Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 243
9795.0 Xal
|
Göndərilib: ç.a. Apr. 22, 2008 6:30 pm Mesaj mətni: Falçı və ya Falçılıq.Buna kim inanır? |
|
|
SEHRİN TƏRİFİ.
Sehr - sehrkarla şeytan arasında sehrkarın ona etdiyi kömək müqabilində bəzi haram, yaxud şir əməlləri etməsi və şeytanın ondan tələb etdiyi şeylərdə şeytana itaət etməsidir.
"SEHR" SÖZÜNÜN LÜĞƏTİ VƏ ŞƏR`İ MƏNASI.
Lüğəti mənada sehr sözünün kökü bir şeyi öz həqiqətindən başqa səmtə meyl etdirməkdir (əyməkdir).
(Lisan-əl-Ərəb, 4/348)
İbn Qüdamə əl Məqdisi (Allah ona rəhmət eləsin!) demişdir:"O (sehr) elə bir düşüyn, ovsun, seyilən və ya yazılan bir söz və yaxud əməldir ki, sehrə salınmış adamın bədəninə, qəlbinə və ya ağlına dolayısı ilə təsir göstərir. Onun öz həqiqəti var (Onun təsir etdiyi doğrudur). Elə növü vardır ki, insanı öldürür, eləsi var ki, xəstələndirir, eləsi var ki, kişini arvadından eləyir, onunla cinsi əlaqəyə girməsinə mane olur, eləsi var, qadınla kişi arasına ayrılıq salır, eləsi də var, onlardan birində digərinə qarşı nifrət yaradır."
("Əl-Müğni" (Mənəvi zənginlik) 10/104)
İbn əl-Qeyyim əl Cövziyyə (Allah ona rəhmət eləsin!) demişdir:"O, pis ruhların təsirlərindən və təbii qüvvələrin təsirlərindən həyacana gəlməsindən quraşdırılmışdır"
("Zad əl-Məad" (Axirət ruzisi) 4/126)
SEHR BARƏDƏ QURAN AYƏLƏRİ.
Uca Allah buyurur:
"(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!"
(Quran, Bəqərə, 102)
"Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!” "
(Quran, Yunus, 77)
"Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!” "
(Quran, Yunus, 81-82)
"Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin).
Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən!
Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” "
(Quran, Taha, 67-69)
" Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.
Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.
(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.
Onlar (hamı birlikdə) səcdəyə qapanıb
Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -
Musanın və Harunun Rəbbinə!” "
(Quran, Əraf, 117-122)
"(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Və bir də paxıllığı tutanda paxılın şərindən!” "
(Quran, Fələq, 1-5)
Hafiz ibn Kəsir (Allah ona rəhmət etsin) öz təfsirində demişdir:""Düyünlərə üfürənləri şərindən" ayəsi haqqında Mücahid, Əkrəmə, Həsən əl-Bəsri, Qatadə və əz-Zəhhak demişlər ki, burada sehrkarlar nəzərdə tutulur."
(Təfsir ibnKəsir, 4/573)
İslam dinindən azacıq da xəbəri olan hər kəs bilir ki, Quranda sehr və sehrkarlar haqqında bir çox ayələr var, lakin bu ayələr heç də sehrin icazəli əməl olduğuna dəlil deyil. Əksinə, bu əməlin haram olduğunu göstərir.
ARDI VAR... |
|