Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - İlham Əliyev Sankt-Peterburqdadır
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər

Yeni mövzu aç   Cavab göndər
İlham Əliyev Sankt-Peterburqdadır
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 469

15375.5 Xal

MesajGöndərilib: ç.a. Yan. 08, 2008 7:46 pm    Mesaj mətni: İlham Əliyev Sankt-Peterburqdadır Sitatla cavab ver


İlham Əliyev Sankt-Peterburqdadır



Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü 11-ci Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində reallaşacaq.
Ölkə başçısı İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb. Toplantı çərçivəsində İlham Əliyev Ermənistan prezidenti Robert Koçaryan ilə də görüşəcək.

APA-nın məlumatına görə, Prezidenti səfərdə müşayiət edəcək nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev daxildir. Sankt-Peterburqda XI Beynəlxalq İqtisadi Foruma da qatılacaq Azərbaycan nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin tərəfindən “Qlobal enerji” mükafatının təntənəli təqdimetmə mərasimində, onun xarici şirkətlərlə görüşündə, eləcə də innovasiya nailiyyətləri, sənaye dizaynı, regional investisiya layihələri və s. sərgilərdə iştirak edəcəklər. Sabah isə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək (bəzi media orqanları isə bu görüşün bu gün keçiriləcəyini bildirirlər). Danışıqlarda iştirak edəcək ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Sankt-Peterburqa gələcəklər.
”ANSPRESS”in məlumatına görə isə, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü 11-ci Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində reallaşacaq. Forumun birinci hissəsi artıq bu gündən öz işinə başlayıb. Tədbirdə dünyanın 60 ölkəsinin siyasi və biznes dairələrini təmsil edən 5 mindən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir. Toplantının birinci hissəsində Rusiya iqtisadiyyatının 2020-ci ilə qədərki inkişaf perspektivləri, ikinci hissədə isə dünyanın siyasi xəritəsindəki geopolitik dəyişikliklər müzakirə olunacaq. Forumun ikinci hissəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Koçaryan da iştirak edəcək. Tədbir çərçivəsində prezidentlərin görüşü nəzərdə tutulub. Sabah isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək. Lakin görüşün gündəliyi açıqlanmayıb. MDB İcraiyyə Komitəsinin departament rəisi Vladimir Buyanovun sözlərinə görə, görüş Rusiya prezidenti Vladimir Putinin MDB-dəki həmkarlarına göndərdiyi dəvət məktubu əsasında baş tutacaq. Qurumun icraçı katibi Valadimir Ruşaylo isə bildirib ki, görüşün əvvəlcədən hazırlanmış konkret gündəliyi yoxdur və prezidentlər istənilən məsələni müzakirə edə bilərlər. Təbii ki, diqqət mərkəzində MDB məkanında həll olunmamış münaqişələr olacaq. Bununla belə məlumata görə, zirvə görüşündə prezidentlərin müzakirəsinə MDB-nin gələcək inkişafı konsepsiyası təqdim olunacaq. Sənəd xarici işlər nazirlərinin müavinlərindən ibarət xüsusi dövlətlərarası komissiya tərəfindən hazırlanıb və onun üzərində işlər mayın 29-da başa çatıb. Eyni zamanda qeyri-formal görüşün əvvəlkilərdən bir o qədər fərqlənməyəcəyi bildirlib. İlkin məlumatlara görə, qeyri-formal görüşün əsas müzakirə mövzusu MDB-dəki islahatlar, eləcə də miqrasiya, energetika və nəqliyyat xidməti kimi məslələr olacaq.

_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан