Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 470
15421.5 Xal
|
Göndərilib: ç.a. Yan. 08, 2008 7:53 pm Mesaj mətni: AZƏRBAYCANDA SUPERLAYİHƏ |
|
|
AZƏRBAYCANDA SUPERLAYİHƏ
"Superstar" adlanan musiqi yarışmasında Ərcan Saatçı və Çelik təmsil olunacaqlar
Bir neçə aydan sonra yeni musiqi layihəsi efirə çıxacaq. Bunu layihənin və "Səs" şirkətinin rəhbəri Nahid Emiloğlu vəd edir. "Superstar" adlanacaq musiqi yarışması barədə eksklüziv məlumatı "Ayna"ya verən təşkilatçı müsabiqənin payızda efirə çıxacağını söylədi. Hazırda isə müsabiqənin hazırlıq mərhələsi davam edir.
"Superstar"ın təşkilində əsas məqsəd musiqi savadı olan gənclərin perspektivlərini daha da artırmaq və onlara düzgün səhnə davranışı aşılamaqdan ibarətdir: "Müsabiqədə iştirak edəcək gənclərin savadlı, müəyyən qədər peşəkar, səhnə təcrübəsinə malik olması şərtdir. Təsadüfi adamlar bura qəbul olunmur. Çünki musiqi anlayışı olmayan iştirakçı öz sözünü deyə bilməyəcək" deyən N.Emiloğlu əlavə etdi ki, iştirakçıların müəyyən qismi artıq bəllidir. Bu il sentyabrın 1-dən efir həyatına başlayacaq "Superstar" həftənin 4 və 5-ci günləri canlı yayımdan tamaşaçılarının görüşünə gələcək. Birinci gün ifası dinləniləcək iştirakçıları növbəti gün 5 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Qeyd edək ki, bu layihəni digərlərindən fərqləndirəcək bir məqam var. N.Emiloğlunun məlumatına görə, münsiflər kürsüsündə 2 yerli və 2 əcnəbi sənət adamı yer alacaq. Nisə Qasımovanın adını çəkən təşkilatçı ikinci şəxsin kimliyinin hələ dəqiqləşmədiyini söylədi. Əcnəbi münsiflər isə türkiyəli Ərcan Saatçı və müğənni Çelik olacaq. Onların hər ikisi ilə müqavilə imzalayan N.Emiloğlu dedi ki, münsiflər heyətinin fikirləri söz xatirinə dinlənilməyəcək. Onların arasında da sağlam rəqabətin olacağını istisna etməyən təşkilatçı münsiflərə səs vermək hüququ da qazandıracaq. Eyni zamanda, iştirakçıların taleyini tamaşaçıların SMS-ləri həll edəcək.
Səhnə dekorasiyalarının eskizlərinin hazır olduğunu deyən Nahid bəy iştirakçıların güclü və effektli işıqlarla bəzədilmiş səhnəyə çox böyük borudan keçərək gələcəklərini bildirdi. "Rast" şirkətinin təmsilçisi Asif Kərimovun hazırlayacağı iştirakçılar Yaşar Baxışın rəhbərlik etdiyi ansamblın müşayiəti ilə mahnılarını təqdim edəcəklər. Onların çıxışı 800 nəfərlik tamaşaçı tutumu olan Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutacaq.
N.Emiloğlu sonda qeyd etdi ki, "Superstar"ın final gecəsinə dekabrın 31-də yekun vurulacaq. Müsabiqənin izləyiciləri həmin gün maraqlı şouya tamaşa edəcəklər. Layihə rəhbəri türkiyədən bir neçə sənətçini Bakıya dəvət edəcək və onlar final gecəsində maraqlı proqram nümayiş etdirəcəklər.
Qalibin mükafatına gəlincə, o bunları dedi: "Qalib müsabiqədən sonra Türkiyədəki şirkətlərin birində fəaliyyət göstərəcək. Ərcan Saatçının məşhur "Bay Saatçı" adlı musiqi şirkəti var. Qalibin Türkiyədə məşhurlaşdırılması istiqamətində şirkət tərəfindən müəyyən addımlar atılacaq. Mən də bu işə öz köməyimi göstərəcəyəm. Mahnılar yazılacaq, albom buraxılacaq, klip çəkiləcək və s".
"Superstar"ın bədii rəhbəri və quruluşçu rejissoru Vüsalə Mirzəyeva isə əlavə etdi ki, bu, "Türkstar" qədər səviyyəsini qoruyan bir layihə olacaq: "Bura Azərbaycanda keçirilən müsabiqələrin qalibləri, səhnə təcrübəsi və savadı olan iştirakçılar qəbul olunur. 16 iştirakçıdan bir çoxunun kimliyi artıq bəllidir. Seçim üçün xüsusi təbliğat kampaniyası aparılmır. Təşkilat komitəsinin üzvləri özünə güvənən gənclərlə görüşür və onları bu layihəyə cəlb edir. Seçdiyimiz gənclərin adları yaxın günlərdə açıqlanacaq".
_________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!! |
|