Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycan Xəbərləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Gündəm

Yeni mövzu aç   Cavab göndər
Azərbaycan Xəbərləri Səhifə Əvvəlki  1, 2, 3 ... 82, 83, 84 ... 262, 263, 264  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 11:11 am    Mesaj mətni: Xanlar Hacıyev Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi seçilib Sitatla cavab ver

Xanlar Hacıyev Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi seçilib

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assamleyasının (AŞ PA) dünən keçirilmiş plenar iclasında Sloveniya, Monteneqro, Azərbaycan və San-Marino dövlətlərindən Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, səsvermə bütün plenar iclas boyu davam edib və sonda nəticələr rəsmən elan olunub. Xanlar Hacıyev 131 səslə Azərbaycan adına Avropa İnsan Haqları Məhkəməsinin hakimi vəzisinə seçilib. X. Hacıyevin bu vəzifədəki mandatının müddəti 2013-cü ilə qədərdir. Azərbaycandan olan digər namizədlər - Rövşən İsmayılov 14, Səadət Yusifova isə 21 səs toplayıblar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 11:21 am    Mesaj mətni: Ukrayna prezidentinin atasının alman casusu olması barədə iddialar səslənir Sitatla cavab ver

Ukrayna prezidentinin atasının alman casusu olması barədə iddialar səslənir

Moskva-APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun atasının müharibə illərindəki ölkədə ciddi müzakirə mövzusuna çevrilib. APA-nın məlumatına görə, bu günlərdə İsraildən olan təhqiqatçı Yuri Vilnerin nəşr etdirdiyi "Andrey Yuşşenko: obraz və "əfsanə" adlı kitab vəziyyəti daha da gərginləşdirib. Müəllif Viktor Yuşşenkonun siyasətə qədəm basdığı illərdə İkinci Dünya müharibəsi tarixinə fərqli baxışı ilə seçildiyini xatırladır. Sovet qoşunları ilə hitlerçilər arasında heç bir fərq görmədiyini bildirən Yuşşenko o dövrdə fəaliyyət göstərən OUN-UPA millətçi hərbi birləşmələrinə simpatiyasını gizlətmir. Müəllifin fikrincə, Ukrayna prezidentinin bu fikirləri atasından aldığı tərbiyənin məhsuludur. Yuri Vilner Viktor Yuşşenkonun atasının müharibənin əksər dövrünü alman əsirliyində keçirdiyini xatırladır və Andrey Yuşşenkonun əsirlik həyatı ilə bağlı bəzi həqiqətləri gizlətdiyini iddia edir. Müəllifin fikrincə, ata Yuşşenko müharibədən əvvəlki həyatı, əsir düşmə vəziyyəti, müharibə dövründə nə işlə məşğul olması ilə bağlı faktları qəsdən gizlətməyə çalışır: "Əldə etdiyimiz məlumatlar göstərir ki, Andrey Yuşşenko əsir düşərgəsində polis funksiyasını yerinə yetirib, buna qədər isə əsirlərin davranışı ilə bağlı almanlara casusluq edirmiş". Vilner hesab edir ki, araşdırmalar davam etdirilsə, o zaman Andrey Yuşşenkonun düşmənlərlə əməkdaşlığına dair təkzibedilməz faktlar əldə etmək mümkündür. Qeyd edək ki, Andrey Yuşşenko 1944-1945-ci illərdə Flossenbürq hərbi düşərgəsinə əsirlikdə olub. Burada saxlanan hərbi əsirlər "Messerşmidt" firmasının hərbi-sənaye müəssisələrində məcburi əməklə məşğul olublar. 1938-1945-ci illərdə Flossenbürq düşərgəsində 100 mindən artıq əsir saxlanıb, onlardan 30 min nəfəri vəfat edib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 11:36 am    Mesaj mətni: Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub Sitatla cavab ver

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 16.50-dən 18.00-dək ara-sıra Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 13.35-dən bu gecə saat 02.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 21.48-dan 21.12-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.35-dən 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 16-da saat 00.40-dan 00.55-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 11:41 am    Mesaj mətni: Naxçıvanda qanunsuz fəaliyyət göstərən üç tədris müəssisəsinin saxta diplom verdiyi müəyyənləşdirilib Sitatla cavab ver

Naxçıvanda qanunsuz fəaliyyət göstərən üç tədris müəssisəsinin saxta diplom verdiyi müəyyənləşdirilib

Naxçıvan - APA. Naxçıvanda Muxtar Respublikasında (MR) qanunsuz sahibkarlıqla məşğul olmaqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 3 nəfərlə bağlı araşdırma aparılır.

APA-nın MR mətbuatına istinadən verdiyi məlumata görə, Naxçıvan Milli Təhlükəsizik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyinin (DİN) həyata keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Əliyev Nəriman Allahverdi oğlu tutulub. Onun qanunsuz olaraq və aidiyyəti orqanlardan razılıq almadan 1991-ci ildə "Təbib" tibb müəssisəsini yaratdığı müəyyənləşdirilib. Məlum olub ki, sözügedən müəssisəsə dövlət qeydiyyatına alınmayıb və 2003-cü ilədək qanunsuz fəaliyyət göstərib. Bundan başqa, gizli yolla fəaliyyət göstərən məktəbə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iştirakı olmadan 750 nəfərin qəbul edildiyi və onlara saxta diplomların verildiyi də aşkarlanıb. Naxçıvan şəhər sakini Cəfərov Zöhrab Fuad oğlunun 1990-cı ildə qanunsuz olaraq "Gənc Təbib" və 1993-cü ildə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan Şöbəsi yaratdığı müəyyənləşdirilib. Həmin müəssisələr 2001-ci ilədək qanunsuz fəaliyyət göstərib. 1000 nəfərə saxta diplom verilib. Naxçıvan şəhər sakini İsmayılov Ziyəddin Yusif oğlunun isə qeyri-qanuni olaraq «Sənət» Tədris Kommersiya Mərkəzini yaratdığı, guya həftədə iki dəfə tibb fənnini tədris etdiyi, bir illik kurslardan sonra iştirakçılara tibb ixtisası üzrə sənəd verdiyi məlum olub. Hər 3 faktla bağlı araşdırma aparılır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 12:01 pm    Mesaj mətni: Tomas Hammarberq: "Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır" Sitatla cavab ver

Tomas Hammarberq: "Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır"

Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 15-də keçirilən plenar iclasında AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberq 2007-ci il üçün hazırladığı yekun hesabatla çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, komissar çıxışından sonra sualları cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva T. Hammarberqin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulması haqda danışmadığını təəssüflə qeyd edib: "Yüz minlərlə insan öz yurduna qayıda bilmir. Cənab Hammarberq, siz hecə hesab edirsiniz, bu insanların hüquqlarını bərpası üçün nə etmək olar?" T. Hammarberq isə ötən ilin sentyabrında vəziyyəti öyrənmək üçün Azərbaycana səfər etdiyini və bu səfərdən sonra xüsusi hesabat hazırladığını xatırladıb: "Həmin hesabatda bütün lazımi tövsiyələr əksini tapıb. Biz qaçqın düşərgələrinə də baş çəkmişdik və qaçqın düşmüş şəxslərlə söhbət aparmışdıq. Hesabatda qeyd etdik ki, Azərbaycan hökuməti qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün son vaxtlar mühüm işlər görüb. Lakin hesab edirəm ki, bu məsələnin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır. Ümid edirik ki, bizim hazırladığımız hesabatlar və sənədlər insanların pozulmuş hüquqlarının bərpasında hansısa rol oynayacaq. Minsk Qrupu çərçivəsində sülh razılığı əldə olunsa, bu problem birdəfəlik öz həllini tapacaq".
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 12:34 pm    Mesaj mətni: İlqar Quliyev: "Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur" Sitatla cavab ver

İlqar Quliyev: "Açıq Cəmiyyət Partiyası və "Bakı-Zaman" qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur"

Bakı. Elnur Məmmədli - APA. "Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın Rəsul Quliyevə heç bir aidiyyəti yoxdur. O binanın bir hissəsi atam İdris Quliyevin, digər hissəsi isə qardaşımın adınadır".

Bunu APA-ya açıqlamasında Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyev deyib. Onun sözlərinə görə, həmin binadan istifadə etmək üçün Açıq Cəmiyyət Partiyası (ACP) və "Bakı-Zaman" qəzeti ilə müqavilə bağlanıb. Həmin müqavilədə isə iki ay əvvəldən xəbərdarlıq etməklə onların binadan çıxarılmasının mümkün olması barədə müddəa əksini tapıb: "Ötən ilin sentyabrından onlara xəbərdarlıq edilib ki, binanı boşaltsınlar. Akif Şahbazovla dəfələrlə danışmışam, məktublar yazılıb, amma çıxmırlar. Axırda məhkəməyə müraciət etməli olduq. Yenə də binadan çıxmayacaqlarını bildirirlər. Amma çıxacaqlar, başqa yolu yoxdur. Məhkəmənin qərarı var və qərar icra olunmalıdır. Nə qədər tez çıxsalar, bir o qədər yaxşıdır". İ. Quliyev bəzi qəzetləri R. Quliyevin vəkili kimi çıxış etməkdə ittiham edib və binanın guya eks-spikerə məxsus olması barədə fikirlərin əsassız olduğunu qeyd edib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 12:42 pm    Mesaj mətni: Terri Devis: "Siyasətlə məşğul olan adamın həbsdə olması onun siyasi məhbus olduğu anlamına gəlmir" Sitatla cavab ver

Terri Devis: "Siyasətlə məşğul olan adamın həbsdə olması onun siyasi məhbus olduğu anlamına gəlmir"

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurasının baş katibi Terri Devisin APA-nın Avropa bürosuna müsahibəsi

- Cənab Terri Devis, bu yaxınlarda Azərbaycanda medianın durumuna dair bəyanat yayıbsınız. Söylədiyiniz problemlərin həllini necə görürsünüz?- Mən vəziyyət yaxından izləyirəm və artıq Azərbaycanda jurnalistlərin vəziyyətinə dair öz narahatlığımı bildirmişəm. Əlavə etmək istəyirəm ki, jurnalist olmaq faktı təbii ki, qanuna tabe olmamaq anlamına gəlmir. Jurnalist, siyasətçi və yaxud nazir olmasından asılı olmayaraq, heç kim qanundan üstün ola bilməz. Qanun isə öz növbəsində söz azadlığına əngəl törətmək üçün istifadə edilməməlidir. Bildiyiniz kimi, söz azadlığına Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təminat verilir və mən hər zaman söz azadlığını qətiyyətlə müdafiə edirəm. Amma söz azadlığının başqa bir tərəfi də var. Söz azadlığı kiməsə yalan danışmağa və ya hansısa düzgün olmayan fikir ifadə etməyə imkan vermir. Jurnalistlərin söz azadlığı hüququ olsa da, mən özüm şəxsən yalan danışan jurnalistləri tənqid edirəm. Yəni demək istəyirəm ki, jurnalisti yazısına görə tənqid etməklə qanunu əldə bayraq tutaraq söz azadlığından istifadə etmiş jurnalisti həbs etmək arasında böyük fərq var. Mən Azərbaycandakı vəziyyətlə bağlı həm açıq şəkildə, həm də özəl görüşlərimdə öz narahatlığımı hər dəfə ifadə etmişəm və bu məsələni izləməkdə davam edirəm.- Sizcə, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyac varmı?- Bu, Avropa Şurası Parlament Assambleyasının səlahiyyətində olan məsələdir. Mən məruzəçi təyin etmirəm və belə şeyə ehtiyac duyulduqda ilk növbədə AŞ PA-ya müraciət olunur. Hesab edirəm ki, qurumun icra hakimiyyətinin digər strukturun, yəni AŞ PA-nın işinə qarışması hakimiyyətin balanslaşdırılması işinə zərər vura bilər. Həmçinin siyasi məhbus dedikdə, ilk növbədə bunun hansı anlam daşıdığını da bilməliyik. Tanınmış siyasi xadim belə qanundan üstün deyil və əgər bu şəxs cinayət əməli törədirsə, cəzasız qalmamalıdır. O, məhkəmə prosesinə cəlb oluna və lazım gələrsə, cəzalandırıla bilər. Yəni hər hansı siyasətlə məşğul olan adamın həbsdə olması, onun siyasi məhbus olduğu kimi dəyərləndirilməməlidir. Burada əsas məsələ həmin şəxsin hansı əməlinə görə həbs edilməsidir. Əgər o, siyasi motivlərə görə həbs edilirsə, o zaman onu siyasi məhbus adlandıra bilərik. Və təbii ki, hökumət də siyasətçiləri təqib və həbs etmək üçün qanunlardan sui-istifadə etməməlidir. Bir çox ölkələrdə hakimiyyət nümayəndələri bəzi ittihamlarla siyasətçiləri təqib edirlər. Yalnız ona görə ki, həmin siyasətçilərin mövqeyi onların xoşuna gəlmir. Çox vaxt belə ittihamlar irəli sürülsə də, onlar dəqiqləşmir. Əgər kimsə Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürürsə, o zaman bu ittihamlar dəqiqləşdirilməli və söhbətin hansı şəxsdən getdiyi konkret şəkildə göstərilməlidir. Ötən həftə bir nəfər mənə dedi ki, filan ölkədə siyasi məhbus var. Söhbət Azərbaycandan getmir. Mən də ona söylədim ki, siyasi məhbus dedikdə, kimi nəzərdə tutur və həmin şəxslərin adını konkret göstərsin. Əgər ümumi deyil, konkret ittiham və məlumatlar olsa, bu məsələlərə dair şəxsi anket aça bilərəm. Yəni mən belə məsələlərdə AŞ PA-da fərqli işləyirəm. - Seçki Məcəlləsinə və "Sərbəst toplaşma azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı rəsmi Bakı ilə Venesiya Komissiyası arasında keçirilmiş müzakirələri necə dəyərləndirirsiniz? Yekunlar Sizi qane edirmi?- Hal-hazırda Venesiya Komissiyasının bu məsələ ilə bağlı yekun danışıqlara dair hesabatını və rəyini gözləyirəm. Hələlik bu hesabatı görməmişəm və indiki məqamda öz fikrimi bildirmək istəməzdim. Venesiya Komissiyası çox böyük beynəlxalq nüfuza malikdir və əgər bu qurum hər hansı qanunu tənqid edirsə, mən bu tənqidləri həmişə həmin ölkələrin rəhbərliklərinə çatdırıram. Unutmaq olmaz ki, Azərbaycan və yaxud digər dövlətlərin hakimiyyət dairələri Venesiya Komissiyasının tənqidlərini qəbul etməyə məcbur deyil. Amma onlar Venesiya Komissiyasının rəyini qəbul etmirlərsə, o zaman mən həmin hökuməti açıq şəkildə tənqid etdikdə, onların şikayətlənməyə hüququ olmayacaq. Təbii ki, mən Venesiya Komissiyasının tövsiyələrini qəbul etməyən hökumətə qarşı tənqidi bəyanatları birdən-birə irəli sürməyəcəyəm. Amma tənqid etməyə mənim səlahiyyətim çatır. Yəni söz azadlığı hüququ həmçinin Avropa Şurasının baş katibinə də şamil edilir. - Azərbaycan prezident seçkilərinin ədalətli və demokratik keçiriləcəyinə inanırsınızmı?- Hesab edirəm ki, hər kəs mənimlə razılaşar. Keçmişdə bir çox tənqidi məqamlar olsa da, hər dəfə vəziyyət yavaş-yavaş müsbətə doğru dəyişir və hələ də bu tendensiyanın davamı üçün münbit şərait var. Mən Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilə biləcəyinə əminəm, lakin növbəti seçkilərin azad və ədalətli keçiriləcəyini söyləmək üçün gözləmək lazımdır. Biz ingilislərin belə bir sözü var: "İnsanların deserti yeməsi onun dadlı olmasına dəlalət edir". Əgər Avropa Şurası seçkilərin azad və demokratik keçirilməsində azərbaycanlıların hər hansı yardıma ehtiyac duyduqlarını hiss etsə, Avropa Şurası bunu etmək üçün səlahiyyətli çərçivəsində hər şey etməyə hazırdır. Deməliyəm ki, Azərbaycandakı vəziyyətə dair mənim də özümün xüsusi marağım var və əvvəllər də şəxsən Azərbaycan prezidenti İlham Əliyevə bu ölkə ilə bağlı öz şəxsi mülahizələrimi bildirmişəm. Prezidentin bu mülahizələri nəzərə aldığına əminəm. Məsələn, Venesiya Komissiyası ilk dəfə öz tövsiyələrini təqdim etdikdə, Azərbaycan hökuməti bunu qəbul etmək istəmirdi. Lakin mən prezident Əliyevlə söhbət etdikdən sonra hökumət rəsmilərinin bu məsələyə münasibəti dəyişdi. Buna çox sevinirəm. Azərbaycanda hələ də keçmişlə yaşayan bir çox insanlar var. Hesab edirəm ki, prezident Əliyev bizim ona və ölkəsinə yardım etmək istəyimizi çox gözəl anlayır və bilir ki, tövsiyələrimiz əslində yalnız tənqid üçün deyil, konstruktiv dialoq qurmaq üçündür. Bizim bu iradəmiz Avropa Şurası ilə Azərbaycan arasında dostluq münasibətlərindən qaynaqlanır. Bir məsələni xüsusi qeyd etmək istərdim. Məsələn, bir çox üzv ölkələrdə seçkilər keçirilən zaman AŞ PA-dan olan müşahidəçilər seçici siyahılarındakı qüsurları tənqid edirlər. Ədalətli, düzgün tərtib olunmuş və seçki hüququna malik hər bir şəxsə səs vermək hüququ verən seçicilər siyahısı azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Fikrimcə, heç bir hakimiyyət ədalətli sayıla biləcək seçki siyahılarını qısa müddət ərzində tərtib etməyə başlaya bilməz. Bu, azad və ədalətli seçkilərin keçirilməsi üçün çox mühüm əsasdır. - Prezident seçkilərinə kimi Azərbaycana səfər edəcəyinizi söyləmişdiniz...- Hələ səfərin tarixi dəqiqləşməyib. Azərbaycana səfər etməkdə olduqca maraqlıyam. Bildiyiniz kimi, bir neçə dəfə Azərbaycana səfər etmişəm. Gürcüstana, yoxsa Azərbaycana daha çox səfər etdiyimi dəqiq deyə bilmərəm. Yalnız onu dəqiq bilirəm ki, hər iki ölkəyə bir neçə səfərim olub. Digər ölkələrdən olan dostlarım bəzən şikayətlənir ki, Azərbaycan və Gürcüstana onların ölkəsindən daha çox səfər edirəm. Dəqiq tarix bəlli olmasa da, ən tez bir zamanda Azərbaycana gedəcəyimə həqiqətən də çox ümid edirəm. Təbii ki, işlərim çox olduğuna və digər ölkələrə səfər etməli olduğuma görə Azərbaycana istədiyim qədər gedə bilmirəm. Məndə Azərbaycana qarşı xüsusi maraq var, bu maraq Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv olmasına yardım etdiyim vaxtdan başlayır. Mən hər hansı ölkəyə səfər etməyimdən asılı olmayaraq, daxili siyasi proseslərə qarışmıram. Azərbaycanın da daxili siyasəti ilə bağlı ayrıca mövqe tutmuram.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 12:46 pm    Mesaj mətni: Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub Sitatla cavab ver

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub

Moskva. Laçın Sultanova - APA. Bu il aprelin 1-dən Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan vətəndaşlarına pasport verilməsi bərpa olunub.

APA-nın məlumatına görə, bu işi Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Xidmətinin Moskvaya müvəqqəti ezam olunmuş əməkdaşı həyata keçirir.Qeyd edək ki, tələbatın az olması ilə əlaqədar keçən ilin sonunda pasport verilməsi prosesi dayandırılıb, nazirliyin əməkdaşı geri çağırılıb. 2007-ci ilin əvvəlindən başlanmış bu proses nəticəsində Rusiyada olan Azərbaycan vətəndaşlarının əksəriyyəti pasportla təmin olunub. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda isə pasport verilməsi prosesi keçən ilin yazında tamamlanıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 12:52 pm    Mesaj mətni: Valeri Çeçelaşvili: "GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil" Sitatla cavab ver

Valeri Çeçelaşvili: "GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil"

Bakı. Tamara Qriqoryeva - APA. "Rusiya GUAM ölkələri ərazisindəki bütün münaqişələrdə bu və ya digər şəkildə iştirak edir". APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

O, Rusiyanın GUAM ölkələri ərazisindəki münaqişələrin hamısında vasitəçi olduğunu bildirib: "Rusiya bu meydanda fəal oyunçudur və onun öz maraqları var. Ancaq GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil. GUAM-ın sənədlərində Rusiyanın maraqlarına zidd olan bir sətir də yoxdur. Təşkilatın hər bir üzvü Rusiya ilə əməkdaşlıqda sərbəstdir, üstəlik, üzv ölkələrin bir sıra problemləri - separatçılıq, mütəşəkkil cinayətkarlıq Rusiya ərazisində də var və qarşılıqlı əməkdaşlıq bu problemlərin həllinə yardımçı ola bilər". V. Çeçelaşvili GUAM çərçivəsində həyata keçirilən bəzi layihələrin MDB çərçivəsində də gündəmə gəldiyini, amma yerinə yetirilmədiyini söyləyib: "Buna misal kimi azad ticarət zonasının yaradılması layihəsini göstərmək mümkündür". Baş katibin sözlərinə görə, separatçılıq bəlasının qarşısı nə qədər tez və effektiv alınsa, həm GUAM ölkələri, həm də bütün region üçün o qədər yaxşı olar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 1:12 pm    Mesaj mətni: Bu ilin 3 ayında Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar Sitatla cavab ver

Bu ilin 3 ayında Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar

Bakı. Rəşad Süleymanov-APA. Bu ilin ilk üç ayı ərzində Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini 233 dəfə pozublar.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənmiş məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəs yanvarda 65, fevralda 53, martda isə 115 dəfə pozulub. Atəşkəsin ən çox pozulması faktı Füzuli (52), Ağdam (48), Tərtər (32), Goranboy (23), Xocavənd (28) və Tovuz (23) rayonları istiqamətində qeydə alınıb. Atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 9 əsgəri həlak olub, 2 nəfər isə yaralanıb. Həlak olmuş hərbçilər Çinar Nurəddin oğlu Əliyev, İsmayıl Əfqan oğlu Ağəmmədov, Bəhruz Mədət oğlu Hətəmi, Sərdar Əli oğlu Orucov, Ramin İsmayıl oğlu İsmayılov, Tusayev Nemət Həbibbulla oğlu, Yusif Oruc oğlu Qasımov, Bəhruz Arzu oğlu İsmayılov, Ceyhun Bahəddin oğlu Səfərovdur. Ülvi Vaqif oğlu İsmayılov və Rövşən Xəzər oğlu Alcanov isə yaralanıb.Monitorinqin nəticələri göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin aktivliyi daha çox mart ayının birinci ongünlüyündə qeydə alınıb. Təkcə 3-4 mart tarixlərində cəbhə xəttinin Goranboy və Tərtər rayonları istiqamətində 36 saatdan artıq intensiv döyüşlər gedib. Bu döyüşlər zamanı minaatanlardan, ağır hərbi texnikalardan istifadə olunub.Ümumilikdə ötən ilin müavifiq dövrü ilə müqayisədə Ermənistan ordusu cari ilin ilk 3 ayında cəbhə xətinin cənubunda - Füzuli və Xocavənd rayonları istiqamətində aktivliyi artırıblar. Martın sonlarında isə ermənilərin Ermənistan-Azərbaycan dövlət sərhədində də aktivliyi qeydə alınıb. Ermənistan Silahlı Qüvvələri müntəzəm olaraq Ermənistanın Noemberyan, Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Tovuz və Qazax rayonlarını, bir neçə halda Gədəbəy, bir halda isə Azərbaycan ordusunun Daşkəsən rayonu ərazisindəki mövqelərini atəşə tutublar. Dövlət sərhədində yerləşən və ermənilərin atəşinə ən çox məruz qalan yaşayış məntəqələri Tovuz rayonunun Koxa Nəbi, Ağdam, Əlibəyli, Qazax rayonun Məzəm, Qızıl Hacılı və Bala Cəfərli kəndləri olub. Ötən dövrdə Qarabağ cəbhəsində düşmənin atəşinə ən çox məruz qalan kəndlər isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Alxanlı, Ağdamın Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Göyarx, Borsunlu, Goranboyun Tap Qaraqoyunlu kəndləri olub.Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 2006-cı ildə 220, 2007-ci il ərzində isə 575 dəfə pozulub. Ötən il cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 17 hərbi qulluqçusu həlak olub, 9 hərbçi isə yaralanıb. Xatırladaq ki, APA-nın apardığı monitorinqin nəticələrinə görə, 2007-ci il ərzində Qazax rayonu istiqamətində atəşkəs 49, Tovuzda 26, Tərtərdə 84, Ağdamda 202, Xocavənddə isə 68 dəfə pozulub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 1:21 pm    Mesaj mətni: GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir" Sitatla cavab ver

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir"

Bakı. Tamara Qriqoryeva - APA. "GUAM-ın məqsədi qarşıdakı dörd il ərzində daxili ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaqdır".

APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyan edib. O, təşkilatın dağılacağı barədə yayılan söz-söhbətlərin əsassız olduğunu bildirib: "Bizim məqsədimiz GUAM-ı beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu quruma çevirməkdir". V. Çeçelaşvili ABŞ, Yaponiya, Polşa, Litva, Latviya və Estoniya ilə əməkdaşlığı yüksək qiymətləndirərək GUAM-a beynəlxalq marağın artdığını söyləyib: "Siz bunu Tiflis sammitində müşahidə edə biləcəksiniz. Hansısa ölkə GUAM-a daxil olmaq istəsə, onun müraciətinə bizim müvafiq qaydalarımız çərçivəsində baxılacaq". Baş katib hazırda sülhməramlı kontingentin yaradılması məsələsinə baxıldığını və daha prioritet mövzuların - azad ticarət zonasının, nəqliyyat-enerji dəhlizlərinin yaradılmasının gündəmdə olduğunu deyib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 1:31 pm    Mesaj mətni: Azərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub Sitatla cavab ver

Azərbaycanda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən 51 yaşlı qadın tutulub

Bakı. Hacı Zeynalov - APA. Abşeron rayonunun Hökməli qəsəbəsinin sakinləri 72 yaşlı Nuruş Rüstəmov və onun həyat yoldaşı 68 yaşlı Səriyyə Rüstəmovanı doğma qızları, 1957-ci il təvəllüdlü Elyona Rüstəmovanın qətlə yetirdiyi müəyyənləşdirilib.

Bu barədə APA-ya Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov məlumat verib. Qətlin mübahisə zəminində törədildiyi bildirilir. E. Rüstəmova tutulub, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 1:41 pm    Mesaj mətni: Gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək Sitatla cavab ver

Gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumu keçiriləcək

Bakı. Ramil Məmmədli-APA. Azərbaycanlı Tələbələrin Avropa Forumu gələn ay Brüsseldə Avropada yaşayan azərbaycanlı gənclərin III Forumunu keçirəcək. Qurumun baş katibi Vüsal Məmmədovun APA-ya verdiyi məlumata görə, panavropa xarakteri daşıyacaq tədbirdə bu bölgədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində əhəmiyyətli addımlar atılması nəzərdə tutulub. Foruma Azərbaycandan qatılmaq istəyənlər isə Bakıda yaradılan Təşkilat Komitəsinə müraciət edə bilərlər. Qeyd edək ki, Azərbaycanlı Tələbələrin Avropa Forumu indiyədək Almaniya Bundestaqı, Avropa Parlamenti, Avropa Şurası və Fransa Senatının binalarında azərbaycanlı gənclərin toplantılarını keçirib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 3:11 pm    Mesaj mətni: Azərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər Sitatla cavab ver

Azərbaycanlı hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi ilə görüşüblər

Strasburq. Məhbubə Qasımbəyli-APA. Hazırda Strasburqda olan azərbaycanlı hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı görüşlərini davam etdirirlər. S. Qocamanlının APA-ya verdiyi məlumata görə, hüquq müdafiəçiləri Venesiya Komissiyasının katibi Canni Bukkikio, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq, İşgəncələrə Qarşı Komitəsinin sədri Petya Nesterova ilə görüşüblər. Görüşlərdə Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyəti, seçkiöncəsi durum müzakirə olunub.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
APA
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı


Daxil ol: Mar 05, 2008
Mesajlar: 3791

21.0 Xal

MesajGöndərilib: çər. Apr. 16, 2008 3:16 pm    Mesaj mətni: Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir Sitatla cavab ver

Azərbaycan paytaxtında "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir

Bakı. Ülviyyə Əliyeva-APA. Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" adlı beynəlxalq konfrans işini davam etdirir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Hüquq İnstitutunun direktoru Rudolf Dolzer bildirib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək olmaz. Onun fikrincə, bu ifadə dəyişdirilməlidir, proseslər davam edirsə, deməli, münaqişə dondurulmayıb. İnstitut direktoru deyib ki, beynəlxalq hüququn ən zəif nöqtəsi sülh yolu ilə nizamlamaya dair effektiv mexanizminin olmamasıdır. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov çıxışında qeyd edib ki, xalqların öz müqəddəratını həll etməsi üçün onların hüquqları pozulmalıdır. Dağlıq Qarabağda və Abxaziyada yaşayanların hüquqları isə pozulmayıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Gündəm Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... 82, 83, 84 ... 262, 263, 264  Sonrakı
83 səhifə (Cəmi 264 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан