Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Sənətçilərin yeni il qiymətləri
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər

Yeni mövzu aç   Cavab göndər
Sənətçilərin yeni il qiymətləri
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
isi-85
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 18, 2007
Mesajlar: 129
Şəhər/ölkə: BAKI / AZERBAYCAN
4748.1 Xal

MesajGöndərilib: Ş. Dek. 29, 2007 1:48 am    Mesaj mətni: Sənətçilərin yeni il qiymətləri Sitatla cavab ver

Sənətçilərin yeni il qiymətləri
Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə müğənnilər bayramı evlərində deyil, restoranlarda qarşılayacaq


Yeni ildə sənətçilər dincəlməyib pul qazanacaqlar. Həmişə olduğu kimi bu dəfə də dekabrın 31-dən yanvarın 1-ə keçən gecə müğənnilər bayramı evlərində deyil, restoranlarda qarşılayacaq. Bu dəfə sizə şou biznes nümayəndələrinin Yeni il qonorarlarını təqdim edirik.
Aygün Kazımova saat 22.00-a qədər çıxışlarına 6 min manat saat 23.00-dan gecəyarısınadək isə yarım saatlıq ifasına görə 9 min manat qonorar alacaq. Qiymətlər gecə saat 01.00-dən sonra 5 min manata qədər endiriləcək. Bayram günü Aygünün tərəf müqabili Namiq Qaraçuxurlu isə yarımsaatlıq çıxışına görə 2500 manat alacaq.
Brillant Dadaşova yeni ili evdə qarşılayacaq. Müğənni yeni il şou proqramlarına yarım saatına 7000 min ABŞ-ı dollarına qatılacaq.
Bayram günü Nisə Qasımova isə yarım saatlıq çıxışına görə 1000 Avro alacaq. Röya çox tədbirlərə dəvət alsa da vaxt azlığından yalnız 2-3 restoranda çıxış edəcək. O həmin gecə iki saatlıq ifası üçün 15 min manat qazanacaq.
Lalə Məmmədova və Samira həmkarlarından fərqli olaraq yarım saatlıq ifaları üçün 2000 manat qonorarla kifayətlənəcək.
Toy qabağı Manana qiymətini 4 min manata qaldırıb. Bayram axşamı onu çox restoranda görmək mümkün olacaq.
Abbas Bağrov və Ədalət Şükürovun yarım saatlıq çıxışı təşkilatçılara 5 min ABŞ dollarına başa gələcək.
Eyyub Yaqubov da bayramda boş oturmayacaq. O yarım saatı üçün 4000 manat istəyir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: Ş. Dek. 29, 2007 12:56 pm    Mesaj mətni: Sitatla cavab ver

Yeri Var afərin
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
isi-85
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 18, 2007
Mesajlar: 129
Şəhər/ölkə: BAKI / AZERBAYCAN
4748.1 Xal

MesajGöndərilib: B.e. Dek. 31, 2007 2:33 am    Mesaj mətni: Sitatla cavab ver

Müğənnilər məclislərdə sərf etdikləri bir dəqiqənin müqabilində nə qədər qazanırlar?

Toy haqqı

Bütün dünyada şou-biznes (əvvəllər mədəniyyət, incəsənət) və idman sahəsi öz gəlirliliyinə görə ən sərfəli sahələrdən sayılır. İlk baxışdan qeyri-ciddi, bəzən hətta araşdırmalara layiq olmayan şou-biznes, əslində, böyük pulların dövr etdiyi, sadə insanların bəzən illərlə qazana bilmədiyi pulların bir neçə saat ərzində qazanıldığı bir sahədir. Məhz şou-biznes nümayəndələri uğurlu iş adamları, əsl zadəgan ailələrin nümayəndələri və ya tanınmış idman “ulduzları‿ ilə yanaşı, qazancları ilə fəxr edib, təmtəraqlı həyat sürürlər. Təbiidir ki, söhbət Madonna və ya Opra Uinfridən (dünyanın ən varlı qadını sayılan Opra ABŞ-da məşhur tok-şou aparıcısıdır) düşəndə, tamamilə başqa məbləğlərdən söhbət gedir. Lakin şou-biznesin gəlirliyini sənətçinin təmsil etdiyi ölkənin reallığına nisbətdə götürdükdə, Azərbaycanda “ulduz‿ biznesinin gəlirliyinin də son dərəcə yüksək olduğu məlum olur.
Məsələnin ciddiliyini nəzərə alıb, APA İnformasiya Agentliyi şou-biznes nümayəndələrinə həsr etdiyi araşdırma mövzularını davam etdirir. ƿgər birinci sorğu müğənnilərin avtomobillərinin siyahısına və altırəqəmli qiymətlərinə həsr olunmuşdusa, hazırkı araşdırma birincinin məntiqi davamı kimi dəyərləndirilə bilər. Bu dəfə sözügedən avtomobillər və zənginliyin digər bahalı atributların alınmasına şərait yaradan əsas qazanc mənbəyi – toylardan toplanan ifa haqqı barədə ətraflı məlumatı diqqətinizə çatdırırıq.

Toy biznesində yeniliklər

Müğənnilərin toy qiymətlərinə keçməzdən öncə sorğunun nəticələrində əksini tapmış bir məqama diqqət çəkmək istərdik. Söhbət bir neçə ildir, aktuallaşan son dərəcə sərfəli “kəşfdən‿ - toyda 30 dəqiqəlik ifadan gedir. Belə ki, müğənnilər toy sahibi ilə danışdıqda bütöv toy qiyməti ilə yanaşı, yarım saatlıq ifanın da qiymətini söyləyirlər. Yeni üsulun sənətçilər arasında qısa müddətdə belə populyarlaşmasının izahı sadədir: 30 dəqiqəlik ifa toyda bütöv ifanın tam yarı qiymətini təşkil etdiyindən yenilik həm müğənni üçün, həm də toy sahibi üçün əlverişlidir. Toy sahibi arzuladığı müğənnini yarım saatlıq da olsa, məclisinə dəvət etmək imkanı qazanır. Müğənni isə gün ərzində bir-neçə toya baş çəkib, həm qazancını birə-beş artıra bilir, həm də populyar mahnılar toplusunu təkrar-təkrar ifa etməklə, başqalarının repertuarına müraciət etmək əziyyətini azaldır. Hər iki tərəf üçün sərfəli variant səbəbindən artıq bəzi müğənnilər ümumiyyətlə bütöv toydan imtina edib, sifarişçilərinə yalnız yarım saatlıq xidmət göstərirlər.
Beləliklə, müğənni və tamada-şoumenlər toylara neçəyə gedir? Ümumilikdə budəfəki sorğuda 50 müğənni və şoumen iştirak edib. Səslənən qiymətlərin obyektivliyinə nail olmaq üçün, müğənni və şoumenlərlə jurnalist kimi deyil, müştəri kimi müraciət olunub. Cədvəllərin birinci sütununda müğənninin adı, ikinci sütunda toyun qiyməti, üçüncü sütunda yarım saatın, dördüncü sütunda isə müğənninin 1 dəqiqəsinin qiyməti əksini tapıb.

$10 000-lıqların siyahısı

Qiymətlərin birinci siyahısında yalnız iki müğənni - Aygün Kazımova və Faiq Ağayev yer alıb. Onların hər ikisi toya 10 000 dollara getdiklərini söyləyirlər.




Müğənni Qonorarı 30 dəqiqəlik ifa haqqı 1 dəqiqənin qiyməti

Aygün Kazımova $10 000-dən yuxarı $4 000 $135


Faiq Ağayev $10 000 $4 000 $135


Faiq Ağayevin təbirincə desək, siyahıya “A‿ kateqoriyası, bu halda - ən bahalı kateqoriya adını verə bilərik. Xatırladaq ki, ən bahalı avtomobillərin siyahısında da hər iki müğənni 100 min dollardan yuxarı maşınları ilə ilk sıralardaydılar. Cədvəldən də göründüyü kimi, Faiq və Aygün bir dəqiqələrini 135 dollara dəyərləndiriblər.


$5 000 - $7 000

Müğənni Qonorarı 30 dəqiqəlik ifa haqqı 1 dəqiqənin qiyməti

Nazpəri Dostəliyeva $7 000 $4 000 $135
Brilliant Dadaşova $7 000 $3 000 $100
Rəqsanə $7 000 $2 000 $66
Namiq Qaraçuxurlu $7 000 $2 000 $66
Xatirə İslam $6 000 $1 500 $50
Abbas Bağırov $5 000 $1 500 $50
İradə İbrahimova $5 000 $1 500 $50
Nisə Qasımova $5 000 $1 500 $50
Ədalət Şükürov Getmir $2 000 $66
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
isi-85
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 18, 2007
Mesajlar: 129
Şəhər/ölkə: BAKI / AZERBAYCAN
4748.1 Xal

MesajGöndərilib: C.a. Yan. 03, 2008 6:06 pm    Mesaj mətni: Sitatla cavab ver

Türkiyənin müğənniləri yeni il axşamı yüksək məbləğdə pul qazanıblar
Bəzi məşhur müğənnilər isə təklif olmadığı üçün yeni il axşamını evdə keçiriblər

Yeni il axşamı Türkiyənin məhşur müğənniləri efir vasitəsilə pərəstişkarlarını əyləndirməklə yüksək məbləğdə pul qazanıblar.

Sibel Can TRT-dən 250 min YTL (178 min 325 manat), Star Tv-dən 75 min YTL (53 min 498 manat), İstanbul WOW Hoteldə iştirak etdiyi bir proqramdan 140 min YTL (99 min 862 manat ) alaraq 465 min YTL (331 min 685 manat) qazanıb.

ANS TV tamaşaçılarının Seymən ağa kimi tanıdığı Özcan Dəniz TRT-dən 250 min YTL, Kanal D-dən 120 min YTL (85 min 596 manat) alaraq 370 min YTL (264 min manat) qazanıb.

Candan Erçetin sadəcə TRT-dəki yeni il şənliyində iştirak edib və 200 min YTL (142 min 660 manat) qazanıb.

Kənan Doğulu Discoriumda səhnə konserti üçün 100 min YTL (71 min 330 manat ), həmin konserti birbaşa yayımlayan ATV-dən isə 140 min YTL (99 min 862 manat ) alaraq 240 min YTL (171 min 192 manat) qazanıb.

Ebru Gündeş yeni il axşamı Star Tv-də, həm də Fox Tv-nin proqramlarında iştirak edərək hər kanaldan 80 min YTL (57 min manat) alaraq, ümumi 160 min YTL (114 min manat) qazanıb.

Sərdar Ortac yeni il axşamı İstanbul Zincirlikuyu məhəlləsindəki Stage əyləncə mərkəzində səhnəyə çıxaraq 100 min YTL (71 min 330 manat) pul qazanıb.

Məşhur Sezen Aksu, Ajda Pekkan, Seda Sayan, İbrahim Tatlısəs, Bülent Ersoy, Gülben Ergen, Mahsun Kırmızıgül, Muazzez Ersoy və Nülufər kimi məhşur müğənnilər heç bir yerdən təklif gəlmədiyi üçün onlar yeni ili evdə keçirməli olublar. /ANS PRESS/
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 472

15478.8 Xal

MesajGöndərilib: ç.a. Yan. 08, 2008 12:37 am    Mesaj mətni: Sitatla cavab ver

afərin

_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Maraqlı Xəbərlər Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан