Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Dahilərimiz

Yeni mövzu aç   Cavab göndər
Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1552

30795.3 Xal

MesajGöndərilib: ç.a. Noy. 06, 2007 3:59 am    Mesaj mətni: Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov Sitatla cavab ver


Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Azərbaycan xalqının görkəmli oğlu, sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti adlandırılmış, kosmik raket texnikası üzrə işlərin təşkilatçısı, Dövlət Pilotlu Kosmik Uçuşlar Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov Sovet və dünya kosmonavtikasının inkişafına misilsiz töhfə vermişdir. 1917-ci ilin noyabrında Bakıda, mühəndis-texnoloq ailəsində doğulub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirib, Dzerjinski adına Artilleriya Akademiyasına daxil olub, burada təhsilini başa çatdırdıqdan sonra məşhur "Katyuşa" reaktiv mərmiləri buraxan Qvardiya minomyot hissələri baş idarəsinə hərbi xidmətə göndərilib. Faşizm üzərində qələbədən sonra da orduda qalıb. Onu Müdafiə Nazirliyinin mərkəzi aparatında işə götürüblər. K.Kərimov burada 20 il ərzində böyük mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisinədək müxtəlif vəzifələrdə çalışıb. Müdafiə Nazirliyi sifarişçi idarənin rəisi işləyərkən Dövlət Sınaq Uçuşları Komissiyalarının sədri təyin olunub, 1965-ci ildə raket texnikası və kosmik texnika yaradılması ilə məşğul olan Ümumi Maşınqayırma Nazirliyində Baş Kosmik İdarəyə rəhbərlik edib. Elə həmin il Sergey Korolyovun zəmanəti ilə Dövlət Pilotlu Uçuşlar Komissiyasının sədri vəzifəsinə təyin olunub. İndiki Uçuşları İdarəetmə Mərkəzinin rəsmi nümayəndəsi Valeri Lındinin dediyi kimi, ömrünün yarım əsrdən çoxunu raket texnikasına həsr edən Kərim Kərimovun iştirakı olmasaydı, Rusiya kosmosun öyrənilməsində belə yüksək zirvələr fəth edə bilməzdi. Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzu təqdim edilməklə, ikinci dəfə Lenin ordeni ilə təltif olunub. Moskvada qeyd olunmuş 85 illiyi ilə əlaqədar Kərim Kərimovu Azərbaycanın sabiq prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin də ürəkdən təbrik etmişdilər. Görkəmli soydaşımız 2003 cü ilde Moskvada vəfat etmişdir. Qebri nurla dolsun.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Dahilərimiz Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан