Azerbaycanli CEO


Daxil ol: Apr 02, 2004 Mesajlar: 1425 Şəhər/ölkə: Azerbaycan.info 32676.7 Xal
|
Göndərilib: C.a. Sen. 20, 2007 2:48 pm Mesaj mətni: Orucun hikmətləri |
|
|
Orucun hikmətləri
Oruc, eyni zamanda maddi və mənəvi pəhrizdir. Nəfs öz istəklərinə uyğun qidalandıqca insanın mədəsinə zərər vurur və halal-haram demədən hər şeyi yedikcə onun mənəvi həyatını zəhərləyir. Belə olduğu təqdirdə, qəlbə və ruha itaət etmək, onları mənəvi qida ilə təmin etmək nəfsə çətin gəlir və insanın idarə edilməsi tamamilə nəfsin əlinə keçir. Oruc isə nəfsi əmrə itaət etməyi öyrədir. Nəfsindən qurtulan insan axirətini daha çox düşünür.
Ramazan ayının ən böyük əhəmiyyətindən biri də orucun nəfsin qürurunu sındırmasıdır. Aclığa məhkum olunan nəfs əmrə riayət edərək Allahı (c.c.) tanımağa məcbur olur.
Allah (c.c.) ilə nəfs arasında belə bir dialoq olub: Cənabi Haqq (c.c.) nəfsə dedi: “Mən kiməm, sən kimsən?” Nəfs cavab verdi: “Mən mənəm, sən sənsən!” Allah (c.c.) nəfsə əzab verdi, cəhənnəmə atdı və yenə soruşdu: “Mən kiməm, sən kimsən?” Nəfs yenə cavab verdi: “Mən mənəm, sən sənsən!” Allah (c.c.) ona yenə əzab verdi, ancaq nəfs qürurundan vaz keçmədi. Sonra Allah (c.c.) ona aclıqla əzab verdi. Eyni sual bir daha soruşulduqda nəfs: “Sən mənim Rəbbimsən, mən sənin aciz bir qulunam”, - dedi.
Zaman.az _________________ Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.
I Love Azeri.net
Forumda siqaret çəkmək qəti qadağandır. |
|