vusal_21 Fəal İstifadəçi


Daxil ol: Mar 14, 2007 Mesajlar: 667 Şəhər/ölkə: baki 14786.0 Xal
|
Göndərilib: ç.a. Mar. 04, 2008 11:22 pm Mesaj mətni: BİR VAXTLAR VENERA, YER KÜRƏSİ KİMİ İDİ |
|
|
Oksford Universiteti elm adamları Nature (Təbiət) jurnalında dərc etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar.
Bir Avropa kosmos gəmisindən alınan məlumata görə Venera planeti, Yer kürəsinə indiyə qədər təxmin olunandan daha çox oxşayır. Planetin milyonlarla il əvvəl atmosfer və yaşayış əlverişliliyi baxımından Yer kürəsinin bu günkü vəziyyətini nəzərə aldıqda demək olar ki, “ekiz” kimi olduqları ifadə olunur. Ancaq qazların təsiri, atmosfer eroziyası, solar radiasiya və planetin fırlanmasının yavaş olması nəticəsində Veneranın Yer kürəsindən fərqli inkişaf yolu keçdiyi izah edilir.
Bu gün Venerada su yoxdur və temperatur qurşunu əridəcək qədər yüksəkdir. Planetdə tez-tez tayfun şiddətində küləklərə və şimşəklərə rast gəlinir.
Oksford Universiteti Fizika Kafedrasından Professor Fred Teylor, əldə etdikləri məlumatların VIRTIS adlı bir spektometr tərəfindən təmin olunduğunu söylədi.
VIRTIS-dən gələn şəkillər, Veneranın ekvatoru yaxınlığındakı hava cərəyanının şiddətli, qütblərə doğru da yumşaq olduğunu göstərir. Planetin səthində 50-55 km hündürlükdə də buluda oxşar hadisələr müşahidə olunur.
Nature jurnalında dərc olunan araşdırma məqaləsinə görə, elm adamları Venera planetində şimşək çaxdığına dair ilk dəqiq hesablamalar apardı. _________________ <a> </a>
belenmis bu omur esqin qehrine
bir anliq nur uzlu yar gelmis idi
inandim o uca sevgi ehdine
baxdim zirvesine qar gelmis idi |
|