mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B.e. Okt. 15, 2007 10:43 pm Mesaj mətni: Aybəniz Haşımova həmkarlarının iradlarına tuş gəlib |
|
|
Açıq-saçıq paltarlar geyinib, özümü nümayiş etdirmirəm” .
Müğənni Aybəniz Haşımova sənət aləmində baş verənlərdən narazıdır. Onu qıcıqlandıran həmkarlarının verilişlərə açıq-saçıq geyimlərdə çıxmasıdır. Aybəniz xanım söyləyir ki, həmişə tamaşaçılar qarşısında “ağır oturub, batman gəlib”:
“Müğənninin ifası kimi geyimləri də fərqli - abırlı-həyalı olmalıdır. Gör, vəziyyət nə yerdədir ki, bəzi həmkarlarım mənim geyimlərimə irad tuturlar. Mən açıq-saçıq paltarlar geyinib, özümü nümayiş etdirmirəm. Əgər müğənniyəmsə, tamaşaçıya yalnız səsim lazımdır. Çünki səhnənin gözəl səslərə ehtiyacı var. Başa düşə bilmirəm, Azərbaycan qadınına xas olan abırlı-həyalı geyimlər geyinmək nə vaxtdan geridə qalmışlıq kimi qəbul olunub?
Mən də onlar kimi stilistə müraciət edirəm, stilist də mənim təbiətimə və davranışıma uyğun olaraq geyimlər seçir. Səhnədə elə müğənnilər var ki, makiyaj və geyiminə görə məndən yuxarı olsalar da, səsinə və sənətinə görə məndən qat-qat aşağıdırlar. Sənətdən söz düşərkən mənim yanımda bir kəlmə də danışa bilməzlər. Həm də mənim tamaşaçım onlardan çoxdur. Əgər sənətkar yaxşıdırsa, onun görkəmə ehtiyacı yoxdur. Əgər onun gözəl görkəmi varsa, səsi yoxdursa, o, nəyə və kimə gərəkdir?!"
Yaradıcılığındakı yeniliklərdən də danışmağa fürsət tapan Aybəniz Haşımova bildirdi ki, qısa zamanda “Vətəndən pay olmayır” adlı albomu işıq üzü görəcək. Bundan başqa, A.Hahımova gələn ay ABŞ-a yollanacağını söylədi. Sən demə, müğənninin yetirmələri olan “Bülbüllər” beynəlxalq festivala qatılacaqlar. |
|