Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Azərbaycan balet rəqqasəsi Qəmər Almaszadə.
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İncəsənət

Yeni mövzu aç   Cavab göndər
Azərbaycan balet rəqqasəsi Qəmər Almaszadə.
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26883.4 Xal

MesajGöndərilib: C.a. Mar. 20, 2008 3:25 pm    Mesaj mətni: Azərbaycan balet rəqqasəsi Qəmər Almaszadə. Sitatla cavab ver


Sadece qeydiyyatlı istifadeçiler görebiler.

Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan balet rəqqasəsi Qəmər Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində, mama və çəkməçi ailəsində dünyaya göz açıb. Q. Almaszadə Tamara ləğəbi ilə də tanınır. Hələ uşaqlıqdan onda baletə həvəs oyanmışdı. Atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiosuna yazıldı. Sonralar bu studio Bakı Xareoqrafiya Məktəbinə çevrilmişdi. Atası isə o zamanlar, onun idmanla məşğul olduğunu bilirdi. Amma bir neçə ildən sonra sirrin üstü açıldı. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlirdi və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünürdü.
1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil oldu. 1932-də Reynhold Qlierin "Şaxsənəm" operasında ikinci dərəcəli rola seçildi. 1933-də indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurdu. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıtdı. 1937-də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoydu. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamışdır. 1939-da Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini dedi. Daha sonra həmin məktəbin direktoru oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını etdi. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-da Bağdada İraq Xalq Rəqsləri ansamblını qurmaq üçün dəvət olunmuşdu. 1950-ci illərdə baleti tərk etsədə 1990-ci illərin sonunacan Bakı Xoreoqrafiya Məktəbinin direktori kimi çalışmışdır.

Qəmər Almaszadənin ifa etdiyi rollar:
1931-ci il - Tao Xoa. R. Qlier. "Qırmızı lalə".
1936-cı il - Medora. A. Adan. "Korsar".
1939-cu il - Mariya. B. Asafyev. "Baxçasaray fontanı".
1940-cı il - Gülyanaq. Ə. Bədəlbəyli. "Qız qalası".
1943-cü il - Raymonda. A. Qlazunov. "Raymonda".
1945-ci il - Odetta-Odilliya. R. Çaykovski. "Qu gölü".
1945-ci il - Kitri. L. Minkus. "Don Kixot".
1949-cu il - Maşa. P. Çaykovski. "Şelkunçik".
1950-ci il - Gülşən. S. Hacıbəyov. "Gülşən".
1952-ci il - Ayşə. Q. Qarayev. "Yeddi gözəl".

Qəmər Almaszadənin quruluş verdiyi əsərlər:
1939-cu il - Ə. Bədəlbəyli. "Tərlan" (Xoreoqrafiya məktəbi).
1948-ci il - Ə. Bədəlbəyli. "Qız qalası".
1949-cu il - İ. Morozov. "Doktor Aybolit".
1949-cu il - S. Hacıbəyov. "Gülşən".
1951-ci il - S. Hacıbəyov. "Gülşən" (SSRİ Dövlət mükafatına layiq görülüb. Yeni redaksiya).
1951-ci il - B. Asafyev. "Baxçasaray fontanı".
1952-ci il - Q. Qarayev. "Yeddi gözəl".
1954-ci il - R. Qlier. "Qırmızı lalə".
1955-ci il - P. Çaykovski. "Yatmış gözəl".
1956-cı il - A. Kreyn. "Laurensiya".
1957-ci il - B. Zeydman. "Qızıl açar".
1958-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (yeni redaksiya).
1959-cu il - R. Driqo. "Arlekinada".
1959-cu il - S. Hacıbəyov. "Gülşən" (yeni redaksiya).
1959-cu il - C. Cahangirov. "Məhsul" süitası (Qəmər xanım bu əsərin solo hissəsini Moskvada, Böyük Teatrın səhnəsində ifa etmişdir. Bu onun səhnədə son rəqsi idi. Həmin il sənətkar SSRİ xalq artisti adına layiq görülür).
1961-ci il - A. Adan. "Jizel".
1963-cü il P. Çaykovski. "Qu gölü".
1965-ci il - Ə. Abbasov. "Qaraca qız".
1968-ci il - F. Əmirov. "Şur".
1973-cü il - L. Minkus. "Don Kixot.
1974-cü il - C. Cahangirov. "Şənlik rəqsi" (konsert süitası).
1977-ci il - Ə. Bədəlbəyli. "Qız qalası" (Yeni redaksiya).

Qəmər Almaszadənin operalarda ifa etdiyi rəqslər:
S. Quno. "Faust".
M. Musorqski. "Boris Qodunov".
A. Borodin. "Knyaz İqor".
C. Verdi. "Aida".
Ü. Hacıbəyov. "Leyli və Məcnun", "Koroğlu".
M. Maqomayev. "Şah İsmayıl".
R. Qlier. "Şahsənəm".

Qəmər Almaszadənin yetirdiyi görkəmli balet ustaları:
Leyla Vəkilova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Nailə Nəzirova - SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Vera Tsiqnadze - Gürcüstan xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Rəfiqə Axundova - Azərbaycanın xalq artisti.
Tamilla Şirəliyeva - Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Çimnaz Babayeva - Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı.
Tamilla Məmmədova - Azərbaycanın əməkdar artisti.
Güllü Xuda Qulu - Varna opera teatrının baletmeysteri (Bolqarıstan).
Olqa Arifulina - Azərbaycanın əməkdar artisti.
İrina Nizamətdinova - Azərbaycanın əməkdar artisti.
Valentina Zeynalova, Lüdmila Letyaqina - M. F. Axundov adına Azərbaycan Dövlət Akademik opera və balet teatrının solistləri.
Olqa Pavlova -"Moskva klassik baleti" ansamblının solisti.
A. Putinova - Leninqrad "Xoreoqrafik miniatürlər" ansamblının solisti.
M. Abdullayeva, V. Nekrasova - Kirov adına Leninqrad opera və balet teatrının solistləri.
V. Klevşinskaya-Budarina - Novosibirsk opera və balet teatrının solisti və başqaları

_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26883.4 Xal

MesajGöndərilib: C.a. Mar. 20, 2008 4:33 pm    Mesaj mətni: Sitatla cavab ver

Görkəmli balet ustamız, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qəmər Hacağa qızı Almaszadə 2006-cı il aprelin 7-də ömrünün 92-ci ilində vəfat etmişdir. Allah rəhmət eləsin!!!
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ChaosCastle
Forumçu
Forumçu


Daxil ol: Mar 07, 2008
Mesajlar: 89

3709.9 Xal

MesajGöndərilib: C. Mar. 21, 2008 12:08 pm    Mesaj mətni: Sitatla cavab ver

Salam,

Anel sen cox gozel movzular yazirsan..
Yorulmayasan ..


_________________
Mərhəmətli və Rəhmli Allahin adi ilə!
3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
I am a MUSLIM. Do not PANIC!

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 822
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
26883.4 Xal

MesajGöndərilib: C. Mar. 21, 2008 1:51 pm    Mesaj mətni: Sitatla cavab ver


ChaosCastle yazıb:
Salam,

Anel sen cox gozel movzular yazirsan..
Yorulmayasan ..



Əleyküm salam
Very Happy Çoxsağol.

_________________
Blogum: Mürəkkəb dolu qələm.


Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İncəsənət Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан