 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:01 am Mesaj mətni: klassik sairler |
|
|
GƏNCLƏRƏ NƏSİHƏT
Fitnə törətmə, ey fitnəkar cavan
Fitnədir elləri dərd-şərə salan.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarımar.
Məhşərin sübhüdü, lağım atma sən,
Gizli lağım qazan qorxar sübhdən.
Hiylə—oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Hiylənin şişindən qızarır üzün,
Qızaran üzvlər şişdəndir bütün.
Nifaq xəstəsisən nə qədər ki sən,
Əlac saymaqdan da ziyan görərsən.
Vəfa küçəsində ev tut, yəqin bil:
Vəfa mənzilidir ən yaxşı mənzil
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa,
Çalış az dostluq et, etsən də əgər
Dostluqda möhkəm ol, sözdə mötəbər,
Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar sənin halına.
Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir, çıxma havadar.
Dostun bir adamı ayaqdan salsa,
Ucaltma başını Cəmşid də olsa.
Dost müttəhim edib, kimi etsə rədd,
Qardaşın olsa da önünə çək sədd.
Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da əl çək
Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.
Özgənin əlilə adam olanlar
Dost qədri bilməzlər, nankor olarlar.
İsa düzəldən gil quşdur ki, quşdur,
İdris əkən qamış qələm olmuşdur.
Haqq yolunda çalış o qədər ki, həqq
Razı qaldığını biləsən mütləq.
İsanı narazı, keşişi məmnun
Edəndən olarmı, de, həvvariyyun?
Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.
İtə nə rəng vursan itdir, arslandan
Qalan sümükləri yeyər hər zaman.
Razılıq etsə də təriflərindən,
Naəhlin başını havalatma sən.
Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox ,əmoğlun sanar.
Daha boyun qoymaz işə, xidmətə,
Lovğalar yabançı olur hörmətə.
Kiçiyə böyüklər ad qazandırar,
Şaha xidmət edən bayraq ucalar |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:02 am Mesaj mətni: |
|
|
EY XAQANI
Ey xaqani, çörək üçün öz abrını tökmə sən,
Abırını tökən tamah canı alar əlindən.
Bilirsən ki, nələr çəkdi Adəm burda ucundan, Onun kimi dərdə düşər çörək deyən hər insan.
Yol üstündən qırıntılar daşıyan qarışqalar İnsanların ayaqları altında tapdanarlar.
Uşaq bir az çörək taxıb qarmağına hər zaman Balıqları şikar ediğ bu yol ilə çox asan.
Boğaz üçün suda balıq keçirsə öz canından, Təəccübə dəyərmi heç canından keçsə insan
Xaqani |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:03 am Mesaj mətni: |
|
|
TƏMSIL
Kufəli bir gözəl kor bir əcəmlə
Oturub eşqdən edirdi söhbət.
Dedim həmin kora: aldanma qıza,
O sənin puluna salmış məhəbbət.
Axmaqlıq ucundan aldanma ona,
Belə bir məsəl var, ver buna diqqət;
Eşşəyə dedilər: «buyur toya gəl»,
Eşşək qah-qah çəkib güldü, nəhayət.
Dedi: «Siz istəyən rəqqas deyiləm,
Nə də çalğıçı tək tapmışam şöhrət
Hamballıq etməyə çağırılıram.
Su, odun daşımaq lazımdır əlbət
XAQANI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:04 am Mesaj mətni: |
|
|
VƏTƏN
İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simuzər.
Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.
Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.
Bakir sözlərimin aşiqi olan
Ariflər əlimi öpər hər zaman.
Nemətə, dövlətə qərq olaram mən,
Barınar el-oba mənim süfrəmdən.
Lakin üzüm gülməz, gözlərim ağlar... Qəlbimdə dağ qədər ağır intizar.
Vətən həsrətilə töküb göz yaşı,
«Ah, vətən!» deyirəm mən hər söz başı.
Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xanıman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz
O şəhər də mənə doğmadır, əziz.
Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.
Anasından küsən körpə bir uşaq
Ata ağuşunda yer tapar ancaq
XAQANI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:05 am Mesaj mətni: |
|
|
YÜZ MIN CƏFA QILSAN MƏNƏ
Yüz min cəfa qılsan mənə,
Mən səndən üz döndərmənəm.
Canım ola qurban sənə,
Mən səndən üz döndərmənəm.
Sevdim səni mən can ilə,
Qul olmuşam qurban ilə,
Qoy and içim Furqan ilə
Mən səndən üz döndərmənəm.
İsamısan, Musamısan?.
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım, canısan
Mən səndən üz döndərmənəm.
Ey Nəsimi, sən aşiqmisən?
Ğəqq yolquna sadiqmisən?
Gözləməyə layiqmisən?
Mən səndən üz döndərmənəm
IMAMEDDIN NESIMI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:06 am Mesaj mətni: |
|
|
EY NURI-DILU DIDƏ
Ey nuri-dilü didә,
Didarına müştaqәm,
Vey yari-pәsәndidә,
Didarına müştaqәm.
Ey maһi-pәri-peykәr,
Vey һuri-mәlәkmәnzәr,
Ey lәli-lәbi şәkkәr,
Didarına müştaqәm.
Ey şәmsü qәmәr üzlü,
Şirin dodağın duzlu;
Vey şәһdü-şәkәr sözlü,
Didarına müştaqәm.
Ey dәrdimә sәn dərman,
Mәn gövdәyәm, eşqin can.
Ey tazә güli-xәndan,
Didarına müştaqәm.
Ey dilbәri-pünһani,
Sәnsiz nedәrәm cani.
Vey Yusifi-Kənani,
Didarına müştaqәm.
Ey dilbәrü dildarım,
Sәnsәn әbədi yarım.
Vey yari-vәfadarım,
Didarına müştaqəm.
Ey һüsnü bәdayәtsiz,
Vey lütfü niһayәtsiz,
Vallaһ ki, bәğayәtsiz,
Didarına müştaqәm
Ey rәһmәti-illaһi,
Sәnsәn yeri-göy maһi.
Vey qamu xubun şaһi, Didarına müştaqәm.
Ey çeşmeyi-һeyvanım, Sәnsiz nedәrәm canım? Vey şaһimü sultanım, Didarına müştaqәm.
Ey cümlә caһan cani, Aşiqlәrin imani,
Vey simü göһәr gani, Didarına müştaqәm.
Ey saһibi-tәxtü tac, Canlar canına möһtac.
Ey görklü üzün merac, Didarına müştaqәm.
Ey nuri-sәmavati,
Vey mәzһәri-ayati,
Vey canü caһan zati, Didarına müştaqәm.
Ey eşqi-dürәfşanım,
Vey bülbüli-dәstanım,
Ey tazә gülüstanım, Didarına müştaqәm,
Ey buyi-baһaristan,
Vey һuri-nigaristan,
Vey dilbәri-sәrmәstan, Didarına müştaqәm.
Ey çeşmeyi-һeyvanım, Sәnsiz olamaz canım.
Vey bәһri-göһәr kanım, Didarına müştaqәm.
Ey dilbәri-simintәn,
Sәn canü Nәsimi tәn.
Ey sәrvü kuli-gülşәn, Didarına müştaqәm
IMAMEDDIN NESIMI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:07 am Mesaj mətni: |
|
|
İSTƏRLƏR
Sərsəri, girmə meydana,
Aşiq, səndən yol istərlər. Qəllaş ilə oturmadan,
İman əhli, pul istərlər.
Bu yola girən oturmaz,
Haqq sözə hiylə qatılmaz, Bunda heç hiylə satılmaz, Gövhərindən qul istərlər.
Bir qılı min parə edər,
Bu yolu ixtiyar edər,
Şahım bir yol qurmuş gedər, Yol içində, yol istərlər.
Şah Xətai der: neylərsən,
hər müşküli həll eylərsən, Arısan çiçək dərərsən,
Yarın səndən gül istərlər
SAH ISMAYIL XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:08 am Mesaj mətni: |
|
|
NƏZƏR EYLƏ
Aqil, gəl bəri, gəl bəri,
Gir könülə nəzər eylə,
Görür göz, eşidir qulaq, Söylər dilə nəzər eylə.
Başdır—gödəyi götürən, Ayaq—mənzilə yetirən, Durlu məsləhət bitirən,
İki ələ nəzər eylə.
Sufi isən, alıb satma, Həlalına haram qatma, Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
İki əlin qızıl qanda
Çox günahlar vardır məndə, Ya ilahi, kərəm səndə, Düşkün qula nəzər eylə.
Xətai eydür: ya ğanı,
Verən mövla alır canı, Əvvəl kəndi-kəndin tanı, Sonra elə nəzər eylə.
SAH ISMAYIL XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:09 am Mesaj mətni: |
|
|
EYLƏ
Gövhərin keçməyən yerdə, Satma, qardaş, kərəm eylə
Ləl daşını, çay daşına, Qatma, qardaş, kərəm eylə.
Gördün bir yerdə aşina,
Hər nə dersən özbaşına,
Yol daşını, yol quşuna, Atma, qardaş, kərəm eylə.
Gördünsə bir yerdə rəqib, Neylərsən yüzünə baxıb, Münkiri qatara çəkib, Getmə, qardaş, kərəm eylə..
Xətaim çağırır, ərə,
Dünya böylə gəlmiş zirə, Arif oxun əbəs yerə,
Tutma, qardaş, kərəm eylə.
SAH ISMAYIL XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:09 am Mesaj mətni: |
|
|
GƏRƏK
...Bir işi bitirmək gərək,
Əksigin yetirmək gərək,
Yar ilə oturmaq gərək,
Heç sitəmə qoymaz ola.
Bir sözü söyləmək gərək,
Bir acı doyurmaq gərək,
Bir dildən söyləmək gərək,
Firiştələr bilməz ola.
Quş oluban uçmaq gərək,
Ovalara köçmək gərək,
Bir qədəhdən içmak gərək,
İçənlər ayılmaz ola.
Rayət çabuq olmaq gərək,
Dəryalara dalmaq gərək,
Bir gövhər çıxarmaq gərək,
Dəkmə sərraf bilməz ola.
Gerçək aşiq olmaq gərək,
Məşuqunu bulmaq gərək,
Ölməzdən ön ölmək gərək,
Varub, onda ölməz ola.
Bağçalara girmək gərək,
Güllərindən dərman gərək,
Bir gülü qoxlamaq gərək,
Hərgiz ol gül solmaz ola.
Gəl, Xətai, sən keç otur,
Dəviyi məniyə yetir,
Söhbətinə bir ər gətir,
Cana, başa qalmaz ola
SAH ISMAYIL XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:10 am Mesaj mətni: |
|
|
BİR SÖZ
Sözünü bir söyləyənin, Sözünü edər sağ bir söz,
Pir nəfəsin dinləyənin, Yüzünü edər ağ bir söz.
Bir söz vardır xalq içində, Dəxi söz var xülq içində, Olmaya ki, dəlq içində, Deyəsən çarqadağ bir söz.
Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ bir söz.
Sezünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil, Yaramazını şaşirgil,
Canına olur dağ bir söz.
İstərəm görəyim yarı,
Bu rəmzi anlagil barı, Həzaran əhli-iqrarı,
Edər qara torpaq bir söz.
Şah Xətai ayatindən,
Sözün söylə öz zatindən, Olmaya kim pir qatindən Səni edə irağ bir söz
SAH ISMAYIL XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:11 am Mesaj mətni: |
|
|
BULUNCA
Gəl öyüd verəyim, öyüd alırsan,
Xidmət eylə genə gülü bulunca Karvan gedər, sağın, geri qalırsan, Haman əldən qoma, yolu bulunca.
Öldürsə də çıxmaz yoldan, yol əri Gerçəklərin əlindədir yuları, Göründü, seyr eylə axan suları, Qarışır ümmana, seli bulunca.
Arı oldun, hər çiçəkdən alırsan, Balın damızlığın qanda bulursan Yetmiş min ayətə dəlil olursan, Anlayıb da, bu mənayı bilincə.
Dinləyib də bu mənayı yazmalı Hər kişi halınca quyu qazmalı, Yeddi padşahlıq yeri gəzməli, Halına münasib yeri bulunca.
Sil-süpür qəlbini, süddən bəyaz et Öldür nəfsini, şeytandan arıt, Doxsan doqquz yerə çıxdı Bayəzid Halına münasib yeri bulunca.
Şah Xətaim eydür: baxma bu halə Könlümüzdə vardır bir ulu qayə, Əlif gələ, ayin gələ, mim gələ, Dərdli qullar dərmanını bulunca.
SAH ISMAYI XETAI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:13 am Mesaj mətni: |
|
|
MEYVӘLӘRİN SÖHBӘTİ
Ğәvvası-bәvaһiri-rivayәt,
Sәyyaһi-bәvadiyi-һekayәt.
Dәryyan-rivayәti üzәndә,
Sәһrayi-һekayәti gәzәndә
Düzmüş bu nizam ilәn göһәrlәr, Vermiş bu әda ilәn xәbәrlәr.
Kim, var idi bir xücәstә sima,
İdrakı tәmam, tәbi ğәrra.
Әşya tәkәllümündәn arif.
һәr әlsinәdәn olurdu vaqif.
Bir gün ki, şәһi-sipeһri-rabe
Tiğini һәmәldә qıldı lame,
Tәsxiri-һәmәl qılan zamanda,
Xuni-һәmәl axıdan zamanda,
Cari olub һәr tәrәf gәzәndә,
һәr sәbzәgәһә güzәr edәndә,
Bir tövr ilә dövr edib zәmanә,
Bir özgә fәza yetib caһanә,
Әbvabi-xәyal olundu məftun, Әmvati-nәbatә yetdi çün ruһ.
Çün nәşvü nәma bulub çәmәnlәr,
Çak etdi nәbat pirәһәnlәr,
Bağ içrә açıldı qırmızı gül,
Başladı әninü nalә bülbül.
Әlqissә, fәzalәnib çәmәnlәr,
Xoş, tazә geyindi yasәmәnlәr.
Seyr etmәk üçün o pakdamәn,
Tutdu rәһi-bağü tәrfi-gülşәn.
Bir bağә güzәr edәn zәmanda,
һәr meyvәyә bir nәzәr qılanda
Gördü ki, fәvageһü sәmәrlәr Öz-özünә iftixar edәrlәr.
Aluçә edәrdi şükri-sәttar Kim:
—Mәn kimi xoş caһanda kim var?
Tәblәrzәyә mәn şәfa verirəm, Tәlxiyyi-fәmә sәfa verirәm. Әklimdәn olur baş ağrısı dur, Demiş һükәma bu sözü cumһur,
Ol sözünü axirә yetirdi,
Xişmindәn Alu özün itirdi.
Aluçәyә söylәdi ki:
—Ey zar!
Fәxr eylәmә, eylәmәzmisәn ar?
Kim turş, dәxi zәlilsәn, sәn,
Әsmar ara әlilsәn sәn.
Әklindә sәnin qamaşı dişlәr,
Xoş tәblәrә rütubәt işlәr.
İflicә vü küft cümlә azar,
Sәni yeyәnә olur sәzavar.
Ol qadiri-bimisalü һәmta,
Aluyә mәni qılıb müsәmma,
Çün dürri-qәlәndәri bәkuşәm,
Yüz min tәrәfә saçıldı xuşәm.
Gәһ sәbzәvü, gaһ әrğüvani,
Gәһ sürxü sәfid, zәfәrani.
Onun sәsini Gilas eşitdi,
Bu zәrb ilә ona tәnә etdi:
—Key nagәsu dun, utanmadınmı? Azәrm oduna yanmadınmı? Kәnduzini bunca vәsf etdin,
Qurtar sözünü ki, һәddәn ötdün. һәr kim sәni yesә etmәz әһlal, Gündә gәrәk ona üç kәrә bal.
Ol dәm ki, mәni һәq etdi zaһir, Verdi tәnimә libasi-faxir,
Rәxtim kimi yoxdu һiç cövһәr, Cismim kimi yoxdu һiç gövһәr. Gәһ Zöһrәvü, gaһ Müştәriyәm, Gaһi mәlәkü, gәһi pәriyәm.
Sәrv ağacı tәkdir һәr butağım,. Xublar çәkәllәr iştiyaqım.
Zәrdalu eşitdi, nәrә urdu Kim:
—Gilası görgilәn, qudurdu!
Dedi ki:
—Ey әһqәri-zәmanә!
Vey zağü kәlağә abu danә!
Nә fәxr ilә özünü ögәrsәn,
Bu eyb ilә sәn nә fәxr edәrsәn?
Bnr qәtrә su, bir dә üstüxansan,.
һәr kim ki, yesә ona ziyansan.
Gәr sәni qurutsa bağibanlar,
Axir günü çox çәkәr ziyanlar
Ol әsli-binayi-cümlә bünyad, Zәrdalu mәnә qoyubdu һәm ad. Gәһ sәbz oluram zümürrüdasa, Gaһi bədәnim olur mütәlla.
Kәr mәni qurutsa bağibanlar,
İstәr mәni cümlә karivanlar.
һәr qanda aparsalar әzizim,
һәr tәbxә buraxsalar tәmizәm.
Әrik sözün Alma kuş qıldı, Açıqlanuban xüruş qıldı:
—Key qarnı vәrәmli, sinәsi çak,
Vey çamzsi tozlu, lәzzәti xak! Xasiyyәtini ki, sәn bilirsәn, Kәnduzinә rişxәn edirsәn.
һәr kim sәni yedi qarnı şişdi, Dәryayi-bәla içinә düşdü.
Әnvai-bәlavü dәrdü sövda,
Sәni yeyәnә olur müһәyya.
Ol qadirü һәyyü fәrdi fəttaһ,
Adımı mәnim qoyubdu Tüffaһ. һәm cöһrәmә verdi sürx rәngi,
һәm әynimә әtlasi-firәngi.
İki yarın arasında mәһrәm
Yox mәn kimi dәһrdә müqәddәm. һәm peygi-nigari-nazәninәm,
һәm qasidi-yari mәһcәbinәm. Tәbliği-risalәtimdә söz yox, Tәfһimi-bәlağәtimdә söz çox. Xәlvәtgәһi-yarә әһli-sirrәm, Mә'şuqinә aşiqi yetirrәm.
Bir bәzmdә kәr ola muyәssor,
Tәcmii-fәvakeһü sәmәrlәr.
Mәn һәm kәr o bәzmdә bulunsam, Әsmar içindә һazır olsam,
Cümlә mәni intixab edәllәr
һәm qeyrdәn ictinab edәllәr.
Alma edәr idi yüz təfaxür,
Әmrud özüni qıldı zaһir.
Sәslәndi ki:
—Ey fәsadi-dövran!
Vey müfsideyi-misali-şeytan!
Gәr qabili-iftixar olubsan?
Alma adını neçün qoyubsan?
Gәr yaxşı olardın al deyәrdin,
Alma neçün adını qoyardın?
Ol һәzrәti-layәzali-mәbud,
Ad qoydu mәnә lәtifә Әmrud.
Verdi mәnә yaxşı xasiyyәtlәr,
һәm әklimә çox-çox afiyәtlər.
һәr xәstәyә mәn şәfa verirәm,
һәr cәrgәyə mәn sәfa verirәm. Әmrud edәrdi vәsf һalın,
Bilmәzdi öz işinin mәalın.
Nagәһ sәsini eşitdi Әngur,
Ğeyzә gәlib oldu mәstü mәsrur.
Әmrudә o dәm xitab qıldı:
—Gey rәngi saralmış illәtindәn! Başı yekә zәfi-qüvvәtindәn!
Öz başına sәn tәbib oldun, Bimarlara nәsib oldun.
Kәnduzinә vardır eһtiyacın, Eylәrmisәn özgәlәr ilacın?
Dәxi gәl әgәr tәbib olurdı,
Әvvәl başına dәva qılırdı.
Әvvәl varıb özünә dәva ver,
Ondan sora xәstәyә şәfa ver.
Ol caili-zülmәtin ilәnnur,
Ad qoydu mәni-һәrifә Әngur.
Verdi mәnә dürlü xasiyyәtlәr |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:13 am Mesaj mətni: |
|
|
MEYVӘLӘRİN SÖHBӘTİ
Ğәvvası-bәvaһiri-rivayәt,
Sәyyaһi-bәvadiyi-һekayәt.
Dәryyan-rivayәti üzәndә,
Sәһrayi-һekayәti gәzәndә
Düzmüş bu nizam ilәn göһәrlәr, Vermiş bu әda ilәn xәbәrlәr.
Kim, var idi bir xücәstә sima,
İdrakı tәmam, tәbi ğәrra.
Әşya tәkәllümündәn arif.
һәr әlsinәdәn olurdu vaqif.
Bir gün ki, şәһi-sipeһri-rabe
Tiğini һәmәldә qıldı lame,
Tәsxiri-һәmәl qılan zamanda,
Xuni-һәmәl axıdan zamanda,
Cari olub һәr tәrәf gәzәndә,
һәr sәbzәgәһә güzәr edәndә,
Bir tövr ilә dövr edib zәmanә,
Bir özgә fәza yetib caһanә,
Әbvabi-xәyal olundu məftun, Әmvati-nәbatә yetdi çün ruһ.
Çün nәşvü nәma bulub çәmәnlәr,
Çak etdi nәbat pirәһәnlәr,
Bağ içrә açıldı qırmızı gül,
Başladı әninü nalә bülbül.
Әlqissә, fәzalәnib çәmәnlәr,
Xoş, tazә geyindi yasәmәnlәr.
Seyr etmәk üçün o pakdamәn,
Tutdu rәһi-bağü tәrfi-gülşәn.
Bir bağә güzәr edәn zәmanda,
һәr meyvәyә bir nәzәr qılanda
Gördü ki, fәvageһü sәmәrlәr Öz-özünә iftixar edәrlәr.
Aluçә edәrdi şükri-sәttar Kim:
—Mәn kimi xoş caһanda kim var?
Tәblәrzәyә mәn şәfa verirəm, Tәlxiyyi-fәmә sәfa verirәm. Әklimdәn olur baş ağrısı dur, Demiş һükәma bu sözü cumһur,
Ol sözünü axirә yetirdi,
Xişmindәn Alu özün itirdi.
Aluçәyә söylәdi ki:
—Ey zar!
Fәxr eylәmә, eylәmәzmisәn ar?
Kim turş, dәxi zәlilsәn, sәn,
Әsmar ara әlilsәn sәn.
Әklindә sәnin qamaşı dişlәr,
Xoş tәblәrә rütubәt işlәr.
İflicә vü küft cümlә azar,
Sәni yeyәnә olur sәzavar.
Ol qadiri-bimisalü һәmta,
Aluyә mәni qılıb müsәmma,
Çün dürri-qәlәndәri bәkuşәm,
Yüz min tәrәfә saçıldı xuşәm.
Gәһ sәbzәvü, gaһ әrğüvani,
Gәһ sürxü sәfid, zәfәrani.
Onun sәsini Gilas eşitdi,
Bu zәrb ilә ona tәnә etdi:
—Key nagәsu dun, utanmadınmı? Azәrm oduna yanmadınmı? Kәnduzini bunca vәsf etdin,
Qurtar sözünü ki, һәddәn ötdün. һәr kim sәni yesә etmәz әһlal, Gündә gәrәk ona üç kәrә bal.
Ol dәm ki, mәni һәq etdi zaһir, Verdi tәnimә libasi-faxir,
Rәxtim kimi yoxdu һiç cövһәr, Cismim kimi yoxdu һiç gövһәr. Gәһ Zöһrәvü, gaһ Müştәriyәm, Gaһi mәlәkü, gәһi pәriyәm.
Sәrv ağacı tәkdir һәr butağım,. Xublar çәkәllәr iştiyaqım.
Zәrdalu eşitdi, nәrә urdu Kim:
—Gilası görgilәn, qudurdu!
Dedi ki:
—Ey әһqәri-zәmanә!
Vey zağü kәlağә abu danә!
Nә fәxr ilә özünü ögәrsәn,
Bu eyb ilә sәn nә fәxr edәrsәn?
Bnr qәtrә su, bir dә üstüxansan,.
һәr kim ki, yesә ona ziyansan.
Gәr sәni qurutsa bağibanlar,
Axir günü çox çәkәr ziyanlar
Ol әsli-binayi-cümlә bünyad, Zәrdalu mәnә qoyubdu һәm ad. Gәһ sәbz oluram zümürrüdasa, Gaһi bədәnim olur mütәlla.
Kәr mәni qurutsa bağibanlar,
İstәr mәni cümlә karivanlar.
һәr qanda aparsalar әzizim,
һәr tәbxә buraxsalar tәmizәm.
Әrik sözün Alma kuş qıldı, Açıqlanuban xüruş qıldı:
—Key qarnı vәrәmli, sinәsi çak,
Vey çamzsi tozlu, lәzzәti xak! Xasiyyәtini ki, sәn bilirsәn, Kәnduzinә rişxәn edirsәn.
һәr kim sәni yedi qarnı şişdi, Dәryayi-bәla içinә düşdü.
Әnvai-bәlavü dәrdü sövda,
Sәni yeyәnә olur müһәyya.
Ol qadirü һәyyü fәrdi fəttaһ,
Adımı mәnim qoyubdu Tüffaһ. һәm cöһrәmә verdi sürx rәngi,
һәm әynimә әtlasi-firәngi.
İki yarın arasında mәһrәm
Yox mәn kimi dәһrdә müqәddәm. һәm peygi-nigari-nazәninәm,
һәm qasidi-yari mәһcәbinәm. Tәbliği-risalәtimdә söz yox, Tәfһimi-bәlağәtimdә söz çox. Xәlvәtgәһi-yarә әһli-sirrәm, Mә'şuqinә aşiqi yetirrәm.
Bir bәzmdә kәr ola muyәssor,
Tәcmii-fәvakeһü sәmәrlәr.
Mәn һәm kәr o bәzmdә bulunsam, Әsmar içindә һazır olsam,
Cümlә mәni intixab edәllәr
һәm qeyrdәn ictinab edәllәr.
Alma edәr idi yüz təfaxür,
Әmrud özüni qıldı zaһir.
Sәslәndi ki:
—Ey fәsadi-dövran!
Vey müfsideyi-misali-şeytan!
Gәr qabili-iftixar olubsan?
Alma adını neçün qoyubsan?
Gәr yaxşı olardın al deyәrdin,
Alma neçün adını qoyardın?
Ol һәzrәti-layәzali-mәbud,
Ad qoydu mәnә lәtifә Әmrud.
Verdi mәnә yaxşı xasiyyәtlәr,
һәm әklimә çox-çox afiyәtlər.
һәr xәstәyә mәn şәfa verirәm,
һәr cәrgәyə mәn sәfa verirәm. Әmrud edәrdi vәsf һalın,
Bilmәzdi öz işinin mәalın.
Nagәһ sәsini eşitdi Әngur,
Ğeyzә gәlib oldu mәstü mәsrur.
Әmrudә o dәm xitab qıldı:
—Gey rәngi saralmış illәtindәn! Başı yekә zәfi-qüvvәtindәn!
Öz başına sәn tәbib oldun, Bimarlara nәsib oldun.
Kәnduzinә vardır eһtiyacın, Eylәrmisәn özgәlәr ilacın?
Dәxi gәl әgәr tәbib olurdı,
Әvvәl başına dәva qılırdı.
Әvvәl varıb özünә dәva ver,
Ondan sora xәstәyә şәfa ver.
Ol caili-zülmәtin ilәnnur,
Ad qoydu mәni-һәrifә Әngur.
Verdi mәnә dürlü xasiyyәtlәr |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:14 am Mesaj mətni: |
|
|
MEYVӘLӘRİN SÖHBӘTİ
Lütf etdi mənә çox afiyәtlәr.
Mәn sәbzәvü kişmişü mәvizәm. Әsmar içindә çox lәzizәm. Mәndәndi şәrabi-ərğüvani, Mәndәndi sürurü şadimani.
Mәn saqiyi-mәclisi-vәfayәm, Ziynәtdeһi-məһfili-sәfayәm.
Turşu ilә һәmnişin mәnәm, mәn! һәlva ilә һәmqәrin mәnәm, mәn! һeyva eşidib bu göftükuyi,
Ğeyzә gәlibsәn saraldı ruyi,
Әngurә dedi:
—Yum dәһanın!
Danışma ki, lal ola zәbanın!
Şüğlün ğәmü meһnәtü әlәmdir, Mәdһin özünә tamam zәmdir.
Bir kәslә ki, ittiһad qılsan,
Bir cam mey ilә şad qılsan,
Ol şadlığı tamam olur ğәm,
Ğәm üstünә ğәm gәlir dәmadәm, Әvvәl ki, edәr xilafi-әһgam,
Dәxi һәm olur caһanda bәdnam, һәm әqli-mürәccәһi olur fәsl.
һәm cәһli-mürәkkәbi olur vәsl,.
Gәr münim ola gedәr tilası,
Vәr müflis ola gedәr һә yası.
Ol cümleyi-müşkili edәn һәll, Adımı mәnim qoyub Sәfәrcәl.
Var lәzzәtü rәngü dad mәndә,
һәr namü lәqәb, xoş ad mәndә. Әtrimlә dolubdu bağü bağça,
һәm mәnzilim oldu tağü tağça. Mәni aparırlar һәr diyarә,
һәm töһfә verirlәr һәr nigarә-Kәnduzini vәsf edәrdi һeyva,
Narinc eşidibәn oldu peyda, һeyvayә xilab qıldı:
—Key zar!
Danışma ki, sәndә yox mәgәr ar? Rәngin saralıbdı büğzü kindən, Yoxdur, xәbәrin mәgәr özündәn?! Min tәnә edәr sәnә xәlayiq,
Onlar ki, dedin, sәnә nә layiq? Qarnın dolu kirmü büğzü kinә, Kirmә bәdәnin olub xәzinә.
Mәdһin özünü mәzәmmәt eylәr, Vәsfin sәnә cümlә lәnәt eylәr.
Ol leyli nәһar edәn, günü şәb Narınca qılıb mәni mülәqqәb.
Lütf etdi mәnә qәbayi-faxir,
Ol don ilә eylәrәm tәfaxür.
Yüz şükr edәrәm mәn ol xudayә, Yüz fәxr tәnimdәki qәbayә.
Bir don mәnә lütf eylәyibdir
Kim, qeyriyə dәxi vermәyibdir. Şәklimi dәxi edibdi püstan, Püstanı sevәllә cümlә mәrdan. Yüz fәxr ilә söylәr idi narınc, Nagaһ sәsini eşitdi Turunc, Göftarә gәlib dedi ki:
—Ey dun!
Fәxr etmә qәbayәkim , nәdir don? Gәr eşşәyә mәһmil etsәlәr cül,
Ol cüli münəqqәş ola gül-gül. Eşşәkdә zәval һəm kәm olmaz, Minbәd ol eşşәk adәm olmaz.
Ol qaziyi-һәşrü nәşrü miad, Turunc mәnә qoyubdular ad.
Mәn әfşurәyi-tәami-şaһәm, Yemişlәr içində padişaһәm
Sәrdәftәri-meyvәcati-bağәm, Әsmar içindә çun çirağәm,
һәr nә ki, desәm ziyadәyәm mәn Kim, daima sәbzü tazәyәm mәn.
Bu sözlәri Nar edib tәfəһһüm, Ağzın açıb eylәdi tәbәssüm
Kim, rәnginә fәxr edirdi Narınc. һәm özünü vәsf edərdi Turunc; Dedi ki:
—Nәdir bu köftkulәr,
Bifaidә batil arizulәr!
Kәr rәnҝ ilә olsa işvәvü naz,
Rәnk içrә şükufәm oldu mümtaz, Vәr kimsә edәrsә sui-tәһsin,
Var mәndә zülali turşi şirin. Kәnduzimi mədһ etmәzәm mәn,
Өz һalimi şәrһ etmәzәm mәn
Kim, meyvәyi-rövzeyi-cinanәm, Namü lәqәb ilә mәn Rümanәm. Dünya sәmәri mәnә nә nisbәt
Kim, mә'xәzim ola baği-cәnnәt. Narincü Turunc çakәrimdir,
һeyva ilә Sib nokәrimdir. һәr danәm olubdu lәli-ğәltan, һәr cövһәr ona olubdu һeyran.
Nar öz sifәtini vәsf etdi,
Bağ içrә sәsi Rütәb eşitdi.
Xişm ilә o dәm ayağә durdu,
Qәһr ilә Әnarә nәrә urdu:
—Key baği-beһiştdәn uran dəm, Sәndәn degilәm o vәsfdә kәm.
Mәn qabili-әkli-әnbiyayәm,
İftari-cәmin—әtqiyayәm.
Məşһur әcәmdәvü әrәbdә,
Mәruf һәm әsldә nәsәbdә |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|