 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:14 am Mesaj mətni: |
|
|
Sәrdәftәri-meyvәcati-bağәm, Әsmar içindә çun çirağәm,
һәr nә ki, desәm ziyadәyәm mәn Kim, daima sәbzü tazәyәm mәn.
Bu sözlәri Nar edib tәfəһһüm, Ağzın açıb eylәdi tәbәssüm
Kim, rәnginә fәxr edirdi Narınc. һәm özünü vәsf edərdi Turunc; Dedi ki:
—Nәdir bu köftkulәr,
Bifaidә batil arizulәr!
Kәr rәnҝ ilә olsa işvәvü naz,
Rәnk içrә şükufәm oldu mümtaz, Vәr kimsә edәrsә sui-tәһsin,
Var mәndә zülali turşi şirin. Kәnduzimi mədһ etmәzәm mәn,
Өz һalimi şәrһ etmәzәm mәn
Kim, meyvәyi-rövzeyi-cinanәm, Namü lәqәb ilә mәn Rümanәm. Dünya sәmәri mәnә nә nisbәt
Kim, mә'xәzim ola baği-cәnnәt. Narincü Turunc çakәrimdir,
һeyva ilә Sib nokәrimdir. һәr danәm olubdu lәli-ğәltan, һәr cövһәr ona olubdu һeyran.
Nar öz sifәtini vәsf etdi,
Bağ içrә sәsi Rütәb eşitdi.
Xişm ilә o dәm ayağә durdu,
Qәһr ilә Әnarә nәrә urdu:
—Key baği-beһiştdәn uran dəm, Sәndәn degilәm o vәsfdә kәm.
Mәn qabili-әkli-әnbiyayәm,
İftari-cәmin—әtqiyayәm.
Məşһur әcәmdәvü әrәbdә,
Mәruf һәm әsldә nәsәbdә |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:16 am Mesaj mətni: |
|
|
Mә-kul tamami-xasü amәm. Sәyaһi-biladi-Misrü Şamәm.
Әzbәs ki, mәnim һәbibi-әһbab,
Bu vәcһ ilә mәnә xoşdur әlqab. Xәstaviyu zaһidi, müfәttәl, ,
һәm әşәmiyü dәxi müfәrcәl.
Xoş büqәlәr icrә һazirәm mәn, Mәşһәdlәrә çün mücavirәm mәn. Sürtәllә mәni mәzari-yarә,
Töһfә aparırlar һәr diyarә.
Vәsfini Rütәb çün etdi itmam,
Yüz xişmlә nәrә urdu Badam, Xurmaya dedi ki:
—Ey caһankәrd!
Zәmmindә sәnin bәsindi bu fәrd: Gaһ Bağdadisәn, gәһ İsfәһani, һәrcayiliyin tutub caһani.
Vәsf eylәmәgindә һәddәn ötdün, Danışma ki, sәn mәni әritdin.
Çox dürlücә xasiyyәt mәnim var, Şәrһ etmәyә özüm eylәrәm ar.
Kim, abi-nәbatü nüqlü һәlva
Olur mәni-zardәn müһәyya.
Püstә ki, eşitdi ağzın açdı,
Badәmә bu nev ilәn sataşdı:
—Key bağlı dәһani xissәtindәn Puşidә üzü lәamәtindәn!
Bir zәrrә sәnin sәxavәtin yox, Biһәddü әdәd xәsasәtin çox.
Min daş yetişmәyincә canә, Qənnadiyә vermәsәn ki, danә. Xәllaqi-caһan zülmәtü nur
Püstә mәnim adımı qoyubdur. Ğönçә kimi ağzım açmışam mәn, һәr talibә danә saçmışam mәn.
MEHEMMED FUZILI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:17 am Mesaj mətni: |
|
|
DAR OLMAZ
Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz!
On bir il çəkmişəm zimistan qəhrin,
O nə güldü, çevrəsində xar olmaz?!
Siyah zülfü daraq ilə dara gör!
Öz könlünü öz dərdinə dara gör!
Gözəllərin neçəsini dərə gör!1
Özgə bağda belə heyva, nar olmaz!
Əgər şahdan bizə qəzəb olmasa,
Qəzəb atəşindən əzab olmasa,
Ortalıqda çuğul, gəzzab olmasa,
Dünya bahar olar, boran, qar olmaz!
Hər bir adam öz yerində oturmaz,
Ağlın zaya verməz, fəhmin itirməz,
İgidlər könlünə şikvə2 gətirməz,
Necə dağdı quzeyində qar olmaz?!
Sənsən Qurbaninin gül üzlü yarı,
Qalsa qürbət eldə, artar azarı,
Sağ olsun dünyada vəfalı yarı,
Bir mən ölməgilən dünya tar olmaz.
--------------------------------------------------------------------------------
1 Bunu, «Gözəllərin neçəsində ara, gör» də oxumaq olar.
2 Şikvə, Şikvə—şikayət.
QURBANI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:17 am Mesaj mətni: |
|
|
AYRI
Səhər bülbülləri nə fəğan eylər,
Düşərgə güzarı çəməndən ayrı.
Səhər-səhər gönçəsindən ayrılan,
Şəqayiqlər gülməz səməndən ayrı.
Yanında dayanan yoldaşların var,
Sirrini saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.
Dedim, Pəri, nə elərsən məhpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.
Qurbani der: məgər axırzamandı?
Sevgi sevgisindən ayrı zamandı,
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz vətəndən ayrı
QURBANI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 8:18 am Mesaj mətni: |
|
|
EYLƏMƏK OLMAZ
Nazlı dərviş, naz eyləmə,
Belə naz eyləmək olmaz.
Pünhan sözüm vardı sana,
El içində demək olmaz.
Dərdim söylə bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzüvə gülənlərə,
Etibar eyləmək olmaz.
Dərviş ol dərvişlər ilə,
Haqqa layiq işlər ilə,
Heç sınanmamışlar ilə,
Düz rəftar eyləmək olmaz.
Qurbani der: gətir məzə,
Köhnə dərdim oldu təzə,
Dərd biləni dərd bilməzə
Giriftar eyləmək olmaz.
QURBANI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:26 pm Mesaj mətni: |
|
|
Qədim və orta əsr (X—XIX) Azərbayçan şeri müxtəlif tarixi mərhələlərdən keçib, zəngin məzmuna və tematik mündəricəyə malik olmuşdur. Bu poeziya vasitəsilə nəsillər babaların keçdiyi həyat yolunu, yaşayış tərzini, bədii-estetik dunyagörüşünü, yadellilərə qarşı mübarizəsini öyrənmiş və ibrət almışlar. İstər qədim «Dədə Qorqud» və «Koroğlu» eposları, istərsə də Xaqani, Məhsəti, Nizami, Nəsimi, Xətai, Füzuli, Vidadi və Vaqifin mübariz, hikmətamiz, nəsihətamiz, həyat və gözəlliyi təbliğ edən, həmişə düşündürən zəngin bədii irsi gənclərimizin bədii zövqünün yetkinləşməsində, bir vətəndaş kimi böyüməsində əsl tərbiyə məktəbi olmuşdur. Klassik poeziya yeniyetmələrdə Vətənə böyük məhəbbət, valideynə dərin hörmət, böyüklərə ehtiram, kiçiklərə qayğı, elmə və sənətə həvəs kimi həyatın ən vacib şərtlərini tərbiyə etmişdir.
Lakin qədim və orta əsr şairlərimizin əksəriyyəti ədəbi-bədii yaradıcılığında ərəb və fars dillərindən, onun poetik formalarından daha çox istifadə et-diklərindən yeni nəsil, ərəb və fars dillərini də mü-kəmməl öyrənməyə məcbur olurdu. Ərəb və fars dildərində daha çox divan ədəbiyyatı, Azərbaycan dilində isə xalq poeziyası və xalq dastanları yaranıb yayılırdı.IX—X əsrlərdə Dədə Qorqud eposu Yaxın və Orta Şərqdə geniş şöhrət tapmışdı. Divan ədəbiyyatını yaradan Qətran Təbrizi (XI əsr), Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbülüla Gəncəvinin (XII əsr) əsərlərinin mövzusu Azərbaycan və ümumi Şərq həyatından, Şərq mühitin-dən alınmışdır. Lakin orta əsrin ilk pilləsində Azərbayçan şifahi söz sənətindən və ozan-aşıq şeri qaynaqlarından qidalanan yazılı poeziyanın Molla Qa-sım, Aşıq Paşa, Aşıq Paşazadə, Qazi Bürhanəddin, Həsənoğlu, Nəsimi (XIII—-XIV əsrlər) görkəmli nüma-yəndələri yetişir, Şah İsmayıl Xətai və Füzulinin simasında Azərbayçan şeri XVI əsrdə sənətin ən yük-sək zirvəsinə qalxır. Bu şerin mündəricəsində şəxsiyyət azadlığı, insanın nəcib hiss və duyğuları, insanın bütün varlığın tacı kimi təcəssümü, onun ülvi məhəbbəti və bu kimi bəşəri mövzular başlıca yer tuturdu.
Əlbəttə, orta əsr feodalizm mühitində və dini təri-qətlərin hökm sürdüyü bir şəraitdə humanizmin təbliğinə böyük ehtiyac duyulurdu. Mütəfəkkir şairlər ideal və humanist hökmdar obrazları yaratmaqla hakim təbəqənin insana münasibətini dəyişdirməyə çalışır-dılar. Təbii olaraq burada bədxahlığa qarşı xeyir-xahlıq, yamanlığa qarşı yaxşılıq, alçaqlığa qarşı ucalıq, riyakarlığa qarşı nəciblik, mənəvi yoxsulluğa qarşı mənəvi zənginlik kimi bir-birinə zidd iki mövqe qarşı-qarşıya dayanırdı. Saraylardan uzaq yaşayıb, xalq təfəkkürünə arxalanan insanşunas şairlər (Nizami, Məhsəti) insan ləyaqətini tərənnüm edir, gələcək nəsillərin də bu ruhda tərbiyə olunmasına çalışırdılar. Buna görə də qədim və orta əsrlərdə didaktik tərbiyəyə, öyüd-nəsihətə daha geniş yer verilirdi.
Dahi Nizami öz nəsihətlərində bilik əldə etməyi,dünyanı öyrənməyi, təbiət aləmini, canlıları, ən başlıcası insanı öyrənməyi yeni nəslə tövsiyə edirdi:
Sən çalış yaxşıca öyrən dünyanı,
İnsanı, bitkini, daşı, heyvanı.
Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdən hədər.
Azərbaycanın ictimai, siyasi və mədəni həyatında sonrakı yüzilliklər (XVI—XVIII əsrə dair) ictimai təfəkkürün, vətəndaşlıq və milli. şuurun yeni məziyyətləri ilə daha çox səcçiyyələnir. Belə ki, Şah İsmayıl Xətainin rəhbərliyi ilə yeni təkamül yoluna çıxan milli istiqlaliyyət və mədəniyyət ədəbiyyat və incəsənətin də qarşısına yeni tələblər qoydu.
Çox kiçik yaşlarından xalqın bədii söz sənətinə, ozan aşıq yaradıcılığına dərin maraq göstərən və öz ana dilində gözəl şerlər yazan Şah İsmayıl Xətai Azərbaycan mədəniyyətini yeni bir mərhələyə qaldırdı. Səfəvi devlətinin başında duran Xətai böyük mədəniyyət hamisi idi. Onun Azərbaycan dilində xalq şeri şəkillərində yazdığı qoşma və varsağılarında nikbin və şux əhvali-ruhiyyə, xalq yaradıcılığından gələn məhəbbət və gözəllik duyğuları, təbiət gözəlliyinin vəsfi başlıca yer tutur. Onun «Dəhnamə» poeması da bu ruhda yazılmışdır.
M. Füzulinin simasında isə Azərbaycan ədəbiyyatı yeni, daha yüksək mərhələyə qalxdı. Füzuli «Leyli və Məcnun» dastanı ilə ana dilində yeni bir ədəbi məktəbin əsasını qoydu. XVII yüzillikdə xalq şeri və aşıq poeziyası yazılı ədəbiyyata nisbətən daha zəngin şəkillərə və mundəricəyə malik idi. Artıq ailə-məişət və pak məhəbbət mövzuları xarici istilaçılara və feodal-patriarxal ən'ənələrə qarşı mübarizə, xalq və aşıq şerinin məhdud ölçülərinə sığmır, lirik şer nəsrlə birləşərək xalq dastanlarının yaranmasına səbəb olurdu: «Əsli-Kərəm», «Aşıq Qərib», «Qurbani», «Abbas və Gül-gəz», «Şah İsmayıl» və nəhayət «Koroğlu» dastanları məhz bu dövrün ictimai-əxlaqi münasibətləri zəminində yaranmışdır. Vidadi, Vaqif, Xəstə Qasım kimi yeni realist şerin baniləri məhz bu mənbədən qidalanmışlar. Şübhəsiz orta əsrlərin müxtəlif mərhələlərində yaranıb yayılan bu epik söz sənəti düşündürücü, tər-biyəedici poeziya idi. Bu poeziya gənçliyi mənəvi saflığı ləyaqətə, insansevərliyə və vətəndaşlığa səsləyirdi . Şübhəsiz yeni əsrin (XIX əsr — Q. N.) qabaqçıl zi-yalıları qədim və orta əsr yazıçılarının bu humanist ideyalarını ləyaqətlə davam etdirmək üçün ilk növbə-də maarifçilik görüşlərini başlıca vasitə hesab edirdilər. Maarifçilik cərəyanı Azərbaycanda mərhələdən-mərhələyə təkmilləşərək, xalqın maariflənməsinə yö-nəlir, xüsusilə yeni nəsli elmə, biliklərə həvəslən-dirmək onların başlıca məqsədi olur. Bu, ilk maarif-çilərdə (A. A. Bakıxanov, Q. B. Zakir, M. Ş. Vazeh və b.) hələlik bəsit nəzərə çarpsa da M. F. Axundov, S. G. Şirvani, Ğ. B. Zərdabi və N. B. Vəzirovun sima-sında canlanmış, yeni səviyyəyə qalxmışdır. Maarifpərvər şairlər qədim ədəbiyyatın «Nəsihət-namə» cığırından çıxıb, müxtəlif ədəbi janrlarda yeni mündəricəli əsərlər yazaraq yeniyetmələri dövrün tələbindən irəli gələn mədəni yüksəlişlə ayaqlaşmağa çağırırdılar. Digər tərəfdən ictimai mühitin təbiətindən irəli gələn ziddiyyətləri, çəmiyyətin inkişafına buxov olan köhnə «qanunları», adətləri tənqid və ifşa edirdilər.
M. F. Axundov «Məktubların»da povest və komediyalarında həmin bu buxovu başlıca konflikt hesab edir, onların aradan götürülməsinə demokratik mövqedən yanaşırdısa, S. Ə. Şirvani yeni nəslin nicat yolunu maarifçiliyin geniş yayılmasında görür və əsərlərini bu ruhda yazırdı.
Demokratik və maarifçi görüşlərin yüksəlişi yeni tipli məktəblərin açılmasına, milli mətbuatın və milli teatrın yaranmasına zəmin hazırladı.
Şübhəsiz, yeni üsullu məktəblərin açılması yeni mündəricəli uşaq ədəbiyyatının və uşaq dərsliklərinin yaranmasını tələb edirdi. S. Ə. Şirvani belə bir ədəbiyyatın təməlini qoydu. O, tədris olunmaq üçün tər-tib etdiyi dərsliklərə özü yazdığı yeni məzmunlu, yeni ruhlu şerlərini daxil etmişdi. Bu şerlərdə şair milliyyətindən asılı olmayaraq yeni nəsli hər şeydən əvvəl elmli, bilikli sənət sahibi və ümumiyyətlə döv-rünün savadlı, mədəniyyətli, xalqa xidmət edən ziyalı adamı kimi görmək istəyirdi.
Bu illərin poeziyasına yeni bir motiv də gəldi. Bu, demokratik ədəbiyyatın simasını muəyyən edən, mündə-ricəsində özünə geniş yer tapan inqilabi motiv idi. !905-ci il inqilabı ədəbiyyatda və həmçinin Azərbaycan uşaq ədəbiyyatında dərin kök saldı.
Bununla belə ədəbi məktəblərin numayəndələri müx-təlif yaradıcılıq üslublarına malik olsalar da, onları bir əqidə, bir məram birləşdirirdi: kenişlənməkdə olan milli məktəblər, mətbuat və teatr vasitəsilə yeniyetmələr arasında savadsızlığa və ümumi mədəni geriliyə qarşı mübarizəni genişləndirmək, təhsil və tərbiyəyə yenəldilən uşaq ədəbiyyatının ideya-bədii mündəricəsini zənginləşdirmək! İlk uşaq mətbuatının yaranması da («Dəbistan»—1906—1908, «Rəhbər»— 1906—1907, «Məktəb»—1911 —1920) Azərbaycan və baş-qa xalqların uşaq ədəbiyyatının çap olunub yayılmasına imkan yaratdı.
Əsrin əvvəlində Azərbaycan uşaq ədəbiyyatı yeni bir mərhələyə qalxdı. Bu ədəbiyyatın hərtərəfli inkişafında Ç. Məmmədquluzadə, N. Narimanov, M. Ə. Sabir, R. Əfəndiyev, Ə. Cavanşir, F. Köçərli, A. Səhhət, S. S. Axundov, A. Şaiq, Ə. Nəzmi və başqalarının, həmçinin bir çox müəllim və jurnalistlərin unudulmaz xidmətləri olmuşdur. Bu yazıçıların fəaliyyət dairəsi geniş idi. Onlar bədii yaradıcılıqla yanaşı müəllimlik edir, dərsliklər hazırlayırlar, nəşriyyatlarda çalışır, dövri mətbuatda fəal iştirak edir, teatr tamaşaları hazırlayır, yeri gələndə aktyor və rejissor kimi də işləyir, maarif, mədəniyyət və incəsənətin bütün sahələrində qızğın fəaliyyət göstərirdilər. Yeni mündəricəli Azərbaycan uşaq ədəbiyyatı ilk növbədə xalqın zəngin şifahi söz sənəti, klassik Şərq şerinin nəsihətamiz motivlərindən qidalanır, rus və Qərb ədəbiyyatından edilən tərcümələr vasitəsi lə zənginləşirdi. Azərbaycan uşaq ədəbiyyatı min illik bir dövr keçmiş, misilsiz zəngin sərvətdir |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:29 pm Mesaj mətni: |
|
|
SINDIRAR
Bəd övladı əzəl başdan tanıram,
Çör-çöp yığar, yad ocağın yandırar.
Səhər durar ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.
***
Ulğun cuşa gəlsə, köpük yağ olmaz,
Söyüd bar gətirsə, bağça, bar olmaz,
Zibil təpə olsa, güllük dar olmaz,
Yel əsəndə alçaqlara endirər.
***
Abbas bu sözləri deyər sərindən,
Arxı vurun, suyu gəlsin dərindən,
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
ABBAS TUFARQANLI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:30 pm Mesaj mətni: |
|
|
BAR OLMAZ
Özündən kiçiyi işə buyurma,
Sözün yerə duşər, heç miqdar olmaz.
hər nə ki, kar görsən öz əlinlə gör,
İnsan öz işində cəfakar olmaz.
***
Özündən böyüyün saxla yolunu,
Düşən yerdə soruş ərzi-halını,
Amanat, amanat qonşu malını,
Qonşu yox istəyən, özü var olmaz.
***
Soruşun, qul Abbas, halın necədir? Gündüzlərim, ay qaranlıq gecədir,
Sərv ağacı hər ağacdan ucadır,
Əsli qıtdır, budağında bar olmaz.
ABBAS TUFARQANLI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:32 pm Mesaj mətni: |
|
|
AŞIQ HÜSEYN ŞƏMKİRLİ
YAXŞIDIR
Bir adam ki, sənlə ülfət eyləsə,
Yəqin onun əsil zatı yaxşıdır.
Namərd sənə quzu-plov yedirtsə
Mərdin quru məhəbbəti yaxşıdır.
Dad, hazar çəkərəm pərgarsız sazdan,
Ver, qurtar əlindən nəzir, niyazdan,
Söyləgən qarıdan, gəzəyən qızdan,
Güləyən gəlindən lotu yaxşıdır.
Aşıq olan sözün söyləyər başdan ,
Sallabaş adamdan, ürəyi daşdan,
Bədnəzər qonşudan, bədcins yoldaşdan
Qədir bilənlərin iti yaxşıdır.
Aşıq Hüseyn söylər kəlməni teydən,
Dərsimi almışam əlifdən, beydən.
Bəzəksiz otaqdan, gözəlsiz öydən
Çölün, biyabanın otu yaxşıdır |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:34 pm Mesaj mətni: |
|
|
KӘNDLİ VӘ AYI
Belә derlәr kim, vardı bir deһqan, Olmuşdu bir ayı ona meһriban.
Xoşdamışdı onu, tutmuşdu ülfət,
Onun ilә daim edәrdi söһbәt.
Gecә-gündüz qulluğunda bәndәvar, һәmişә bәndә tәk ona xidmәtkar.
һәr yerdә görәrdi, öpәrdi әlin,
Yalardı ayağın, qucardı belin.
Aşnalıqda ayı olmuşdu qaim,
Arxasınca onun gәzәrdi daim.
Yay fәslindә deһqan öz bostanında,
Ayı da var idi onun yanıda.
Dolandılar o gün bağı, bostanı, Kәzmәkdәn deһqanın incidi canı,
Çox işlәyib yorulmuşdu o kişi.
3 gün artıq idi bostanın işi.
Dәxi işlәmәyә qalmadı tabı,
Uzanıb yatmaqda gördü sәvabı.
Tapdı bir sәfalı, kölgәli mәkan,
Uzanıb orada yatdı bir zaman.
Kişi yatdı, ayı oldu pasiban,
Baxardı kim, ona yetmәsin ziyan.
Qәzadan o zaman bir neçә milçәk,. Qondular kişinin üzünә tәk-tәk.
Canu-dildәn ayı edәrdi nәzәr,
Ta ki, aşnasına dәymәsin zәrәr.
Dostunun üzündә görcәk oları,
Sәbr edә bilmәdi, getdi qәrarı.
Var idi çün ona çox mәһәbbәti,.
Cuşә gәldi o һeyvanın qeyrәti.
Bir böyük qayanı götdü yuxarı
Yavaş-yavaş gәldi dostuna sarı..
Dedi: «Vurram bu qayanı onlara,. Edәrәm һamısın mәn para-para.
Bu daş ilә qıllam onları bәrbad,
Aşnamı zәһmәtdәn edәrәm azad».
Milçәklәrin ölumünә oldu şad, Dostunun ölümün eylәmәdi yad.
Ayı qonmaz idi, bir dayanmadı,
Fәһm edә bilmәdi, bunu qanmadı:
Әgәr vursam milçәklәrә bu daşı, Ancaq öz aşnamın dağılı başı.
Xülasә, o daşı әlinә aldı,
Qәflәtdәn kişinin başına saldı.
Milçәklәrә ayı vurdu o daşı,
Öz dostunun amma xırd oldu başı.
Çox nalә elәdi o fәqir deһqan,
O daşın altında ta ki, verdi can.
һәsәnin bu sözun oxu һәr zaman,
Ta ki, olmayasan, oğlum, peşiman;
Nadan ilә һәrgiz eylәmә ülfәt,
Ta ki, ondan görmәyәsәn xәsarәt.
Qanmaz ilә mütlәq oturub durma, Ömrünu puç edib, özünu yorma.
Yaxşıraqdır sәnә—bunu anla sәn— Ağılsız dostundan bir qanan düşmәn
MIRZƏ HƏSƏN QARABAĞI |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:38 pm Mesaj mətni: |
|
|
VARIYMIŞ
Nələr gördüm, gəşt elədim dünyanı;
Hər bir işin qilu-qalı varıymış,
Yaxşı günün olmuşsa da yamanı, Yaman günün yaxşı halı varıymış.
Haqq sözə gərəkdi düz qiymət olsun, Qiyməti verməyə mərifət olsun.
İnsanda insanlıq, səxavət olsun, Neylərəm ki, cah-cəlalı varıymış.
Qayım ağa, niyə fikrə dalırsan?
Yoxsa ki, özündən hesab alırsan. Sayılmaz mehmana gecə salırsan, Saydığın qonağa xalı varıymış.
Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm .sözün yeri gələndə.
İnsan üzün görməyəsən dönəndə, Açılanda xoş camalı varıymış.
Ataş alıb çox da yanma, Ələsgər, Sənətindən heç usanma, Ələsgər,
Öz özünə qubarlanma, Ələsgər, Dünyanın Urustam-Zalı varıymış
QALMADI
Qərinələr keçdi, dövran dəyişdi, Pozuldu qurqular, mizin qalmadı.
Zamana bəd gəldi, insan bic oldu, Seyiddə, mollada iman qalmadı.
Yığılın danışaq, qəlyan çəkənlər, Bostan becərənlər, əkin əkənlər, Ananov kağıza tütün bükənlər, Qurtardı tənbəki, saman qalmadı.
Necə oldu Serbiya, Çornuqoriya?!
Əl-ayaq altında itdi İtalya,
German bomba atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.
Bağlanıb zavodlar, kəsilib qəndlər, Qaynamır samovar, artıbdı dərdlər, Niyə ağlamasın yazıq arvadlar; Söküldü döşəklər, yorğan qalmadı.
DÜNYADA
Bir ay yarım nobahardan gedəndə, Könül kəşt eyləyib gəzə dünyada. Sirrini verməynən düşmənə, dosta, İnanmaynan hər cür sözə dünyada.
Əcəl gəşt eyləyib göydən enəndə,
Hayıf, cavanları salı kəmandə,
Hər zaman bunları gözüm görəndə, Köhnə yaram olur təzə dünyada.
Əzrayıl bir kəsdi, görünməz gözə,
Nə ağıla baxır, nə də ki sözə,
İndi də gözünü zilləyib bizə,
Tutub mən faöırı qəza dunyada.
Gecələr qoynuma girən kimsənə,
Gizlin sirlərimi bilən kimsənə,
Öləcəkdi, kimdi qalan kimsənə,
İstəyir yaşasın yüzə dünyada.
Bir insan ki, haqq dediyin bitirsə,
Hər məclisdən bir mərifət götürsə,
Ata-ana sözün yernə yetirsə,
O, yəqin ki, çəkməz cəza dünyada
Asiq Elesger |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:40 pm Mesaj mətni: |
|
|
GÖRMƏDİM
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada çox çəkdim bəhsin
Namusun, qeyrətin, arın görmədim.
Namərdi özümə mən dost eylədim, Yolunda canıma çox qəsd eylədim. Söyütdən bağ saldım, peyvəst eylədim Almasın, heyvasın, narın görmədim.
Nəfs aldatdı, hər yetənə xan dedim, Bihuda kollara gülüstan dedim,
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna, Yetmədim gözəlin əsli soyuna,
Aşiq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın vələt. Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim.
DÜNYADA
Varlıynan dost olub, yoxsula gülmə,
Çox da havalanıb coşma, dünyada.
El səni istəyib, qabağa çəksə,
Ağır ol, alçağa düşmə dünyada!
Dərdini bölüşdür qədir bilənnən,
Vəfalı dost olmaz üzə gülənnən.
Bir adam ki «sən öl» desə yalannan,
Onun körpüsündən keçmə dunyada.
Bu sözü bəyənər bir arif, əyyar,
Bədəsil kimsəyə yapış, nə yalvar. Qonşuya söyləyib aləmə yayar,
Sirrin seyraquba açma dünyada.
Yaxşı oğul əgər bir yaxşı ata,
Ölüncə heç kəsə yetirməz xata,
Yeri gəlsə, xeyir verər elata,
Onun arxasından qaçma dünyada.
Ələsgər, söyləyir sözün adınan,
Arif məclisində hər isbatınan.
Bir dost sznlə olsa, sirri yadınan,
Onu düşmənindən seçmə dünyada
EYLƏR
«Can» deməklə, candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
«Çor» deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
Nakəs adam danışıqda saz olar, Kərəmdən kəm, səxavətdən az olar. Nütfədən qarışan şeyitbaz olar,
Mərd də sığışdırmaz, nahaq qan eylər,
Bir gün Mansız qalxar, gəlir toxmaq-yay, Dağlara atmağa eylər haqq-say,
Seçilməz məhşərdə nə şah, nə gəday, Xaliqiləmyəzəl haqq divan eylər.
Məzəmmət eyləmə mən binəvanı,
Sahibi-səltənət, ey gövhər kanı.
Mənim sözüm doğru yoldan çıxanı, İnşallah, qaytarar düz insan eylər,
Mən istərəm alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola, Diliynən zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər
ÇIXIBDI
Ay həzərat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı. İnsaflar azalıb, mürvət gödəlib, Qazıların mazarratı çıxıbdı.
Əlimizi aparıbdı sərt ayaz, Rüzumuz olubdu gündən-günə az,
Molla şeytan olub, axund şeyitbaz, Məşədi, kalvayı lotu çıxıbdı.
Qoçular, quldurlar qatar taxırlar, Fəqir-füqəraya yan-yan baxırlar, Kimi istəsələr vurub yıxırlar, Beşatanın çataçatı çıxıbdı.
Pristav, naçalnik gələndə kəndə, Obanı, oymağı vururlar, bəndə, Xərc üstə çoxları düşdü kəməndə, Qamçıda belinin qatı çıxıbdı.
Gəzirlər havalı ağalar, bəylər, Çalışır qan-tərdə naxırçı, nökər. Müxtəsərin deyir Aşıq Ələsgər, Kovxanın, kattanın zatı çıxıbdı.
ASIQ ELESGER |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:41 pm Mesaj mətni: |
|
|
HÜSEYN ŞƏMKIRLI
DANIŞMA
Qafil könul, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, Hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
Aşıq gərək hər məclisdə sayılsın, Sözünü eşidən qansın ayılsın,
Kəlmə çıxar, şirin cana yayılsın, Qaldırıb səsini zilə, danışma.
Sözün uca tutma azğın, axmağın, Xoşlanılmaz aralıqdan çıxmağın.
Layıq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə, danışma.
Yazıq Hüseyn, əhdin yetər yerinə, Könül bağla aşiqlərin pirinə.
Çək sözünü həqiqətə, dərinə,
Hər qədir bilməzlə belə danışma |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:42 pm Mesaj mətni: |
|
|
DƏLI KÖNÜL, MƏNDƏN SƏNƏ ƏMANƏT
Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum, qardaş yad olar
Demə ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq1 olgunan,
Demə; varım çoxdur, pulum yaxşıdı
Xəstə Qasım, kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
--------------------------------------------------------------------------------
1 Sadə təbiətli.
EYLƏR — EYLƏR
Bir elə kişinin tut ətəyindən,
Bil sənə imdadı ol eylər-eylər.
Zərrəcə üstündə olsa nəzəri
Yerdən daş götürsən, ləl eylər-eylər,
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı
Cəhənnəm odundan betər adamı
Yoxsulluq yandırar, kul eylər-eylər.
Aqil insan deməz hər gördüyünü,
Daldalar düşməndən vay dərdiyini, Görməzsən nakəsin pay verdiyini,
Versə də, töhmətin bol eylər-eylər.
Xəstə Qasım deyər sözün bu başdan,
Pay umma qohumdan, yaddan, qardaşdan,
Özün əmək çəksən, su çıxar daşdan,
Əridər dağları yol eylər-eylər
XESTE QASIM |
|
| Əvvələ qayıt |
|
mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: B. İyun 24, 2007 11:43 pm Mesaj mətni: |
|
|
OLMAZ
Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı, Hərcayıda namus, qeyrət, ar olmaz.
Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə , əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.
Təklif olunmamış bir yerə varma,
Nər olmaz meydanda hər bığıburma, Seyraqıb adama sən yaxın durma,
Xain çıxar, onda düz ilqar olmaz.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı, Sərvağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
DEYƏRLƏR
Ay ağalar, əəlin sizə söyləyim,
Yalqız daşdan olmaz, divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd eylə, Ararlar: yükündə nə var? — deyərlər.
Ovçu olan bəslər alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı,
Bir oğul atadan artırsa işi,
El içində ona tavar deyərlər.
Qızılgülü dəstə-dəstə dərginən,
Dəribən də yaylıq üstə sərginən.
Hər nə versən öz əlinlə verginən,
Yüz qadanı başdan sovar deyərlər.
Neynirəm bir bağı, barı olmasa, Alması, heyvası, narı olmasa.
Bir igidin dövlət-varı olmasa,
Yeləksiz ox kimi çovar deyərlər.
İsgəndər atlandı, çıxdı zülmətdən, Qasım, Xızr içdi abı-həyatdan.
Bəhsə duşsə igiddən, qılıncdan, atdan; Süfrəni hamsınnan kübar deyərlər
XESTE QASIM |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|