Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Diabet - Şeker Xesteliyi
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb

Yeni mövzu aç   Cavab göndər
Diabet - Şeker Xesteliyi Səhifə 1, 2  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:05 am    Mesaj mətni: Diabet - Şeker Xesteliyi Sitatla cavab ver


Diabetin əlamətləri.
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:

1. tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq,
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması,
3. qanda şəkərin yüksək olması,
4. zəiflik və yorğunluq hissi,
5. görmənin aydın olmaması,
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi,
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi,
8. ayaqlarda ağırlıq hissi,
9. başgicəllənmə,
10. infeksion xəstəliklərin gec sağalması,
11. yaraların gec sağalması,
12. bədənin hərarətinin aşağı düşməsi,
13. görmənin pozulması,
14. tez yorulma,
15. baldır əzələlərinin qıc olması.

Diabetin labarator diaqnostikası.
Diabetin diaqnozunu təsdiq etmək üçün 2 göstəricini tə’yin etmək lazımdır.

1. qanda şəkərin miqdarı
2. sidikdə şəkərin miqdarı


Qanda şəkərin miqdarı(nmol/l (mq/%)) Norma Şəkərli diabet Qlükozaya tolerantlığın pozulması Qlikemiyanın acqarına pozulması
Acqarına
3.3-5.5
(59-99) ≥6.1(≥110) <6.1(<110) 5.6-6.1
(100-110)
Yeməkdən 2 saat və ya QPTT* testindən 2 saat sonra <7.8(<140) ≥11.1(≥200) 7.8-11.1
(140-200) <7.8(<140)





QPTT-qlükozaya peroral tolerantlıq testi.

Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:06 am    Mesaj mətni: Sitatla cavab ver

Diabetin əmələ gəlmə səbəbləri.

Şəkərli diabetdə mədəalti vəz lazım olan miqdarda və yaxud lazımı keyfiyyətdə insulin hazırlamağı bacarmır.

Bu nə üçün baş verir? Şəkərli diabetin səbəbi nədir?




Təssüf ki hal hazırda bunun dəqiq cavabı yoxdur. Ayrı-ayrı mülahizələr, bir çox risk faktorları göstərilir. Belə güman edilir ki, bu xəstəlik virus xarakterlidir. Çox vaxtı onun genetik defektlə əlaqədar olduğu göstərilir. Lakin dəqiq tə’yin olunmuşdur ki, diabet yoluxucu deyildir və ona yoluxmurlar. 1-ci tip şəkərli diabetin (insulindən asılı) əmələ gəlməsinə səbəb bir çox faktorların (misal uçun autoimmun proseslər) tə'siri altında insulinin hazırlanması azalır və ya beta hüceyrələrin məhv olması nəticəsində tamamilə kəsilir. Əgər belə diabet 40 yaşlı insanlarda əmələ gəlirsə yəgin ki, bunun öz səbəbləri var. 1-ci tipə nisbətən 4 dəfə artıq rast gəlinən 2-ci tip diabetdə beta hüceyrələr əvvəl insulini normal miqdarda, hətta çoxlu miqdarda hazırlayırlar. Lakin bu insulinin aktivliyi aşağı olur (piy toxmasının artıqlığı nəticəsində insulin reseptorlarının həssaslığı azalır). Zaman keçdikcə insulinin miqdarı azala bilər. 2-ci tip diabetlə bir qayda olaraq 50 yaşından yuxarı insanlar xəstələnir.

Şübhəsiz ki, bir çox faktorlar vardır ki bunlar şəkərli diabetə meillilik yaradir.

Birinci yerdə irsi meilliliyi göstərmək olar. Demək olar ki, bütün mütəxəssislər şəkərli diabetlə xəstələnmə riskini ailədə kimsə şəkərli diabetlə xəstələnibsə qat-qat artması ilə razıdır – misal üçün valideynlərdən biri, bacı və ya qardaş. Muşahidələr göstərir ki, birinci tip diabetlə xəstələnmə irsi olaraq, əgər ana xəstədirsə 3-7%, əgər ata xəstədirsə 10% mümkündür. Əgər hər iki valideyn diabetlə xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır və 70% təşkil edir. Ikinci tip diabetlə irsi olaraq xəstələnmə riski həm ana tərəfdən, həmdə ata tərəfdən 80% ehtimalı var. Əgər insulindən asılı şəkərli diabetlə hər iki valideyn xəstədirsə, uşaqların şəkərli diabetlə xəstələnmə ehtimalı 100%-ə yaxınlaşır. Yuxarıda deyilənləri nəzərə alaraq elə demək olar ki, irsi meillilik var və onu bir cox həyatı situassiyalarda nəzərə almaq lazımdır - misal üçün ailə qurarkən və ailəni planlaşdırarkən. Əgər irsiyyət şəkərli diabetlə əlaqəlidirsə, onda uşaqları onların şəkərli diabetlə xəstələnmək ehtimalına hazırlaşdırmaq lazımdır. Ona izah etmək lazımdır ki, onlar risk qruppasına daxildirlər və öz həyat tərzi ilə digər faktorları heçə endirməlidirlər.

Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yerdə piylənmə və ya artıq çəki tutur. Xöşbəxtlikdən bu faktoru neytrallaşdirmaq mümkündür, beləki əgər insan bunun bütün təhlükəsini başa düşsə və artıq çəki ilə mübarizə aparsa, o bu mübarizədə qalib gələ bilər.
Uçüncü səbəb kimi bir çox xəstəlikrkiləri gostərmək olar ki, onların nəticəsində beta hüceyrələr zədələnir. Buna mədəalti vəzin xəstəlikləri – pankreatiti, mədəaltı vəzin xərçəngiçini, digər endokrin vəzilərin xəstəliklərini göstərmək olar. Bəzən travmada səbəb faktoru ola bilər. (üçüncü səbəbi göy şriftlə göstər tam dəyişdim)

Dördüncü səbəb – müxtəlif virus infeksiyalarıdır (məxmərək, su çiçəyi, epidemik hepatit və digər xəstəliklər, o cümlədən qrip). Bu xəstəliklər təkan verici mexanizm rolunu oynayaraq xəstəliyin başlamasina təkan verirlər. Aydındır ki, qrip bir çox insanlar üçün diabetin başlanmasına səbəb olmur. Lakin insan kökdürsə və irsi şəkərli diabetə meillidirsə, onda qrip onun üçün təhlükəlidir. Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə qrip və digər infeksiyon xəstəliklərllə xəstələnə bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə irsi meilli insanlara nisbətən dəfələrlə azdır. Belə ki, risk faktorlarının kombinassiyası xəstələnmə təhlükəsini bir neçə dəfə artırır.

Şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan beşincisi – əsəb stressidir. Irsi meilli və kök adamlar xüsusi ilə əsəb və emosional gərginlikdən uzaq olmalidirlar.

Risk faktorlarından altincı yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır. Bir çoxları belə hesab edir ki, şəkərli diabetin səbəbi qidalanma ilə əlaqədardir. Beləki, diabetlə çox şirin yeyenlər, şəkərli qida məhsullarından istifadə edənlər xəstələnir. Bu o mənada düzgündür ki, belə qidalanma vərdişləri olan insanlar mütləq artıq çəkiyə malik olacaqlar və köklüyün şəkərli diabeti doğurması tamamilə dəqiq olaraq sübut olunmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, onu ədalətli olaraq sivilizassiya xəstəliyi adlandırmaq olar. Belə ki, müasir dövr bol, asan həzm olunan, karbohidratlarla zəngin qidalarl dövrüdür. Beləliklə demək olar ki, şəkərli diabetin bir neçə səbəbi vardır və onlardan biri hər hansı bir konkret halda diabetin əmələ gəlmə faktoru ola bilər. Nadir hallarda diabeti hormonal pozğunluqlar, mədəaltı vəzin zədələnmələri, bəzi dərman preparatlarının uzun müddət qəbulu, alkaqoldan həddən artıq istifadə əmələ gətirə bilər. Bir çox mütəxəssislər belə hesab edir ki, birinci tip diabet mədəaltı vəzin insulin hasil edən beta hüceyrələrinin virusla zədələnməsi nəticəsində əmələ gələ bilər. Virusla zədələnməyə cavab olaraq immun sistem insulyar antitel adlanan antitellər hazırlayır. Hətta diabeti əmələ gətirən, dəqiq sürətdə tə'yin olunmuş səbəblərdə mütləq xüsusiyyətə malik deyildir. Belə ki, bəzən həddindən çox kök adamlar belə şəkərli diabetlə xəstələnmir və bütün hallarda çəkinin normallaşaması, əhəmiyyətli fiziki fəaliyyət nəticəsində qanda şəkəri normallaşdırmaq mümkündür. Lakin fikirləşmək lazım deyildir ki, bu vaxta qədər şəkərli diabetin əmələ gəlməsinə nəyin səbəb olduğunu dəqiq göstərə bilmirlərsə, müxtəlif qrup insanlarda şəkərli diabetin yaranmasının səbəblərinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, risk qruplarının aşkar olması bu gün imkan verir ki, öz sağlamlıqlarına qayğısız münasibətin qarşısı alınsın və onlar düzgün həyat tərzinə orientassiya olunsunlar. Yalnız valideynləri şəkərli diabetlə xəstə olanlar öz qayğilarina qalmalı deyillər, beləki şəkərli diabet həm iris, həm də sonradan qazanılmış olur və risk qrupuna daxil olan bütün insanlar ayıq-sayıq olmalıdırlar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:07 am    Mesaj mətni: Sitatla cavab ver

1-ci tip şəkərli diabet.
1-ci tip şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin betta-hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmamazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbətdə ki onunla birlikdə ciddi dieta və düzgün qidalanma rejimidir.


1-ci tip şəkərli diabet aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
1. Diabetin bütün tipləri genetik meillilik xüssusiyyətlərinə malikdir. Lakin 1-ci tip şəkərli diabetin inkişafında rol oynayan gen naborunun, 2-ci tip şəkərli diabetin inkişafına aidiyyəti yoxdur.
2. 1-ci tip şəkərli diabetdə mədəaltı vəzin betta-hüceyrələrinin minimum 80%-i məhv olur ki, bu da insulinin tam defisitinə gətirib çıxarır, insulinin inyeksiyasını qaçılmaz edir.
3. 1-ci tip şəkərli diabet orqanizmdə autoimmun prosses nəticəsində inkişaf edir, məhz autoimmun prosses betta-hüceyrələrini məhv edir və orqanizmi insulindən məhrum edir.
4. Orqanizmdə autoimmun prosses və insulinin tam defisiti birlikdə 1-ci tip şəkərli diabetin qeyri stabil və ağır keçməsinə səbəb olur ki, buda qanda şəkərə daimi nəzarətin olmasını tələb edir.
5. Hal hazırda şəkərli diabetin hər 2 tipinə münasibətdə “arıq” və “kök”, “qoca” və “cavan” bölgüləri qeyri aktualdır. Beləki şəkərli diabetin bütün tipləri istənilən yaşda və istənilən çəkidə insanlarda əmələ gələ bilər. Lakin 2-ci tipdən fərqli olaraq 1-ci tip şəkəlri diabetin qidalanmadan və həyat tərzindən asılı olmaması faktdır. 2-ci tip şəkərli diabetin əmələ gəlməsində isə hipodinamiya və çox yemək risk faktorlarına aiddir.
6.1-ci tip şəkərli diabetin əmələ gəlməsinin səbəbi çox vaxt virus infeksiyası olur
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:07 am    Mesaj mətni: Sitatla cavab ver

1-ci tip şəkərli diabetin insulin müalicəsi.
1-ci tip şəkərli diabet insulindən asılı olduğuna görə, bu qrup xəstələrdə insulinin inyeksiyası yeganə müalicə vasitəsidir. Baxmayaraq ki, insulin terapiyası insulinin fizioloji tə'sirini imitassiya edir, dəri altı insulin terapiyasına hal hazırda alternativ müalicə yoxdur. Normal şəraitdə insulin vena sisteminə daxil olur, oradan qara ciyərə keçir, təxminən yarısı burda öz aktivliyini itirir, yarısı isə periferiyada meydana çıxır. Bu o qədər sü'rətlə baş verir ki, qlikemiyanın yüksək səviyyəsi hətta yemekdən sonra belə çox qısa zamanda saxlanılır. Dəri altına yeridilən insulinin tə'siri isə başqa cür olur. O, gec olaraq qan dövranına, daha gec isə qara ciyərə daxil olur və bundan sonra uzun müddət insulinin konsentrasiyası qanda qeyri fizioloji yüksək səviyyədə qalır. Insulinterapiyanın bu çatışmamazlığı xəstələri məcbur edir ki, öz qidalanmalarına, fiziki işlərə, maddələr mübadiləsinə və qlikemiyanın səviyyəsinə tə’sir edən digər faktorlara nəzarət etsinlər. Lakin insulinterapiyanın müasir taktikası və strategiyası imkan verir ki, 1-ci tip şəkərli diabetlərin həyat tərzi, normal həyat tərzinə çox yaxın olsun. Bunu həyata kəçirmək yalnız şəkərli diabet xəstələrin öyrədilməsi ilə mümkündür.
Diabet zamanı tə’lim proqramlarının tətbiqinin lazımlığı lap çoxdan qəbul edilmişdir. 80-cı illərin əvvəllərində diabetoloqlar yüksək dərəcədə təmizlənmiş insulin preparatları, insan insulini, insulin yeritmək üçün təkmilləşdirilmiş vasitələr (birdəfəlik insulin şprisləri və şpris ruçkalar), test kağızlarının köməyi ilə qlikemiya və qlükozuriyanın ekspress analiz metodlarını əldə etdilər. Gözlənilənlərin əksinə olaraq bunların tətbiqi öz-özunə karbohidrat mübadiləsinin davamlı kompensasiyasına və gecikmiş ağırlaşmaların azalmasına gətirib çıxarmadı. Mütəxəssislər xəstənin özünü diabetə və onun müalicəsinə aktiv nəzarətə cəlb etməklə bu mürəkkəb xroniki xəstəliyi effektiv idarə etməyə imkan verən yeni yanaşmanın lazımlığı rəyinə gəldilər. Hal hazırda terapevtik öyrətmə termini ümümdünya səhiyyə təşkilatı tərəfindən rəsmi olaraq qəbul olunmuş və bu, şəkərli diabetin hər hansı tipinin müalicəsinin vacib və ayrılmaz hissəsidir. 1-ci tip şəkərli diabetə gəldikdə isə, bu hər şeydən əvvəl onu bildirir ki, xəstə çox savadlı insulinoterapevt olmalıdır. Insulinterapiya birinci tip xəstələrin ümuni qəbul olunmuş strategiyasıdır.

1-ci tip şəkərli diabetli xəstələrin hamı tərəfindən qəbul edilmiş müalicə strategiyası intensiv insulinterapiyadır. Intensiv insulinterapiya dedikdə, beta hüceyrələr tərəfindən insulinin fizioloji sekressiyasını imitassiya edən çoxsaylı insulin inyeksiyası rejimi başa düşülür. Aydındır ki, fizioloji şəraitdə insulinin bazal sekresiyası fasiləsiz olaraq baş verir və (qida qəbulundan asılı olmayaraq, o cümlədən gecədə) hər saatda bir vahid təşkil edir.
Fiziki iş vaxtı insulinin sekresiyası normada əhəmiyyətli azalır. Qidalanma vaxtı qlikemiyanı normada saxlamaq üçün əlavə olaraq əhəmiyyətli miqdarda insulin sekressiyası tələb olunur (hər 10q karbohidrata 1-2 vahid). Insulin sekressiyasının bu mürəkkəb kinetikasını, nisbi daimi bazal və qidalanma ilə əlaqədər variassiya edən səviyyəsini aşağıdakı qaydada imitassiya etmək olar: qida qəbulundan qabaq xəstə qısa muddətli insulin inyeksiyası yeridir, bazal insulinemiya isə uzun müddəlti insulin inyeksiyası ilə saxlanılır. Belə insulinterapiya metoduna həmçinin bazis-bolius insulinterapiya deyilir.

Intensiv insulinterapiya fizioloji şəraitə nə qədər yaxınlaşsada yaddan çıxarmaq lazım deyil ki, dəri altına yeridilən sadə insulin heç də insulinin alimentar sekresiyasının fizioloji kinetikasına dəqiq uyğun gəlmir. Bu insulinterapiya həm də tələb edir ki, xəstə hər gün bir nəçə dəfə qanda qlükozanı tə’yin etsin və bunu insulin dozasını seçərkən nəzərə alsın. Bir qayda olaraq qısa müddətli insulin inyeksiyası sutkada 3 dəfə yəməkdən qabaq, bəzən daha çox edilir. Insulinə bazal tələbat çox vaxt uzun müddətli iki insulin inyeksiyası ilə təmin edilir. Instensiv insulinterapiyanın ən çox rast gələn sxemi aşağıdakı inyeksiya kombinasiyalarından ibarətdir:

Səhər (səhər yeməyindən qabaq) qısa və uzun müddətli təsir edən insulinin inyeksiyası
Günorta (nahardan əvvəl) qısa təsir göstərən insulinin inyeksiyası
Axşam (şamdan əvvəl) qısa təsirli insulinin inyeksiyası
Gecə, yuxudan əvvəl uzun müddətli insulinin inyeksiyası

Bu sxem baza sxemi sayılır, hər xəstə üçün o bəzi dəyişikliklərə mə’ruz qala bilər: qısa müddətli insulinin miqdarı hər hansı bir şəraitdən asılı olaraq (misal üçün əlavə qida qəbulu, qəfil qanda şəkərin yüksəlməsi, xəstəliklər) çox və ya az ola bilər. Insulinin dozasından danışdıqda, demək olmaz ki, həmişəlik dəyişilməz qaydada vurulmalıdır. O, xəstənin həyat tərzindən asılı olaraq tez-tez dəyişilə bilər. Buna görə teoretik olaraq, qabaqcadan konkret xəstə üçün doza hesablamağın mənası yoxdur (1kq bədən çəkisinə görə sutkalıq doza, gündüz və gecə tələbatı, insulinin bazal və prandial nisbətinə görə), bunlar yalnız orta statistik miqdarlardır. Insulinin dozasının düzgün tə’yin etməyə imkan verən yeganə kriteriya, xəstənin özü tərəfindən ölçülən qlikemiyanın ölçüləridir.
Uzun müddətli insulinin dozasını tə'yin etməklə nəzərə almaq lazımdır ki, insulinin tə’sir profili, onun dozasının miqdarından asılıdır. Belə ki kiçik doza böyük dozaya nisbətən daha qisa müddətdə tə'sirlidir. Bu elə bir situasiyaya gətirib çıxara bilər ki, uzun müddətli insulinin səhər vurulan kiçik dozası şam yeməyinə qədər lazım olan bazal insulinemiyanı təmin edə bilməsin və bu axşama yaxın qlükozanı qanda artıra bilər. Belə hallarda ya axşam yeməyi vaxtı əlavə olaraq qısa müddətli insulin inyeksiyası etmək, ya da nahar vaxtı lazımı dozada uzun müddətli insulin qəbul olunmalıdır. Beləliklə bəzən uzun müddətli insulinin inyeksiyası üç dəfə tələb olunur ki, buda getdikcə daha çox rast gəlinir.
Indi daha çox insan insulinindən hazırlanmış preparatlar yayılıb. Bununla barabər uzun müddətli sink-insulinlərdən fərqli olaraq NPX-insulinlərindən istifadə etmək daha əlverişlidir. Beləki, onları qısa müddətli insulinlərlə eyni şprisdə qarışdırıb istifadə etmək olar. Intensiv insulinterapiya sahəsinin sonuncu nailiyyətlərindən danışdıqda, xüsusi olaraq qısa müddətli insan insulini analoqları və ya ultra qısa tə'sirli insulinləri qeyd etmək lazımdır. Beləki sadə insulinlərin dərialtı inyeksiyaları zamanı onun tə'siri 30-40 dəqiqədən sonra başlayır, qanda isə konsentrasiyası ən yüksək həddə daha gec (2-4 saatdan sonra) çatır və belə yüksək halda bir qədər uzun müddət qalır (tə’sir müddəti 6-8 saat). Mədəaltı vəzin normal insulin sekresiyası isə daha qısa müddətli və daha operativ tə’sir göstərir. Müalicənin bu çatışmamazlığını minimuma endirmək üçün qısa müddətli insan insulinininin dərialtı inyeksiyasıni yeməkdən 30 dəq. qabaq etmək və yemək arası əlavə yüngül qəlyanaltı məsləhət görülür. Bu isə xəstələrdə, xüsusilə də aktiv həyat tərzi kəçirənlərdə narahatçılıq yarada bilər. Insan insulinlərinin molekullarının strukturunu dəyişdirməklə yeni keyfiyyətlərə malik analoqlar almaq olar. Bu analoqlar dərialtina yedirdikdən sonra daha tez sorulur və tə’sirə başlayır (0-15 dəqiqə), ən yüksək tə’siri daha təz yaranır (45-60 dəqiqə) və adi insulinə nisbətən tə’sir müddəti daha qısa olur (3-4 saat). Belə insulinin tə’sir profili xəstələrə gün rejimində, qidalanmasında, fiziki aktivliyində daha böyük manevrliyə imkan verir.
Hal hazırda təkzib edilməz sürətdə sübut olunmuşdur ki, şəkərli diabetin gecikmiş ağirlaşmalarının qarşısını almaq üçün ən vacib şərt qlikemiyanın daim normaya yaxın səviyyədə saxlanmasını təmin etməkdir. 1-ci tip şəkərli diabetdə buna yalnız intensiv insulinterapiya vasitəsi ilə nail olmaq olar. Ilk baxişda intensiv insulinoterapiya xəstələr üçün əziyyətli gəlir. Lakin axir nəticədə onun hesabına xəstələrin həyat səviyyəsi yüksəlir. Onlar sərbəst sü'rətdə yeməyin tərkibini və qəbul etmə vaxtını dəyişə bilirlər. Qısa tə’sirli insulini qidadan qabaq inyeksiya edərkən onlar hal hazirki zamanda qlikemiyanın səviyyəsini nəzərə alaraq və planlaşdırılmış karbohidrat miqdarından (hansıkı onun miqdarını istədiyi kimi dəyişə bilər) asılı olaraq lazım olan insulin dozasını tə’yin etməyi öyrənirlər. Intensiv insulinterapiya şəkərli diabet 1-ci tipin müalicəsinin digər vacib komponentləri; maddələr mübadiləsinə nəzarəti, dietanın liberallaşdırılması, fiziki aktivliyin və öyrənmənin nəzərə alınması ilə bir yerdə kompleks tətbiq olunmalıdır. Bir çox xəstələr intensiv insulinterapiyanın üstünlüklərini bilmir və buna görə ona keçmirlər. Bu nöqteyi nəzərdən diabetli xəstələrin öyrədilməsi və diabet məktəbləri daha effektli olan bu müalicə metodunun tətbiqində əsas rol oynamalıdırlar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:08 am    Mesaj mətni: Sitatla cavab ver

2-ci tip şəkərli diabet.
2-ci tip şəkərli diabet əvvəllər hesab olunduğu kimi diabetin yüngül forması olmamaqla yanaşı, onun da müalicəsində bir çox çatışmamazlıqlar və çətinliklər vardır. Bu tip diabeti həmdə insulindən asılı olmayan diabet adlandırırlar, beləki xəstəliyin başlanğıc etaplarında insulinin inyeksiyası tələb olunmur. 2-ci tip şəkərli diabetin müalicəsində ənənəvi olaraq dieta, individual fiziki hərəkətlər və mədəalti vəzin betta-hüceyrələrinin insulin ifrazını gücləndirən, onun sekressiyasını stimullaşdıran, qlükozanın mədədən sorulmasını ləngidən, insulinə rezistentliyi aradan göturən həblərdən biri və ya onların kombinasiyası tə'yin olunur. Lakin müəyyən müddətən sonra bir çox xəstələrdə əlavə insulin tə’yininə ehtiyac yaranır. Bu zaman diabetli xəstənin orqanizmində nə baş verir? Mübadilə prossesləri necə dəyişir? Qanda şəkərin artmasının səbəblərindən biri mədəalti vəzin betta-hüceyrələri tərəfindən insulin hasilinin çatışmamazliğıdır. Xəstəliyin əvvəlində orqanizmin toxumalarının insulinə həssaslığının azalması və onların öz insulinlərini “qəbul etməmələri” ilə əlaqədər olaraq insulinin miqdarı bir qayda olaraq artıq olur. Mədəaltı vəzi qanda dövr edən qlükozanın mənimsənilməsi üçün getdikcə daha çox insulin hasil etməyə başlayır. Lakin onun imkanları hədsiz deyildir, getdikcə betta-hüceyrələrin fəaliyyəti tükənir və həmdə qanda artıq miqdarda olan qlükoza onlara dağıdıcı tə’sir göstərir. Müəyyən müddət kəçdikdən sonra insulinin hasili azalır.



Qanda insulinin nisbi çatışmamazlıği zamanı müxtəlif orqan, toxumaların hüceyrələrinə qlükoza çox az miqdarda çatır və periferik qanda qlükozanın miqdarı artır. 2-ci tip şəkərli diabet qanda yüksəlmiş şəkərin tə’yin olunması ilə aşkarlanır. Düzgün dieta gözləməklə qanda qlükozanın normal səviyyəsini tə’min etmək mümkün olmadıqda, xəstəyə şəkəri aşağı salan həblər tə’yin olunur. Onların əsas funksiyası elə insulin miqdarını tə'min etməkdir ki, onlar orqanizmə qida ilə və onun öz ehtiyatlarından daxil olan karbohidratları həzm etməyə çatsın. Bu necə baş verir? Şəkəri aşağı salan həblər mədəaltı vəzi güclü rejimdə işləməyə “məcbur edir”, betta-hüceyrələrini həddindən artıq “işlədir”, onlardan lazım olan miqdarda insulin “sıxışdırıb” çıxardır. Aydın məsələdir ki, mədəalti vəzin bu rezervləri hədsiz deyildir və hər bir xəstədə onlar müxtəlifdir. Axır nəticədə insulin sekresiya edən hüceyrələr gücdən düşür və həblərlə müalicə qeyri-effektiv olur, insulinin tə’yini məsələsi meydana çıxır. Insulinin tə’yininə tələbat 2-ci tip şəkərli diabetli xəstələrdə müxtəlif müddətlərdən sonra meydana çıxa bilər. Bəzi xəstələrdə 30 il, bəzilərində 5 il, bəzilərində daha tez müddət tələb oluna bilər ki, onlarin şəkər aşağı salan həblərdən insulinə keçməsi lazım gələ bilər. Bunda elə bir qanuna uyğunluq yoxdur. Hər bir şey xəstənin orqanizminin vəziyyətindən, öz sağlamlığına necə yanaşmasından və xəstəliyin başlanğıcından qanda şəkərin səviyyəsinə düzgün nəzarət etməsindən asılıdır. Beləliklə həkimin bütün məsləhətlərinə dəqiq əməl etməyə, dietaya ciddi əməl edilməsinə, maksimal dozada şəkəri aşağı salan həblərin qəbuluna baxmayaraq 2-ci tip diabet xəstələrin qanında şəkərin səviyyəsi yüksək olur, xəstənin vəziyyəti pisləşir və bunun nəticəsi olaraq diabetik agirlaşmalarin inkişaf riski dəfələrlə artir. Burda köməyə insulin gəlir. Qeyd etmək lazımdır, qanda şəkərin xroniki yüksələməsi bəzi hallarda diabetə tipik olan susuzluğun və ya sutkalıq sidiyin artimi ilə müşahidə olunmaya bilər. Çox vaxt zaman keçdikcə pasiyentlər ümumi zəifliyə, əhval ruhiyənin pis olmasına, qaşınmaya, dərinin tezləşmiş irinli zədələnmələrinə, çəki azalmasının proqlresləşməsinə fikir verirlər. Ona görə də qanda müntəzəm olaraq qlukozanın tə’yininin çox böyuk əhəmiyyəti vardır. Ən vacib, vaxtında insulini köməyə çağırmaqdır. Qanda şəkər 10 mmol/l (181 mq%) yüksək olduqda diabetə nəzarət qeyri kafi hesab olunmalıdır, əgər 13 mmol/l-dən (235 mq%) yüksək olduqda bir çox diabetoloqlar hesab edir ki, insulinin alternativi yoxdur.

2-ci tip şəkərli diabetlə xəstələr insulin inyeksiyasından çox qorxurlar, bacardıqca ondan qaçmağa çalışırlar və çox vaxt onların insulin müalicəsi haqqıda təssəvürləri kəskin mənfi olur. Çox vaxt xəstələri belə müalicənin vacibliyinə inandırmaq üçün onlarla uzun müddətli söhbət etmək, onları başa salmaq lazım gəlir. Xəstənin əsas vəzifəsi bu addımın vacibliyini və problemin həllini sonraya saxlamamağı dərk etməkdir. Bu xəstələrin inyeksiya rejiminin, 1-ci tip şəkərli diabet xəstələrindəki 4-5 dəfəlik inyeksiya rejimi kimi olması vacib deyildir. Bəzən xəstələrə şəkəri aşağı salan həblərə əlavə kimi kiçik doza uzun müddətli insulinin bir və ya iki inyeksiyası bəs edir.

Insulin orqanizmdə bazal fon yaradır və buda şəkəri aşağı salan həblərin tə’siri nəticəsində orqanizmin özəl insulinininin hazırlanmasıni stimullaşır. Bəzi hallarda həblərin miqdarı 50% qədər azaldılır. Bəzən uzun müddət tə’sir göstərən “Monotard HM” insulininin yuxudan qabaq inyeksiyasi bəs edir ki, o qara ciyərin artıq qlükoza ifrazının qarşısını alsın və bunun nəticəsində səhər qanda şəkərin miqdarı normallaşsın. Bir çox şəkəri aşağı salan həblər qəbul edən 2-ci tip şəkərli diabetli xəstələrdə yeməkdən qabaq insulin inyeksiyası lazım olur. Bu o vaxt olur ki, mədəalti vəzin insulin sekretor rezervləri qida ilə qəbul edilən karbohidratları mənimsəməyə kifayət etmir. Bu zaman qısa müddətli insulin məsələn “Aktrapid HM” əsas qida qəbulundan qabaq gündə 3 dəfə tə’yin olunur. Bu imkan verir ki, qanda qlükozanın səviyyəsi tez aşağı salınsın və “toksik hiperqlikimiya qüsurlu dairəsi” aradan götürülsün. Bu zaman mədəalti vəzin özəl insulin sekresiyası yaxşılaşır, əzələ toxumasının və qara ciyərin insulinə həssaslığı artır və real olaraq insulinin dozasını azaltmaq və hətta onu tam kəsmək mümkün olur. Uzun müddətli 2-ci tip şəkərli diabetlə xəstə olan insanlarda insulin sekresiyası çatışmamazlığı çox kəskin ola bilər. Özəl insulinin tamamilə yoxluğu və onun sekresiyasının stimullaşdırılması imkanlarının tükənməsi hallarında yeganə seçim vasitəsi insulin olur. Insulinin inyeksiya rejimləri müxtəlif ola bilər. Bəzən iki uzun müddətli tə’sir göstərən insulin inyeksiyası, mübadilə kompensasiyasını tə’min edə bilər. Çox vaxt əlavə olaraq qısa tə’sirli insulinlərin əsas qida qəbullarından qabaq inyeksiyasına tələbat yaranır. Bu insulinterapiya rejimi gün ərzində qlükozanın tez-tez tə’yinini və pasientlərin diabetə nəzarətdə yaxşı vərdişlərini tələb edir. Hal hazırda çoxsaylı insulin inyeksiyalarını aradan göturmək üçün “Novo Nordisk” firması tərəfindən uzun və qısa müddətli tə’sir göstərən insulinlərin kombinasiyasından ibarət olan “Mikstard” insulin preparatları istehsal olunur və bizim ölkəmizdədə azda olsa istifadə olunur. Bunun tərkibində insulinlərin nisbəti 10, 20, 30, 40, 50 olmaqla müxtəlifdir. Bu o deməkdir ki, “Mikstard 10” insulinində 10% qısa tə’sirli insulin və 90% uzun müddətli insulin vardır. Beləliklə 10 vahid kombinə olunmuş preparatda 1 vahid qısa, 9 vahid uzun müddətli insulin vardır. Qarışıq insulinlərin tədbiqi daha çox 2-ci tip şəkərli diabetdə özünü doğruldur. Beləki qarışıq insulinlərin tədbiqi, gündə 2 dəfə - səhər və axşam yeməyindən qabaq insulin qəbul edən 2-ci tip şəkərli diabetlərdə daha məqsədə uyğundur. Hansı nisbətdə “Mikstard” insulininin xəstəyə lazım olduğunu həkim tə’yin edir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:09 am    Mesaj mətni: Sitatla cavab ver

2-ci tip şəkərli diabetin müalicə metodları.
Şəkərli diabet termini dedikdə müxtəlif etialogiyalı metabolik pozğunluqlar nəzərdə tutulur ki, bu zaman insulinin sekresiyasının və ya onun tə’sirinin defektləri nəticəsində xroniki hiperqlikemiya inkişaf edir, nəticədə yağ, zülal, karbohidrat mübadiləsinin pozulması müşahidə olunur.




Diabet müxtəlif orqan və sistemlərin; xüsusilə göz, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının disfunksiyasına, zədələnməsinə və çatışmamazlığına səbəb olur.
2-ci tip şəkərli diabet – çox geniş yayılmış xəstəlik olub, insulinin tə’sirinin (insulinrezistenlik) və sekressiyasının pozulması ilə xarakterizə olunur. 2-ci tip şəkərli diabet bütün yaşlarda inkişaf edə bilər, lakin ən çox 40 yaşından sonra yaranır. Xəstəliyin başlanğıcı artıq çəki fonunda tədricən yaranır. Başlanğıcda diabetin simptomları demək olar ki olmur və ya çox zəif özünü büruzə verir. Bunu xəstəliyin çox ləng inkişafı və bunun nəticəsində pasientlərin mövcüd olan hiperqlikemiyaya adaptasiyası ilə izah etmək olar. Kifayət miqdarda C-peptid tə'yin olunur, insulin hasil edən betta-hüceyrələrə autoantitel olmur. Morfoloji 2-ci tip şəkərli diabetin başlanğıcında mədəaltı vəzin normal olçüləri üzə çıxır, betta -hüceyrələrin hipertrofiyasını qeyd etmək olar. Betta -hüceyrələr çoxlu miqdarda sekretor qranulalara malik olurlar. Bundan fərqli olaraq 1-ci tip şəkərli diabet autoimmun xəstəlik olub, betta -hüceyrelərin destruksiyası nəticəsində insulinin hasilinin tam itməsi yaranır.
Müasir təsəvvürlərə əsasən 2-ci tip şəkərli diabetin patoqenezində əsas rolu betta -hüceyrələrinin insulin sekresiyasının pozulması ilə yanaşı toxuma və orqanların insulinrezistentliyi çox böyuk rol oynayır. Qlükozanın periferik utilizassiyasının pozulması əlamətləri meydana çıxır.
Insulin sintezinin pozulması, molekulda aminoturşuların ardıcılığının pozulması və proinsulinin insulinə çevrilməsi defekti ilə birüzə oluna bilər. Hər 2 halda hasil olunan hormon çox aşağı bioloji aktiv olur ki, buda hiperqlikimiyanın yaranması ilə nəticələnir.
Insulinə resiztentlik periferik toxumalarda, ən çox da qara ciyər, əzələ və piy toxumasında qlükozanın mənimsənilməsinin pozulması ilə ozünü göstərir. Onun inkisafında ən çox əhəmiyyət kəsb edən insulin reseptorlarınin defekti və qlükoza transpartyorlarının patalogiyasıdır. Insulin reseptorlarının miqdarı piylənmədə, ikinci tip səkərli diabetdə, akromeqaliyada, Itsenko- Kuşinq xəstəliyində, qlükokortikoidlərlə müalicədə, hamiləliyə qarşı preparatların qəbulunda azalır. Son illər kifayət qədər eksperimental və klinik məlumatlar göstərir ki, həm insulin sekresiyasının defekti, həm də periferik insulinə rezistentliyin inkişafı əhəmiyyətli dərəcədə genetik nəzarətin pozulması ilə əlaqədardır.
Qeyri medikamantoz müalicə üsulları
Şəkərli dibetin müallicəsində ən əsas məqsədlər bunlardır: simptomların aradan gotürülməsi, optimal metabolik kontrol, kəskin və xroniki ağırlasmaların qarşısının alınması, daha yüksək həyat keyfiyyətinə nail olmaq və müallicənin xəstə üçün mümkünlüyü.
Bu məqsədlərə hər iki tip şəkərli diabetdə birinci dərəcəli əhəmiyyət kəsb edən əsas müalicə prinsiplərinin köməyi ilə nail olunur:
a) diabetik dieta
b) dozalanmış fiziki hərəkətlərlə və ya işlərlə
v) öyrənmə və özünə nəzarət
Əgər ikinci tip diabetdə dieta ilə monoterapiya effektsiz olursa, onda peroral şəkər aşağı salan preparatlardan istifadə olunur. Birinci tip diabetdə isə dərhal insulin tə'yin olunur. Ikinci tip diabetdə dietaterapiya aşağıdakı tələblərə cavab verməlidir: rafinə olunmuş karbohidratların gidalanmadan çıxarılması (şəkər, bal, mürəbbələr, konfetlər və s.) doymuş yağların az işlənməsi və əsasən həll olan sellülozalı mürəkkəb karbohidratların işlənməsi məsləhət gorülür. Gündəlik rasionun ümumi tərkibində yağlar 30-35%, karbohidrat 50-60%, zülal 15% təşkil etməlidir. Qidalanmda işlənən ərzaqları üç yerə bölmək olar: tamamilə qəbul edilməsi qadağan olan ərzaqlar, qəbul olunmasında məhdudiyyət qoyulmuş ərzaqlar və məhdudiyyətsiz qəbuluna icazə vərilən ərzaqlar.
Şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin vəziyyətindən başqa arterial təzyiqin və lipid mübadiləsinin pozulmasının səviyyəsini də nəzərə almaq lazımdır. Beləki, şəkərli diabetdə ürək damar sisteminin ağırlaşmalarının inkişafında hiperqlikimiyadan sonra bunlar başlıca faktorlardır.
Şəkəri aşağı salan həb preparatları.
2-ci tip şəkərli diabetin müalicəsi bəzi hallarda dietanin tə’yini və fərdi fiziki fəaliyyətin təyini ilə başlanır. Bu effektsiz olduqda, şəkəri aşağı salan həb preparatlarından istifadə olunur. Bundan başqa xəstəyə ozünə nəzarətin lazımlığını izah etmək və ev şəraitində ona test kağızlarının köməyi ilə qanda və sidikdə şəkərin tə’yinini öyrətmək lazımdır. Hal hazırda şəkəri aşağı salan həb preparatları aşağıdaki qruplardan ibarətdir:
1. sulfanil sidik cövhəri preparatları
2. qeyri sulfanil sidik cövhəri sekreqoqları (prandial requlyatorlar və ya qlinitlər)
3. Biquanitlər – metformin
4. tiazalidindionlar
5. a-qlükozidazanın inqibatoru – akarboza

Sulfanil sidik cövhəri preparatları ən çox işlədilir, və bunlar 1-ci, 2-ci, 3-cü nəsillərə bölünürlər. 1-ci nəsil preparatlar az effektli olub, hal hazırda bu preparatlar demək olar ki, istifadə olunmur. 2-ci nəsil preparatlar aktiv sekratogen olub, bunların tə’sir mexanizmi insulinin sekressiyasını stimullaşdırmaqdır. 2-ci nəsil preparatlarından ən çox işələnilənləri bunlardır:
1. Qlibenklamid (Manilin, Betanaz, Daonil, Euqlikon)
2. Qliklazid (Diabeton, Nuzide)
3. Qlikvidon (Qlurenorm)
4.Qlipizid (Qlibinez, Minidiab)
3-cü nəsil sidik cövhəri preparatlarından Qlimepridi (Mepril) göstərmək olar. Bu preparat Azərbaycanda Mepril adı ilə yayılmışdır və digər preparatlara nisbətən bir çox üstünlükləri vardır. Belə ki, o 100% bioloji mənimsəniləndir və betta-hüceyrələrdən insulinin ifrazını yalnız qida qəbuluna uyğun tə’min edir. Insulin sekresiyasının fiziki fəaliyyət vaxtı ifrazının azalmasını blokada etmir və bunun nəticəsində hipoqlekimiya hallarının əmələ gəlmə mümkünlüyünü qat-qat azaldır. Bundan başqa Mepril həm sidik, həm də ödlə xaric olduğu üçün yüngül və orta dərəcəli böyrək çatışmamazlıqlarında tə’yin oluna bilər. Meprilin tə’sir müddəti 24 saat olub, o sutkada bir dəfə yeməkdən qabaq 1-6 mq tə’yin oluna bilər. Həmçinin Mepril hipoqlekimiya ehtimalının az olması, sutkada 1 dəfə tə’yin olunması ilə əlaqədər yaşlı adamlarda seçim dərmanı kimi tə’yin oluna bilər.
Sulfanil sidik cövhəri preparatları mədəaltı vəzin betta -hüceyrələrinin insulin sekressiyasını stimullaşdırır və artırır. Lakin nəzərə almaq lazımdır ki, bir çox preparatlar sulfanil sidik cövhəri preparatlarının tə’sirini həm artıra, və ya azalda bilər. Onların tə’sirini azaldan preparatlara aiddir: betta -blokatorlar, tiozidlər, kortikosteroidlər, indometasin, izoniazid, nikotin turşusu, kalsinin antoqonistləri.
Bu preparatların tə’sirini artıranlar isə aşağıdakilardır: salisilatlar, sulfanilamidlər, pirazalon törəmələri, klofibrat, monoaminoksidaza inqibatorları, antikoaqulyantlar.
Sulfanil sidik cövhəri preparatlarının tə’yininə əks göstəriş: 1-ci tip şəkərli diabet, ikincili (pankreatik) şəkərli diabet, hamiləlik və laktasiya, iri cərrahi əməliyyatlar, travmalar, ağır infeksiyalar, bu preparatlara allergiyalar və ağır hipoqlekimiya riskinin olmasıdır.

Qeyri sulfanil sidik cövhəri sekretoqoqları və ya qlinitlər yeni peroral şəkər aşağı salan preparatlar olub, bunlar da insulin sekresiyasını stimullaşdırır. Bunlara aşağıdakı preparatlar aiddir:
Repaqlinid (Novonorm)
Nateqlinid (Starliks)
Bunların əsas üstünlüyü bundadır ki, tə’siri çox tez başlayır və yeməkdən sonraki hiperqlikimiyanı (postprandial hiperqlikimiya) çox effektiv nizamlamağa imkan verir. Qeyd etmək lazımdir ki, insulin sekresiyasının 1-ci fazası, yəni yeməyin ilk dəqiqələrindən insulinin sekresiyası və normal miqdarı 2-ci tip şəkərli diabetdə tamamilə yox olur. Bu isə yeməyin ilk anlarında hiperqlikemiyanın əmələ gəlməsinə və yeməkdən sonra birinci dəqiqə və saatlarda yüksək hiperqlikemiyaya gətirib çıxarır. Qlinitlər isə bir başa bu çatışmamazlığı aradan gotürür və yeməyin ilk dəqiqələrindən insulin sekresiyasını tə’min edir və postprandial hiperqlikemiyanın qarşısını alır. Bundan başqa bu preparatları yaşlı və qoca adamlarda istifadə etmək məqsədə uyğundur. Bu preparatlar bilavasitə hər qidalanmadan əvvəl qəbul olunur.

Biquanitlər – metformin (Siafor). Bu qrup preparatlardan hal-hazırda yalnız metformin istifadə olunur. Yuxarıda göstərilən preparatlardan fərqli olaraq Biquanitlər insulin sekresiyasını gücləndirmir. Onlar yalnız qanda kifayət qədər insulin olduqda öz tə’sirini göstərir. Biquanitlər insulinin tə’sirini, insulin rezistentliyi azaldaraq pereferik toxumalarda gücləndirir. Biquanitlər qlükozanın əzələlər və piy toxumaları tərəfindən mənimsənilməsini, insulinin reseptorla əlaqəsini gücləndirməklə və Qlut 4 aktivliyini yüksəltməklə artırır. Onlar qara ciyər tərəfindən qlükoza hasilini, bağırsaqlardan qlükozanın sorulmasını azaldır, qlükozanın utilizasiyasını gücləndirir, iştahı aşağı salır. Metforminin tə’yininə əks göstərişlər aşağıdakılardır:
Qara ciyər funksiyasının pozulması, istənilən etiologiyalı hipoksiya halları (ürək-damar çatışmamazlığı, ağ ciyərlərin xəstəliyi, anemiya, infeksion xəstəliklər), şəkərli diabetin kəskin ağırlaşmaları, alkoqoldan sui istifadə və anamnezdə laktat asidoz.
Tiazolidindionlar. Bunlar prinsipcə yeni qrup preparatlar olub, 90-ci illərin axırlarında tətbiq olunmağa başlamışdır. Bunların əsas tə'sir mexanizmi insulinrezistentliyi aradan götürməkdir ki, Metforminə nisbətən bu preparatlar insulinrezistentliyi əzələ və piy toxumasında daha yüksək səviyyədə aradan götürür. Bu preparatlardan hal hazırda aşağıdakıları göstərmək olar:
Roziqlitazon (Avandiya)
Pioqlitazon (Aktoz, Pioqlit)

Insulinterapiya. Uzun müddət xəstə olan pasiyentlərdə çox vaxt şəkəri aşaği salan peroral həblərə ikincili rezistentlik inkişaf edir. 2-ci tip şəkərli diabetin baslanğıcında 2-3% xəstələrə insulin lazım olur, 10-15 ildən sonra isə pasientlərin yarısını həblərlə müalicə etmək effektiv olmur və insulinterapiyaya göstərişlər yaranır. Hər il 10-15% 2-ci tip şəkərli diabetli xəstələr insulinlə müalicəyə keçirlər.
2-ci tip şəkərli diabetdə insulinlə müalicəyə göstərişlər aşağıdakılardır: insulinə müvəqqəti tələbatın artması, insulin sekresiyasının kəskin azalması, hiperqlikimiya başqa terapiya formalarına cavab vermədikdə.
2-ci tip şəkərli diabetdə insulinterapiya müvəqqəti və həmişəlik ola bilər. Müvəqqəti insulinterapiya stress, kəskin xəstəliklər, cərrahi müdaxilə, kəskin infeksiyalar, insult, miokard infarktı, hamiləlik və laktasiya zamanı tə’yin olunur. Daimi insulinterapiya şəkərli diabetin gecikmiş autoimmun səbəbindən və şəkəri aşağı salan həblərə ikincili rezistentlikdə tə’yin olunur.
Şəkəri aşağı salan həblərə təkrar rezistentliyin səbəbi betta -hüceyrələrin miqdarının azalması ilə və/və ya insulinrezistentliyin artmasıdır. 2-ci tip şəkərli diabetdə insulinterapiyanın əlavə tə’sirlərindən bədən çəkisinin artmasını, mayenin və natrinin bədəndə yığılmasını, hipoqlikimiya riskini göstərmək olar. Insulinterapiya müxtəlif cür tətbiq oluna bilər: yuxudan qabaq uzun müddətli insulin inyeksiyası və dietaterapiya ilə gündüz həblərin qəbulu, qısa və uzun müddətli tə’sir edən insulinin səhər yeməyindən və şam yeməyindən əvvəl inyeksiyası, insulin və həblərin kombinasiya olunmuş istifadəsi və gənc adamlarda intensiv insulinterapiya.
Intensiv insulinterapiya dedikdə uzun müddətli insulinin iki dəfə inyeksiyası (adətən səhər yeməyindən və yuxudan qabaq) və qısa müddətli insulinin hər qida qəbulundan sonra inyeksiyası nəzərdə tutulur. Xəstəliyi kompensasiya etmək, normal qlikemiyanı tə’min etmək üçün xəstənin ozünə nəzarəti və öyrədilməsi əsas şərtdir.
Ən mürəkkəb məsələ insulinlə müalicəni nə vaxt başlamağın lazım olduğunu bilməkdir. Hər bir konkret halda bu məsələni individual olaraq, göstərişləri və əks göstərişləri, terapiyanın məqsədlərini təhlil etməklə həll etmək lazımdır. Xəstəliyin davamlı kompensassiyasına nail olmaq və onu saxlamaq, xəstəliyin xroniki ağırlaşmalarının profilaktikası və vaxtında müalicəsi əsas şərtdir. Diabetaloqiyanın inkişafı imkan veriri ki, 2-ci tip şəkərli diabetdə yüksək metabolik kontrol tə’min edilsin. Belə ki, həkimlərin arsenalında müasir şəkəri aşağı salan həblər və insulin preparatları, onları yeritmək üçün vasitələr və pasiyentlərin öyrədilmə sistemi vardır. Bütün bunlar klinik praktikada imkan verir ki, xəstələr yüksək həyat keyfiyyəti ilə təmin olunsunlar və xəstəliyin xroniki ağırlaşmalarının inkişafının qarşısı alınsın.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:10 am    Mesaj mətni: Sitatla cavab ver

Diabetin əlamətləri.
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:

1. tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq,
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması,
3. qanda şəkərin yüksək olması,
4. zəiflik və yorğunluq hissi,
5. görmənin aydın olmaması,
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi,
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi,
8. ayaqlarda ağırlıq hissi,
9. başgicəllənmə,
10. infeksion xəstəliklərin gec sağalması,
11. yaraların gec sağalması,
12. bədənin hərarətinin aşağı düşməsi,
13. görmənin pozulması,
14. tez yorulma,
15. baldır əzələlərinin qıc olması.

Diabetin labarator diaqnostikası.
Diabetin diaqnozunu təsdiq etmək üçün 2 göstəricini tə’yin etmək lazımdır.

1. qanda şəkərin miqdarı
2. sidikdə şəkərin miqdarı


Qanda şəkərin miqdarı(nmol/l (mq/%)) Norma Şəkərli diabet Qlükozaya tolerantlığın pozulması Qlikemiyanın acqarına pozulması
Acqarına
3.3-5.5
(59-99) ≥6.1(≥110) <6.1(<110) 5.6-6.1
(100-110)
Yeməkdən 2 saat və ya QPTT* testindən 2 saat sonra <7.8(<140) ≥11.1(≥200) 7.8-11.1
(140-200) <7.8(<140)





QPTT-qlükozaya peroral tolerantlıq testi.

Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:11 am    Mesaj mətni: Sitatla cavab ver

Diabetin əmələ gəlmə səbəbləri.

Şəkərli diabetdə mədəalti vəz lazım olan miqdarda və yaxud lazımı keyfiyyətdə insulin hazırlamağı bacarmır.

Bu nə üçün baş verir? Şəkərli diabetin səbəbi nədir?




Təssüf ki hal hazırda bunun dəqiq cavabı yoxdur. Ayrı-ayrı mülahizələr, bir çox risk faktorları göstərilir. Belə güman edilir ki, bu xəstəlik virus xarakterlidir. Çox vaxtı onun genetik defektlə əlaqədar olduğu göstərilir. Lakin dəqiq tə’yin olunmuşdur ki, diabet yoluxucu deyildir və ona yoluxmurlar. 1-ci tip şəkərli diabetin (insulindən asılı) əmələ gəlməsinə səbəb bir çox faktorların (misal uçun autoimmun proseslər) tə'siri altında insulinin hazırlanması azalır və ya beta hüceyrələrin məhv olması nəticəsində tamamilə kəsilir. Əgər belə diabet 40 yaşlı insanlarda əmələ gəlirsə yəgin ki, bunun öz səbəbləri var. 1-ci tipə nisbətən 4 dəfə artıq rast gəlinən 2-ci tip diabetdə beta hüceyrələr əvvəl insulini normal miqdarda, hətta çoxlu miqdarda hazırlayırlar. Lakin bu insulinin aktivliyi aşağı olur (piy toxmasının artıqlığı nəticəsində insulin reseptorlarının həssaslığı azalır). Zaman keçdikcə insulinin miqdarı azala bilər. 2-ci tip diabetlə bir qayda olaraq 50 yaşından yuxarı insanlar xəstələnir.

Şübhəsiz ki, bir çox faktorlar vardır ki bunlar şəkərli diabetə meillilik yaradir.

Birinci yerdə irsi meilliliyi göstərmək olar. Demək olar ki, bütün mütəxəssislər şəkərli diabetlə xəstələnmə riskini ailədə kimsə şəkərli diabetlə xəstələnibsə qat-qat artması ilə razıdır – misal üçün valideynlərdən biri, bacı və ya qardaş. Muşahidələr göstərir ki, birinci tip diabetlə xəstələnmə irsi olaraq, əgər ana xəstədirsə 3-7%, əgər ata xəstədirsə 10% mümkündür. Əgər hər iki valideyn diabetlə xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır və 70% təşkil edir. Ikinci tip diabetlə irsi olaraq xəstələnmə riski həm ana tərəfdən, həmdə ata tərəfdən 80% ehtimalı var. Əgər insulindən asılı şəkərli diabetlə hər iki valideyn xəstədirsə, uşaqların şəkərli diabetlə xəstələnmə ehtimalı 100%-ə yaxınlaşır. Yuxarıda deyilənləri nəzərə alaraq elə demək olar ki, irsi meillilik var və onu bir cox həyatı situassiyalarda nəzərə almaq lazımdır - misal üçün ailə qurarkən və ailəni planlaşdırarkən. Əgər irsiyyət şəkərli diabetlə əlaqəlidirsə, onda uşaqları onların şəkərli diabetlə xəstələnmək ehtimalına hazırlaşdırmaq lazımdır. Ona izah etmək lazımdır ki, onlar risk qruppasına daxildirlər və öz həyat tərzi ilə digər faktorları heçə endirməlidirlər.

Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yerdə piylənmə və ya artıq çəki tutur. Xöşbəxtlikdən bu faktoru neytrallaşdirmaq mümkündür, beləki əgər insan bunun bütün təhlükəsini başa düşsə və artıq çəki ilə mübarizə aparsa, o bu mübarizədə qalib gələ bilər.
Uçüncü səbəb kimi bir çox xəstəlikrkiləri gostərmək olar ki, onların nəticəsində beta hüceyrələr zədələnir. Buna mədəalti vəzin xəstəlikləri – pankreatiti, mədəaltı vəzin xərçəngiçini, digər endokrin vəzilərin xəstəliklərini göstərmək olar. Bəzən travmada səbəb faktoru ola bilər. (üçüncü səbəbi göy şriftlə göstər tam dəyişdim)

Dördüncü səbəb – müxtəlif virus infeksiyalarıdır (məxmərək, su çiçəyi, epidemik hepatit və digər xəstəliklər, o cümlədən qrip). Bu xəstəliklər təkan verici mexanizm rolunu oynayaraq xəstəliyin başlamasina təkan verirlər. Aydındır ki, qrip bir çox insanlar üçün diabetin başlanmasına səbəb olmur. Lakin insan kökdürsə və irsi şəkərli diabetə meillidirsə, onda qrip onun üçün təhlükəlidir. Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə qrip və digər infeksiyon xəstəliklərllə xəstələnə bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə irsi meilli insanlara nisbətən dəfələrlə azdır. Belə ki, risk faktorlarının kombinassiyası xəstələnmə təhlükəsini bir neçə dəfə artırır.

Şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan beşincisi – əsəb stressidir. Irsi meilli və kök adamlar xüsusi ilə əsəb və emosional gərginlikdən uzaq olmalidirlar.

Risk faktorlarından altincı yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır. Bir çoxları belə hesab edir ki, şəkərli diabetin səbəbi qidalanma ilə əlaqədardir. Beləki, diabetlə çox şirin yeyenlər, şəkərli qida məhsullarından istifadə edənlər xəstələnir. Bu o mənada düzgündür ki, belə qidalanma vərdişləri olan insanlar mütləq artıq çəkiyə malik olacaqlar və köklüyün şəkərli diabeti doğurması tamamilə dəqiq olaraq sübut olunmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, onu ədalətli olaraq sivilizassiya xəstəliyi adlandırmaq olar. Belə ki, müasir dövr bol, asan həzm olunan, karbohidratlarla zəngin qidalarl dövrüdür. Beləliklə demək olar ki, şəkərli diabetin bir neçə səbəbi vardır və onlardan biri hər hansı bir konkret halda diabetin əmələ gəlmə faktoru ola bilər. Nadir hallarda diabeti hormonal pozğunluqlar, mədəaltı vəzin zədələnmələri, bəzi dərman preparatlarının uzun müddət qəbulu, alkaqoldan həddən artıq istifadə əmələ gətirə bilər. Bir çox mütəxəssislər belə hesab edir ki, birinci tip diabet mədəaltı vəzin insulin hasil edən beta hüceyrələrinin virusla zədələnməsi nəticəsində əmələ gələ bilər. Virusla zədələnməyə cavab olaraq immun sistem insulyar antitel adlanan antitellər hazırlayır. Hətta diabeti əmələ gətirən, dəqiq sürətdə tə'yin olunmuş səbəblərdə mütləq xüsusiyyətə malik deyildir. Belə ki, bəzən həddindən çox kök adamlar belə şəkərli diabetlə xəstələnmir və bütün hallarda çəkinin normallaşaması, əhəmiyyətli fiziki fəaliyyət nəticəsində qanda şəkəri normallaşdırmaq mümkündür. Lakin fikirləşmək lazım deyildir ki, bu vaxta qədər şəkərli diabetin əmələ gəlməsinə nəyin səbəb olduğunu dəqiq göstərə bilmirlərsə, müxtəlif qrup insanlarda şəkərli diabetin yaranmasının səbəblərinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, risk qruplarının aşkar olması bu gün imkan verir ki, öz sağlamlıqlarına qayğısız münasibətin qarşısı alınsın və onlar düzgün həyat tərzinə orientassiya olunsunlar. Yalnız valideynləri şəkərli diabetlə xəstə olanlar öz qayğilarina qalmalı deyillər, beləki şəkərli diabet həm iris, həm də sonradan qazanılmış olur və risk qrupuna daxil olan bütün insanlar ayıq-sayıq olmalıdırlar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 1:12 am    Mesaj mətni: Sitatla cavab ver

1. Diabet nədir?
Məlumdur ki, şəkərli diabet öz ağirlaşmaları ilə qorxuludur və diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət diabetə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin və onlarin pasientlerinin birgə iştirakı diabetin müalicəsinin effektivliyini artırır və ağirlaşmalarının qarşısını alır. Diabet xəstəliyinin idarə olunmasinda xəstələrin diabet xəstəliyinin mahiyyəti, istifadə olunan dərman preparatlarının tə’siri, dieta haqqında əhəmiyyətli biliklərinin olmasının çox böyük rolu vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət təsirinin olması haqqında biliklərin olması əhəmiyyətlidir. Onlar özlərini müxtəlif situasiyalarda aparmaq qaydasını, həkimə nə vaxt dərhal müraciət etmək lazım olduğunu və müalicədə hansi müstəqil düzəlişlər etməyi bilməlidirlər.

Diabet hələ Qədim Misirdə mə'lum idi. Lakin onun yaranma səbəbləri XIX əsrin sonunda, alimlərin itlərin üzərində aparılan eksperimentləri ilə aşkarlandi. Itin mədəalti vəzini çixardıqdan sonra, onda şəkərli diabet inkişaf etməyə başlayır. Xəstəliyin səbəbi aydin oldu. 1921-ci ildə isə Toronto şəhərində gənc həkim Bantinq və tələbə Best, itin mədəaltı vəzindən qanda şəkərin miqdarını azaldan maddəni aşkar etdilər. Və onlar bu maddəni insulin adlandırdılar. 1922-ci ilin yanvar ayinda şəkərli diabetli birinci pasient insulin inyeksiyalarını qəbul etməyə başlayır və buda onun həyatını xilas edir.
2 ildən sonra isə Portuqaliyada gənc həkim başa düşür ki, şəkərli diabet nəyinki xəstəlikdir, həmdə xüsusi həyat tərzidir. Beləliklə dünyada birinci şəkərli diabetli pasientlər üçün Məktəb yaranir.
Diabet - şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.
Diabetin tipləri:
1-ci tip – orqanizmdə insulin hasilinin tam olmaması və ya həddindən aşaği olması nəticəsində yaranır. O, ən çox uşaqlarda, yeniyetmələrdə, gənc insanlarda əmələ gəlir ki, belə xəstələrdə daim insulin inyeksiyası etməlidirlər.
2-ci tip diabet – insulin hasilinin nisbətən aşaği olması və/və ya toxumaların insulinə rezistentliyi nəticəsində yaranır. Beləki, insulinə rezistentlik qanda insulinin norma və ya normadan artiq olmasına baxmayaraq toxumalara təsirininin pozulmasına deyilir. Bu tip diabet yetkin yaşlı insanlarda, ən çox çəkisi normadan artıq olanlarda və 40 yaşından sonra yaranır. 2-ci tip diabetdə dieta saxlamaqla, arıqlamaqla və fiziki işin intensivliyini çoxaltmaqla çox böyük nailiyyətlər əldə etmək olar.
Karbohidratlı qida maddələri mədəyə daxil olur, bağirsaqlarda qlükozaya çevrilərek qana sovrulur. Qlükoza (və ya şəkər) insanın orqanizmində əsas enerji mənbələrindən biridir. Bu enerji insan orqanizminin bütün funksiyaları üçün vacibdir . Misal uçun nəfəs alma, qidanin həzmi , hərəkəti üçün və s.
Qanda şəkərin artması nəticəsində mədəalti vəzin β- hüceyrələri qana insulin ifraz etməyə başlayır. Açar rolunu oynayan insulin, hüceyrələri “açır” və qlükoza hüceyrələrə daxil olur, bununla qanda şəkərin miqdarı azalır. Diabetlə xəstə olmayan insanlarda qlukozanın qanda miqdarı ciddi müəyyən həddə olur və acqarına 3,3-5,5 mmol/l, yeməkdən 2 saat sonra isə 7,8 mmol/l təşkil edir.
1-ci tip diabetdə mədəaltı vəz insulini kifayət qədər və ya heç hasil etmir. Qlükoza huceyrələrə daxil ola bilmir, və onun qanda miqdari çoxalır. Hüceyrələr isə “aclıq çəkirlər”, onlar enerjini hasil edə bilmirlər. Insan yüksək susuzluq hiss edir, sidik ifrazi çoxalır, çəki azalır. Bu simptomlardan azad olmaq üçün və qanda şəkərin miqdarını azaltmaq üçün orqanizmə insulin lazımdır.

Insulin – zülal hormonudur, və onu yalnız inyeksiya ilə bədənə daxil etmək olar. Yalnız gündəlik və müntəzəm olaraq qanda qlükozanın miqdarının monitorinqinin köməyi ilə insulinin dozasını düzgün tə’yin etmək olar.

Diabetin yaranmasinin əsas səbəbləri.
1-ci tip diabet gənc yaşlı insanlarda inkişaf edir. Onun əsas səbəbi virus infeksiyasıdır. Virus orqanizmə daxil olarkən, orqanizmin immun sistemi yad materiali tə'yin edir və virusu məhv edən antitellər ifraz etməyə başlayır. Lakin viruslar məhv olandan sonra, immunitetin bəzi xüsusiyyətləri nəticəsində orqanizmin müdafiyə qabiliyyəti “sönmür”, yeni antitellər ifraz olunmaqda davam edir və orqanizmin öz huceyrələrinə hücüm başlanır.
1-ci tip diabetdə bu hüceyrələr mədəalti vəzin β-hüceyrələri olur. Onlar məhv olur və hasil olunan insulinin miqdarı azalır. Bu hüceyrələrdən lap az qalanda şəkərli diabetin simptomları üzə çıxır. Qeyd etmək lazımdır ki, xəstəlik başlayan zaman orqanizmdə bu hüceyrələr hələ mövcüd olur, lakin onların sayı o qədər az olur ki, onlar orqanizmin ehtiyaclarını təmin edə bilmirlər. Insulin xaricdən daxil olarkən bu huceyrələrdən artıq iş götürülür və onlar bir müddət sonra bu hormondan çox hasil etməyə başlayırlar. Və bu zaman daxil olan insulinin dozasını azaltmaq olar. Bu müntəzəm proses xəstəliyin birinci ilində əmələ gəlir və onu “bal ayı” adlandırırlar. Təəsuf ki, bu “bal ayı” çox sürmür. Tez və ya gec vurulan insulinin dozasını çoxaltmaq lazım gəlir.
O ki qaldı “Alternativ” müalicə üsularina, bu isə çox vaxt ziyanlı olur.
Nə hipnoz seansları, nə otlar insulini əvəz edə bilməz.


Başlanğıca


--------------------------------------------------------------------------------



2. Diabetdə qidanın tərkibi.

Müalicəvi dietalarda qida məhsullarının tərkibini, onların orqanizmə təsirini bilmək vacibdir.
Qidalanmanın əsas qaydası: Qidanın qəbul vaxtını və miqdarını insulin terapiya ilə düzgün uyğunlaşdırmaqdır.
Insulin terapiya, fiziki iş və özünü idarəetmə ilə bərabər, düzgün qidalanma müalicənin əsas komponentlərindən biridir.
Qidalanmanın planlaşdırılması zamanı yaranan əsas suallar, bunlardır: Nə yemək? Nə vaxt yemək? Nə qədər yemək?
Insanın orqanizmi yalnız müəyyən enerji aldıqda yaşayır. Bu enerjinin mənbəyi qidadır.
Qida məhsulları tərkibində 3 əsas qrup maddə vardır: zülal, yağlar, karbohidratlar və həmçninin vitaminlər, mineral duzlar və su.

Qidanın tərkibi:
› Karbohidratlar - qanda qlükozaya
› Zülallar - amin turşularina
› Yağlar - yağ turşularına çevrilir
Həzm olunma zamanı zülallar, yağlar və karbohidratlar bəsit maddələrə parçalanır. Zülalların parçalanması nəticəsində alınan aminoturşular, əzələlərdə zülalların bərpa olunmasına və orqanizmin qurulmasına lazımdır. Karbohidratların və yağların parçalanmasından alınan enerji orqanizmin həyat fəaliyyətinin proseslərində lazımdır. Karbohidratlarla zəngin olan qidanın qəbulu qanda şəkərin artmasına gətirir. 2 növ karbohidratlar var: həzm olunan və həzm olunmayan.
Həzm olunmayan karbohidratlar həzm sistemi ilə həzm olunmur və qanda şəkərin miqdarını çoxaltmır. Lakin, bu o demək deyil ki, onları qidalanmada heç istifadə etmək lazim deyil. Həzm olmayan karbohidratlar arasinda həll olunan və həll olmayanları fərqləndirirlər. Həll olmayan (kağız, ot, ağacın qabığı) karbohidratlar qidada istifadə olunmur. Lakin, həll olunan karbohidratlar (sellüloza) qidalanmada böyük rol oynayır. Birincisi, onlar mədəyə düşdükdə şişirlər və bununla toxluq hissi yaradırlar. Ikincisi, sellüloza bağırsaqların normal işləməsinə kömək edir. Uçüncüsü, sellüloza şişdikdə onun üzərinə başqa maddələr çökür ki, buda onların qana sorulmasının sürətini azaldır.

Qanda şəkəri yüksəltməyən qida məhsulları.
• Su və selülloza ilə zəngin olan qida məhsulları-tərəvəzlər, göy-göyərti, göbələk.
• Zülalli və zülalli-yağlı qida məhsulları-balıq, ət, quş əti, yumurta, pendir, kəsmik.
• Yağ ilə zəngin olan qida məhsulları-kərə yağı, bitki yağı, marqarin, mayonez.
Həzm olunan karbohidratlar qanda şəkərin miqdarını müxtəlif cür artırır, çünki bu karbohidratlarda 2 qrupa bölünürlər: asan həzm olunan və çətin həzm olunan. Asan həzm olunan karbohidratlar bağirsaqda tez parçalanırlar, bununlada qanda şəkərin miqdarını tez artırırlar. Bu karbohidratlara: bal, şəkərlər, bəhməz, düyu yarması, ağ çörək, və onlardan hazırlanan bütün məhsullar. Bu qida məhsulları diabetli xəstələrin rasionundan çixarılmalıdır.
Çətin həzm olunan karbohidratların quruluşu mürəkkəb olur. Bu karbohidratlara: bütün tərəvəzlər (kartofdan başqa), bir çox meyvələr və giləmeyvələr (qovun, üzüm, banan,