Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycan Xəbərləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Gündəm

Yeni mövzu aç   Cavab göndər
Azərbaycan Xəbərləri Səhifə 1, 2, 3 ... 152, 153, 154  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 1:15 pm    Mesaj mətni: Azərbaycan Xəbərləri Sitatla cavab ver

Milli Azərbaycan musiqisi – “Muğam” Londonda

Milli Azərbaycan musiqi aləti, kamançanın ustası sayılan Gefri Veerbax mürəkkəb Azərbaycan musiqisinin nadir qərb ifaçılarındandır. Özünün çox incə və zərif ifası ilə tanınmış Gefri çox nadir duyulan incə köklənmiş Azərbaycan muğam musiqi adət-ənənəsini bütün dünya dinləyicilərinə çatdırmışdır.

6 yaşında piano, 10 yaşında musiqi bəstələməyə başlayan Veerbax Birləşmiş Ştatlarda, Avropada və Orta Şərqdə, həmçinin də Azərbaycan televiziya və radiosunda ifa etmişdir. O, 2001-ci ildə Dövlət Musiqi Akademiyasının Azərbaycan Milli Konservatoriyası tərəfindən şərəf dərəcəsi ilə mükafatlandırılmışdır. 2002-ci ildə Smitsonian İnstitutunun İpək Yolu Festivalında Azərbaycanın rəsmi təmsilçisi seçilmişdir.

Gefri Veerbax oktyabr ayının 19-da Londonda “Puşkin Evi”ndə öz ifası ilə çıxış edəcək. Londona səfəri müddətində o, orada yaşayan azərbaycanlı ictimaiyyətlə və “Kaspian-Xəzri” Azərbaycan Məktəbi və “Azərbaycan Evi”nin nümayəndələri ilə görüşəcək.

Konsert London-Azərbaycan cəmiyyəti tərəfindən təşkil olunmuşdur.

Aqşin B. Bağırov,
“Euro Xəbər”
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 1:22 pm    Mesaj mətni: Sitatla cavab ver

SUMQAYITDA BOMBA HƏYƏCANI

Göz Xəstəlikləri İnstitutunun partladılacağı ilə bağlı anonim zəng aləmi qarışdırdı
Dünən Sumqayıt bomba həyəcanı yaşayıb. Saat 19:30 radələrində Göz Xəstəlikləri İnstitutuna zəng edən naməlum şəxs sözügedən xəstəxanaya bomba qoyulduğunu deyib. Bundan sonra xəstəxananın tibb bacısı bu barədə baş həkimi məlumatlandırıb. Baş həkim isə dərhal Polis İdarəsinə, Şəhər İcra Hakimiyyətinin başçısına və digər müvafiq qurumlara məlumat verib. Az keçmiş xəstəxana polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Fövqəladə hallar nazirinin müavini Oruc Əliyev də hadisə yerində olub. İlk olaraq xəstələr və tibbi heyət evakuasiya edilib. Bundan sonra əraziyə minaaxtaranlar gətirilib.
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 1:26 pm    Mesaj mətni: Sitatla cavab ver

QUŞ QRİPİ AZƏRBAYCANA DOĞRU GƏLİR

Rusiyanın Krasnodar vilayətində təhlükəli virus aşkar olunub
Quş qripi virusu Azərbaycanla qonşu ölkələrdə yenidən baş qaldırıb. Rusiya KİV-inin məlumatlarına görə, ölkənin Krasnodar vilayətindəki quşçuluq fermalarından birində H5N1 virusu aşkar olunub. Bununla bağlı Rusiyanın dövlət kənd təsərrüfatı nəzarəti agentliyi vilayətin bütün quşçuluq fermalarından və həyətyanı təsərrüfatlarda yoxlamaya başlayıb. Virusun aşkar olunduğu fermada 22 min quş məhv edilib. Xəstəliyin vilayətə köçəri quşlar vasitəsilə gətirildiyi güman edilir. Həmin vilayətdə köçəri quşların miqrasyasına geniş təsadüf olunur.

Yeni Musavat
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 1:32 pm    Mesaj mətni: Sitatla cavab ver

BAKIDA ÜÇ ALMANİYA RƏSSAMININ BİRGƏ SƏRGİSİ AÇILACAQDIR

AzərTAc xəbər verir ki, oktyabrın 12-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Qız qalası” qalereyasında almaniyalı üç fırça ustasının-İbrahim Əhrari (təsviri sənət), Peter Foeller (qrafika) və Falko Xammanın (heykəltəraşlıq) “Bakı-Berlin” adlı birgə sərgisi açılacaqdır.
Əslən Azərbaycandan olan rəssam İ.Əhrari uzun illərdir ki, Almaniyada yaşayır və onun ölkəmizlə sıx mədəni əlaqəsi bu gün də davam edir. O, Almaniya Rəssamlar İttifaqının və Azərbaycan-Almaniya Mədəni Əməkdaşlıq Cəmiyyətinin üzvüdür.
Sərgi oktyabrın 22-dək davam edəcəkdir.

AzərTAc
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 1:35 pm    Mesaj mətni: Sitatla cavab ver

İran Azərbaycanda nəşr edilən yeni xəritəyə etiraz edib

İran Milli Təhlükəsizlik Komissiyası və Milli Məclisinin xarici siyasət üzrə rəhbəri Əlaəddin Burucerdi Azərbaycanda nəşr edilən yeni atlas xəritəsinə etiraz edərək bildirib ki, bu xəritədə İran və bəzi qonşu ölkələrin ərazisinin Azərbaycan ərazisi kimi göstərilməsi ABŞ və sionizmin bölgədə yürütdüyü siyasətin göstəricisidir.
İranın İSNA agentliyinin oktyabrın 7-də verdiyi məlumata əsasən, Burucerdi əlavə edib ki, İran qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. “Ərazi iddiası məsələsi qalxsa, birinci, İrandan ayrılmış (Azərbaycan) ərazi geri qaytarılmalıdır” - deyə Burucerdi bildirib.

İSNA agentliyinin oktyabrın 6-da yaydığı məlumata əsasən, Azərbaycan Milli Akademiyasının Tarix İnstitutu tərəfindən yeni nəşr edilən atlas xəritədə İran və bəzi qonşu ölkələrin ərazisi Azərbaycan ərazisi kimi göstərilib. AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu xəritə Azərbaycanın orjinal xəritəsidir və göstərilən əraziləri ədalətsiz qərarlar çıxarılması nəticəsində tarix boyu Azərbaycandan ayırıblar. Mahmudov əlavə edib, yaxın gələcəkdə bu xəritə rus və ingilis dillərində dünyanın bir çox ölkələrinə də yayılacaq.

QayNar
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: ç.a. Okt. 09, 2007 2:40 pm    Mesaj mətni: Sitatla cavab ver

Ermeniler Sınır Bölgesindeki Azeri Subayı Öldürdü

Azerbaycan Savunma Bakanlığı, İhtilaflı Dağlık Karabağ Sınırında Bir Azeri Subayın Ermeni Güçlerince Açılan Ateş Sonucu Hayatını Kaybettiğini Açıkladı.

Azerbaycan Savunma Bakanlığı, ihtilaflı Dağlık Karabağ sınırında bir Azeri subayın Ermeni güçlerince açılan ateş sonucu hayatını kaybettiğini açıkladı.

Bakanlık sözcüsü Eldar Sabiroğlu yaptığı açıklamada, "Ermeni güçleri ateşkesi ihlal ederek, Agdam bölgesindeki Azeri mevzilerine ateş açmış ve Üst Teğmen Bulkhasan Melikov şehit olmuştur" dedi.

Ermeni güçleri 1990'lı yılların başında Dağlık Karabağ'ı işgal etmişti. İşgal sonucu 30 bin kişi hayatını kaybetmiş ve 1 milyondan fazla kişi de evlerinden kaçmak zorunda kalmıştı.

Taraflar arasında 1994'te bir ateşkes anlaşması imzalanmış ve doğrudan ticaret ve ulaşım bağlantıları kesilmişti.

İHA / 08.10.2007
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:27 am    Mesaj mətni: Sitatla cavab ver

Xəzərin statusu ilə bağlı bəyannamə layihəsinə gələn həftə Tehranda baxılacaq

Xəzərin hüquqi statusu ilə bağlı gələcək konvensiya məsələləri üzrə 5 ölkənin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) razılığının əldə olunması üçün nəzərdə tutulmuş Xəzəryanı dövlətlərin bəyannamə layihəsi gələn həftə Tehranda keçiriləcək Xəzər sammitində müzakirə olunacaq. Bu barədə bu gün jurnalistlərə RF-nin xarici işlər naziri Sergey Lavrov məlumat verib, RBK -nın məlumatında belə deyilir.

«Beş ölkənin prezidenti tərəfindən bəyannamənin imzalanması status məsələlərinin birdəfəlik həlli istiqamətində atılan mühüm addım olacaq» - deyə Lavrov bildirib. Nazir, həmçinin, qeyd edib ki, qarşıdakı sammitdə Xəzərin statusu ilə bağlı razılaşdırılmamış məsələlər də müzakirə olunacaq. «Biz ümid edirik ki, prezidentlər fikir mübadiləsi yolu ilə qalan məsələlərin tezliklə həll olunması üzrə apardığımız işin gələcək istiqamətini müəyyən edə biləcəklər» - deyə nazir bəyan edib.

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir (eləcə də, dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə, dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq, regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSRİ-nin dağılması ilə sahilyanı ölkələrir sayının ikidən beşə qədər artması nəticəsində, bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında keçirilib. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsinə dair qərar qəbul olunub. Lakin bu vaxta qədər sammit hər il təxirə salınıb.

Express
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:36 am    Mesaj mətni: Sitatla cavab ver

Borclu abonentlərin suyu kəsiləcək

Azərbaycanın "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) oktyabrın 22-dən borclu abonentlərin su təchizatını dayandıracaq. Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Azərsu" ASC su istehlakçılarının nəzərinə çatdırır ki, su sayğacları quraşdırmayan, su və kanalizasiya xidmətlərinin dəyərini tam ödəməyən müəssisə və təşkilatların su təchizatı birtərəfli qaydada dayandırılacaq. Kəsintilər Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Qeyd edək ki, Bakı, Sumqayıt, �əncə, Mingəçevir, Əli Bayramlı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr suyun əhali kateqoriyasına satış qiyməti 18 qəpik, kanalizasiya xidmətləri isə 4 qəpikdir. Sayğacı olmayan abonentlər üçün isə ay ərzində 6 kubmetr su həcmi müəyyənləşdirilib.
Regionlarda isə suyun 1 kubmetrinin qiyməti 14 qəpik, kanalizasiya xidmətləri isə 3 qəpik təşkil edir. Yuxarıda adıçəkilən iri şəhərlərdə digər kateqoriyalardan olan abonentlər (istehsal, ticarət, xidmət, kommersiya və s.) suyun 1 kubmetrinə görə 70 qəpik, sudan xammal kimi istifadə üçün isə 12 manat ödəməlidir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:38 am    Mesaj mətni: Sitatla cavab ver

Şadlıq evlərinə reydlər keçiriləcək

Toyların başlaması qaz oğrularını fəallaşdırır
Ramazan ayının qurtarması və toy şənliklərinin başlaması ilə əlaqədar "Azəriqaz" şadlıq evlərində reydlər keçirəcək. Qurumun xidmət rəisi Nüsrət Qasımovun "OLAYLAR"a verdiyi məlumata görə, reydlərdə məqsəd şadlıq evlərinin qaz oğurluğu ilə məşğul olub-olmamasını araşdırmaqdır.
İndiyə qədər bir neçə şadlıq evində qaz oğurluğu faktının aşkarlandığını və şadlıq evlərinin 7 min manat vəsait ödəməsi üçün məhkəməyə müraciət edildiyini deyən N.Qasımov paytaxtdakı şadlıq evlərinin də qaz oğurluğu ilə məşğul olduğunu, lakin məsələnin yerində həll edilib istifadə edilən qazın dəyərinin ödənildiyini vurğulayıb.

ADALET
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:39 am    Mesaj mətni: Sitatla cavab ver

Tikinti şirkətləri qorxuya düşüb

Yeni binalarda təkrar bərkidilmə işlərinə başlanılıb
Yeni tikintilərdə aparılan yoxlamalar əksər şirkətlərin narahatçılığına səbəb olub. Azərbaycan Bələdiyyə Sistemindən "OLAYLAR"a bildiriblər ki, buna görə də bəzi şirkətlər tikinti işlərini yarımçıq saxlamaqla yoxlamalardan yayınmaq istəyir: "Araşdırmalardan bəlli olub ki, tikintilər keyfiyyətsiz aparıldığından bərkidilmə işlərinə ehtiyac var. "Təzə bazar" yaxınlığında inşa edilmiş binalara bitişik avtomobil dayanacaqlarında təkrar bərkidilmə işlərinə başlanılıb. Bu prosesə 6 tikinti şirkəti də qoşulub. Yoxlama aparılmasına qərar verilməsəydi, keyfiyyətsiz binalar sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilərdi".

ADALET
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:49 am    Mesaj mətni: Sitatla cavab ver

Mövlana Cəlaləddin Ruminin 800 illiyi dünya miqyasında qeyd edilir

“Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” keçiriləcək

“Gəl, gəl yenə gəl! Hər nə olursa olsun, yenə də gəl. İstər xristian, istər məcusi, istər bütpərəst ol. Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Tövbəni yüz kərə pozmuş olsan belə, yenə gəl”. Bu misralar Şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumiyə məxsusdur. Bu böyük şəxsiyyətdən söz açmağımız səbəbsiz deyil. Bildiyiniz ki, YUNESKO 2007-ci ili “Dünyada Mövlana ili” kimi elan edib. Hazırda dünyanın bir çox ölkələrində bu istiqamətdə təntənəli tədbirlər və layihələr həyata keçirilməkdədir.
Oktyabrın 21-25-dək bu böyük şair və mütəfəkkirin 800 illiyi münasibətilə “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, Konya Böyükşəhər Bələdiyyəsinin, Rəssamlar İttifaqının, Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının, o cümlədən “NAB Qrup”un təşkilatçılığı və dəstəyi ilə ölkənin bir sıra mədəniyyət ocaqlarında, teatrlarda, konsert salonlarında, habelə müxtəlif bölgələrdə bir neçə günlük silsilə tədbirlər keçiriləcək. Tədbirlərin əsas təşkilatçısı isə əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılovdur.
“Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” çərçivəsində Bakı İncəsənət və Müasir İncəsənət Mərkəzlərində İrandan və Türkiyədən dəvət olunan rəssamların işlərindən ibarət sərgilər təşkil olunacaq. Təntənəli açılış mərasimi Dövlət Filarmoniyasında baş tutacaq. Gecədə Mövlana ənənələrinə uyğun olaraq Konya Böyükşəhər Bələdiyyəsinin “Səma” qrupunun ifasında “Səma göstərişi” olacaq. Qeyd edək ki, ötən il “Asiya dialoqu” və Qafqaz Media Mərkəzinin dəvəti ilə ölkəmizə dəvət edilən və azərbaycanlı tamaşaçıların böyük marağına səbəb olan “Səma” qrupunun göstəriləri Azərbaycanın müxtəlif bölgələrində də təşkil ediləcək.
Oktyabrın 24-də isə Musiqili Komediya Teatrında Mövlanaya həsr olunmuş şeir və musiqi gecəsi keçiriləcək. İki hissədən ibarət olacaq gecədə Azərbaycan aktyorları Cəlaləddin Ruminin məşhur “Məsnəvi”sindən nümunələr əsasında hazırlanan “Mövlana və yaşayan poeziya” adlı şeir kompozisiyası ilə çıxış edəcəklər. Tədbirdə Konyadan və İrandan gəlmiş ney ustalarının və digər musiqiçilərin ifaları səslənəcək.
Layihə çərçivəsində müxtəlif ölkələrdən gələcək elm adamlarının qatılacağı simpozium təşkil ediləcək və Akademik Opera və Balet Teatrında İrandan gələcək xoreoqrafiya qrupunun “Oyanan eşq” adlı kompozisiyası nümayiş olunacaq.

Yeni AzMövlana Cəlaləddin Ruminin 800 illiyi dünya miqyasında qeyd edilir

Yeni Azərbaycan
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: çər. Okt. 10, 2007 11:51 am    Mesaj mətni: Sitatla cavab ver

2008-ci ildə Azərbaycanı da “Eurovision” müsabiqəsində görəcəyik

Dünən müsabiqədə ölkəmizi təmsil edəcək müğənnini müəyyənləşdirmək üçün ilk seçim turu keçirilib

“Biz sözümüzün üstündə durduq və Azərbaycanın “Eurovision” müsabiqəsində iştirakı üçün hazırlıqlara başladıq”. Bu sözləri APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin keçirdiyi ilk seçim turunun arxada qaldığını bildirib: “Amma bunun nəticələri barədə bir söz deyə bilmərəm. Yəqin ki, 2008-ci ildə Azərbaycanı “Eurovision” müsabiqəsində görəcəyik”.

Bu arada dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2008-ci ildə keçiriləcək “Evrovision” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən ikigünlük seçim turunun I mərhələsi başa çatıb. II turun bir həftə sonra keçirilməsi gözlənilir. I turda 30 müğənninin ifası dinlənilsə də, nəticələr hələlik məlum deyil. Sənətçi Röya isə müsabiqənin seçim turunda iştirakdan imtina edib. İradə İbrahimovanın da seçim turunda iştirak etmək istəmədiyi deyilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi ilk seçim turu qapalı keçirilib. 13 nəfərlik münsiflər heyətində Gənclər və idman naziri Azad Rəhimov, professor Nərgiz Paşayeva, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, bəstəkarlar Vaqif Gərayzadə, Faiq Sücəddinov, xalq artisti Təranə Muradova, Teymur Əmrah, “Evrovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndəsi təmsil olunub. Müsabiqədə iştirak edəcək sənətçilər sırasında Samir Bağırov, İlhamə Qasımova, Ayaz Qasımov, Samirə, Nurlan Növrəsli, Xəyyam, Elton Hüseynəliyev, “Rast” qrupu, Elnarə və başqaları var. Münsiflər heyətinin üzvü Teymur Əmrahın bildirdiyinə görə, iştirakçılardan daha çox Emil Əliyevin ifasını bəyənib: “Emil Əliyevin musiqi təhsili yoxdur, onu hələ Azərbaycan cəmiyyətində heç kim tanımır. Amma onun belə nüfuzlu müsabiqədə iştirakı üçün arıqlaması lazımdır”.

Yeni Az

MesajGöndərilib: C.a. Okt. 11, 2007 2:49 pm    Mesaj mətni: Sitatla cavab ver

İranda azərbaycandilli jurnal qapadıldı

İran höküməti Güney azərbaycanlılara qarşı mədəni soyqırım siyasətini davam etdirir. Belə ki, İran mənbələrindən "QayNar"a daxil olan məlumata görə, iki gün əvvəl Güneydə Azərbaycan dilində dərc olunan "Dilmanc" dərgisi heç bir qanuni səbəb göstərilmədən, hər hansı məhkəmə qərarı olmadan qapadılıb.
Adı çəkilən jurnalın Güney Azərbaycan ədəbiyyatına, mədəniyyətinə peşəkar yanaşması və təbliğ etməsi fars şovinistlərinin qəzəbinə gəldiyi deyilir.

QayNar
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: C.a. Okt. 11, 2007 8:07 pm    Mesaj mətni: Sitatla cavab ver

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı öz müraciətində həmvətənlərimizə ən xoş arzularını çatdırıb:

“Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Dünya müsəlmanlarının müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları xeyirxah niyyətlər naminə birliyə dəvət edir, onlara əxlaqi saflığın və zənginliyin, cismani-ruhi kamilliyin fərəhini yaşadır, mənəvi ucalığın nəfs üzərində qələbə təntənəsini nümayiş etdirir. Xalqımız tarixi boyu həmişə Uca Tanrıya tapınıb, milli köklərinə, dini-mənəvi ənənələrinə daim sadiq olub. Müstəqillik illərində mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişinə, xalqımızın bütövlüyü və birliyinə xidmət göstərib. Azərbaycan övladlarının yüksək vətənpərvərliyi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə milli-mənəvi dəyərlərə sadiqliyin nümunəsidir. Öz canlarını ölkəmizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini bu mübarək bayram günlərində bir daha böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm”.

525-qazət
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
yeshu
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı

Daxil ol: Oct 13, 2006
Mesajlar: 1886
Şəhər/ölkə: Yerixo
26161.2 Xal

MesajGöndərilib: B.e. Okt. 15, 2007 11:48 am    Mesaj mətni: Sitatla cavab ver

Türkiyədən Azərbaycana növbəti dəstək

RƏCƏB TAYYİB ƏRDOĞAN: "QARABAĞ PROBLEMİ HƏLL OLUNMADAN ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAĞIMIZ MÜMKÜN DEYİL"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan Ermənistanla sərhədləri açmağın mümkünsüzlüyünü bir daha bəyan edib. APA-nın xəbərinə görə, R.Ərdoğan bunu "CNN Türk" telekanalına müsahibəsində deyib. Ermənistanla əlaqələrin inkişafı və bu kontekstdə sərhədləri açmağı düşünüb-düşünmədikləri haqda sualı baş nazir belə cavablandırıb: "Yuxarı Qarabağ olayı var. Söhbət Ermənistanın işğalından gedir. Bunun işğal olduğunu artıq hər kəs etiraf edir və Ermənistanın oradan çəkilməsi tələb olunur. Bu istiqamətdə hansısa addım atılmadan bizim sərhədləri açmağımız azərbaycanlıları incidər". R.Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələri ilə yanaşı, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars və digər layihələr üzrə əməkdaşlıq etdiyini və strateji tərəfdaş olduğunu bildirib.
_________________
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Gündəm Bütün saatlar GMT + 5 Saat
Səhifə 1, 2, 3 ... 152, 153, 154  Sonrakı
1 səhifə (Cəmi 154 səhifə)

Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан