Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Guney azərbaycandan quzeyə səlam
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Azərbaycan

Yeni mövzu aç   Cavab göndər
Guney azərbaycandan quzeyə səlam
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
beyqud
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jul 18, 2007
Mesajlar: 17
Şəhər/ölkə: guneyazerbaycan-beyqud
866.4 Xal

MesajGöndərilib: C. İyul 20, 2007 11:36 pm    Mesaj mətni: Guney azərbaycandan quzeyə səlam Sitatla cavab ver

Guney azərbaycandan quzeyə səlam
Quzeyli baci-qardaşlarima itthaf

Guneydən quzeyə səlam gətirmişəm
Təbrizdən bakıya səlam gətirmişəm
Ərdəbildən,marağadan,zəngandan
Nəxcəvana,lənkərana,zəngilana
Örmudan,sulduzdan,qöşaçaydan
Sumqatyita,qəfqazilan gənciyə
Bollu səlamım var mənim həpisinə
Butun azərbaycan, guney-quzeyə
Qaradağdan Qarabağa
"Şəhriyar"dan "bəxtiyar"a
"Kərimi"dən "suleyman"a
Bollu səlam gətirmişəm
Ana yurdum "Bəyqurd"dan,"Adigözəl" ölkəsindən
Quzey dəki elimizə bollu səlam gətirmişam


Mənim bir ürək dolusu səlamım var quzey azərbaycan da yaşıyan hormətli baci-qardaşlarima.halıviz necədi yoldaşlar? İnşallah ki olu tanrinin lutfuilə şad yaşayib və ğəmkədariviz olmasin .
Amma neyləməli ğəm kədər bizim belimizi bukub.qara dağı qara bağdan və qara bağı azərbaycan dan ayrı salandan buyana bizim üragimiz qanilan dolub və bir xoş gun gorməmişik.
Indisə ana dilimiz yasaqdir! Və öz dilimizdə yazib oxuya bilmirik! Öz tariximizi və kimliğimizi bilməyimiz , və onu gənclərə və öşaqlara bildirmağimiz yasaqdir,yasaq!ş
Bu son ku aylarda quney azərbaycanda bir böyuk və yöksək inqilab yaranib,indisə quney azərbaycan cavanlar(gənclər) və tələbələrinin arasinda bir müqəddəs təəsub yaranib, yəni bu ki onlar öz varliqlarina ,dillərinə ,tarixlərinə,ədəbıyatlarina və öz həqlərinə çox həssas dılarş
Başıvızı çox ağridmayim.
Mən 21 yaşinda quney azərbaycan lı bir oğlanam.
"bəyqud" kəndimizin adıdı və mənim ana yurdum.
Mən bu saytı gorəndə çox sevindım ,çoxdanıydı azərbaycan turkucəsıla bir forum axtaridım , çukr olsun tanrıya bugun bu saytda üzv olmuşam və ürək sozlərımı siz baci qardaşlarima yaziram.
Mən çun latin əlifbasin özum orənmişəm buna gorə imkanı var bəzi kəlmələrı duz və doğru yazmıyam və yada yazilarimda fars kəlmələri çox işlədəm , buna gorə sizdən üz istırəm və məni bağişlarsiniz.(lutfən imkani olsa duz yazmadığim kəlmələrin duzun mənə orədə siz)
Mənım üragim dolanda sozlərim bir azca da şeırə oxşar.buna gorədə bir şeirə oxşar səlam yazilarımin əvvəlinda(ılkində) itthaf elədim butun quzey də yasıyan baciqardaşlarima.
Gələcəkdə quney azərbaycan şaırlərin gozəl şeırlərindən və özumun ürək sozlərimdən sizlərə yazacıyam.

Yazilarimın sonunda bir başqa şeır quluqlariza itthaf eliyrəm(bu şeır özumun deyli başqa şaeırdandı heyf adin bilmirəm)

Sərin sulu bulaqlardan,bulaqlardan
Yaşıl yarpaq budaqlardan,budaqlardan
Lalə rəngli yanaqlardan,bal suzulən dodaqlardan
Sizə səlam , sizə səlam gətirmişəm
Goy xəzərin kinarından,gozəl otlar dıyarindan
Savalanin viqarindan,kor oğlunun nigarindan
Sizə səlam , sizə səlam gətirmişəm
Qoç nəbinin həcərindən, həcərindən
Sətarxanin hönərindən, hönərindən
"bəyqudun",dan ülduzlu səhərindən
Sizə səlam , sizə səlam gətirmişəm.

"quney azərbaycanı önutmayın"

Olu tanridan sizə və butun azərbaycana(quneylı-quzelı) xoş gunlər diləyirəm.

Bəyqud.
_________________
Otay butay fərqi yoxdu vətəndi

Reklam Qadağandır !


Düzəldin: beyqud, son düzəliş: ç.a. İyul 24, 2007 3:16 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər Yahoo
beyqud
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jul 18, 2007
Mesajlar: 17
Şəhər/ölkə: guneyazerbaycan-beyqud
866.4 Xal

MesajGöndərilib: ç.a. İyul 24, 2007 3:11 pm    Mesaj mətni: Östad şəhriyarin məhəmməd rahimə cəvabı Sitatla cavab ver

Igitlər urdu qəfqazim , sənə məndən səlam olsun
Sənin eşqundə iranda , hənuz səbrı talan vardır
Anam təbriz mənə gəhvarə də söylərdı: yavrum bil!
Sənin qalmiş otay da xallı tellı bir xalan vardır
Bu dunyadə oğul eşq əhlinə,kufr əhli duşmandır
Bir allah can verərsə , min də bizdən can alan vardir
Onu bizdən ayırdi ruzgarin saze na sazı
Onunçun sizlaram, hər yerdə gorsəm saz çalan vardır
Araz duşman əlində bir qilic tək ortani kəsdi
Onun evladı varsa bil səni yadə salan vardır.
Məni başdan çixarmaq çın , yaramazlarda söylərdı:
Sozə çox etıbar etmə ki duz vardır,yalan vardır
Boy atdim , axtarib tapdım,nə hasıl getməgə gordum
Aramizda yolı bağlı , qaranliq bir dalan vardır
Bizi kufr əhli istərsə , yukun çatmaq ıçun istər
Bizə bunlardan artıq qalsa,bir yırtix palan vardır
Ogun ki rahımin məktubi gəldi çatdı , baxdim ki
Anm qanilə qəlbı çirpinanlardan qalan vardir
Daha heydərbabanın nə`rəsinqaytarmadan gordum
Otayda sinələrdə sanki minlər "Savalan" vardır
Üraək qanilə məndə yazdım ay nazlı anam qafqaz
Sənin də "şəhriyar"ın tək butayda bır balan vardır

bayraq
_________________
Otay butay fərqi yoxdu vətəndi

Reklam Qadağandır !
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər Yahoo
Kelbecer
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Aug 17, 2007
Mesajlar: 20

1029.4 Xal

MesajGöndərilib: B. Avq. 19, 2007 12:45 pm    Mesaj mətni: Sitatla cavab ver

beyqud

qardaş,xoş gəlib səfa gətiribsən! burda Güneyli bir soydaşımızı görmək çox xoşdur!

Güneydə olub-bitənləri bacardığım qədər izləməy çalışıram,xxxxxx.xxx saytından videolar vardı,onları endirib baxmışam.Güneydəki xalqımızın oyanışını gördükcə inan ki,çox-çox sevinirəm!
Tanrının yardımı ilə bütün torpaqlarımız Bütöv Azərbaycanda tək bir bayraq altında,tək bir dildə,tək bir millət halında birləşəcək !
Tanrı bizə yar olsun! Tanrı TÜRKÜ Qorusun !!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Timurio
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jul 28, 2008
Mesajlar: 1

26.3 Xal

MesajGöndərilib: ç.a. İyul 29, 2008 11:24 am    Mesaj mətni: Sitatla cavab ver

Salam Qardahs.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
turansah
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Aug 09, 2008
Mesajlar: 20
Şəhər/ölkə: AZE/NAXCIVAN
751.9 Xal

MesajGöndərilib: Ş. Okt. 04, 2008 5:32 pm    Mesaj mətni: quzeydən güneyə salamlar. Sitatla cavab ver

beyqud unutma AZƏRBAYCYAN xəritədə ayrı olsada könüllərdə birdir.unudulmağa gəlincə güneyi unutmaq heç bir Azərbaycanlının haqıı deyil.Unudan Azərbaycanlı isə Azərbaycanlı deyil. bayraq

_________________
40 il kölə kimi yaşamaqdansa
1 gün azad yaşamaq daha gözeldir.

Köləliyin zirvəsində gül olacağıma
Azadlığın ətəyində tikan kolu olaram
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər Yahoo
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Azərbaycan Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан