Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - İslam dininə görə İmanın şərtləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Mənəviyyat

Yeni mövzu aç   Cavab göndər
İslam dininə görə İmanın şərtləri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Azerbaycanli
CEO
CEO


Daxil ol: Apr 02, 2004
Mesajlar: 1426
Şəhər/ölkə: Azerbaycan.info
32771.0 Xal

MesajGöndərilib: C.a. Sen. 20, 2007 2:49 pm    Mesaj mətni: İslam dininə görə İmanın şərtləri Sitatla cavab ver


İslam dininə görə İmanın şərtləri: Allahın (c.c.) peyğəmbərlərinə iman


Peyğəmbər sözünün lüğəti mənası “xəbər verən” deməkdir.

Dini termin olaraq isə “Allah Təalanın qullarına dinlərini bildirmək üçün vəzifələndirdiyi seçilmiş insanlar” mənasına gəlir. Peyğəmbərlər Nəbi və Rəsul olaraq iki yerə ayrılırlar. Yeni bir kitab və şəriətlə ümmətinə göndərilən peyğəmbərlər Rəsul, özündən əvvəlki peyğəmbərlərin şərəfinə bağlı olanlara isə Nəbi deyilir. İlk peyğəmbər Hz. Adəm (ə.s.), sonuncusu isə Hz. Məhəmməddir (s.ə.s.). Bu iki peyğəmbər arasında saylarını ancaq Allahın bildiyi qədər peyğəmbər göndərilib. Qur’anda isə onlardan 25-nin adı verilib, 3-nün isə peyğəmbər olduğu dəqiq deyil.
Peyğəmbərlərin ən böyük xüsusiyyətləri heç bir zaman yalan danışmamaları, doğru sözlü, sadiq, etibarlı olmaları, üstün zəkaya, anlayışa, ağıl və dərrakəyə sahib olmaları, hər cür günahdan uzaq olmaları, yüksək əxlaqlı və namuslu olmaları və onlara vəhy olunan şəriət hökmlərini olduğu kimi insanlara çatdırmalarıdır. Bunlar bütün peyğəmbərlərin ortaq xüsusiyyətləridir. Ancaq hər bir peyğəmbərin də özünəməxsusluğu olub.
Peyğəmbərlərə iman etməmək, Allaha (c.c.) iman etməməkdir. Çünki Allaha iman etməyi öyrədənlər peyğəmbərlərdir.
Unutmamaq lazımdır ki, hansısa bir peyğəmbərə inanmaq onun dininə girmək demək deyil. Yəni bir müsəlman Hz. İsanın (ə.s.) peyğəmbər olduğuna inanırsa, bu həmin müsəlmanın xristian olması demək deyil. İmandan əlavə, hər bir dinin də öz şərtləri var və həmin dinə girmək üçün o şərtləri də qəbul etmək lazımdır. Onu da qeyd edək ki, bütün insanlar Hz. Məhəmmədin (s.ə.s.) dininə girməyə məcburdur. Çünki İslam ən sonuncu dindir və ondan sonra heç bir din olmayacaq. Necə ki, eyni mövzuda qəbul edilən ikinci hüquqi akt birincini qüvvədən salır, eləcə də sonradan göndərilən din özündən əvvəlkinin hökmlərini qüvvədən salır. Çünki ən sonuncu daha mükəmməldir.

Zaman.az
_________________
Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.

I Love Azeri.net

Forumda siqaret çəkmək qəti qadağandır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Mənəviyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан