 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 267
10347.0 Xal
|
Göndərilib: C. Fev. 01, 2008 6:56 pm Mesaj mətni: MOLLA NƏSRƏDDİN jurnalı |
|
|
Molla Nəsrəddin jurnalıda belə bir ədiblərin səylərinin bəhrəsidir ki, toxunulmuş hər bir satirik oçerk, şer, hekayə və s. bu gündə həyatımızda canlanır.
Molla Nəsrəddin, Azərbaycanın ilk satirik jurnalı.
"Molla Nəsrəddin"in birinci sayı 07.04.1906-ci ildə Tbilisidə çapdan çıxıb. 1906 - 1918-ci illərdə Tbilisidə, 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tbilisidə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: C. Fev. 01, 2008 8:03 pm Mesaj mətni: |
|
|
Sağolun, çox yaxşı bir mövzuya toxunmusunuz. Mən də istəyirəm bir az əlavə edəm ..
Xalqın jurnalı olan "Molla Nəsrəddin" - "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" kimi sadə dillə, daha doğrusu, müraciətlə nəşr edilirdi. Xalqın jurnalı dedim, çünki, bu jurnal xalqın əzab-əziyyətini, dərdlərini işıq üzünə çıxardan, yalnız doğrunu yazan, xalqın tərəqqisi və oyanışı məqsədilə buraxılan satirik jurnal idi. Bu jurnal xalq üçün açıq-aydın, oxunuşu rahat bir tərzdə yazılırdı ki, bu səbəblərə görə jurnal tezliklə yayıldı və məşhurlaşdı. Felyetonlar, atmacalar, lətifələr, yumorlar, illstrasiyalar, karikaturalar jurnalda əsas yer tuturdu.
Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoq və publisist olan Ömər Faiq Nemanzadə 1905-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsini alaraq, 1 ildən sonra bumətbəədə "Molla Nəsrəddin" jurnalının nəşrinə başlayırlar. Ömər Faiq Nemanzadə Bu jurnalda "Ümidvar", "Lağlağı", "Mozalan" imzaları ilə öz məqalələrini nəşr etdirirdi. Onun əsas məqalələri:
"Dərdimiz və dərmanımız", "Dilimiz və imlamız", "Nə üçün haqqımızı istəmirik?", "Məzlum ən böyük zalımdır".
İstərdim bu jurnal və onun üzvləri barədə çox yazam, amma inşallah başqa vaxt, indi getməliyəm , üzrlü hesab edin. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 267
10347.0 Xal
|
Göndərilib: C. Fev. 01, 2008 8:09 pm Mesaj mətni: Re: MOLLA NƏSRƏDDİN jurnalı |
|
|
| Anel yazıb: |
Çoxsağolun ki, siz də bu bölmədə bizə qoşulub, Molla Nəsrəddin jurnalı haqqında yazdınız . Siz hər zaman ədəbiyyat mövzusunda bildiyinizi, istədiyinizi yazın, biz də oxuyaq və icazənizlə bizdə bildiklərimizdən əlavə edək. |
icazə sizindir...
Dövrün ən maraqli mətbuat orqani "Molla Nəsrəddin" jurnalı idi.Həftədə bir dəfə nəsr olunan bu jurnal rəngli və səkilli satira jurnalı idi.Onun səhifələrində ictimai bəlaların tənqid və ifsasi əsas yer tuturdu.Hər sayi 8 səhifə olan jurnalda rəngli karikaturalar genis yer verilirdi.Nasirlər cəmiyyətindəki kəsirləri açib göstərməklə doğma xalqin ictimai-siyasi süurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcil, mədəni xalqlari sırasina çixarmaq istəyirdilər.
"Molla Nəsrəddin" jurnalının ilk sayi 1906-ci il noyabr ayının 7-də Tiflisdə çixmisdir.Bu sayin üz səhifəsində verilən səkildə möhkəm yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur.Sərqin müdrik agsaqqali Molla Nəsrəddin onların yanında durub yatanlari oyatmaq istəyir.Sayin ikinci səhifəsini "Sizi deyib gəlmisəm" məqaləsi bəzəyir.Sonraki səhifələrdə satirik xabarlar, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan bəlasi" felyetonu və dörd karikaturə çap olunmusdur.
Müəyyən fasilələrlə 25 il nəsr olunan (Tiflisdə, Təbrizdə və Bakıda) "Molla Nəsrəddin" jurnalının gülüs-tənqid hədəfi çox idi: sərq istibdadi, müsəlman ətaləti və geriliyi, avamliq, maarifsizlik, təriqətçilik, müstəmləkəçilik və s. Bütün bu naqislikləri məhvedici gülüsün hədəfinə çevirmək üçün jurnalın əməkdaslari müxtəlif bədii formalardan-satirik hekayə, felyeton, şer və məqalələrdən istifadə edirdilər.Bunlardan başqa jurnalın səhifələrində gülməli xəbərlər, məktublar, elanlar, atalar sözləri, məsəllər, atmacalar genis yer tuturdu.
Səhifələrində beynəlxalq hadisələrə, imperialist dövlətlərin müstəmləkəçilik siyasətinin tənqidinə, Sərq xalqlarının azadlıq ugrunda mübarizəsində genis yer verən "Molla Nəsrəddin" jurnalının söhrəti Rusiyanın, Qafqazin, Orta Asiyanın hər yerinə yayilmis, türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafinda əhəmiyyətli rol oynamisdir.Jurnal Iran, Türkiyə, Misir, Hindistan, Mərakes kimi ölkələrə də yayilaraq, oradaki xalqların sosial-mədəni tərəqqisinə xeyirli təsir göstərmişdir.
Dünya söhrəti qazanmis "Molla Nəsrəddin" jurnalının müdiri və bas redaktoru Cəlil Məmmədquluzadə, onun ən yaxın köməkçisi və məsləkdasi Ömər Faiq Nemanzadə idi.jurnalın ilk saylarını onlar birlikdə hazirlamisdilar.Az sonra jurnala görkəmli Yazıçılar dəstəsi cəlb olunmusdu: Mirzə ələkbər Sabir, əli Nəzmi, əliqulu Qəmküsar, Mirzəli Möcüz, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi və b.Bu sənətkarların fəaliyyəti nəticəsində Azərbaycan ədəbiyyatında mollanəsrəddinçilər adlanan yeni bir ədəbi məktəb formalaşmişdir.
"Molla Nəsrəddin"in ikinci redaktoru sayilan Ömər Faiq Nemanzadə (1872-1941) Istanbulda təhsil almis, cavanlığında inqilabçilarla əlaqə saxladığına görə iki dəfə həbs edilmisdir.XX əsrin əvvəllərində "Sərqi-Rus" qəzetinin redaksiyasında işləyərkən o, C.Məmmədquluzadə ilə tanış olmuş, tezliklə bu tanışliq səmimi dostluğa çevrilmişdir.Ömər Faiq C.Məmmədquluzadə ilə birlikdə "Qeyrət" mətbəəsini açmış, sonra da "Mola Nəsrəddin" jurnalını çap etmişlər.
Ictmai tərəqqi yolunu maarif və mətbuatin inkişafinda görən Ömər Faiq "Molla Nəsrəddin" jurnalının saylarının hazirlarmasinda, rəsmlərin çəkilməsində, mətbəə çətinliklərində areadan qaldirilmasinda, jurnalın maddi cəhətdən yaşadılmasında yorulmadan çalisirdi.Eyni zamanda "Irsad", "Tərəqqi", "Açiq söz" qəzetləri ilə əməkdasliq edən jurnalıst "Dərdimiz və dərmanimiz", "Dilimiz və imlamiz", "Alinan azadlığı nə cür saxlamaliə", "Agaci qurd içindən yeyər" məqalələrində Azərbaycan ziyalıların düşündürən problemlərindən bəhs edirdi.
"Molla Nəsrəddin" jurnalının müəllifləri içirəsində əli Nəzmi (1878-1946) və Əliqulu Qəmküsarın (1880-1919) da xüsusi mövqeyi vardir.yaradıcılıqlarında M.Ə.Sabirin poetik yolunu davam etdirən bu şairlər öz əsərlərində tənqid və ifsaya genis yer verir, Iran inqilabını, azadlıq hərəkatını pozan mürtəce qüvvələri kəskin satira hədəfinə çevirirdilər."Səhneyi-Irandan bir pərdə", "Məsrutə", "Iranlıdır" şerlərində Əli Nəzmi Təbriz inqilabçılarını məhəbbətlə təsvir edir, xarici imperialistlərin xalq hərəkatını boğmaq cəhdlərini nifrətlə pisləyirdi.
əliqulu Qəmküsar jurnalın fəal yazarlarından olmaqla bərabər onun nəsrində də yaxından iştirak edirdi.1913-14-cü illərdə o, jurnalın məsul redaktoru olmuş, məcmuənin hazirlanmasinda C.Məmmədquluzadə ilə çiyin-çiyinə çalışmışdir.Əsərlərində M.Ə.Sabir ənənələrini davam şair "Iranlilar", "Ey Məmdəli", "Bizə nəə" şerlərində bir tərəfdən Irandaki azadlıq hərəkatından, xalqin göstərdiyi rəsadətdən, rusiyadakı burjua-demokratik inqilabından danisir, ikinci tərəfdən milli azadlıq hərəkatına xəyanət edənləri lənətləyirdi.
"Molla Nəsrəddin"in Cənubi Azərbaycanda ən fəal müəllifi Mirzəli Möcüz (1873-1934) olmuşdur.Ilk təhsilini mollaxanada alan, gəncliyində maddi ehtiyac üzündən bir müddət Istanbulda yaşayıb ticarətlə məşğul olan şair vətənə qayıtdıqdan sonra mətbuatı, M.Ə.Sabirin əsərlərini oxuyub öyrənmis, "Molla Nəsrəddin" ədəbi məktəbinin ənənələrini davam etdirmişdir.Onun şerlərində fanatizm, cəhalət, yerli agalarin qudurganlığı tənqid edilir."Ey vilhelm", "Prussiya sahi" satiralarında isə beynəlxalq imperializm cinayətləri pislənir.
Möcüzün şerlərində forma yeniliyi də nəzərə çarpir.şair klassik lirikanın qəzəl, qitə, məsnəvi və b. janrlarında yeni satirik məzmun ifadə edir.əsərlərinin çoxu birinci şəxsin dilindən söylənir.Onun şerlərində məktublaşma, dialoq və xitabnamələr (bir şəxsə müraciətlə yazılmış şer) də təsadüf olunur.
Düzəldin: Secde, son düzəliş: C.a. Fev. 07, 2008 12:38 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: çər. Fev. 06, 2008 9:55 pm Mesaj mətni: |
|
|
Tanınmış bəstəkar və publisistlərdən biri Üzeyir Hacıbəyov da "Molla Nəsrəddin" jurnalının üzvlərindən biri olub. Çoxumuz Hacıbəyovu bəstəkar kimi tanıyırıq amma, bilmək lazımdır ki, o da tələbəlik ilərində şer yazırdı. Dostları onu müsəlman şairi adlandırırdılar. O sırf Molla Nəsrəddin jurnalında yazmırdı. O hələ tələbə ikən "Şərqi-Rus" qəzetinə kiçik məqalələr göndərirdi. Onun əsl jurnalistlik fəailiyyəti isə "Həyat" və "İrşad" qəzetləri ilə bağlıdır. Bu qəzetlərdə Hacıbəyov, Ordan-burdan başlığı altında "Filankəs" imzası ilə satirik felyetonlar dərc etdirirdi.
Nə isə, deyəsən Üzeyir Hacıbəyovun Molla Nəsrəddin jurnalında fəaliyyəti haqqında yazmaq məqsədilə digər qəzetlərə də toxundum . _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B. Mar. 30, 2008 12:04 am Mesaj mətni: |
|
|
"Molla Nəsrəddin"in təsiri nəticəsində Bakıda nəşr olunmağa başlayan illüstrasiyalı jurnallardan bəziləri:
"Bəhlul" (1907),
"Zənbur" (1909),
"Arı" (1910),
"Mirat" (1911),
"Baraban" (1912),
"Kəlniyyat" (1912),
"Lək-lək" (1914),
"Tuti" (1914),
"Məzəli" (1914),
"Babayi-Əmir" (1915),
"Şeypur" (1918),
"Tartan-partan" (1918),
"Məşəl" (1919). _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 845 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27553.8 Xal
|
Göndərilib: B. Mar. 30, 2008 12:08 am Mesaj mətni: |
|
|
Yazıçı Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının naşiri, baş redaktoru
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Molla Nəsrəddin jurnalının ilk nömrəsi
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
_________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|