 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Hwseynov_M Yeni Forumçu


Daxil ol: Jul 11, 2007 Mesajlar: 36 Şəhər/ölkə: Gence, Azerbaycan. 2048.8 Xal
|
Göndərilib: ç.a. Noy. 27, 2007 4:14 pm Mesaj mətni: Mehebbet sairinden inciler |
|
|
Yazar: Nüsrət Kəsəmənli
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...
***
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!
Dənizi unudum, ya dalğaları?
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
De, necə unudum mən səni, necə?
sevgi durna deyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!
Sinəmdə peşiman ürəyim qaldı
uçdun əllərimdə lələyin qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
***
Oğru olmaq istəyirəm
Qoy milislər eşitmeəsin,
Qorxulu bir sirr deyireəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!...
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm !!! _________________ Hormetle, Mirkazim Hüseynov! |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: ç.a. Noy. 27, 2007 4:25 pm Mesaj mətni: |
|
|
Nə yaxşı ki bu şerləri bura əlavə elədin çoxsağol.
Əsasən isə oğru olmaq istəyirəm. Bu şerlə bağlı şirin xatirələrim var, yəni bu şerlə mən, Bakı şəhəri rayonlarının bütün məktəbləri arasında keçirilən şer (rəqs, mahnı, çalğıçılıq və s.) yarışmasında yer qazanaraq qaliblərdən biri olmuşdum. Çox gözel şerdir. Bu şer bəyənərək, ürəkdən necə səsləndirdiyimi xatırladım. İndi bu şeri oxuyaraq yenə də o günü , keçirdiyim hissləri xatırladım, sənə çox minnətdaram. |
|
| Əvvələ qayıt |
|
Hwseynov_M Yeni Forumçu


Daxil ol: Jul 11, 2007 Mesajlar: 36 Şəhər/ölkə: Gence, Azerbaycan. 2048.8 Xal
|
Göndərilib: çər. Noy. 28, 2007 1:29 pm Mesaj mətni: salam |
|
|
Anel nıye mehs ogru oplmaq istediyini anlamadım:!?! _________________ Hormetle, Mirkazim Hüseynov! |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: çər. Noy. 28, 2007 3:31 pm Mesaj mətni: |
|
|
| Əgər bu şeri niyə seçdiyimi soruşursansa bu mənim seçimim deyildi, rəhbərimizin seçimi idi. Necə ki yaxşı deyil? |
|
| Əvvələ qayıt |
|
Hwseynov_M Yeni Forumçu


Daxil ol: Jul 11, 2007 Mesajlar: 36 Şəhər/ölkə: Gence, Azerbaycan. 2048.8 Xal
|
Göndərilib: C.a. Noy. 29, 2007 9:18 pm Mesaj mətni: Anel |
|
|
seir gozeldi ona soz yox sadece niye ogru olmaq istediyini anlaya bimedim, onu sorushurdum! _________________ Hormetle, Mirkazim Hüseynov! |
|
| Əvvələ qayıt |
|
militan01 Yeni Forumçu


Daxil ol: Oct 27, 2007 Mesajlar: 51
1789.1 Xal
|
Göndərilib: C.a. Noy. 29, 2007 10:19 pm Mesaj mətni:  |
|
|
| güzel bir şiir eline sağlık |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: C. Noy. 30, 2007 3:01 pm Mesaj mətni: Re: Anel |
|
|
| Hwseynov_M yazıb: |
| seir gozeldi ona soz yox sadece niye ogru olmaq istediyini anlaya bimedim, onu sorushurdum! |
Bəzən həqiqətəndə elə olur ki insan sözün yaxşı mənasında oğru olmaq istəyir. Bəzən insanı üzən bütün nə varsa hamısını oğurlamaq istəyir, yəqin ki bunu sən də yaxşı başa düşürsən ki o mənada oğru yox ki oğurladıqlarımı özümə oğurlayıb onları onları özümə gərəkli biləm, yox. Ona görə ki onları oğurlayıb siləm, itirəm. Özüm də başa düşürəm qəm, kədər, əzab, göz yaşı bunlar hamısı həyatda qaçılmaz şeylərdir, amma bəzən insan istəsə də, istəməsə də oğru olmaq və bunları daha çoxda bunların olmasına səbəb olan pislikləri, şəri, yalanları, zülmləri və s. bu tip halları oğurlamaq istəyir, mən də məhz elə buna görə oğru olub bunların hamısını oğurlayıb sonra isə silib, itirmək istərdim. Amma bu mümkün olan şey deyil. |
|
| Əvvələ qayıt |
|
Sindy V.I.P


Daxil ol: Dec 24, 2006 Mesajlar: 631 Şəhər/ölkə: Baki 11062.7 Xal
|
Göndərilib: ç.a. Yan. 08, 2008 1:26 am Mesaj mətni: |
|
|
superdi.... |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|