Azerbaycanli CEO


Daxil ol: Apr 02, 2004 Mesajlar: 1425 Şəhər/ölkə: Azerbaycan.info 32676.7 Xal
|
Göndərilib: C.a. Sen. 20, 2007 2:45 pm Mesaj mətni: Duam niyə qəbul olmur? |
|
|
Duam niyə qəbul olmur?
Bəzən öz-özümüzə belə bir sual veririk: “O qədər dua edirəm, görəsən, niyə qəbul olunmur?” Əslində, bu məsələnin görünməyən tərəfləri var. Əvvəla, fikirləşmək lazımdır ki, hər şeyin bir vaxtı olduğu kimi duanın da vaxtı çatmalıdır. Əgər belə olmasaydı, yəni dua həmin an qəbul olunsaydı, dünya-aləm bir-birinə qarışardı. Məsələn, biri dua edərdi ki, hava günəşli olsun, digəri diləyərdi ki, yağış yağsın. Nəticədə dünyada nizam-intizam pozulardı. Unudulmamalıdır ki, hər şeyi nizamlayan Allah (c.c.) dualarımın qəbul vaxtını da nizamlayıb. Allah (c.c.) dualarımızı eşidir, qəbul edir, ancaq onun icrası üçün müvafiq vaxt təyin edir. Ona görə də, həvəsdən düşmədən dua etməliyik. Xəstə həkimdən çox dərman istəyə bilər. Ancaq həkim xəstənin vəziyyətinə və xəstəliyinə uyğun dərman verir. Yaxud da, ana əlini isti kababa uzadan körpəsinə istədiyini verərmi?
Zaman.az _________________ Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.
I Love Azeri.net
Forumda siqaret çəkmək qəti qadağandır. |
|