Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Son xeberler
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər

Yeni mövzu aç   Cavab göndər
Son xeberler Səhifə Əvvəlki  1, 2, 3 ... , 9, 10, 11  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:49 pm    Mesaj mətni: FHN əhaliyə xəbərdarlıq edib Sitatla cavab ver


Nazirlik vətəndaşlara standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməməyi tövsiyə edir
Fövqəladə Hallar Nazirliyi dəm qazından zəhərlənmə hallarının son vaxtlar artması ilə əlaqədar xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, son vaxtlar respublika əhalisi arasında dəm qazından zəhərlənmə və ölüm halları çoxalıb. Araşdırmalar göstərir ki, dəm qazından zəhərlənmələrə qazla işləyən standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə olunması, bəzən isə vətəndaşların belə hallara laqeyd yanaşması, texniki qaydalara əməl etməməsi səbəb olur. Bütün bunları nəzərə alaraq, nazirlik vətəndaşlara tövsiyə edir ki, standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməsinlər. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:50 pm    Mesaj mətni: Aygün Kazımova doğum gününü telekanalların birində canlı yayımda keçirəcək Sitatla cavab ver

Müğənninin ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq

Aygün Kazımova yanvarın 26-da 37 yaşını qeyd edəcək. Bu dəfə müğənni doğum gününü fərqli tərzdə - yerli telekanalların birində canlı yayımda keçirəcək. Bu barədə «İstiot»a eksklüziv məlumat daxil olub. Məlumatda bildirilir ki, ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq. Tədbirdə uşaq və qocalar evi üçün vəsait toplanacaq. Tədbir boyu hesab nömrəsi efirdə nümayiş olunacaq. Proqramda xüsusi süjetlər də efirə gedəcək.

Aygünü həmin gün sənət dostları darıxmağa qoymayacaq. Proqramda Faiq Ağayev, Xumar Qədimova, Namiq Qaraçuxurlu və digərləri çıxış edəcək. Aygünə ən böyük hədiyyəni qızı İlqarə hazırlayır. Həmin gün məxsusi olaraq anası üçün mahnı ifa edəcək İlqarə konsert proqramını açacaq. Hazırda imici üzərində ciddi işlər görən Aygün saç düzümündə dəyişikliklər edəcək. Belə ki, yaxın günlərdə Bakıya xaricdən saç ustaları gələcək. Onlar ən yeni üsulla müğənninin görkəmində fərqli dəyişikliklər edəcəklər. Aygünün ad günündə geyinəcəyi paltarı da hazırlanmaqdadır. Qısa paltar şəhərimizin ən bahalı atelyelərindən birində tikilir. Çox güman ki, Aygün Kazımovanın ad günündə onun yaxın dostu, Rusiyada yaşayan həmyerlimiz modelyer Aslan da iştirak edəcək. /ANS PRESS/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:51 pm    Mesaj mətni: Bu gün paytaxtın bəzi məscidlərində qanvermə aksiyası keçirilib Sitatla cavab ver

Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu gün qanvermə aksiyasında iştirak edib
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı və 20 Yanvar və Qarabağ şəhidləri də yad edilir. Hazırda "Təzəpir", "Göy məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə talasemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bununla əlaqədar verdiyi fitvada deyilir ki, bu günlərdə ehtiyacı olanlara qan verilməsi ən münasib təziyədarlıqdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə və QİM-in nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb.
“İstərdim ki, həm 20 Yanvarda, həm də Qarabağda şəhid olanlara Allah rəhmət eləsin. Allah "Quran"da da, hədislərdə də buyurub ki, bir insana həyat vermək cənnəti qazanmaq kimidir. İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Onun şəhadətində bir həyat vardı. Deyirdi ki, mənim şəhadətimdə həyat var. Əgər biz də bu addımı atarsaq, bir ananın gözyaşı silinərsə, bununla onun ehtiyacı ödənilərsə, ələbəttə ki, İmam Hüseyn də bundan razı olar”, – deyə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bildirib. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:52 pm    Mesaj mətni: Dəvəçidəki 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub Sitatla cavab ver

8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək
20 Yanvar faciəsinin 18-ci ildönümü ərəfəsində Dəvəçidəki Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub. Xatirə kompleksinin memarı Nizaməddin Rüstəmov bildirib ki, 8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:53 pm    Mesaj mətni: Kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib Sitatla cavab ver

Ölkə çempionatının mükafat fondu 13.000 manatdır
Respublika Şahmat-Dama Mərkəzində kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib. Budəfəki ölkə çempionatında 10 şahmatçı yarışacaq. Mütəxəssislərin fikrincə, qələbəyə əsas namizəd Rauf Məmmədovdur. Nicat Məmmədovun da ən azı ilk üçlükdə qərarlaşacağı proqnozlaşdırılır. Çempionatın iştirakçıları sırasında hazırda Fransada yaşayan Namiq Quliyev də var. Ümumilikdə ölkə çempionatında iştirak edən 10 şahmatçıdan 6-ı qrossmeysterdir.

Ölkə çempionatının mükafat fondu 13.000 manatdır. Birinci yerin sahibi bu fondun böyük hissəsini, yəni 5000 manatını qazanacaq. Şahmat üzrə ölkə çempionatı dairəvi sistemlə keçiriləcək və 9 turdan ibarət olacaq. 2-ci turun görüşləri bazar ertəsi baş tutacaq. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:54 pm    Mesaj mətni: Bilyard üzrə Bakı çempionatı keçirilir Sitatla cavab ver

Həmişəki kimi qruplarda 2 məğlubiyyət almış kiy ustası yarışı tərk edib
Bidyard Federasiyasında bu idman növü üzrə Bakı çempionatı keçirilir. Artıq yarışlarda finalçılar da məlumdur. Bu, idman ustalığına namizəd Vasif Məmmədov və 1-ci dərəcəli idmançı Yəhya Məmmədovdur. Onlar yanvarın 21-də final görüşündə 6 qələbəyədək mübarizə aparacaqlar.

Yanvarın 17-də startı verilmiş Bakı çempionatında 28 bilyard ustası 4 qrupda yarışıb. Həmişəki kimi qruplarda 2 məğlubiyyət almış kiy ustası yarışı tərk edib. Hər qrupda ilk 4 yeri tutmuş bilyardçılar 1/8 finala vəsiqə əldə edib ki, sonradan bu idmançılar mübarizəni olimpiya sistemi ilə davam etdirib. 5 qələbəyə kimi davam etmiş 3 mərhələnin yekununa görə Bakı çempionatının finalında oynamaq hüququnu Vasif və Yəhya Məmmədovlar qazanıb. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:55 pm    Mesaj mətni: Bu il daşınmaz əmlak bazarında qiymət artımı 40 faiz azalacaq Sitatla cavab ver

Bazarda və tikinti sektorunda aktivlik özünü ilin 2-ci yarısında göstərəcək
2008-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı ötən illə müqayisədə 40 faiz az olacaq. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin proqnozlarına görə, qiymətlərin artması ilə paralel satış həcmi azalır. İctimai Birliyin sədri Elman Əsədovun sözlərinə görə, bu il bahalaşma 15-20 faiz arasında dəyişəcək. Bazarda, eləcə də tikinti sektorunda aktivlik özünü ilin 2-ci yarısında göstərəcək. Səbəb kimi ötən ilin avqustunda hündürmərtəbəli binanın uçması göstərilir.

İlin əvvəlindən sementin qiymətini təxminən 5 faiz artması daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcək. Elman Əsədovun sözlərinə görə, bu bazar özünün ən aktiv dövrünü 2007-ci ildə yaşayıb. Belə ki, ötən il daşınmaz əmlak bazarında qiymət artımı orta hesabla 23,2 faiz təşkil edib. Ən çox bahalaşma ilkin mənzil bazarında, yeni tikililərdə olub (49 faiz).

Yeni tikililərdə qiymət artımı avqustda baş vermiş bina uçmasından sonra səngiyib. Ötən il təkrar bazarda, yəni köhnə yaşayış mənzilləri 21,8, torpaq sahələri 18,5, kommersiya obyektləri 28,6 bahalaşıb. Kirayə haqlarında 5,1, icarə haqlarında isə 12,1 faiz qiymət artımı baş verib. Tikinti materiallar bazarında isə bu rəqəm orta hesabla 16,8 faiz təşkil edib. Artan tələbata baxmayaraq yaşayış və kommersiya obyektləri ilə bağlanan müqavilələrin sayı 2006-cı illə müqayisədə bir qədər azalıb. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:56 pm    Mesaj mətni: Sabah Şəhidlər Xiyabanı istiqamətində gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Sitatla cavab ver

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar, yol polisi əhalidən şəxsi avtomobildən az istifadə etməyi xahiş edir
20 yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar sabah Şəhidlər Xiyabanı istiqamətinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin içtimayyətlə aləqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS TV-yə verdiyi məlumata görə, sabah səhər saat 8-in yarsından başlayaraq Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, Mehdi Hüseyn küçəsi ilə Teleteatrın binası qarşısından Şəhidlər Xiyabanına aparan yol, Parlament prospekti ilə Müşviq küçəsinin kəsişməsi və Mətbuat prospektinin Milli Məclisin inzibati binasının arxasından keçən hissəsində avtomobillərin hərəkəti ziyarət başa çatana qədər tam məhdudlaşdırılacaq və nəqliyyatın istiqaməti dəyişdiriləcək. Mərasim iştirakçılarının hərəkətini təhlükəsiz, rahat və fasiləsiz təşkil edilməsi məqsədi ilə bu ərazilər və onlara bitişik diqər küçə və yollarda avtomobillər saxlanmaması xahiş olunur. Həmçinin nəqliyyatdan mümkün qədər az istifadə edilməsi xahiş edilir. /ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:57 pm    Mesaj mətni: Gəncədə Şəhidlər Xiyabanı yoxdur Sitatla cavab ver

Şəhidlərin uyuduğu məzarlıqda isə vəziyyət acınacaqlıdır

Gəncədə hələ də Şəhidlər Xiyabanı yoxdur. Baxmayaraq ki, səkkiz milli qəhrəmanın şəhəri olan Gəncə 1-ci Qarabağ müharibəsində 550 şəhid verib.

Gəncə şəhərindəki şəhidlərlərin uyuduğu məzarlıqda- Gəncənin şəhid qəbiristanlığında isə vəziyyət acınacaqlıdır. 550 Qarabağ şəhidinin uyuduğu xiyabanın indiki vəziyyəti təəssüf doğurur.

Bu məzarlıqda vətən uğrunda canından keçmiş yüzlərlə Gəncə şəhidi uyuyur. Baxımsızlıqdan onların qəbirlərinin əksəriyyəti bərbad vəziyyətə düşüb. 15 il öncə qoyulan löhvədə isə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidənin ucaldılacağı yazılıb. Qəbirlərin bəzisi tamamilə tanınmaz hala düşüb. Hətta bir neçəsinin başdaşları belə yoxdur.

Məzarlıqdakı vəziyyəti məmur mənəviyyatsızlığının nəticəsi adlandıran Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Gəncə şöbəsinin sədri Almaz Aşurov bunun aradan qaldırılması üçün dəfələrlə aidiyyatı qurumlara mürajiət etdiklərini bildirib.

Qəbiristanlıqlara nəzarət edən Gəncə əhaliyə xidmət şöbəsinin müdiri Ələddin Hüseynov isə bildirib ki, şəhid qəbirləri maliyyə çatışmazlığından baxımsız qalıb: «23 noyabr 2007-ci il tarixdən prezidentimizin sərəncamına əsasən, qəbiristanlıqlar bələdiyyələrə verilir. Yaxın günlərdə Nazirlər Kabinetinin qərarı ilə qəbiristanlıqların hamısı bələdiyyələrə keçəcək. Həmin sərəncamda göstərilir ki, qəbiristanlıqların abadlaşdırılması üçün büdcədən vəsait ayrılsın. Həmin vəsait ayrılarsa, smeta tutular yəqin ki, qəbirlərin təmiri ilə də məşğul olarlar»./ANS TV/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 12:59 pm    Mesaj mətni: Bu gün Şəhidlər Xiyabanı istiqamətində gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq Sitatla cavab ver

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar, yol polisi əhalidən şəxsi avtomobildən az istifadə etməyi xahiş edir
20 yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar bu gün Şəhidlər Xiyabanı istiqamətinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saat 8-in yarsından başlayaraq Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, Mehdi Hüseyn küçəsi ilə Teleteatrın binası qarşısından Şəhidlər Xiyabanına aparan yol, Parlament prospekti ilə Müşviq küçəsinin kəsişməsi və Mətbuat prospektinin Milli Məclisin inzibati binasının arxasından keçən hissəsində avtomobillərin hərəkəti ziyarət başa çatana qədər tam məhdudlaşdırılıb və nəqliyyatın istiqaməti dəyişdirilib. Mərasim iştirakçılarının hərəkətini təhlükəsiz, rahat və fasiləsiz təşkil edilməsi məqsədi ilə bu ərazilər və onlara bitişik diqər küçə və yollarda avtomobillər saxlanmaması xahiş olunur. Həmçinin nəqliyyatdan mümkün qədər az istifadə edilməsi xahiş edilir./ANSPRESS/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 1:00 pm    Mesaj mətni: Bu gün ümumxalq hüzn günüdür Sitatla cavab ver

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsindən 18 il keçir
Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 18-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi. Krasnodar, Kuban, Saratov vilayətlərindən ehtiyyatda olan zabitlər, eləcə də Pskov və Tver desant diviziyaları Azərbaycana yeridildi. Rəsmi Moskva, qoşunlara güya respublikada olmayan stabilliyi yaratmağı əmr etdi. Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikası və xüsusi təyinatlıları Bakıya əsasən Biləcəri, Sabunçu, Qurd qapısından daxil olaraq, sakinlərə qarşı bütün silahlardan istifadə etdi. Bir neçə saat davam edən qırğında 131 nəfər dinc sakin qətlə yetirilib, 250 -dən çox insan yaralanıb.Çoxları 20 yanvar hadisəsini faciə hesab etsə də, əksəriyyət bunu qəhrəmanlıq tariximizin bir səhifəsi kimi qiymətləndirir./ANSPRESS/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 1:03 pm    Mesaj mətni: "Hazarat, bu dil getdikcə dəbdən düşür" Sitatla cavab ver

Bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir

Heç kim vurmayıb, heç kim də yıxılmayıb.
Amma nə qədər qəribə olsa da Azərbaycanda psevdobeynəlmiləlçilərin rus dilinin hüquqları uğrunda genişmiqyaslı müqavimət hərəkatı başlayıb. Əcəba niyə? Görəsən nə olub? Hər şey deyəsən Milli Teleradio Şurasının RTR kanalının yayımını ölkə ərazisində dayandırmaq barədəki qərarından sonra başladı. Əslində ortada təəccüblü bir şey də yox idi. Qapanan Azərbaycanın doğma yayım və media şirkəti deyildi və yəqin ona görə bu qərarı Azərbaycanda söz və mətbuat azadlıqlarının məhdullaşdırılması kimi izah etmək heç kəsin ağlına gəlmədi. Mən bilən beynəlxalq təşkilatların da bu qərarı pisləyən bəyanatı olmadı. Nə Birləşmiş Ştatlar, nə Böyük Britaniya, nə Fransa, nə də kanalın dost-doğma sahibi olan Rusiya Federasiyasının özü rəsmi etiraz nümayiş etdirdi. Axı niyə də edəydi? Hər şey qanun çərçivəsində idi. Əgər Rusiya doğrudan da Azərbaycanda yayımını davam etdirmək qərarında israrlı olsaydı bir tərəf kimi xoş məram nümayiş etdirər, Azərbaycanın rəsmi dövlət kanalını öz ərazisində yayımlamağa imkan yaradar və bununla da məsələ bitərdi. Və əgər Rusiya öz dilinin sahibi kimi bunu etmədisə və ya etməyə lüzum görmədisə Roma Papasından artıq katolik olmağa nə ehtiyac?
Amma varmış… Və bu ehtiyacı qabartmağa bəhanə də tapıldı.

Milli Teleradio Şurasının ölkə telekanallarında Azərbaycan dilinin hakimiyyətə gətirilməsi ilə bağlı göstərdiyi iradə açıq hədəf oldu. Əlbəttə qərar bir az tələsik verilmişdi, ola bilsin ki, bizə bəlli olmayan 'Çto? Qde? Koqda?' kimi incəliklər nəzərə alınmamışdı. Amma qərar bütövlükdə müstəqli dövlətin, onun ana dilinin xeyrinə idi. Bu ölkədə manat əsas tədavül vasitəsidir. Amma valyutadəyişmə məntəqələrində dollar da, avro da var… Axtarsaq rubl da tapa bilərik. Amma indiki halda RTR-in müstəqil Azərbaycan efirində yayımının bərpa olunması tələbi məntiq etibarilə rublun azad hərəkətini tələb etmək kimi bir şeydir. Hər halda mən ayrı məntiq görmürəm. Bəs biz nə istəyirik? Nə vaxta qədər rus dilində olan filmlərə elə rus dilində baxacayıq, Yoxsa dövlət rus dilini ikinci rəsmi dil elan etməlidir. Nə var, nə var, Sabirin sözü olmasın, 'bir neçə rus başdılar, ora-bura dırmaşdılar?' Yox, mənim əzizlərim. Azərbaycan ona görə şəhidlər verib müstəqli dövlət olmayıb ki, onun dil bütövlüyü hansısa dili çatışmazların xətrinə özgələrlə bölüşsün.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 1:04 pm    Mesaj mətni: Hazarat, bu dil getdikcə dəbdən düşür" Sitatla cavab ver

Əlbəttə, Rusiyanın Azərbaycanı uzun müddət istila altında saxlaması öz nəticələrini verib, biz dünyaya uzun müddət bu dilə sarmaşıb boy atmışıq. Dünyada belə hallar həmişə olub və yəqin ki, olacaq da. Elə Hindistanı götürək. Bu gün dünyanın ən böyük dövlətlərindən biri olan Hindistan çoxdan müstəqildir. Amma bu müstəqli dövlətin ən nüfuzlu qəzeti ingilis dilində çıxan 'İndiya today'ir. Azərbaycan da rus dilindən hələ uzun müddət imtina edə bilməyəcək. İstəsə də. Doğrudur, Azərbaycan unikal ölkədir və burada bəzən ləyənlə birlikdə uşağı da çölə atırlar. Amma şükür allaha və dövlətə ki, hələlik son faktla bağlı belə bir hadisə baş verməyib. Azərbaycanda rus dilində danışırlar da, oxuyurlar da. Qəzet də buraxırlar, hələ bir televizyada xəbərlərə də baxırlar.
Mən psevdobeynəlmiləlçi qardaş və bacılarımızın xətrinə dəysəm də deməliyəm ki, hazarat, bu dil getdikcə dəbdən düşür. Çünki hər bir qabarmanın, bir çəkilmə məqamı da var. Və bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir. Bir zamanlar bu dildə danışmağa kimsəni vadar etmirdilər. Bu dili ona görə öyrənirdilər ki, nə vaxtsa lazım olar. İndi ingilis dilini öyrənənənlər kimi. İndi müstəqil Azərbaycanda doğulan uşaqların bəlkə də doxsan faizi bu dili bilmir. İngilis dilini öyrənirlər. Qəribədir, özü də sərbəst yayımda bir ingilis dilli kanal olmadan. Deməli məsələ rus dilində deyil, Rusiyanın özündədir. O gəlmişdi. Dili ilə birgə. Gedir və dilini də özü ilə çəkib aparır.
Bir də söhbət təkcə rus dilindən də getmir axı. Bu gün ANS də daxil olmaqla ölkə telekanalları AZ.TV. istisna olmaqla, türk dilində seriallar, filmlər göstərir. İlin sonunadək bizə vaxt verilib ki, onları da azərbaycancaya çevirək. Ç E V İ R M Ə L İ Y İ K!!! Səmimi deyin, Türkiyədə Azərbaycan dilində danışanlarımızın səsinin üstündə türkcəyə çevrilmiş mətnləri azmı eşitmişik. Bəs bu niyə Türkiyədə etirazla qarşılanmır? Axı biz bir millət iki dövlətik!
Hər bir dövlətin öz maraqları var. PKK-nın Türkiyədə törətdiyi partlayışlar yadınızdadır? Bəs bu hücumlardan sonra Türkiyənin İraqın şimalında apardığı əməliyyatlar necə? İki ayda ABŞ prezidenti ilə dalbadal iki dəfə görüşən Türkiyə rəhbərliyi necə?

İndi Qarabağda şəhid olanlarımızı xatırlayaq? Sizin məntiqlə gərək Türkiyə özünün cənub-şərqində olduğu kimi, bizim də qərbimizdə hansısa bir əməliyyata başlayaydı. Bəs niyə başlamadı? Ona görə ki, biz həm bir millət iki dövlətik, həm də bir millət iki fərqli dövlətik…

Müstəqil.

Azad.

Hər birimizin öz bayrağı, öz borcu və bu borc müqabilində həmişə həbs edilmək təhlükəsi olan öz müstəqil təyyarələrmiz var.
Odur ki, gəlin bir az sakitləşək.
Rus dilini boğaza qoymadan danışmaq əvəzinə, bir az da ana dilimizi çıxaraq. Lap həkimə göstərən kimi, qoy baxsın görək haramızdır xəstə?!

Mir Şahin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 1:05 pm    Mesaj mətni: 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var Sitatla cavab ver

Bu həm də sovet Azərbaycanın öz azadlığı uğrunda qalxdığı ilk ciddi üsyanın yaşıdır

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var. Bu həm də sovet Azərbaycanın öz azadlığı uğrunda qalxdığı ilk ciddi üsyanın yaşıdır. Elə o üsyanın yatırılmasının da bu gün 18 yaşı tamam oldu. Amma elə bil üstündən heç 18 il keçməyib. Elə bil hər şey dünən olub. İnsanların dəstə-dəstə Bakının giriş-çıxışlarında barrikadalar qurduğu da, tonqal başına yığışıb sadədilcəsinə sovet tanklarını, avtomat və pulemyotlarını öz əcəlləri ilə birgə gözləmələri də. Prezident Aparatı qarşısında toplaşan insanları sonadək dayanmağa çağıran şüarlar da. Azadlıq hərəkatının romantik dalğalarında şer demələr də, mahnı oxumalar da…

Bu hadisə heç də sonradan dinc insanların gülləbaran edildiyi bir olay kimi təlqin olunan müti və fağır bir xalqın öz başına öz başını edam kötüyünə qoyması deyildi. Azərbaycan öz azadlığını əldə etmək üçün son döyüşə qalxmışdı.
Silah da var idi, sursat da.
Bu silahlar armaturlar idi, daşlar idi.
Bu silahlar Bakının hansısa zavodunda gizli yolla yığılan primitiv tapançalar idi.
Bu sursatlar kerosinlə doldurulmuş şüşələr idi.
Paytaxtın küçələrini insan seli aparırdı.
O gün küçələrə çıxan, Qurd Qapısından Biləcəyri dairəsinə, 11-ci Qızıl Ordu meydanınadək səpələnən vətəndaşların şəhid olanlarını bu gün günahsız qurbanlar adı ilə xatırlamaq azı insafsızlıq olardı. Bu insanları mən tank üstünə yalın əllə yüyürən görürdüm, kerosin dolu şüşələrə od vurub tankın tırtılları altına atan görürdüm. Tankın üstünə dırmaşaraq yumruqları ilə mexanikin lyükunu döyəcləyən görürdüm. Bu insanlar dinc insanlar deyildilər. Günahsız insanlar deyildilər. Onlar öz hədəflərini dəqiq bilən, babalarımızın fəxrlə ad qoyduqları Ümumittifaq bostanında azadlıq ağacı əkənlər idilər.

1990-cı ilin 20 Yanvarından danışanda biz nədənsə həmişə Qara Yanvar deyirik. Məktəblərdə, müəssisə və zavodlarda keçirilən mərasimlərdə uşaqlara mərsiyələrə söylədir, qara bağladır, boz ağladırıq. Halbuki 18 il qabaq baş vermiş bu hadisə Azərbaycanın müstəqillik tarixində qürur duyulmalı ilk böyük hadisədir və biz bu olayan içindəki ideologiyanın fəlsəfəsini anlamaq əvəzinə, hönkürtüsünü eşidirik. Hətta onu da unuduruq ki, 20 Yanvar şəhidlərinin dinc insanlardan ibarət olduğunu deməkdə o vaxtkı əsas məqsəd SSRİ-ni ittiham etmək, onun nə qədər qaniçən, qəddar rejim olduğunu sübuta yetirməkdi. Xalq 20 Yanvarın təbliğati gücündən istifadə etməklə SSRİ-ni demək olar ki, sındırdı. Bu Milli kamikadzelik idi. Bu böyük bir toplunun özünü nəhəng bir Hərb Maşınına çırpıb tarana getməsiydi. O toplu şəhid oldu. Çırpıldığı maşın isə yanmağa başladı və bir il sonra tam yandı.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Yan. 21, 2008 1:05 pm    Mesaj mətni: 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var Sitatla cavab ver


Bakının 20 Yanvarı təkbaşına Riqanın, Vilnüsun, Tiflisin müqavimət günlərinin bütövlükdə gördüyü işdən artıq iş gördü. 20 Yanvar öz tarixi missiyasının birinci mərhələsində etməli olduqlarını etdi. O gün həlak olanlar dinc insanlar sayılmalıydılar. Silahsız, əliyalın sovet vətəndaşları sayılmalıydılar. Belə sayılmalıydılar ki, Sovet İttifaqının nə qədər vəhşi təbiətə malik olduğu, öz vətəndaşlarını tırtıllar altına ata biləcək qədər qəddar olduğu dünyaya çatsın. Və çatdı. Və bütün bunlar oldu.

Yeri gəlmişkən onu da deyim ki, 20 yanvarçıların günahsız dinc insanlar məzmunu da yarımçıq işləndi. Yəni bütün bunların məntiqi sonu olaraq Sovet rəhbərliyi və ya onların indiki varisləri nə Sovet Azərbaycanından, nə də müstəqli Azərbaycandan üzr istədilər.
20 Yanvarın fəlsəfi məzmununun ikinci və müstəqil Azərbaycanın xeyrinə işləməli olan səhifəsi isə təəssüf ki, hələlik tam açılmayıb. Azərbaycanının Ən Yeni tarixinin ilk istiqlal qurbanlarının təbliğatını sovet şinelindən hələ ki çıxara bilməmişik. Bu gün dövlətimizin ümummilli ideologiyaya hava və su kimi ehtiyacı olduğu bir vaxtda, başqa postsovet respublikaları öz müstəqillik tarixlərini ən azı dissident ədəbiyyatları səviyyəsində qazıyıb çıxarmağa məşğul olarkən biz olan gerçək tariximizi belə mövcud mahiyyətində ortaya çıxarmırıq. Hüseyn Cavid kimi, Mikayıl Müşfiq kimi, Əhməd Cavad kimi dissidentlərimizi günahsız qurbanlar adlandırdığımız tək 20 yanvarçılarımıza da belə yanaşır, onların antisovet təmayülünü etiraf etməkdən sanki qorxuruq. Görəsən niyə və kimdən? Axı indi daha şükür allaha başımız üstündə Moskva yoxdur.
O zamanlar bu insanlar üçün qəbir qazırdıq.
Sonradan bu qəbirlərin kökü Qarabağda qazılan səngərlərə gedib çıxdı.
Bu gün biz etiraf etsək də, etməsək də müstəqil Azərbaycanın, inkişaf etməkdə olan dövlətimizin inşa edilən hər bir binasının bünövrəsində həmin məzar qazmalarından nəsə var. Sözümü qəribçiliyə salmayın. Dediyim odur ki, biz müstəqil və iqtisadi inkişaf tempinə görə dünyada birinci yerdə gedən Azərbaycanı Şəhidlərimizin məzarları üstündə tikirik. Etiraf etməyi bacarmaq lazımdır. Bu etiraf isə həm də Şəhidlərimizi Müstəqil Azərbaycanın ilk antisovetləri, Milli azadlıq uğrunda ayağa qalxan xalqımızın ilk döyüşçüləri kimi tanımaqdan keçir. Belə olmazsa, həmişə onları cəmi bircə dəfə yad edəcəyik. Yalnız 20 yanvarda. Amma onlar hər gün yad edilməyə layiqdir. Yad edilməyə. Özgə edilməyə yox.

Mir Şahin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3 ... , 9, 10, 11  Sonrakı
10 səhifə (Cəmi 11 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан