 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Azeri_polat Yeni Forumçu


Daxil ol: Jul 21, 2007 Mesajlar: 7
257.6 Xal
|
Göndərilib: B. İyul 22, 2007 11:22 am Mesaj mətni: Veten-doguldugumda ve olduyumde meni qoynuna alan MEKAN... |
|
|
Merhum Memmed Araz sherlerinin birinde bele yazmishdi:
Veten dashi olmayandan,
Olmaz olke vetendashi...
Sevgili dostlar...herden ele anlar olur ki,oz-ozumuze sual veririk...Bu Veten bizim uchun ne edib ki,biz onun uchun ne edek???Amma eslinde biz bu suali deyil,ozumuze bashqa bir suali vermeliyik...Eslinde biz-sen,men,o-bu Veten uchun ne etmishik?Doguldugumuzda Vetenimiz bizi oz isti qucagina alir...bu veten torpaginin uzerine qedem basiriq.havasini uduruq,suyunu ichirik...yashayiriq...Tanrinin verdiyi omur payini...bu dunyadan kochub getdiyimizde ise bizi qoynuna alan yene de Veten torpagi alir...Siz soyleyin,gereken zamanda ve meqamda bu veten torpagi uchun bir shehid olmaga deymezmi???mence deyer,sevgili veten ovladlari... _________________ Azeri_Polat |
|
| Əvvələ qayıt |
|
aeymur Yeni Forumçu


Daxil ol: Oct 07, 2007 Mesajlar: 7
303.8 Xal
|
Göndərilib: B.e. Okt. 08, 2007 1:06 am Mesaj mətni: |
|
|
BU VATAN KİMİN
Bu vatan toprağın kara bağrında
Sıradağlar gibi duranlarındır,
Bir tarih boyunca onun uğrunda
Kendini tarihe verenlerindir.
Tutuşup kül olan ocaklarından,
Şahlanıp köpüren ırmaklarından,
Hudutta gaza bayraklarından
Alnına ışıklar vuranlarındır.
Ardına bakmadan yollara düşen,
Şimşek gibi çakan, sel gibi coşan,
Huduttan hududa yol bulup koşan,
Cepheden cepheyi soranlarındır.
İleri atılıp sellercesine
Göğsünden vurulup tam ercesine,
Bir gül bahçesine girercesine
Şu kara toprağa girenlerindir.
Tarihin dilinden düşmez bu destan,
Nehirler gazidir, dağlar kahraman,
Her taşı yakut olan bu vatan
Can verme sırrına erenlerindir.
Türk mücahit: Trabzon TÜRKİYE |
|
| Əvvələ qayıt |
|
montoya Azeri.net Sevdalısı


Daxil ol: Aug 16, 2007 Mesajlar: 1528
29446.8 Xal
|
Göndərilib: B.e. Okt. 08, 2007 4:21 am Mesaj mətni: |
|
|
BAYRAKLARI BAYRAK YAPAN ÜZERİNDEKİ KANDIR;
TOPRAK UĞRUNDA ÖLEN VARSA VATANDIR _________________ İKİNCİ BAHAR YAŞIYOR ÖMRÜM
GEL BENİM YARİM OLUVER ŞİMDİ
SENİ GÜL GİBİ ÖPE KOKLAYA
GÖZÜMDEN DİLİMDEN SAKINIR SAKLAR
BUGÜN Kİ AKLIMLA SEVERİM ŞİMDİ
 |
|
| Əvvələ qayıt |
|
kombat80 V.I.P


Daxil ol: Sep 14, 2007 Mesajlar: 20 Şəhər/ölkə: Azərbaycan 716.9 Xal
|
Göndərilib: ç.a. Okt. 16, 2007 7:40 pm Mesaj mətni: Ana Vətən |
|
|
Vətən – doğma diyar, ana yurd...
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.
Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.
Rəvayətlərdən birində “Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi olacaqdır.
Bir hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.”
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri də xalq və vətən sevgisidir. Nahaq yerə “ana vətən”sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.
Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.
Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.
Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında eyni məsuliyyəti daşıyır.
Quran-i Kərimdə Allah Təala buyurur ki: “Müsəlman müsəlmanın qardaşıdır.” İnsan qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və qanı başqa müsəlmana haramdır.
Vətənimizin atributları bizim üçün müqəddəsdir.
Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür.
Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.
Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir. _________________ Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!!! |
|
| Əvvələ qayıt |
|
Secde V.I.P


Daxil ol: Sep 20, 2007 Mesajlar: 252
9998.4 Xal
|
Göndərilib: Ş. Okt. 20, 2007 10:25 pm Mesaj mətni: |
|
|
| Vətən sənə şer qoşmadım, sənə mahnı bəsləmədim, sənə olan sözlərim nə şer nədə mahnılarla ifadə oluna bilər. Sən ən böyük nisgilim, ən xoş arzumsan |
|
| Əvvələ qayıt |
|
Sinemcik Yeni Forumçu


Daxil ol: Nov 22, 2007 Mesajlar: 33 Şəhər/ölkə: Almanya 871.6 Xal
|
Göndərilib: C. Noy. 23, 2007 3:29 am Mesaj mətni: |
|
|
Sizlere katiliyorum... hersey VATAN ve Millet icin... |
|
| Əvvələ qayıt |
|
ataturk Yeni Forumçu


Daxil ol: Nov 27, 2007 Mesajlar: 4 Şəhər/ölkə: izmir 108.1 Xal
|
Göndərilib: C.a. Noy. 29, 2007 5:54 pm Mesaj mətni: özetle.... |
|
|
| özetle VATAN NAMUSTUR... |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27285.6 Xal
|
Göndərilib: C. Noy. 30, 2007 3:22 pm Mesaj mətni: |
|
|
Vətənimdir
Könlümün sevgili məhbubu mənim
Vətənimdir,vətənimdir,vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq,nə demək?
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim,dolanıb qanım olub,
O,mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər gətsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımızın məskənidir.
Vətəni səvməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
Abbas Səhhət |
|
| Əvvələ qayıt |
|
Turksoylu Yeni Forumçu


Daxil ol: Dec 16, 2007 Mesajlar: 50 Şəhər/ölkə: Almaniya 1899.8 Xal
|
Göndərilib: çər. Dek. 26, 2007 4:53 am Mesaj mətni: Re: Veten-doguldugumda ve olduyumde meni qoynuna alan MEKAN... |
|
|
| Indice Azadliq qezetinden oxudum ki,Diplomat qezetinin yazari ve shefi Tahir adli birisi yazib ki,Öcalana azadliq.Ar olsun,türkün cöreyi ona haram olsun.Meger o bilmir ki,bu son illerde 30 minden cox türk oglunun al qanin tökmüsh pkk olüme mehkumdur.Türkün topragina pis niyyetle uzanan her bir kesin elleri ,türkün düshmeniyem deyenin ise dili kesilecek zaman-zaman.Bir kimse mene diplomat qezetinin saytini tapin xahish edirem.Benim Tahir Süleymana deyilecek cox sözlerim var ki, saytin qaydalarina zidd oldugu ücün burda yaza bilmirem. |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: çər. Dek. 26, 2007 2:43 pm Mesaj mətni: |
|
|
men oz vetenim olan AZERBAYCANLA fexr edirem!!!  |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|