mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: B.e. Okt. 15, 2007 10:45 pm Mesaj mətni: ""Best Model of the World"-ün səviyyəsini qaldırmaq çətin ol |
|
|
Modelyer Fəxriyyə Xələfova beynəlxalq müsabiqənin 20 illiyinə Azərbaycandan model dəvət edilmədiyini bildirir.
Məlum olduğu kimi, İstanbulda "Bect model of the world" müsabiqəsinin 20 illiyi keçirilib. Türkiyənin ən tanınmış müğənnilərinin, modellərinin və xoreoqraflarının iştirak etdiyi tədbirə Azərbaycandan modelyer Fəxriyyə Xələfova da qatılıb. Gecədə o və türk iş adamı Nahid Kabakçı "Kristal şərəf" ödülünü alıblar. Modelyer deyir ki, bu ödül onlara adıçəkilən müsabiqənin ilk təşkilatçıları olduqlarına görə verilib: "Bəlli olduğu kimi, Nahid Kabakçı müsabiqəni Azərbaycanda tanıdıb, mən isə reklam hissəsini həyata keçirmişəm".
Müsahibimin dediklərindən məlum oldu ki, tədbir keçirilən məkanda illər ərzində baş tutan müsabiqədə qalib gələn ən parlaq modellərin adları qeyd olunubmuş. Hazırda onlar həm Türkiyədə, həm də dünyada çox tanınırlar: "Mən də çox sevindim ki, orada Azərbaycanın təmsilçisi Sevda Əliyevanın da adı vardı. Hər nailiyyət bu ölkənin reklamı deməkdir. Bütün bunlar məni çox sevindirir".
F.Xələfova etiraf etdi ki, gecədə üzüldüyü məqam da olub. Dediyinə görə, müsabiqədə qaliblərin paradı keçirilib. Paradda son illərdə qalib gələn modellər çox gözəl geyimlər nümayiş etdirərək ödül alıblar. Amma müsahibim təəssüflə söyləyir ki, onların arasında azərbaycanlı modellər olmayıb. Səbəb odur ki, son illər Azərbaycanda keçirilən 4-5 "Best model of the Azerbaiyan" müsabiqəsinin nəticəsi olmayıb. "Əslində təşkilatçılar səy göstərməlidirlər ki, bizim modellərimiz qalib olsunlar. İşin bu tərəfinə diqqət yetirilmirdi. Heç iştirakçıları hansı münsiflər heyətinin seçməsi, hazırlıq işinin necə getməsi işinə də diqqət yetirilmirdi. Axı bu, şou və ya konsert deyil. İnsanlar burada yarışırlar ki, qalib olsunlar. Qalibi də hazırlamaq lazımdır. Bu 4 ildə qaliblərimiz olsaydı, onlar da Türkiyəyə dəvət olunacaqdılar. Tədbir çox nüfuzlu idi. Mərasim Türkiyənin ən görkəmli simalarının toplaşdığı doğma Bağçasarayda keçirilirdi. Mənə ən çox təsir edən odur ki, ölkəmizdə 4 il müsabiqə keçirilsə də, heç kim sual vermədi ki, tədbir nə üçün bu səviyyədə təşkil olunur. Ancaq mənasız qalmaqal və söz-söhbət oldu", - deyə Fəxriyyə Xələfova bildirdi.
Maraqlıdır, modelyer xanım bu layihənin Azərbaycanda bundan sonra səviyyəli keçirilməsi üçün hansı addımı atmağı planlaşdırır? Sualımızı cavablandıran F.Xələfova söyləyir ki, vaxtilə o istəyinə nail olub. Onun təşkilatçılığı dövründə Azərbaycanı təmsil edən Sevda Əliyeva birinci yeri qazanıb. Həmin vaxt həm də münsiflər heyətində təmsil olunan xanım Azərbaycanın mənafeyi naminə çalışıb. Bu qələbədən 7 il keçib və modelyer bu qənaətə gəlib ki, bundan heç kim heç nə qazanmadı: "Nə təşkilatçılar nəsə əldə etdilər, nə də Azərbaycan bir ölkə olaraq bundan yararlandı. Bu işin keyfiyyəti çox aşağı düşdüyündən qaldırmaq çətin olacaq. Hər bir halda bizim o vaxtkı nailiyyətimiz olmasaydı, Azərbaycan İstanbuldakı tədbirdə təmsil olunmayacaqdı".
F.Xələfova reklam bazarında irəliləyiş olmasından da söhbət açıb. O bildirib ki, yeni ideyaların yaranması sonrakı proseslərin daha yaxşı olacağına inanmağa ümid verir. O, "Olaylar"a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə iştirak edərək uğur qazanmaqla iş bitmir: "Reklam işinin xüsusiyyəti fərqlidir. Burada hansısa imici ortaya qoyursan. Ən azı dünya şöhrətli firmaların reklamına baxanda zövq alırıq və ən yaxşısından istifadə etdiyimizə əmin oluruq. Nüfuz çox vacib məsələdir. 2006-cı ildə Avropada keçirilən tədbirdə nüfuz və keyfiyyətdə lider İsveç şirkəti seçilmişdi. Amma bu birdən-birə olmur. Çoxlu işlər görmək lazımdır. Düşünürəm ki, beynəlxalq tədbirlər nə qədər çox olsa, daxili keyfiyyətimiz o qədər yüksək olar". |
|