Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 470
15421.5 Xal
|
Göndərilib: ç.a. Yan. 08, 2008 8:14 pm Mesaj mətni: Soyuq hava iştaha açır |
|
|
Qış aylarında vaxtın bir hissəsi evdə, ya da iş yerində keçdiyindən çəkini artırmaq da asanlaşır.
Çünki soyuq havanın təsirindən yemək ehtiyacı da artır. Həm də gündüzlər qısa olduğundan gün ərzində qidalanmaya çox diqqət yetirmirik. Hətta acdığımızı belə hiss etmirik. Gecə olduqda isə gün boyu yaşanan uzunmüddətli aclığın fərqinə belə varmırıq.
Soyuq hava ilə birlikdə bədənimizin temperaturu azalır. Odur ki, soyuqdan özümüzü qorumaq üçün istiliyə can atırıq. Üşüdükcə enerjiyə olan tələbatımız artır və qidalanmağa, xüsusən də, daha çox enerji verən məhsullardan istifadə etmə yə başlayırıq. Yüksəkenerjili qidalar əsasən karbohidrat və yağla zəngin qidalardır ki, bunlar da kökəlməyimizə şərait yaradır.
Artıq çəkiyə sahib olmamaq üçün...
1. 5-6 öynə, az və tez-tez qidalanma rejimi qurun.
2. Qanda şəkərin səviyyəsinə uyğun olaraq, proteinli yeməklərlə karbohidratlı yeməkləri qarışıq istifadə etməyin.
3. Bol su için.
4. Mütləq rejimlə qidalanın.
5. Gün ərzində ən azı 20 dəqiqəlik ortatempli qaçış idmanı ilə məşğul olun.
Menyunuz necə olmalıdır?
Səhərlər:
1. Şəkərsiz bitki çayları.
2. 40 qram ağ pendir və ya 1 ədəd yumurta.
3. 2 dilim kəpəkli çörək.
4. 6 ədəd zeytun, pomidor + yaşıl bibər.
Ara öynə:
1. 1 ədəd portağal və ya 2 ədəd mandarin.
Günorta:
1. 1 kasa şorba.
2. 8 qaşıq ətli göyərti.
3. 8 qaşıq yarma və ya 1 ədəd kartof.
4. 1 stəkan qatıq.
5. 1 dilim kəpəkli çörək.
6. Az yağlı salat.
Axşamüstü:
1. 1 kasa şorba.
2. 1 pay balıq və ya toyuq (dərisiz).
3. Üzərinə 6 qaşıq zeytun yağı tökülmüş doğranmış göyərti.
4. 1 dilim kəpəkli çörək.
Gecə:
1. 2 pay təzə meyvə.
_________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!! |
|