Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 243
9795.0 Xal
|
Göndərilib: Ş. May 03, 2008 4:35 am Mesaj mətni: Imanın fayda və səmərələri |
|
|
İmanın faydaları və səmərələri
Səhih və səmimi bir imanın həm dünya həyatında həm də axirət həyatında faydaları və səmərələri vardır. Bunlardan bəzilərini sizlərə təqdim edirik:
1. İman əhli Allahın dostluğuna nail olan bəxtiyarlardır. Allah təala buyurur: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!» . (əl-Bəqərə, 257)
2. İman əhli gözəl bir həyatın səadətini yaşayırlar. Allah təala buyurur: "Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)» . (ən-Nəhl, 97)
3. İman əhlini Allah da sevir, möminlər də sevir. Allah təala buyurur: "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)» . (Məryəm, 96)
4. İman əhlini Allah qoruyur. "Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!╩ . (əl-Həcc, 38)
5. İman əhli üçün dünya və axirətdə müjdələr var. "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!╩ . (Yunus, 62-64) |
|