Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - halal ve haram
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Mənəviyyat

Yeni mövzu aç   Cavab göndər
halal ve haram
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
vusal_21
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Mar 14, 2007
Mesajlar: 677
Şəhər/ölkə: baki
14874.2 Xal

MesajGöndərilib: C.a. Yan. 10, 2008 12:16 pm    Mesaj mətni: halal ve haram Sitatla cavab ver


Halal:

Halal – lüğətdə düyünü açmaq, yükü endirmək, borcu ödəmək və ağırlıqdan qurtulmaq mənalarına gəlir. Terminoloji mənası isə işlənməsi icazə verilən bütün əməllər və yeyilib içilməsində günah və ya savab olmayan nemətlər deməkdir.

Quran-i Kərimdə bu kəlimə müxtəlif ayətlərdə keçməkdədir. Bir neçə misal :

1. Taha surəsi 25-28 ayətlərdə keçən: (Musa) dedi ki: “Rəbbim, mənim könlümə genişlik ver. İşimi asanlaşdır. Dilimdən bu düyünü aç ki, sözümü yaxşı anlasınlar.”

2. Tahrim surəsi 2-ci ayətdə “Allah andlarınızın (kəffarət) açılmasını sizə fərz qılmışdır. Allah sizin vəlinizdir. Hikmət və hökm sahibidir.



Haram:

Haram – harama kökündən törəmiş, hörmət və möhtərəm sözləri də bu kəlimədən yaranmışdır. Terminoloji mənası isə səbəb nə olursa olsun, işlənməsi qadağan olunan şeydir. Qəti surətdə işlənməsi qadağan olunanın haramlığına əsas şərt Quran-i Kərim və Həz. Peyğəmbərin (s.ə.s) hədisləridir. Quran-i Kərimdə bu şərt bariz şəkildə açıqlanır: “Dilləriniz yalan yerə bu halaldır, bu haramdır deməsin. Çünki Allaha qarşı yalan danışmış olarsınız. Allaha yalan danışanlar isə şübhə yox ki, qurtula bilməzlər.” Bir kimsənin hər hansı bir şeydən yoxsun olmasına, məhrumiyyət deyilir. Həcc və ümrə ibadəti əsnasında geyilən xüsusi qiyafətə ehram deyilir. Ehram - ayaqlar altına düşməyən bir hörmətə girdi - mənasını verir. İnsan yer üzündə Allah Təalanın xəlifəsi olduğu üçün hörmət sahibi varlıqdır. Bu səbəblə insan öldürmək və haqsız yerə hər hansı üzvünə zərər yetirmək haramdır, qadağandır. Möhtərəm, toxunulmaz mənasına ən birinci nümunə Kəbənin yerləşdiyi Məscidül Haramdır.

İnsanların işləyəcəkləri əməllər üzrə haram iki yerə ayrılmışdır:

1. Haram liaynihi – Zatı ilə haram olan yasaqlar. İnsanların can, mal, nəsil, ağıl və din əmniyətini pozan əməllər zatı ilə haram olan əməllərə daxildir; Adam öldürmək, oğurluq etmək, şərab içmək, donuz əti yemək, zina etmək, mömün və evli qadınlara zina iftirasını etmək kimi əməllər bu kateqoriyaya daxildir.

2. Haram liqayrihi – Zatı ilə deyil, hər hansı bir səbəbə görə haram adlanan əməllər daxildir: alma yemək haram deyildir, ancaq bir başqasının baxçasından sahibinin icazəsi olmadan almanı yemək haramdır.

Yer üzərində yaşayan bütün insanlar üçün “müştərək halallar” və “müştərək haramlar” vardır. Bir şeyin halal və haram olmasının tək ölçüsü vəhydir. Məşhur alim İbn-i Abidin deyir ki: “ Heç bir şey ağıl ilə haram olmaz. Yəni bir şeyin haram olduğuna ağıl hökm verə bilməz. Bu hökm ancaq Allaha məxsusdur. Bir şeyin gözəl və ya çirkin olduğunun isbatı şəriətdir. Ağıl isə, gözəllik vəya çirkinliyi dərk etmək üçün vasitədir.”

Quran-i Kərim “Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz və gözəl şeyləri haram etməyin. Həddi aşmayın. Çünki Allah həddi aşanları sevməz” hökmü ilə bəyan etmişdir. İbn-i Abbas buyurur ki, haramı halal etmək nə qədər təhlükəlidirsə, halalın haram olması da eyni dərəcə təhlükəlidir.

Halala ifrat dərəcədə məhəbbət edən Quran-i Kərim və hədislərdə “mütrəfun” adlanan qrupdan söz edilir. Onlar yemə içmələrində, davranışlarında aşırı lyuks yaşayan insanlardır. Allah bir bölgəni həlak etmək istədikdə o bölgənin qədərinə həmin mütrəfun deyilən insanları hakim qılar. Beləliklə, yemək və içməyi özlərinə həyat məqsədi etmiş insanlar İlahi təhdidə səbəb təşkil etmiş olurlar.

Eyni zamanda bu cür maddiyyata bağlı insanların haqpərəst olmaları da çox çətindir. Çünki insan “heyvaniyyətdən çıx, cismaniyyəti burax, qəlb və ruhun yüksək dərəcələrinə qalx” məntiqi ilə hərəkət edərsə haqpərəst ola bilər.

Bu etibarla mübahlardan, halallardan ifrat dərəcədə faydalanma qayəsində olan insan bir növ təhlükə ilə qarşı qarşıyadır. Rahat bir həyatda insanın ayağının sürüçəcəyi ehtimalı daha çoxdur. Budur ki, haramı halal etmək nə dərəcə ağır cinayətdirsə, halaldan da ifrat dərəcədə istifadə etmək insanı fani dünya həyatında bataqlığa sürükləyən amildir.
_________________
<a>Image Hosting by Picoodle.com</a>




belenmis bu omur esqin qehrine

bir anliq nur uzlu yar gelmis idi

inandim o uca sevgi ehdine

baxdim zirvesine qar gelmis idi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər AIM ünvanı Yahoo
isi-85
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 18, 2007
Mesajlar: 128
Şəhər/ölkə: BAKI / AZERBAYCAN
4722.3 Xal

MesajGöndərilib: C. Yan. 11, 2008 1:22 am    Mesaj mətni: Sitatla cavab ver

afərin afərin afərin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sahin26
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 17, 2007
Mesajlar: 172
Şəhər/ölkə: İSTANBUL
6045.3 Xal

MesajGöndərilib: C. Yan. 11, 2008 1:44 am    Mesaj mətni: Sitatla cavab ver

EMEĞİNE SAĞLIK ARKADAŞIM BİLGİLENDİRMEN İÇİN.ALLAHA EMANET OL.
O gün herkes kendi nefsi adına mücadele eder ve herkese yaptığının karşığı eksiksiz olarak ödenir. Onlar zulme uğratılmazlar.
(Nahl Suresi, 111)
[URL=http://imageshack.us]
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

[/URL]
[URL=http://imageshack.us]
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

[/URL]
[URL=http://imageshack.us]
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

[/
_________________
-Geçme namert köprüsünden, ko götürsün su seni. Yatma tilki gölgesinde ko yesin aslan seni

-Kör için altında birdir camda.
Sana bakan kör ise kendini camdan sanma
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: C. Yan. 11, 2008 10:09 pm    Mesaj mətni: Sitatla cavab ver

Allah bizi səhv əməllərdən, haram işlərdən çəkindirsin, doğru yola çəksin, halal olana qaçaq, cəhənnəm əzabından bizi xilas etsin, cənnətin qapısını üzümüzə açıq tutsun Dua .
Çoxsağol Vüsal..
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
vusal_21
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Mar 14, 2007
Mesajlar: 677
Şəhər/ölkə: baki
14874.2 Xal

MesajGöndərilib: C. Yan. 11, 2008 10:37 pm    Mesaj mətni: Sitatla cavab ver

amin anel. ins Allah hamimizin gunahlarini bagislayar bizleri seVdiyi bendelerinden eder AMİNNNNNNNNN
_________________
<a>Image Hosting by Picoodle.com</a>




belenmis bu omur esqin qehrine

bir anliq nur uzlu yar gelmis idi

inandim o uca sevgi ehdine

baxdim zirvesine qar gelmis idi
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər AIM ünvanı Yahoo
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: C. Yan. 11, 2008 10:52 pm    Mesaj mətni: Sitatla cavab ver

vusal_21 yazıb:
amin anel. ins Allah hamimizin gunahlarini bagislayar bizleri seVdiyi bendelerinden eder AMİNNNNNNNNN

Dua Amin..
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 252

10000.4 Xal

MesajGöndərilib: Ş. Yan. 12, 2008 1:53 am    Mesaj mətni: Sitatla cavab ver



Bağışlayan Allahın adıyla
salam qardaş-bacılar
Allah sizlərdən razı olsun ki, xeyirli işlərlə maşqulsunuz!


[b]QURANDA olan halal hakkında bir qisim

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.
2:187Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.
2:228Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.
2:229Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.
2:230Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.
2:275Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: "Alış-veriş də sələmçilik kimidir!"– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
3:50Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
3:93Tövrat nazil olmamışdan əvvəl İsrailin ancaq özü özünə haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail oğullarına halal idi. De: "Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!"
4:3Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq etməməyə daha yaxındır.
4:4Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!
4:19Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.
4:24Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
4:160Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik. Həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,
5:1Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. Haram edildiyi sizə bildiriləcək heyvanlar və ihramda olarkən ovladığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.
5:2Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
5:4Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: "Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ova göndərərkən onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir".
5:5Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar.
5:87Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.
5:88Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!
5:96Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun![/b]
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Mənəviyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан