Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - UEFA-nın resmi İnternet saytı: Bext Qazaxıstanın üzüne güldü
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İdman

Yeni mövzu aç   Cavab göndər
UEFA-nın resmi İnternet saytı: Bext Qazaxıstanın üzüne güldü
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5170

93193.2 Xal

MesajGöndərilib: C.a. İyun 07, 2007 2:52 pm    Mesaj mətni: UEFA-nın resmi İnternet saytı: Bext Qazaxıstanın üzüne güldü Sitatla cavab ver


UEFA-nın rəsmi İnternet saytında iyunun 6-da Almatıda Avropa çempionatının seçmə qrup mərhələsində keçirilən Qazaxıstan – Azərbaycan oyununa aid məqalə dərc olunub. “APA-SPORT” agentliyinin məlumatına görə, yazıda milli komandamızın səfər matçı geniş şərh olunub. “Bəxt 10 nəfərlə qalmış Qazaxıstanın üzünə güldü” adlanan məqalədə bildirilib ki, meydan sahiblərinin birinci hissədə fərqlənmək imkanı olsa da, hesabı qonaqlar açıblar: “Görüşün 20-ci dəqiqəsində Nurbol Jumaskaliyevin zərbəsi qüvvətli alındı. Ancaq top Cahangir Həsənzadənin qoruduğu qapının yanından keçdi. Əvəzində, Azərbaycan hesabı açdı. 30-cu dəqiqədə Ceyhun Sultanovun ötürməsindən sonra Vüqar Nadirov fərqləndi”. İlk hissənin sonlarında Maksim Jalmaqambetovun qırmızı vərəqə alması ilə Qazaxıstanın azlıqda qaldığı qeyd edilən yazıda bununla belə, ev sahiblərinin tezliklə hesabı bərabərləşdirdiyi bildirilir: “Arno Paypersin yetirmələrindən Maksim Jalmaqambetov qırmızı vərəqə ilə cəzalandırıldı. Qazaxıstan 10 nəfərlə qalmasına baxmayaraq, bundan 8 dəqiqə sonra tarazlığı bərpa etdi. Nurbol Jumaskaliyevin qapı önünə ötürməsindən sonra yarımmüdafiəçi Ruslan Baltiyevlə müdafiəçi Samir Abbasovun mübarizəsi nəticəsində top tora daxil oldu”. Məqalədə yığmamızın qələbə qazanmağa yaxın olduğu bildirilib: “Branimir Subaşiç, Emin İmaməliyev və Alim Qurbanov Azərbaycana qələbə qazandıracaq qolu vura bilərdilər. Amma onlar şanslarını boşa verdiklərindən 1:1 hesabı dəyişməz qaldı”.

2007-06-07 12:15
525-ci qəzet

_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İdman Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан