Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Hər kəs öz sevdikləri ilə birlikdə olacaq
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Mənəviyyat

Yeni mövzu aç   Cavab göndər
Hər kəs öz sevdikləri ilə birlikdə olacaq
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5168

93126.8 Xal

MesajGöndərilib: C. Okt. 05, 2007 8:47 pm    Mesaj mətni: Hər kəs öz sevdikləri ilə birlikdə olacaq Sitatla cavab ver


Son günlər mətbuatda qiyamətin vaxtı haqqında yazmaq dəb halına gəlib.

Yalançı falçılar, uydurma nostradamuslar qiyamətin nə vaxt qopacağı haqda ağıllarına gələn rəqəmləri söyləyirlər. Bəri başdan deyək ki, əgər kimsə qiyamətin nə vaxt qopacağını söyləyirsə, onun yalan danışdığına yüz faiz əmin olun və heç çəkinmədən üzünə deyin ki, sən yalançısan, fırıldaqçısan. Çünki Allah Rəsulu bu haqda bir şey deyə bilməyibsə, bu gün fırıldaqçı falçıların sözlərinə inanmaq nə qədər doğru olar? Amma biz bu məsələyə başqa yöndən yanaşmaq istəyirik.
Bir dəfə Allah Rəsulu ibadətlə məşğul olarkən, bir çöl ərəbi gəlib yanında durur. Peyğəmbərimiz tez namazını tamamlayıb ona tərəf dönür və nə istədiyini soruşur. Çöl ərəbi “Ya Rəsulullah, qiyamət nə vaxt qopacaq?” soruşur. Rəsulullah “Qiyamətə nə hazırlamısan ki?” deyə sualı sualla qarşılayır.
- Elə bir hazırlığım yoxdur, amma Allahı və onun Rəsulunu çox sevirəm, - deyir.
Rəsulullah gülümsünür və: “Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaqdır”, - buyurur.
Başqa bir hədisi-şərifində Peyğəmbərimiz:
- Əgər qiyamətin qopduğunu görsəniz və əlinizdə bir fidan varsa, siz heç nəyə fikir vermədən o fidanı əkin, - buyurur.
Çox maraqlı, mənalı və ibrətli kəlamdır deyilmi? Lap tutaq ki, qiyamətin nə vaxt qopacağından xəbərdarsan, əlindən nə gələr ki? Bu hədisi-şərif insanın öz boyunu aşan işlərə baş aparmamasını sadəcə, öz vəzifəsini yerinə yetirməsini tövsiyə edir.
Başqa bir məsələ, insan öldükdən sonra onun imkanları sıfıra enir. Yəni qazanacağımız savabları da, işlədiyimiz günahları da biz həyatda ikən yerinə yetiririk. Öləndən sonra bizi qiyamətə qədər qazancsız, zərərsiz bir yol gözləyir. Bu mənada hər insanın qiyaməti elə öz ölümü ilə başlayır. Ölüm hər birimizi hər an yaxalaya bilər. Bir saat sonra da, bir həftə sonra da, beş il sonra da. Ona görə də əsas məsələ qiyamətin nə vaxt qopacağında deyil, bizim axirətə hansı tədarüklərlə getməyimizdədir.

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 470

15421.5 Xal

MesajGöndərilib: ç.a. Yan. 08, 2008 5:05 pm    Mesaj mətni: Sitatla cavab ver

Cox sagol ELif gozel idi.senin kimi qizlar cox azdi bu zamanede.
_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
izzet_
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jan 03, 2008
Mesajlar: 21

754.4 Xal

MesajGöndərilib: ç.a. Yan. 08, 2008 10:18 pm    Mesaj mətni: Sitatla cavab ver


408.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın. Ey Allahın qul¬ları, qardaş olun!”
[ Səhihdir ]


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال تجد من شر الناس يوم القيامة عند الله ذا الوجهين الذي ياتى هؤلاء بوجه وهؤلاء بوجه


409. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İkiüzlü adamı Qiyamət günü Allah yanında insanların ən pisi görəcəksən. O (elə bir) kimsədir ki, bunlara bir üzlə yaxınlaşır, onlara da bir üzlə”.
[ Səhihdir ]

عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم إياكم والظن فإن الظن أكذب الحديث ولا تناجشوا ولا تحاسدوا ولا تباغضوا ولا تنافسوا ولا تدابروا وكونوا عباد الله إخوانا


410. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan sözdür. Bir-birinizə kələk gəlmək məqsədilə malın qiymətini qaldırmayın, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun!”
[ Səhihdir ]

عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال تفتح أبواب الجنة يوم الإثنين ويوم الخميس فيغفر لكل عبد لا يشرك بالله شيئا إلا رجل كانت بينه وبين أخيه شحناء فيقال انظروا هذين حتى يصطلحا


411.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Bazar ertəsi və cümə axşamı Cənnətin qapıları açılır və (müsəlman) qardaşına nifrət edən kimsədən başqa Allaha heç nəyi şərik qoşmayan hər kəsin günahları bağışlanır. (Bir-birinə nifrət edən iki qardaş haqqında isə belə) deyilir: “Bu ikisini aralarındakı münasibətləri düzəldənədək gözləyin (onların bağışlanmasını təxirə salın)”.
[ Səhihdir ]

عن أبي الدرداء يقول ألا أحدثكم بما هو خير لكم من الصدقة والصيام صلاح ذات البين ألا وإن البغضة هى الحالقة


412. Əbu Dərda (r.a) dedi: “Sizə sədəqədən və orucdan daha xeyirli olan əməl barədə xəbər verimmi?” (Sonra sözünə davam edərək dedi): “(Bu,) küsülü olanları barışdırmaqdır. Diqqət edin! Həqiqətən, nifrət (dinin kökünü kəsən bir) dəlləkdir”.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Mənəviyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан