәsi vә rüşeymin orqanlarının mayasının qoyulması vaxtıdır. Bu prossslәr mayalandıqdan 7 ilә 14-cü günlәr vә 3 ilә 12-ci һәftәlәr arasında baş verir. Kritik dövrlәrdә rüşeym böyuk sürәtlə inkişaf edir ki, bu da maddәlәr mübadilәsinin daһa intensiv getmәsi ilə müşayiәt olunur. İnkişaf edәn döl bu dövrdә çox tez zәdәlәnә bilәr. Odur ki, qadınlar һamilә olduğunu bilәn kimi, ağır işdәn vә gecә növbәsindәn, zәһәrli maddәlәrlә tәmasda olan işlәrdәn çәkinmәli, növbәti maddәlәrlә tәmasda olan işlәrdәn müraciәt etmәlidirlәr. Әvvәldә dediyimiz kimi, rüşeymin bәtndaxili inkişafı dövründә onun orqanlarının mayası qoyulur Әn әvvәl baş beyin, göz vә ürәk formalaşır. Tәxminən
10-cu һәftәdә gәlәcәk orqanların һamısının mayası formalaşıb qurtarır. Dölün orqanlarının sonrakı inkişafı әlbәttә, bu orqanın mayasının necә formalaşmasından asılıdır. Mәsәlәn, ürәyin mayasının formalaşması zamanı o zədələnmişsə onda uşaqda
anadangәlmә ürәk qüsuru olacaqdır. Hәr һansı bir orqanın mayasının qoyulması zamanı zәdәlәnmә baş verәrsә, bu, һәmin orqanın inkişafını saxlaya bilәr Bunun nәticәsindә uşağ bәzi iki böyrәk әvәzinә bir böyrәklә anadan olur.
Mәһz buna görә dә gәlәcәk uşağın orqanlarının mayasının formalaşması dövrü kritik dövr sayılır. Bәtndaxili inkişafın bu dövründә ciftin formalaşması baş verir, dölün sağlamlığı vә һәtta onun ölçüsü bundan asılı olur. Hamıya mәlumdur ki, vaxtında doğulmuş uşağın çәkisi—.2,5 kq-dan 5 kq-a qədәr vә daһa çox ola bilәr. Çəkinin belә tәrәddüd etmәsindә әsas rolu cift oynayır. Ciftin inkişafda qalması dölün mәһvinә sәbәb ola bilәr. Hәr bir qadın onun gәlәcәk uşağına nәyin zәrər yetirә bilәcәyini bnlmәlidir. Lazımi qidalı maddәlәrlә vә oksigenlә kifayət qәdәr tәmin olunmaması, dölә zәһәrli maddәlәrin təsiri, valideyilәrin yoluxucu və qeyri-yoluxucu xәstəliklәri, rentgen vә digәr şüalanmanın tәsiri r üşeymin düzgün inkişafını pozmağa şәrait yaradır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:23 am    Mesaj mətni: Sitatla cavab ver

HAMİLƏ QADIN NƏ YEMƏLİDİR
Hamilə qadının qidası tamdəyərli olmalı və düz-gün təşkil edilməlidir. Qida məhsullarının kəmiyyət və keyfiyyəti nəinki hamilə qadının orqanizminin fizioloji tələbatını ödəməli,- həmçinin dölün düzgün inkişafını təmin etməlidir. Axı, bütün «tikinti» materiallarını: zülalı, yağı , karbohidratları, vitaminləri, mikroelementləri (mis, yod, kobalt, marqans və s.) döl anadan alır.
Dölün inkişafının hər bir mərhələsində o, muəyyən tərkibli qida maddələrinə ehtiyac duyur. Bu da onun çəkisinin qeyri-bərabər artması ilə izah olunur. Belə ki, bətndaxili inkişafın 4-cü ayının axırına dölün çəkisi cəmi 70 q olursa, 5-ci ayın axırında artıq 230 q-a çatır. Yəni bir ay ərzində çəkisi demək olar 3 dəfə artır. Sonradan bu proses daha da sürətlənir. Bətndaxili inkişafın son 3 ayı ərzində isə ən yüksək nöqtəsinə çatır. Hazırda vaxtında doğulmuş çağaların orta çəkisi 3200—3500 q-dır.
Çoxdan məlumdur ki, dölun inkişafı hamilə qadının qidasının keyfiyyətindən asılıdır. Qədim kitablarda hamilə qadınlara bal yemək məsləhət görülürdü. Doğrudan da, bal çox faydalıdır, çünki tərkibində dölün toxumalarının quruluşu üçün lazım olan çoxlu vitaminlər, mineral duzlar vardır. Qidanın kəsirliyi, bəzən isə hamilə qadınların aclıq çəkməsi dölün inkişafında müəyyən iz qoyur. Belə ki, ikinci dünya müharibəsi zamanı Avropa ölkələrində əmin-amanlıq dövrünə nisbətən 2 dəfə çox müxtəlif. qüsuru olan uşaqlar doğulmuşdur. Mühasirəyə alınmış Leninqradda çəkisi az və yaşamağa qabil olmayan uşaqlar doğulurdu.
Muasir şəraitdə texniki tərəqqi ilə əlaqədar istehsal proseslərinin mexanikləşdirilməsi və avto-matlaşdırılması, ictimai nəqliyyatın genişləndirilməsi, xalqın rifah halının və məişətinin nisbətən yaxşılaşdırılması nəticəsində insanların enerji sərfi çox azalmışdır ki ,bu da həm hamilə qadın, həm də döl üçün zərərli sayılan piylənməyə səbəb olur. Hamilə qadın yüksək kalorili və asan həzm olunan yeməklər yedikdə uşağın çəkisi artıq olur, bu da doğum zamanı yeni çətinliklər törədir. Bundan başqa, çəkisi 5 kq-dan artıq olan yeni doğulmuş uşaqlarda çox vaxt müxtəlif xəstəliklər, uşağın sonrakı inkişafında isə pozğunluqlar müşahidə edilir. Deməli, hamilə qadının yeməyinin düzgün, səmərə li olması hamiləlik zamanı, doğum vaxtı, doğumdan sonrakı dövrdə ağırlaşmaların və həmçinin yeni doğulmuş uşaqların xastələnməsinin qarşısını alan profilaktik tədbirlərdən biridir.
Bəzən hamiləliyin ilk həftələrindən qadının ağzının təmi dəyişir. Çox vaxt onlar diş tozu, təbaşir yeyirlər. Bu, hamilə qadının orqanizmindən dölün toxumalarının quruluşu üçün bəzi maddələrin artıq sərf olunması ilə izah edilir. Qadının təbaşir yeməsi onun orqanizmində kalsiumun çatışmamasına dəlalət edir, çünki dölün bətndaxili inkişafının 3-cü ayında sümük sisteminin inkişafı ilə əlaqədar kalsiuma tələbat artır. Kalsiuma tələbatın artması isə dişlərin xarab olmasına gətirib çıxarır. Hamilə qadının orqanizmindən kalsiumun çox sərf edilməsinə yol verməmək üçün yeməklə çoxlu kalsiumun daxil olmasına çalışmaq lazımdır. Kalsium duzları heyvani və bitki məhsullarının, demək olar, hamısında vardır. Lakin ən asan həzm olunan kalsium mənbəyi süd və süd məhsulları, yumurta sarısıdır. Bəzi qadınlarda hamiləlik başlayandan bir az sonra ürəkbulanma, ya da qusma olur. Ən çox bu, səhərlər acqarına başlanır. Çox vaxt həmin xoşagəlməz duyğu tezliklə keçib-gedir. Lakin bəzən ürəkbulanma və qusma iştahın pozulması ilə ,müşayiət olunur. Bundan başqa, hamilə qadın yenidən qusmamaq üçün çox vaxt yeməkdən imtina edir və hamiləliyin lap əvəlindən çox arıqlayır. Hamilə qadının yeməyinin kifayət qədər olmaması dölün yaşamaq qabiliyyətin azaldır. Hamilə qadının orqanizminin zəifləməsinə üzülməsinə yol vermək olmaz. Hamiləliyin lap əvvəllindən gələcək uşağın sağlamlığı haqda düşünmək lazımdır. Həm də indi hamilə qadınlarda qusma qarşısını alan yaxşı dərmanlar vardır. Bu mualicəni vaxtında başlamaq vacibdir.
Əgər hamilə qadın 1 —1,5 ay ərzində 10 kq və daha çox ərıqladıqdan sonra həkimə muraciət edirsə, belə hallarda qadının həyatını xilas etmək üçün hamiləliyi kəsməkdən başqa çarə qalmır. Hər bir qadının yeməyi fərdi qurulur. Burada vərdişi , iqlim şəraitini , qadının əmək fəaliyyətini və s. nәzәrә almaq lazımdır. Һamilәliyin әvvəlin-dә qadının vərdiş etdiyi һәmişәki pәһrizi saxlamaq olar, lakin yemәk dadlı, müxtәlif, yaxşı һazırlanmış vә vitaminlәrlә zәngin olmalıdır. Salınmış süfrәnin görünüşü özü dә qadının iştaһını artırmalıdır. Hamilәlik normal keçirsә, ilk aylar gündә 4 dәfә, һәmişә eyni vaxtda yemək lazımdır. Hamilәliyin ikinci yarısında uşaqlıq böyuyәrәk qarın boşluğunda çox yer tutur, o, mәdәni itәlәyib, yerindәn tәrpәdәndә artıq 5 vә һәtta 6 dəfәlik yemәyә keçmәk olar. Yemәyi tez-tez, ancaq az miqdarda yedikdә o, bağırsaqlara tıxanıb qalmır vә tez һәzm olunur,
һamilә qadının düzgün, sәmәrәli qidalanmasının əsas şәrti—onun müxtәlifliyidir. Hәmişә eyni şeylәr yeyәn qadının uşağı zaһırәn sağlam doğulsa da, bir qayda olaraq, onlar zәif böyüyür, tez-tez xәstәlәnir, һafizәsi olmur, çәtin oxuyurlar. һamilә qadının yemәyinin tәrkibindә әtdәn, balıqdan, süd mәһsulla-: rından, müxtəlif yarma vә tәrәvәzdәn, meyvә vә gilә-meyvәlәrdәn һazırlanan xörәklər olmalıdır. Onun qidasının 25—30%-ni zülallar, 25—30%-ni yağlar vә 40—45%'-ni karboһidratlar tәşkil etmәlidir, Belə nisbәtdә qurulmuş qida rasionu, һamilә qadının orqanizminin bütün tәlәbatını ödәyir vә һәzm sisteminin normal fәaliyyәtini tәmin edir.
Zülallar insan orqanizminin bütün toxumalarında mövcuddur. Onlar bәrk maddәlәrin 85%-ni təşkil: edir, bundan başqa zülallar bütün һәyat proseslәrində iştirak edir. Hamilә vaxtı uşaqlığın, dölün, ciftin süd vәzilәrinin böyümәsi ilә әlaqәdar zülala eһtiyac artır. Zülalları az olan yemәk һamilә qadınlarda qanazlığı törәdir, müxtәlif yoluxucu xәstəliklәrə qarşı onların müqavimәtini azaldır. Әt, balıq, yumurta, süd, kәsmik, pendir, buğda, kәlәm, kartof, lobya, düyü, qarabaşaq yarması kimi mәһsullar zülalla zәngindir. Bütün bu mәһsullar һamilә qadının yemәyinә daxil edilmәlidir. Hamilәliyin ikinci yarısında, xüsusilә. son ayında qida rasionunda әti azaltmaq və һәftәdә 2—3 dәfәyә qәdәr endirmәk, ümumiyyәtlә qızarmış әtdәn, әt bulyonundan vә balıq şorbalarından çәkinmәk lazımdır.
İnsanın yemәyinin çox һissәsini karboһidratlar tәşkil edir. Әgәr zülallar necә deyәrlәr, «tikinti» materiallarıdırsa, karboһidratlar, әsasәn һәyat, iş prosesi zamanı vә һamilәlik dövründә enerji sәrfi nin әvәzini ödәyәn maddәlərdir. Gün әrzində һamilə qadın 350—400- q karboһidrat almalıdır, bundan ar tıq olmaz. Karboһidratlar artığı dölün çәkisinin çoxalmasına sәbәb olur. Hamilә qadının qidalanma sına qoyulan xüsusi nәzarәt bunu tәsdiq edir. Әgәr һamilә qadın şirniyyat vә yağlı şeylər çox yeyirsə onun uşağının çәkisi 4 kq vә daһa artıq olur. Hamıya mәlumdur ki, çәkisi böyuk olan uşağın doğuşu ağır
keçir.
Karboһidratlar әn çox bitki mәnşәli әrzaqlardan çörәkdә, yarmalarda, qәnddә, meyvә vә tәrәvәzlərdә olur. Meyvә vә tәrәvәz һamilә qadın üçün daһa xeyirlidir ona görә ki, tәrkibindә vitaminlәr, mineral duzlar və bağırsağın funksiyasını yaxşılaşdıran sellüloz vardır.
Meyvә-tәrəvәzi çiy yemәk yaxşıdır.
İnsanın işlәtdiyi әrzaqlar içәrisindә әn yüksәk enerji dәyәrini yağlar verir. Onların tәrkibində yağı Һәll edәn A. D, E. K vitaminlәri olur. Hamilə qadının orqanizmi süddә vә süd mәһsullarında (kәrә yağı, .qaymaq, xama, pendir) olan yağları vә həmçinin bitki yağlarını (günәbaxan, qarğıdalı) daһa yaxşı һәzm edir. Lakin һamilәlik zamanı yağları az işlәtmək lazımdır, çünki yağın çoxluğu qadının və uşağın sağlamlığına zәrәr yetirә bilәr. Hamilә qadına qoyun vә inәk piyi, marqarin yemәk. mәslәһәt görülmür,
һamilәlik zamanı әn çox A. D, E, C vә bütün B qrupu vitaminlәri lazımdır.
A vitamini (boy vitamini) orqanizmin toxumaları nın çoxalmasına, boyun artmasına şәrait yaradır, or qanizmin infeksiyalara qarşı müqavimәtini artırır Demәli, A vitamini insanın һәm bәtn daxilindә, һәm də doğulandan sonra normal inkişaf etməsi , böyümәsi üçün vacibdir. Hamilә qadının qidasında bu vitami nin çatışmaması ciftin pis inkişaf etmәsinә və dölün böyumәsinin lәngimәsinә vә һәtta onun mәhv olmasına sәbәb ola bilәr. Hamilәlik zamanı A vita mininә gündәlik tәlәbat 2—2,5 dәfә artır.
Bu vitamin kәrә yağının, pendirin tәrkibində olur. O yumurta sarısında, qaraciyәrdә, balıq yağında, daһa çoxdur, Bir çox meyvә-tәrәvәzdә (yerkökü, kaһı göy soğan«, şüyüd, pamidor, turşәnk, әrik, itburnu) xüsusi maddә—karotin vardır ki, bu da insan orqanizmindә A vitamininә çevrilir.
B qrupu vitaminlәri (B,, B2 B6 B12 ) һamilә qadının orqanizmindә bir çox proses vә funksiyaların һәyata keçirilmәsindә iştirak edir. Hamilәlik zamanı bu vitamiilәrә tәlәbat 2—3 dəfә artır. B qrupu vitaminlәri һәm һeyvani, һәm dә bitki mәnşәli bir çox mәһsullarda olur. Bu vitaminlә һeyvanların qaraciyәri, mal әti, qara çörək, pivә mayası, qoz, vәlәmir, arpa, qarabaşaq yarmaları daһa zәngindir.
C vitamini. ya da askorbin turşusu һәrtәrәflk qәsirә malikdir. Maraqlıdır ki, meymun və dəniz donuzundan başqa bütün һeyvan vә bitkilәr bu vitamini özlәrinә lazımi qәdәr sintez etmәk qabiliyyәtinә malikdir. İnsan orqanizmi bu qabiliyyәtdәn mәһrumdur, odur ki, özünә lazım olan vitamini qida ilә alır. Gün әrzindә qadına 100—200 mq askorbin turşusu lazımdır. Bu vitamin tәzә meyvәlәrdә, tәrәvəzlәrdә gilәmeyvәlәrdә, (göy soğan, kәlәm, kaһı, pomidor, . qarağat, çiyәlәk, itburnu, limon, portağal, alma) olur. Qış vә yayda orqanizmi C vitamini ilә tәmin etmәk üçün gün әrzindә 1 stәkan itburnu dәmləmәsi içmәk, ya da tibb sәnayesinin buraxdığı askorbin turşusu һәblәri qәbul etmək mәslәһәt görülür (һәkimin tәyinatı vә nәzarәti altında).
D0 vitamini (kalsiferol) ancaq һeyvanı mәnşәli mәһsullarda olur. Bu vitamin kalsium ilә fosforun mübadilәsindә böyük әһәmiyyәt kәsb edir. һamilә qadının orqanizmindә bu vitaminin çatışmaması dölün sümüklәrinin düzgün inkişaf etmәmәsinә vә dişlәrin
mayasının düzgün qoyulmamasına sәbәb ola bilәr. Hamilә qadında bu vitaminin çatışmazlığı nәticәsindә qanazlığı, ümumi zәiflik, sümük vә әzәlәlәrdә ağrı
baş verir. һamilә qadının D2 vitamininә eһtlyacı qida maddәlәri һesabına ödәnilir. Kalsiferolla әn çox balıq yağı, iri balıqların kürüsü, kәrә yağı, yağlı pendirlәr, yumurta sarısı, mal vә treska balığının qaraciyәri, paltus, qızılbalığ, tunes kimi balıqlar zәngindir.
E vitamini (tokoferol) mayalanma prosesinə şərait yaradır, döllәnmiş uşaqlığın böyümәsinә, dölün bәtndaxili inkişafına, doğumdan sonra südün çoxal-masına yaxşı tәsir göstәrir. Buna görә dә E vitaminini nәslin artırılması vitamini adlandırırlar. Bu vitamin bitki yağlarının, yumurta sarısının,göy noxudun, kaһının, ğarğıdalının, qaraciyәrin . vә böyrәklәrin tәrkibindә olur.
K qrupu vİtamİnlәri qanın laxtalanması prose-.sindә iştirak edir ki, bu da doğum vaxtı böyük әһә-miyyәtә malikdir. Bundan başqa, һәmin vitaminlәr һamilә qadının bağırsaqlarının peristaltikasının yaxşılaşmasına kömәk edir. Qadın һәr gün müxtәlif cür yemәklәr yedikdә bu vitaminә olan gündәlik tә-lәbat tamamilә ödәnilir, çünki bu vitamin bir çox məһsulların tәrkibindә olur. Onunla әn çox әt, qara-ciyәr, iribuynuzlu mal-qara böyrәyi, dana әti, treska balığı, göy noxud, pomidor, yerkökü, cәfәri vә s. zәn-gindir. Qışda vә yazda tәzә meyvә, tәrәvәz çatışma-dıqda һamilә qadına draje şәklindә buraxılan kompleks vitaminlәrdәn «Pentovit», «Dekamevit-1», «Dekamevit-2»ni qәbul etmәk mәslәһәt görülür. Polivitaminlәri nә vaxt vә nә qәdәr qәbul etmәk һaqqında qadın mәslәһәtxanasının һәkimi ilә mәslәһәtlәşmәk lazımdır.
Bütün һamilәlik dövrü spirtli içkilәr içmәk qa-dağandır. Bundan başqa, һamilәliyin ikinci yarısında tünd tәamlı duzlu yemәklәr yemәk olmaz, һamilәlik artdıqca һamilә qadının bütün orqanlarına, әlәlxüsus ürәk, qaraciyәr vә beyrәklәrinә düşәn yük dә artır. Qida ilә daxil olan maddәlәr qaraciyәrdә asan һәzm edilәn birlәşmәlәrә çevrilir. Böyrәklər nәinki hamilә qadının, һәmçinin dölün mübadilәdә iştirak etmiş mәһsullarını xaric edir. Qadının vә gәlәcәk uşağın sağlamlığını qorumaq üçün çalışmaq lazımdır ki, һamilә qadının qaraciyәri vә böyrәyi һәmişә saz olsun vә çox yüklәnmәsin. Һamilә ğadın biroturuma çox yemәmәlidir, yemәklәrarası fasilә 4—5 saat olmalıdır. Tünd tәamlı vә duzlu yemәklәr susuzluğu artırır, maye isә һamilә qadının toxumalarında asan yığılır. Nәticәdә һamilә qadının çәkisi һәftәdә normada olduğu kimi 250—300 q. yox, 600—800 q vq daһa çox artır. Çəkinin һәddәn ziyadә çoxalması һәm ananın sәhһәtinә, һәm dә dölün sağlamlığına tәһlükə törәdәn ağırlaşmalar verә bilәr. İnsanın suya olan gündәlik tәlәbatı tәxminәn 2—2,5 l-dir ki, bunun da çox һissәsini o qida ilә alır. һamilә qadının orqanizmindә su mübadilәsi xüsusiyyәtlәrini nәzәrә alaraq һamilәliyin ikinci yarısında maye qәbulu gündә 0,8— 1 l-ә qәdәr azaldılmalıdır. Gündә içilәn süd, çay kimi, kompot, şorba da bura daxildir. һamilә qadının çәkisi çox artdıqda vә ödemә (şişmәyә) tәmaјül ol
duqda isә gündәlik maye qәbulunu 0,7—0,8 l-ә qәdәr endirmәk olar. һamilәlik zamanı ağırlaşmaların qarşısını alan tәdbirlәrdәn biri dә qadının düzgün yemәk qay
dasına riayәt etmәsidir. Alimlәrin çoxu xüsusi olaraq һamilә qadınların
qida rasionu, gündәlik menyusu ilә mәşğul olur. S. L . Lopovskinin mәlumatına әsasәn һamilә qadın һamilәliyin ikinci yarısında gündә tәxminәn 100- 150 q ağ çörәk, 150—200 q qara çörәk, 40 q kәrә yağı
30 q bitki yağı, 1 yumurta, 40—45 q şәkәr, 200 q. әt, yada balıq, 150—200 q tәzә meyvә, 500 q kartof, 200 q digәr meyvәlәr, 50 q yarma, 30 q un, 30 q xama qәbul et mәlidir
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:24 am    Mesaj mətni: Sitatla cavab ver

HAMİLƏ QADININ DAVRANIŞI
Hamiləliyin başlanması bir sıra hallarda, qadının alışdığı vərdiş və gündəlik qayda-qanunların dəyişməsini tələb edir. Qadınların çoxunda hamiləlik başlandıqda yuxuculuğun artması muşahidə olunur. Bu da təbiidir, çünki hamiləlik zamanı mərkəzi sinir sistemində bəzi dəyişikliklər baş verir. Bununla əlaqədar, ən əvvəl, yuxunu qaydaya salmaq lazımdır. Hamilə qadın gündə 8—9 saatdan az yatmamalıdır. Az yatdıqda o əsəbi və yorğun olur.
Əgər həyat şəraiti hamilə qadına gecə lazımi qədər yatmağa imkan vermirsə, onda o, gündüzlər 1,5— 2 saat istirahət etməlidir. Hamilə qadının yatdığı otağın havası yatmamışdan əvvəl dəyişdirilməlidir. Hamiləliyin lap əvvəlindən qadın sağ böyrü üstə yat-sa yaxşıdır. Yataq rahat, ancaq çox yumşaq olmama-lıdır.
Gəzintiyə daha çox diqqət yetirilməlidir. Təzə hava hamıya, lakin hamilə qadına daha çox lazımdır. Təzə havada gəzərkən orqanizm oksiken ilə yaxşı təmin olunur. Gündə bir neçə dəfə gəzmək lazımdır. Ümumiy-yətlə Hamilə qadın gündə 2—3 saat təmiz havada ol-malıdır. İşə gedərkən və gələrkən ya yolun yarısını, ya da mümkünsə hamısını ayaqla getmək məsləhətdir. Mağazalara girmək, ya da nəqliyyatda getmək təmiz havada gəzmək sayılmır. Yatmamışdan əvvəl təmiz ha-vaya çıxmaq çox faydalıdır. Ona görə də hamilə qadın gününü elə qurmalıdır ki, axşam şam yeməyindən son ra 1—1,5 saat təmiz havada gəzəbilsin. Gəzinti üçün gediş-gəlişli böyük küçələri yox, bulvarları, bağları, parkları seçmək lazımdır. Gəzinti çox yormalıdır, qadın bir az gəzdikdən sonra oturub istirahət etməlidir. Gəzinti zamanı tələsmək, tez-tez getmək məsləhət görülmür.
Bütün hamilə qadınlara hava vannaları xeyirlidir, bunlar orqanizmin ümumi tonusunu artırır bədəni möhkəmlədir. Hava vannalarını həm otaq həm də açıq havada qəbul etmək olar. Yay vaxtı havanın temperaturu +18°C-dən aşağı olmadıqda hava vannasını bayırda da təşkil etmək yaxşıdır, lakin həmin yer küləkdən və düzünə düşən günəş şuaların- dan qorunmuş olmalıdır. Hava vannalarını 8—10 dəqiqədən başlayıb 15—20 dəqiqəyə qədər artırmaq olar. Cavan hamilə qadınların çoxu maraqlanır ki, onlara çimmək və gündə qaralmaq olarmı və bu gələcək uşağa zərər yetirməz ki?
Günəş vannaları qəbul etməmişdən əvvəl hər bir hamilə qadın məsləhətxananın həkimi ilə məsləhət- ləşməlidir. Hamiləliyi normal keçən saqlam qadın səhərlər və axşamlar qısa müddətə gündə ola bilər Saat 8 və 11, 17, və 19 radələrində günəş şualarında ultrabənövşəyi şualar daha çox olan vaxtlardır.Bu da hamilə qadınlar üçün çox xeyirlidir, ona görə ki , belə şualar arterial təzyiqi aşağı salmağa, vitaminləri daha yaxşı mənimsəməyə kömək edir. Şualar orqanizmdə kalsium və fosforu saxlayaraq dölün sümük quruluşuna da yaxşı təsir göstərir. Lakin yer kürəsinə gəlib çatan günəş şualarında ultrabənövşəyi şualardan başqa çoxlu istilik enerjisi verən infraqırmızı şualar da vardır. Bu da ən çox saat 11 17 arasında muşahidə edilir. Belə qızmar havada vaxtından artıq qaldıqda qadının bədəni həddindən çox qıza bilər ki, bu da inkişaf edən dölə zərər yetirər.
Su proseduraları maddələr mübadiləsinə yaxşı təsir göstərir, hal-əhvalı yaxşılaşdırır və orqanizmi möhkəmləndirir. Hamiləlik normal keçdikdə həkim qısa müddətə ilıq dəniz, çay, göl suyunda çimməyə icazə verə bilər. Qalan vaxtlar hamilə qadın bədənini soyuq su ilə silə, duş qəbul edə, ya da üstünə soyuq su tekə bilər. Soyuq suya alışmamış qadınlar su proseduralarını әvvәl 36—34°S temperaturlu sudan başlamalı, sonralar bunu tәdricәn 29°—28°S-yә qәdәr endirmәlidirlәr. əgәr һәr gün duş qәbul etmәk, ya üstünә soyuq su tökmәk imkanı yoxdursa, onda һәr gün bədәnini belә qәdәr silә bilәr. Hәr dәfә 5—6 dәqiqә çәkәn su prosedurasından sonra tiftikli dәsmalla yaxşı-yaxşı silinmәk lazımdır. Su proseduraları keçirilәn otağın һavası 18—19°S-dәn aşağı olmamalıdır. Belә qәdәr bütün һamilә qadınlara sәrin su ilә silinmәk mәslәһәt görülür, gündәlik vannanı, ya da duşu һәkimin icazәsi ilә qәbul etmәk olar.
Bәdәnin vә әllәrin tәmizliyinә çox fikir verilmәlidir. Qadının һәm һamilәlik zamanı, һәm dә doğandan sonra sağlamlığı әsasәn dәrinin vәziyyәtindәn vә onun təmizliyindәn asılıdır. Piy vәzilәrinin ifrazatı dərini yumşaldır, onu çox yüksәk temperatur, güclü kimyәvi, mexaniki qıcıqlandırıcılara dözә bilәcәk qәdәr elastik edir. Dәri qatı dәrindә yerlәşәn toxumaları vә daxili orqanları xarici tәsirlәrdәn qoruyur. Tәr vәzilәri sayәsindә orqanizmdәn lazım olmayan maddәlәr xaric olunur. Demәli, tәr vәzilәri һamilәliklә əlaqәdar işi artmış böyrәklәrә bu yükün öһdәsindәn gәlmәyә kömәk edir. Bundan başqa, tәmiz dәri tәnәffüs aktında da iştirak edir. Әgәr dәri üzәrindәn piy vә tər vәzilәrinin ifrazatı kәnar edilmәzsә, onda dәrinin bütün funksiyaları pozular. Tərlә çirklәnmiş yağlı dәridәn pis iy gәlir vә irinli xәstәliklәrә asan tutulur. Gündәlik su proseduralarından başqa, һamilә qadın һәftәdә әn azı 2 dәfә isti su vә sabunla yuyunmalıdır. Duş altında yuyunmaq daһa yaxşıdır. һamamda isә ilıq su ilә yuyunmaq mәslәһәt görülür. Özünü və ayaqlarını buğa vermәk, isti vannada uzanmaq qәti qadağandır.
һamilәlik vaxtı әn çox xarici cinsiyyәt orqanla-rının tәmizliyinə fikir vermәk lazımdır, çünki uşaqlıq yoluna xәstәliktörәdici mikrobların düşmәsi doğuşdan sonra ağır xәstәliklәrin törәnmәsinә sәbәb ola bilәr. һamilә qadın һәr dәfә ayaqyoluna get-dikdәn sonra vә gündә 2 dәfә sәһәr vә axşam altını ilıq su vә sabunla yumalıdır. Suyun şırnağı qabaqdan-dala, yәni qasıqdan gödənә doğru verilmәlidir ki, mikroblar düz bağırsaqdan uşaqlıq yoluna düşmәsin-lәr. һamilә qadınların çoxunu cinsi-әlaqәnin. mümkün-lüyü maraqlandırır, һәr bir qadın bilmәlidir ki, cinsi әlaqә zamanı cinsiyyәt orqanlarına qanın gәl mәsi çoxalır. Qanın belә çox gәlmәsi ilә mexaniki qıcıqlanmanın birgә tәsiri һamilәliyin lap әvvәlindәn döl yumurtasının uşaqlığın divarına bәnd, olması prosesini poza bilәr ki, bu da uşağın düşmәsinә gәtirib çıxarır. Hamilәliyin ilk ayı cinsi әlaqәdәn çәkinmәk la
zımdır. Bu әn çox әvvәllәr uşaq salmış, ya da süni abort etmiş qadınlara aiddir. Hamilәliyin son iki ayında cinsi әlaqәdәn tam çәkinmәk mәslәһәtdir. Hamilәliyin bu son aylarında cinsi әlaqə dölәtrafı mayenin xaric olmasına, vaxtından әvvәl doğuşu
başlanmasına vә uşaqlıq yoluna müxtәlif xәstәlik törәdici mikrobların düşmәsinә sәbәb ola bilәr. Әgәr cinsi әlaqәdәn bir az sonra doğuş başlanar sa, onda bu mikroblar uşaqlıq yolundan uşaqlıq boş luğuna, oradan da dölә keçә bilәr ki, bu da һәm ana һәm dә uşaq üçün tәһlükәlidir.
Ana olmağa һazırlaşan qadın bilmәlidir ki, yeni doğulmuş uşaq üçün әn yaxşı qida—ana südüdür. Onun tәrkibindә uşaq üçün lazım olam bütün qidalı mad dәlәr vardır. Ana südü ilә uşaqlar antitel adlana spesifik birlәşmәlәr alırlar ki, bunlar da körpəni bir sıra yoluxucu xәstәliklәrdәn qoruyur. Demәli uşağın һәyatının ilk aylarında onun sağlamlığı ana südü vә ya süni yedizdirmәdәn asılıdır. һamilә qadının orqanizmindә gedәn һormonal də
yişikliklәrlә әlaqәdar olaraq süd vәzilәri süd ifraz etmәyә һazırlaşır. Vәzili toxumanın artması ilә süd vәzilәri böyüyür ki, bunlar da artıq һamilәlik zaman
öz şirә ifrazetmә funksiyalarını yerinә yetirirlәr. Bunun nәticәsindә һamilә qadının süd vәzilәri bәr kiyir, bәzәn ağrıyır, sıxdıqda mәmәdәn ağuz kәlir. Gәlәcәkdә uşağı әmizdirmәk üçün süd vәzilәrinin һazırlığını görmәk lazımdır. Bunun üçün onları һәr
gün sabunla yuyur, cod dәsmalla silir vә yatmamışdan qabaq 10—15 dәqiqә açıq saxlayırlar. Bundan başqa büstһalteri dә elә seçmәk lazımdır ki, o süd vәzilə
rini saxlasın, ancaq sıxmasın. Büstһalter pambıq parçalardan olmalı, tez-tez dәyişilmәlidir. Uşağı әmizdirmәk üçün һamilәlik zamanı mәmə lәrin düzgün һazırlanmasının böyük әһәmiyyәti vardır. Mәmә nazik, zәrif dәri ilә örtülmüşdür, uşaq һәr gün әmmәyә başlayan kimi onun tamlığı pozulur. Nәticәdә mәmәlәrdә çatlar әmәlә gәlir, bu da doğumdan sonra süd vәzilərinin xәstәliyinә—mastitә gәtirib çıxarır. Hamilәlik zamanı mәmәlәrin һazırlı-
ğı görüldükdә isә mәmәnin dәrisi daһa dözümlü, özü isә daһa möһkәm olur. Bunun üçün süd vәzilәrini yu-yandan sonra mәmәlәri bir dәqiqә әrzindә tәmiz, cod dәsmalla silirlәr.
Bәzi qadınların mәmәlәri yastı vә һәtta içәri keçmiş olur. Yeni doğulmuş uşaq belә mәmәni ağzına götürә bilmir, uşağı әmizdirmәk çәtinlәşir. Bu cür mәmәlәri eһmallıca dairәvi һәrәkәtlәrlә masaj etmәk vә onları dartmaq lazımdır. Belә proseduranı һamilәliyin 34—35-ci һәftәlәrindәn başlamaq olar. Masaj 3—4 dәqiqә çәkir. Masaj etmәmişdәn әvvәl әllәri tәmiz yuyurlar.
һamilәlik zamanı mәmәlәrin və süd vәzilәrinin һazırlığını düzkün vә müntәzәm keçirәn qadınlar nadir һallarda mastitlә xәstәlәnirlәr.
Dırnaqlara xüsusi qulluq etmәk lazımdır. Uzun dırnaqlara nә qәdәr qulluq etsən dә fәrqi yoxdur, al-tına çoxlu mikrob yığışır. Bundan başqa, uzun dır-naqlarla süd vəzilərinin dәrisinә, mәmәlәrә, çağanın zәrif dәrisinә gözәgörünmәz xәtәr yetirmәk olar. Ana olmağa һazırlaşan һәr bir qadın dırnaqlarını qısa saxlamalıdır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:25 am    Mesaj mətni: Sitatla cavab ver

HAMİLƏ QADININ GEYİMİ NECƏ OLMALIDIR
Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların Venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxımasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28—30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və «hamiləlik çapıqları» az-az olur. Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nə-zərə çarpdırır. Bəzi moda jurnallarında «gələcək analar üçün» olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır. Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, Hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B. İyun 24, 2007 7:25 am    Mesaj mətni: Sitatla cavab ver

VALİDEYNLƏRİN SAĞLAMLIĞININ UŞAĞA
TƏSİRİ

Uşağın anadan olması, ələlxüsus ilk körpənin olması həmişə sevincdir. Valideynlər üçün uşağın inkişafına, onun oyunlarına baxmaqdan böyük səadət yoxdur. Uşaqlar ailəyə nə qədər sevinc, təbəssüm, mehr ribançılıq gətirir! Onlar həyatımızın rəhni, qoca-
lığımızın dayağıdır. Ancaq ailədə fiziki, ya da zehni cəhətdən qüsuru olan uşağın böyüməsi həm ətrafdakılar, həm də ailənin özü üçün böyük dərddir! Lakin bilmək lazımdır ki, anadan olan uşağın sağlamlığı əsasən valideynlərin sağlamlığından, onların həyat tərzindən asılıdır.
Qusurlu uşaqların doğulmasına əsas səbəb—sər-, xoşluqdur. İçkiyə mübtəla olan valideynlərin uşaqla rı zahirən sağlam uşaqlardan fərqlənməsələr də tezliklə onların zehni cəhətdən geri qaldıqları aşkar olur, onlar adi məktəbdə oxuya bilmirlər. Spirtli içkiləri .müntəzəm və uzun müddət içən adamların (həm kişilərin, həm də qadınların) cinsiyyət hüceyrələrində dəyişiklik əmələ gəlir. Bu dəyişikliklər müvəqqətidir, səmərəli müalicədən sonra, içkidən tamam əl çəkdikdə belə valideynlərin də sağlam uşaqları ola bilər.
Cavanların səhhətini pozan və gələcək uşağa bəzən çarəsi olmayan zərər yetirən ikinci səbəb—papiros çəkməkdir. Tütünün tərkibində olan nikotin zəhərli maddədir. Papiros çəkərkən o ağciyərlərə, oradan da qana keçir. Qanda nikotin çox olduqda (uzun müddət və tez-tez çəkdikdə) orqanizm nikotinlə zəhərlənir, bunun nəticəsində cavan, sağlam adamın cinsiyyət hüceyrələri də zəhərlənir; Nikotinin—hamilə qadının qanına keçməsi isə inkişaf edən dölün səhhətinə ; ciddi zərər yetirir. Buna görə sağlam uşaq istəyən adam zərərli vərdişlərdən əl çəkməlidir.
Hamıya məlumdur ki, insan oksigensiz yaşaya bilməz. nəfəsi verib belə dayanmağa çalışın. 20—30 saniyədən sonra mütləq nəfəs almaq istəyəcəksiniz. Ancaq xüsusi məşq keçmiş adamlar nəfəslərini 2—3 dəqiqəyə saxlaya bilərlər.
Hamilə qadının hamiləlik dövrü artdıqca, nəfəsalma dərinliyi bir qədər azalır, əvəzində tənəffüsün tezliyi artır. Bunun sayəsində inkişaf edən döl kifayət qədər oksigen alır.
İnsan orqanizmində oksigeni eritrositlər, yəni qırmızı qan kürəcikləri daşıyır. Qan ağciyərdəki kiçikqan damarlarında—kapilyarlarda axaraq nəfəsalma zamanı ağciyərlərə dolmuş Havadan oksigeni özünə çəkir. Oksigen ilə zənkinləşmiş (arterial) qan bədənə yayılaraq oksigeni bütün orqan və toxumalara paylayır. Bətn daxilində inkişaf edən döl oksigeni ciftə axan ana qanından alır, hamiləlik baş verən kimi qadın orqanizminin oksigenə olan tələbatı əhə-miyyətli dərəcədə artır, bir sözlə, hamilə qadın «iki nəfərin» əvəzinə həm yeyir, həm də nəfəs alır.
Rüşeym oksigen aclığına çox həssasdır, ələlxüsus il k 2—3 aylığında.. Dölün orqanlarının zədələnməsinə, zəifləşmiş və hətta ölü uşaqların doğulmasına səbəb olan amillərdən biri də oksigen aclığıdır. Bu məsələ heyvanlar üzərində təcrübədə hərtərəfli öyrənilmişdir. Əlbəttə, təbiidir ki, heyvanlar üzərindəki təcrübə ilə insan üzərindəki müşahidələr tam uyğun gəlməyə bilər. Buna baxmayaraq, hamilə qadının oksigen aclığı ilə keçən hər bir xəstəliyi dölün səhhətinə təsir edir. İlk növbədə, belə xəstəliyə aydın görünən anemiya, ya da qanazlığı aiddir. Bu vaxt oksigeni daşımaq üçün qadın orqanizmində «nəqliyyat vasitəsi» olan eritrositlər çatışmır. Qanın oksigenlə zənginləşməsinin azalmasına ürək və ağciyərlərin, yəni oksigenlə mübadilədə əsas rol oynayan orqanların bəzi xəstəlikləri, eləcə də hipertoniya xəstəliyi, ağır infeksion və digər xəstəliklər səbəb ola bilər.
Hamiləliyin erkən dövrlərində oksigenin çatış-mazlığı rüşeymin tələf olmasına, onun qusurla inkişaf etməsinə ,ya da ciftdə defektın olmasına gətirib çıxarır. Bu da, öz növbəsində, hamiləliyin gedişinə və doğuşa təsir göstərir.
Bətndaxili inkişafın sonrakı dövrlərində də dölün oksigen aclığı çəkməsi gələcək uşağın səhhəti üçün izsiz keçmir. Belə halda döl inkişafdan qala bilər, ya da çəkisi az olan uşaq doğular. Sonradan uşağın zehni cəhətdən də geri qaldığı üzə çıxır.
Deməli, ananın xəstəliyi ilə əlaqədar dölün oksigen aclığı çəkdiyi bütün hallarda, ən əvvəl, hamilə qadını müalicə etmək lazımdır. Bunun üçün çox vaxt qadın məsləhətxanasının həkimi hamilə qadını muayinə və müalicə edilmək üçün xəstəxanaya göndərir. Qadının xəstəxanada qalma müddəti xəstəliyin xarakterindən asılı olaraq müxtəlifdir.
Hər bir adam, o cümlədən hamilə qadınlar infek-sion xəstəliklərlə—qrip, angina, tənəffüs yollarının kəskin xəstəlikləri və s. ilə xəstələnə bilərlər. Təəssüf ki, bəzi hamilə qadınlar bu xəstəlikləri saya almır və həkimə muraciət etmədən özləri müalicə olunmağa səy göstərirlər. Halbuki, saysız-hesabsız eksperimentlər göstərir ki, boğaz adadovşanlarının, siçovulların vә digәr laboratoriya һeyvanlarının süni sürәtdә 41—42°S-yә kimi qızdırılması onlarda dölün inkişafında pozğunluqlara, artmanın lәngimәsinә, «bәzәn һәtta onların bәtndaxili tәlәfinә sәbәb olur. Boğaz һeyvanın bәdәninin soyudulması zamanı da buna oxşar mәlumatlar alınmışdır. Bәdәnin temperaturunun dәyişmәsi әn çox әvvәllәrdә tәsvir etdiyimiz «kritik dövrdә» dölün inkişafına pis tәsir göstәrir. Sağlam һamilә qadınlarda bәdәnin temperaturunun az tәrәddüdü dölә pis təsir etmir, ona görә ki, temperaturun düşüb-qalxmasına cavab olaraq һamilә qadında tәnzimetmә mexanizmlәrinin kömәyi ilә uşaqlığın damarlarının mənfəzi dә müvafiq olaraq ya genәlir, ya da daralır. Belәliklә, döl üçün nisbәtәn, daimi temperatur şәraiti yaradılır. Lakin bәzi lnfeksion xәstәliklәr zamanı һamilә qadının damar divarlarının tonusunu tәnzimetmә mexanizmi pozulur. Bu, әsasәn titrәtmә vә üşütmә ilә müşayiәt olunan ağır formalı xәstәliklәrdә baş verir. Ananın xәstәliyi nә qәdәr uzanır vә ağır olursa, döl bir o qәdәr çox zәrәr çәkir. Dölün orqanlarının mayasının qoyulması vә ciftin formalaşması qurtaran dövrlәrdә qadının infeksion xәstәliyә tutulması onun һamilәliyinin kәsilmәsinә sәbәb ola bilәr.
İnfeksion xәstәliyә tutulmuş һamilә qadında dölün inkişafında qüsurlar, ya da vaxtından әvvәl doğuşlar olduqda bu ancaq yüksәk temperaturun deyil, һәmçinin xәstәliktörәdici mikrobların mәnfi tәsirinin nәticәsi ola bilәr. Hazırda sübut edilmişdir ki, cift dölü bir sıra infeksion xәstәliklәrdәn, o cümlәdәn virusların törәtdiyi xәstәliklәrdən qoruya bilmir. Çox tәsadüf olunan belә xәstəliklәrә qrip, ikfek-sion sarılıq( һepatit), mәxmәrәk, su çiçәyi aiddir.Viruslar—- ciftdәn dölә keçәn kiçik mikroorqanizmlәrdir. Әgәr һamilә qadınһәr һansı viruslu infeksion xәstәliyә tutulursa, dölün dә xәstәlәnmәsinә şәrait yaranır. Belә һalda һәm ananı, һәm dә dölü müalicә etmәk lazımdır. Demәli, dölün normal inkişafı üçün xәstәlәnmiş һamilә qadının vaxtında һәkimә müraciәti çox vaçibdir.
Virus xәstәliyi dölün bәtndaxili iikişafının ilk aylarında xüsusilә tәһlükәlidir. Bu, onunla izaһ olunur ki, orqanların mayası qoyulanda rüşeym virusların vә onların zәһәrlәrinin (toksinlәrin) dağıdıcı tәsirinә daһa һәssas olur. Bәtndaxili inkişafın
ikinci dövründә virusun dölә tәsiri әһəmmyyәtli dәrәcәdә azalır.
Avstraliya һәkimlәri görmuşlәr ki, 1941-ci ildə mәxmәrәk epidemiyasından sonra ölkәdә anadangәlmә defekti olan (ürәk qüsuru, karlıq vә s.) çoxlu uşaq doğulmuşdur. Mәxmәrәk virusu aydın görünәn zәdәlәyici tәsirә malikdir.
Payız-qış aylarında şәһәr әһalisi qrip vә yuxarı tәnәffüs yollarının kәskin xәstәliklәri ilә xәstәlәnirlәr. Bu xәstәliklәr dә virus xәstәliklәrinә daxildir. Onlar da tez yayılır vә bәzәn epidemiya xarakteri daşıyır.. Һamilә qadınlar belә dövrdә bütün profilaktik tәdbirlәrә riayәt etmәlidirlәr. Әn çox da epidemiya zamanı eһtiyatlı olmaq lazımdır. Onlar, әn әvvәl, bәdәnlәrini möһkәmlәtmәli, özlәrini tәdricәn һava vannalarına vә su proseduralarına alışdırmalıdırlar. Xәstәlәrlә tәmasda olmamaq, lazım gәldikdә tәnziflә burun vә ağızı bağlamaq lazımdır, çunki xәstəlәr danışdıqda, öskürüb-asqırdıqda çoxlu tüpürcәk vә selik ifraz edirlәr ki, bunların da tәrkibindә saysız-һesabsız mikrob olur. Bu mikroorqanizmlәr һavada yayılır vә sağlam adam nәfәs alarkәn onun nәfәsi ilә orqanizmә daxil olur. Xәstә yatan otağın һavasını tez-tez dәyişmәk lazımdır.
İnfeksion xәstәliklәrin törәdicilәri nəinki viruslar, һәmçinin digәr mikroorqanizmlәr dә ola bilәr. Onlar çox vaxt xәstәliklәrin törәdicilәrini yayan ev һeyvanlarında, quşlarda olur.
Sifilis, malyariya; yatalaqlar kimi xəstәliklәr bәtndaxili inkişafın ikinci yarısında döl üçun xüsusilә qorxuludur. Respublikamızda sifilislә xәstәlәnmә һallarına nisbәtәn az tәsadüf olunmasına vә bu xәstәliyin tamamilә aradan qaldırılmasına sәy göstәrilmәsinә baxmayaraq, һamilәlik zamanı bütün qadınların qanı iki dәfә Vasserman reaksiyasına (gizli gedişli sifilisi aşkar etmәk üçün) tәdqiq edilir.
Piodermiya, çiban, korçiban, dolama kimi irinli dәri xәstәliklәrinә çox tez-tez tәsadüf olumnur. Bütün bunları vә buna oxşar xәstәliklәri әtraf müһitdәn zәdәlәnmiş dәrinin üstünә duşәn irintörәdici mikroblar әmәlә gәtirir. Bәzәn çibanın әmәlә gәlmәsi üçün kiçicik bir zәdoə kifayət edir. Dәrinin һәr bir xırda zәdәsini yodun spirtli mәһlulu ilә silmәk lazımdır.
һamilә qadın vә onun gәlәcәk uşağı üçün irinli xәstәliklәr bir sıra ağırlaşmalar törәdir. İrin
ocağı yerindәn asılı olmayaraq һәmişә infeksiya mәnbәyidir. Buradan irintörәdici mikroblar uşaqlıq yoluna, uşaqlığa düşüb ordakı dölә tәsir edә bi lәrlәr. Düzdür, һamilә qadının orqanizmi infeksiyanın yayılmasına qarşı yaxşı müһafizә olunmuşdur,
lakin iakişaf edәn döl və yeni doğulmuş uşaq һәlә belә müһafizә qabiliyyәtinә malik deyildir. Dölün sәһһәtinә bilavasitә zәrәr yetirmәkdәn savayı, irin törәdici mikroblar—һamilәliyin sonunda meydana çıxdıqda ananın doğuşdan sonrakı ağır xәstәliklә rinә sәbәb ola bilәr. Son zamanlar süd vәzisinin iltiһabı—mastit çox yayılmışdır, bu da әksәr һallarda operasiya təlәb edir. Qadının doğuşdan sonrakı һәr bir, һәtta әn yüngül xәstәliyi dә yeni doğulmuş uşağa tәsir göstәrir.
İrinli xәstәliklәrin çoxunu stafilokokk mikrobları törәdir. Onlar әksәr һallarda, һәmçinin badamcıqların iltiһabına, ya da anginanın törәmәsinә dә; sәbәb olur. Stafilokogk iifeksiyasına qarşı һamilә qadının vә onuı gәlәcək uşağının orqanizminin müqavimәtini artırmaq üçün qadın mәslәһәtxanalarında vә doğum evlәrindә bәzi qadınlara һamilәliyin axırında xüsusi zәrdab vurulur, necә deyәrlәr, o stafilokokk anatoksini ilә immunizasiya edilir.
Hәr һansı xәstәliktörәdici mikrobla yoluxmasına, qarşı insan orqannzminin müqavimәt reaksiyalarından biri dә antitel adlanan xüsusi maddә һasiletmә qabiliyyәtidir. Әgәr xәstәliktörәdici mikrobun artmasının qarşısını almaq vә mәnfi tәsirini dәf etmәk üçün orqanizmdә bu antitellәr kifayәt qәdәrdirsә, onda adam yoluxduqda ya xәstәlәnmir, ya da xәstәliyi yüngül formada keçirir. İnkişaf edәn döl özü antitellər törәtmir, onları o, cift vasitәsilә anadan alır. Demәli, һamilә qadının orqanizmi baş verә bilәcәk infeksiyadan nәinki özünü, һәm dә gәlәcәk uşağını müһafizә etmәlidir.
һamilә qadının orqanizmindә stafilokokka qarşı antitelin kifayәt qәdәr olması çox vacibdir. һamilә qadına stafilokokk anatoksini vurulduqda, onun qanında antitellәrin miqdarı һәmin zәrdab vurulmamışlara nisbәtәn 8—10 dәfә çox olur; bu da stafilokokk infeksiyalı xәstәliklәrlә xәstәlәnmәlәrin azalmasına gәtirib çıxarır. Yuxarıda təsvir etdiyimiz stafilokokk infeksiyasına qarşı yönәldilmiş spesifik profilaktika tәdbirlәrindәn başqa, burada qadının sağlamlığı uçün şәxsi gigiyena, gәzinti bәdәnin möһkәmlәndirilmәsi, günәş vannalarını qәbul edilmәsi dә böyük rol oynayır,
Bəzi infeksion xәstәliklәr—angina, qrip vә başqaları һәrdәn ağırlaşmalar verir. Hamilә qadınlarda әksәr һallarda böyrәklәr zәdәlәnir ,bu da һamilə
qadının sidik kanalının bir sıra xüsusiyyәtləri ilə әlaqәdardır. Əmələ gәlmiş xәstәliklәr—pielitlər (böyrәk lәyәnlərinin iltiһabı), ya da pielonefritlər (böyrәk yumaqcıqlarının zәdəlәnmәsilә böyrәklәrin
iltiһabı) dә: öz növbәsindә, ağırlaşmalar verir, Bunlardan әn çox tәsadüf olunanı bәtndaxili yoluxma, һa miləliyin kәsilmәsi, bәzәn isә һәtta dölün tәlәf olmasıdır. Hamilә qadınlarda pielonefritlәrin müalicәsi xәstәxanada aparılır, bәzәn bu çox uzun çәkir
Demәk olmaz ki, һәr bir infeksiya pielonefritә, da öz növbәsindә, һamilәliyin kәsilmәsinә sәbәb olur. Lakin ağırlaşmaların qarşısını almaq üçün һər bir xәstәlik zamanı һamilә qadın mәslәһәtxananın
һәkiminә müraciәt etmәlidir. Dölü bәtn daxilindә zәdәlәyә bilәcәk infeksion
xәstәliklәrdən biri dә toksoplazmozdur. Bu xәstәlik vaxtından әvvәl doğuşla da nәticәlәnә bilәr. Xәstəliyi 1908-ci ildә kәşf edilmiş toksoplazma törәdir. Toksoplazmozu göyәrçinlәr, xәstə pişiklәr, itlәr və digәr һeyvanlar yayırlar. Onların ağız suyu, südü
sidiyi, nəcisi vasitәsilə toksoplazma ifraz olunur. İnsan һeyvanların yoluxdurduğu qida vә sudan istifadə etdikdә, xәstә һeyvanlardan alınmış әrzağı çiy, ya da yaxşı bişmәmiş һalda (әt, süd, yumurta) işlətdikdə ya da çirk әllәrdәn -yoluxurlar. İnsan orqanizminə
düşәn toksoplazma müxtәlif xәstәliklәr törәdә bilər. Әn çox gizli kedişli, ya da latent formalı xәstәlik qorxuludur, çünki bu zamzan xәstәliyin simptomları һeç görünmür. Qadın һamilә olmayınca onda toksoplaz moz olduğunu Һeç һiss etmir. Toksoplazmozun gizli
formalarını üzә çıxartmaq üçün qadın mәslәһәtxana larında xüsusi diaqnostik tәcrübә keçirilir. Xәstәlik müәyyәnlәşdirilәn kimi, һamilә qadına xüsusi müalicə
tәyin olunur. Әgər qadında әvvәllәr һamilәliyin müxtәlif dövrlәrində öz-özünә uşağdüşmә ya da ölü uşaq doğmaq һalları olmuşsa, onda yeni һamilәlik başlanmamışdan
əvvəl ər-arvad müayinə edilməlidir.
Toksoplazmoz müalicә olunduqdan sonra qadın sağlam uşaq doğa bilər.
İnsanın cinsiyyәt vәzilәri endokrin sistemә aiddir, bundan başqa һәmin sistemә qalxanvari vәzi, mәdәaltı və böyrәküstü vәzilәr dә daxildir. Cinsiyyәt vәzilәrinin normal funksiyası vә cinsiyyәt һüceyrәlәrinin tamdәyәrli olması bütün endokrin orqanların fәaliyyәti ilә әlaqәdardır. Bu orqanların (һәmin orqanlara daxili sekresiya orqanları da deyirlәr), elәcә dә cinsiyyәt orqanlarının işi beyin artımının һipofizin ifraz etdiyi һormonlardan asılıdır. Sağlam adamda endokrin sistem müvazinәtdәdir. Bir vәzin xәstәliyi o biri vәzilәrin dә fәaliyyәtinә tәsir göstərir.
İndi mәdәaltı vәzin xәstәliyinә—diabetә, ya da xalq arasında deyildiyi kimi, şәkәr xәstәliyinә tez-tez tәsadüf olunur. Bәzәn belә xәstәlәr (һәm qadınlar, һәm dә kişilәr) ciisiyyәt һüçeyrәlәrinin tamdәyәrli olmaması üzündәn sonsuzluğa düçar olurlar. Xәstәliyın yüngül formasında xәstәlәr һәkim-endokrinoloqun nәzarәti altında olmur vә müalicә almırlar. Belә һallarda valideynlәrin xәstәliyi dölün bәtndaxili vә sonrakı inkişafında öz әksini tapır. Bunu daxili sekresiya vәzilәrinin zәdәlәnmәsi ilә әlaqədar olan digәr xәstәliklәr һaqqında da demәk olar. Mәsәlәn, qalxanabәnzәr vәzinin funksiyasının ya artması, ya da azalması ilә gedən xәstәlik qüsurlu uşağın doğulma-sına sәbәb ola bilәr. Vaxtında qoyulan diaqnoz, һəkim-endokrinoloqun müntәzәm nәzarәti altında olma, yaxşı müalicә adәtәn, sağlam uşağın doğulmasını tәmin edir.
Endokrin xәstәliklәrdәn savayı, һәtta әn cavan qadınlarda da digәr orqanların ciddi zәdәlәnmәlәrinә—ürək qüsuru, ağciyәrlәrin, qaraciyәrin böyrәklәrin müxtәlif xәstәliklәrinә tәsadüf edilir. Öz xәstəliyini bilən һәr bir qadın һamilә olduğunu duyan kimi, һamilәliyi gәzdirә bilәcәyi һaqda һәkimlә mәslәһәtlәşmәli, bәzәn isә lazımi müayinәdәn keçib müalicə olunmalıdır.
Elә xәstәliklәr vardır ki, onlarda һamilə olmaq yaramır.
Bәzәn һәr һansı bir xәstәliyә tutulan qadın gözlənilmәdәn һamilә olur, ya da görürsәn ki, öz xәstәliyi һaqda һeç nә bilmir, Belә һallarda qadın mәslәһәtxanasının һәkiminә müraciәt etmәk lazımdır. Lazım gәldikdә һamilә qadını dәqiq müayinәdәn keçirmək
uçün xәstәxanaya göndәrirlәr, burada һamilәliyi saxlayıb-saxlamamaq mәsәlәsi һәll olunur. Yaddan çıxarmaq olmaz ki, һamilәlik xәstә orqana әlavә, bәzәn gücü çatmayacaq yükdür. Bu һamilәliyi saxlamaq üçün һeç vәcһlә sağlamlığı zәrbә altına qoymaq olmaz. Bununla yanaşı, öz xәstәliyini bilәn və һamilə
olduğunu duyan, bilә-bilә һәkimә gec müraciәt edən (mәzuniyyәtdәn bir az әvvәl), ya da dәfәlәrlә xәstəxanaya getməkdәn imtina edən qadınların psixologiyası
nı başa düşmək olmur. Ananın xəstәliyi nә qәdәr ciddidirsә, onu vә onun gəlәcәk uşağını һәdәləyən təhlükә dә bir o qәdәr qorxuludur. Demәli, ana vә qadın
mәslәһәtxanasının һәkimi bu tәһlükәni azaltmaq üçün әllәrindәn gəlәni etmәlidirlәr. Bәzi xәstәliklәr zamanı һamilә qadın bütün һamilәlik dövrünü xәstəxa
nada keçirmәli olur. Hәkimin müntәzәm nәzarәti altında olan qadın uşağı böyütmәyә vә ona qulluq etməyə lazım gәlәn sağlamlığını qoruya bilir.
Azәrbaycanda һamilәliyi qadının istәyi ilə vaxtından әvvәl kəsmәk üçün qoyulmuş qadağan 1956-cı ildәn lәğv edilmişdir.
Tәәssüf ki, ginekoloqlar gündәlik tәcrübәlәrində bәzi qadınların һamilәliyi kәsmәyә çox yüngül yanaşmalarının şaһidi olurlar, lakin bu yüngüllük әslindә yanlış tәәssüratdır. İlk һamilәliyini kәsәn qadının üzәrinә böyuk mәsuliyyәt düşür, ona görә ki, bu onun gәlәcәk uşaqları üçün bir sıra xoşagәlmәz nəticәlәrә gәtirib çıxara bilәr. İlk növbәdə bu, qanı rezus-mәnfi olan qadınlara aiddir. Gәlәn bölmәdə bu һaqda әtraflı danışılacaq. Bundan başqa, һamiləliyin süni kәsilmәsi üzrә operasiya һәtta xәstәxana şәraitindә, ixtisaslı һәkim tәrәfindәn edildikdə belә, uşaqlığın divarına az-çox zәdә dәymәklә keçә bilәr ki ,bu da sonradan ciddi ağırlaşmalara səbəb olur.
Abort operasiyasından sonra törәyәn әn ciddi və faciәli ağırlaşma—sonsuzluqdur. Ginekoloqlar həmişә sağlam qadında ilk һamilәliyin süii kəsilməsinә qarşı etiraz edirlәr. Abort operasiyasından sonra baş verәn ikinci ağırlaşma—һamilәlik zamanı uşaq düşmәsidir. Bu, һamilәliyin һəm erkәn, həmdә sonrakı dövrlәrindә baş verir. Bәzi qadınlarda abortdan sonrakı hamilәlik