 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Deli_UREK V.I.P


Daxil ol: Jan 06, 2008 Mesajlar: 469
15375.5 Xal
|
Göndərilib: ç.a. Mar. 04, 2008 11:21 am Mesaj mətni: ABŞ müdafiə naziri Ankarada sərt bəyanatlar verdi |
|
|
Robert Geyts: «Türkiyə anlamalıdır ki, PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almaq olmaz»
Vecdi Könül: «Türk əsgəri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox!»
«Birləşmiş Ştatlar Türkiyənin İraq əməliyyatlarının çox uzanmasını istəmir» - Türkiyəyə yola düşəndə Amerikanın müdafiə naziri Robert Geyts belə deyib.
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
O bildirib ki, Türkiyənin əməliyyatları bir neçə gün, ya həftə çəkə bilər, amma aylarla davam edə bilməz. Fevralın 28-də Ankarada keçirilən görüşlərdə o, bu barədə danışıb.
Amma Ankara hələ ki, əsgərlərini İraqdan çıxarmaq fikrində deyil. Türkiyənin müdafiə naziri Vecdi Gönül deyib ki, türk əsgərləri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox! Vecdi Gönül bildirib ki, əsgərləri boş yerə 26 dərəcə şaxtada saxlamaq niyyətləri yoxdur.
Türkiyə silahlı qüvvələri bir həftədən çoxdur dağlarda kürd yaraqlılarıyla vuruşur. Ankaranın verdiyi məlumata görə, 1 həftəyə 230 yaraqlı öldürülüb. Türkiyə isə 25 əsgərini itirib. PKK terror təşkilatı 100 türk əsgərinin öldürüldüyünü deyir.
Bağdadda narahatdırlar ki, Türkiyənin İraq əməliyyatlarının uzanması ölkənin təhlükəsizliyi ilə bağlı problemləri artırar. İraqın xarici işlər naziri Hoşyar Zebari belə deyib:
«Biz tələb edirik ki, türk əsgərləri İraqdan mümkün qədər tez çıxsınlar. Biz terrorla və PKK ilə mübarizə aparmaq üçün türk hökumətiylə əməkdaşlığa hazırıq».
Zebari Bağdadda Türkiyənin elçisi Əhməd Davudoğluyla görüşdən sonra belə deyib. Davudoğlu Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın xarici siyasət üzrə baş müşaviridir. Zebariyə cavabında Əhməd Davudoğlu deyib ki, Türkiyənin İraqda apardığı əməliyyatlar regionun, o cümlədən İraqın təhlükəsizliyinə töhfə verəcək:
«Biz hesab edirik ki, bu davamlı əməliyyatlar İraqın suverenliyinə xələl gətirmir. Əksinə, terrorçuların fəaliyyət göstərdiyi bölgələrdə İraqın suverenliyinin bərpasıdır. Burda məqsəd PKK terrorçularını məhv etməkdir».
Tək Bağdad yox, İraqın Kürdüstan Muxtar Vilayətinin rəhbəri Məsud Barzani də Türkiyəyə xəbərdarlıq edir. Barzani deyib ki, türk əsgərləri dinc kürd sakinləri öldürsələr, əsgərlərə ciddi müqavimət göstərəcəklər.
İraqda şiələrin lideri Müqtəda al-Sədr də deyib ki, Türkiyə əsgərlərini İraqın şimalından çıxarmasa, şiələr ora döyüşçü göndərəcəklər. Bunu Amerikanın «The International Herald Tribune» qəzeti yazır.
Ankarada olan Amerika müdafiə naziri Robert Geyts jurnalistlərə deyib ki, Türkiyə PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almağın mümkün ollmadığını anlamalıdır. Türkiyənin özündə iqtisadi və siyasi islahatlar aparmaq lazımdır ki, Türkiyə kürdləri arasındakı separatçı hərəkata son qoyulsun.
Amerika Birləşmiş Ştatları Türkiyənin müttəfiqidir və Kürd Fəhlə Partiyasını - PKK-nı terrorçu təşkilat kimi tanıyır. Vaşinqton Ankaraya İraqdan gələn terrorçuların hücumlarının qarşısını ala bilməsi üçün yaraqlılar barədə kəşfiyyat materialları çatdırır. _________________ Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!! |
|
| Əvvələ qayıt |
|
doktorT V.I.P


Daxil ol: Jan 05, 2008 Mesajlar: 1436 Şəhər/ölkə: Türkiye/Adana 31904.5 Xal
|
Göndərilib: C.a. Apr. 10, 2008 1:59 pm Mesaj mətni: |
|
|
Robert Geyts: «Türkiyə anlamalıdır ki, PKK probleminin, terror təhlükəsinin qarşısını yalnız hərbi əməliyyatlarla almaq olmaz»
Vecdi Könül: «Türk əsgəri İraqda nə qədər lazımdır, o qədər qalacaq, çox yox!»
lütfetmiş sağolsun ya ne hallere düştük Allah sonumuzu hayr etsin
elin adamı geliyor burda talimat veriyor orayı vurma şuraya asker gönder ordan geçme
şu yasayı çıkarma bak kürt devleti kurulur yoksa
AB sizi olmaz yoksa
bak Nato var ona üyesin gerğini yap!
bak ermeniler e yardım ederiz toprak alırla diye diye yediler bizi
ALLAH TÜRKÜ TÜRKİYEYİ VE AKLIMIZI KORUSUN
nice olacak halimiz çok merak ediyorum _________________
 |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|