Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Rəssam Səttar Bəhlulzadə
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İncəsənət

Yeni mövzu aç   Cavab göndər
Rəssam Səttar Bəhlulzadə
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: B.e. Mar. 17, 2008 7:37 pm    Mesaj mətni: Rəssam Səttar Bəhlulzadə Sitatla cavab ver


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Rəssam, qrafik olan Səttar Bəhlulzadə 1909 cu ildə dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1927-1931 ci illərdə Azərbaycan İncəsənət texnikomunda təhsil alıb. Səttar Bəhlulzadə 1931-1933-cü illərdə Ə.Əzimzadənin rəhbərliyi altında "Kommunist" qəzetində rəssam-karikaturaçı vəzifəsində çalışmışdır. Sonra isə o, 1933-1940-cı illərdə V.İ. Surikova adına Moskva Dövlət İncəsənət Universitetində təhsil almışdır. O, dünya şöhrətli rəssamlar V.A.Farovski və Q.M. Şeqalın tələbəsi olmuşdur.
O, boyakarlıq sənətində mənzərə janrının yaradıcısı kimi tanınır. Bəhlulzadənin əsərləri daha çox tarixi mövzulardadır və tarixi şəxsiyyətlərin portlərindən ibarətdir. Məs: "Fətəli xan", "Babək üsyanı" və s. O həm də əsl təbiət aşiqi idi. Əsərlərindən də hiss olunur Səttarın təbiətə vurğunluğu.
Onun bir çox ölkələrdə (Praqa, Əlcəzair, Misir, Livan, Suriya, Norveç, Almanya, Tunis, Çexiya, Bolqarıstan, Macarıstan, Kanada, Belçika, Fransa, İraq, Kuba, Rumıniya, Yaponiya və s. ) sərgiləri keçirilmişdir.
Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan Xalq Rəssamı (1963), Dövlət mükafatı laureatı (1973), boyakarlıq sənətimizdə mənzərə janrının yaradıcılarından biri Səttar Bəhlulzadə bunlardan əlavə bir çox ordenlərə, mükafatlara, adlara sahibdir.
O, 1974-cü ildə Moskva şəhərində vəfat etmiş və Bakının Əmircan qəsəbəsində dəfn olinmuşdur. Onun işləri Azərbaycanda, Rusiyada və digə xarici ölkələrdə saxlanılır.
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Düzəldin: Anel, son düzəliş: B.e. Mar. 17, 2008 8:02 pm, cəmi 2 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: B.e. Mar. 17, 2008 7:47 pm    Mesaj mətni: Sitatla cavab ver

Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


Sadece qeydiyyatlı istifadeçiler görebiler.


_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: B.e. Mar. 17, 2008 7:55 pm    Mesaj mətni: Sitatla cavab ver

Sevda İsmayıllının Ziyadxan Əliyevlə, onun "Naməlum Səttar" kitabı barəsində olan müsahibəsi (19 oktyabr 2006).

Sual: Nədən kitaba «Naməlum Səttar» adını seçdiniz? Yəni Səttar Bəhlulzadə yetərincə tanınıb-bilinmirmi?
Cavab: Kitabın adını mən seçməmişəm. Səttar Bəhlulzadə yaradıcılığının vurğunu, onun əsərlərindən ibarət kolleksiya sahiblərindən biri-həkim Qabil Əliyev həmin adı verib və «naməlum» deyərkən, rəssamın gənclik illərində çəkdiyi qrafika işlərini nəzərdə tutub. Həmin əsərlər, doğrudan da, geniş ictimaiyyətə ilk dəfə açıqlanır. Mənsə yalnız kitabın mətnini yazmışam.

Sual: Ünlü ispan rəssamı Dieqo de Silva Velaskesin Londonda sərgisinə biletlər öncədən satılıb qurtarıb. Biletlərin qiyməti 12 funt sterlinq, yəni azı 20 yeni manat olub. Səttar Bəhlulzadənin sərgisi bənzər maraq oyada bilərmi?

Cavab: Bizdən ötrü üz qarasıdır ki, Səttar Bəhlulzadəni yetərincə tanıda bilməmişik. Bunun üçün sərgilər təşkil etmək, filmlər çəkmək, kitablar, bukletlər buraxmaq vacibdir. 2 film çəkilib, o sıradan Anarın ssenarisi əsasında çəkilən sənədli filmi misal göstərə bilərəm, ancaq, avropalılar bundan xəbərsizdir. Özümüz öz sənətçimizi dərindən tanısaq, daha sonralar avropalıların, ümumən beynəlxalq ictimaiyyətin tanımasından söz aça bilərik. Qərbdə əsl sənəti dəyərləndirməyi bacarırlar. İnanıram ki, Səttar Bəhlulzadə də günün birində sənət tarixində öz layiqli yerini tutacaq.

Sual:«Naməlum Səttar»ın hansı özəlliyi bildiyimiz Səttardan fərqlənir?

Cavab: Vaxtilə amerikalı rəssam Anton Refrejyen demişdi ki, Səttarın əsərləri də, xarakteri də Azərbaycan təbiəti kimi lirik, yumşaq və şairanədir. Bu baxımdan naməlumluq yoxdur. Ancaq, rəssamın indiyədək bilinməyən əsərləri çoxdur. «Naməlum Səttar» kitabında xeyli bilinməyən rəsmin reproduksiyaları verilib. Bildiyiniz kimi, Səttar Bəhlulzadə çox əliaçıq adam olub, rast gəldiyi adama öz rəsmlərini bağışlayıb. 1974-cü ildə-onun ölümündən sonra Rəssamlar İttifaqı adından elan edildi ki, kimdə onun əsərləri varsa, ölçüsünü, adını yazıb bildirsin. Di gəl, həmin dövrdə şayiə buraxdılar ki, hökumət Səttarın əsərlərini yığmaq istəyir. Ona görə sözügedən elan heç bir uğur gətirmədi. İndi çox yaxşı ki, həkim Qabil Əliyev şəxsi kolleksiyasını «Naməlum Səttar» kitabı vasitəsilə ictimaiyyətə açıqlamaq qərarına gəlib.

Sual: Ziyadxan bəy, kitabın materiallarını necə topladınız? Bəhlulzadə sənətinin heyranları sizə yardımçı oldumu?

Cavab: Kitab bütünlüklə doktor Qabil Əliyevin təşəbbüsüdür və onun şəxsi vəsaiti ilə çapdan çıxıb. Ümid edirik ki, bəlkə başqa kolleksiyaçılar da Qabil bəydən örnək götürərək Səttarın onlarda olan əsərlərini ictimaiyyətə açıqlamaq qərarına gələcəklər.

Sual: Kimə ünvanlanıb «Naməlum Səttar»? İngilis və rus dillərindəki mətni əsas götürsək, bəlkə avropalılara?

Cavab: Kitab buraxılmazdan öncə çox götür-qoy etdik ki, onu hansı dillərdə buraxaq. Qərar göz önündədir. Bakıya xaricilərin böyük axını var. Rəsmlər, çox güman, onların diqqətini çəkəcək və beləcə, Səttar Bəhlulzadə haqqında, az da olsa, məlumat toplaya biləcəklər. Avropalıların onu tanıması üçün hələ çox iş görməliyik.

Sual: Kimlərə göndərildi? Tələbat varmı həmin kitaba? Arzulayanlar haradan tapa bilər?

Cavab: Hələ tanıtma mərasimi olmayıb. Qabil Əliyev tezliklə bu mərasimi gerçəkləşdirəcək. Əsas kitabxanalara «Naməlum Səttar»dan pay düşəcək. Təqdimat mərasiminə, yəqin ki, səfirliklərin nümayəndələri də çağırılacaq. Kitaba tələbat var. Mətbuatda xəbər çıxan kimi, zəng edib maraqlanırlar. Ancaq «Naməlum Səttar» satışa çıxarılmayacaq, Azərbaycanın və imkan olsa, xarici ölkələrin kitabxanalarına göndəriləcək.

Sual: Nəhayət son sual: «Naməlum Səttar» haçan Məlum Səttara çevriləcək?

Cavab: Kimin evində Səttarın əsərlərinin orijinalı varsa, məlumat versə, əsərləri toplanıb araşdırılsa, yeni kitablar buraxılsa, filmlər çəkilsə, sərgilər təşkil edilsə, «Məlum Səttar» bilinməyən, məchul qalan Səttarı üstələyəcək.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
sweety_girl
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Sep 14, 2007
Mesajlar: 240
Şəhər/ölkə: İstanbul/ Türkiye
6106.4 Xal

MesajGöndərilib: C. Mar. 21, 2008 2:57 pm    Mesaj mətni: Sitatla cavab ver

Settar Behlulzade menim en çox sevdiyim ressamdı. Onun heyatı ile elaqedar da kitab oxumuşdum.Hetta onun şagirdi olan bir ressamdan bir ay ders aldım utandım
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: Ş. Mar. 22, 2008 7:17 pm    Mesaj mətni: Sitatla cavab ver

Nə yaxşı.
Bəs niyə 1 ay?

_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
sweety_girl
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Sep 14, 2007
Mesajlar: 240
Şəhər/ölkə: İstanbul/ Türkiye
6106.4 Xal

MesajGöndərilib: Ş. Mar. 22, 2008 8:10 pm    Mesaj mətni: Sitatla cavab ver

Çox isteyirdim gedim ama onun öz prinsipleri vardı ve çox ağır ders keçirdi.Onun derslerini etmek üçün diger derslerden qalırdım.O vaxtda universitet imtahanlarına hazırlaşdığım üçün çatdıra bilmedim. Belke daha tez vaxtda getseydim çox yaxşı olardı. Qismet Confused
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: B. Mar. 23, 2008 11:34 pm    Mesaj mətni: Sitatla cavab ver

Anladım və üzüldüm yarıda qaldı deyə.. Nə isə inşallah alınar gələcəkdə, təbii ki, əgər həvəsin, istəyin varsa.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
sweety_girl
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Sep 14, 2007
Mesajlar: 240
Şəhər/ölkə: İstanbul/ Türkiye
6106.4 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 6:58 pm    Mesaj mətni: Sitatla cavab ver

Anel yazıb:
Anladım və üzüldüm yarıda qaldı deyə.. Nə isə inşallah alınar gələcəkdə, təbii ki, əgər həvəsin, istəyin varsa.

Gelecekde ressam olabilmesem de yaxşı bir memar olacam inşallah Wink
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27273.6 Xal

MesajGöndərilib: C. Mar. 28, 2008 8:27 pm    Mesaj mətni: Sitatla cavab ver


sweety_girl yazıb:
Anel yazıb:
Anladım və üzüldüm yarıda qaldı deyə.. Nə isə inşallah alınar gələcəkdə, təbii ki, əgər həvəsin, istəyin varsa.

Gelecekde ressam olabilmesem de yaxşı bir memar olacam inşallah Wink


Inşallah
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İncəsənət Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан