mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30506.3 Xal
|
Göndərilib: Ş. Yan. 05, 2008 3:01 am Mesaj mətni: BEYNİ İŞLƏDƏN QİDALAR |
|
|
Bir imtahana girməmişdən əvvəl, ya da düşünmək istədiyiniz vaxtlarda şəkərli qidalar yeyirsinizmi? Gecələr işlədiyiniz zaman fikrini toplamaq üçün qəhvə içirsinizmi? Bəzimiz bu cür tədbirlərin psixoloji olduğunu düşünsək də aparılan təhqiqatlar bir çox qidanın beynin işləməsinə birbaşa təsir etdiyi göstərməkdədir.
Beyin mükəmməl bir idarəçidir. Sanki bir dirijor kimi bədənimizdəki sinir məlumatlarının bir hüceyrədən digərinə daşınmasını idarə edir. Bunu yerinə yetirərkən sinir məlumatçısı adlanan kimyəvi maddələr ifraz edir. Vücudumuzda milyardlarla sinir hüceyrəsi var. Beynimiz, bədəni, duyğu və davranış mövzularında bütün məlumatları bu kimyəvi maddələr vasitəsilə əlaqədar hüceyrələrə göndərir. Ancaq bu vəzifəni yerinə yetirmək üçün beynin qidaya ehtiyacı var.
Yediyimiz hər şeyin qida dəyəri qan yolu ilə bütün vücuda yayılmadan əvvəl birinci beynə gedir. Beyin, hansı qidanın nə qədər faydalı olacağını bildiyi üçün seçici kimi hərəkət edir.
Qidalanmaqda nəyə diqqət edək?
Beynin fəaliyyəti üçün ən vacib yemək səhər yeməyidir. Belə ki, hər gün müntəzəm səhər yeməyi yeyən insanların digərlərinə nisbətən daha müvəffəqiyyətli və səmərəli olduqları müşahidə edilməkdədir. Səhər yeməyi yemə adəti olmayan insanlarda fikrini cəmləmə itkisi çox olur. Sadəcə qəhvə içmək yuxunu açsa da, vücuda enerji və qidanı təmin etmir. Üstəlik qəhvə, daha sonra qəbul edilən bəzi qidaların vücudda istifadə olunmasına mane olur. Beləliklə, insan bir müddətdən sonra özünü yorğun hiss etməyə başlayır. Bundan başqa qəhvə, riyazi və məntiqi qabiliyyətlərə də mənfi təsir edir. Gərgin bir günə başlayarkən; pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan ibarət bir səhər yeməyi, şirin çay və küncütlü kömbədən ibarət səhər yeməyi ilə müqayisədə daha yaxşı nəticə alınmasını təmin edir.
Unutqanlığın qarşısını alan qidalar
Beynin davamlı aktiv olması, diqqət və fikir cəmlənməsi baxımından zəngin olması yediyimiz qidalardan asılıdır. Qısaca desək, protein, karbonhidrat, vitamin və minerallardan ibarət bir qida proqramı ilə beynin fəaliyyətini gücləndirmək mümkündür.
Balıq, yaşıl yarpaqlı tərəvəzlər, kələmkimilər fəsiləsindən olanlar və taxıl tərkibli bir yeməklə dövrümüzdə xeyli yayılan unutqanlıq problemini həll edə bilərik. Gənc yaşlarda başlayan, çox əhəmiyyət vermədiyimiz xəfif unutqanlıqlar sonralar qarşımıza yaddaş itkisi xəstəliyi kimi tanınan alxeymerə qədər çata bilər.
Bu xəstələrə kolin baxımından zəngin olan yaşıl yarpaqlı tərəvəzlər, soya noxudu, yumurta sarısı, kələmkimilər xüsusilə də tərkiblərində olan lesitin maddəsi verilmiş və yaddaş itkisində sağalma qeyd edilmişdir.
Sağlam qidalanma ilə yanaşı səhər axşam 30 dəqiqəlik yürüş çox faydalıdır. Bundan başqa beynimizin kifayət qədər oksigen qəbul etməsi üçün gimnastika etməyə ehtiyacı var.
Buna görə də çoxlu tapmaca və krossvord həll edin. Beyin gimnastikası diqqətinizi artırıb yaddaşınızı gücləndirəcəkdir. _________________ SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR |
|