Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - “Xezer-Lenkeran” çempion oldu
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İdman

Yeni mövzu aç   Cavab göndər
“Xezer-Lenkeran” çempion oldu
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Baku
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: May 18, 2007
Mesajlar: 143

3375.8 Xal

MesajGöndərilib: Ş. May 26, 2007 12:24 am    Mesaj mətni: “Xezer-Lenkeran” çempion oldu Sitatla cavab ver


“Xəzər-Lənkəran” çempion oldu.


Ağasəlim Mircavadovun rəhbərlik etdiyi cənub təmsilçisi mövsümü kifayət qədər sabit keçirərək sonda qızıl medalları boynundan asdı. Bu, eyni zamanda son altı ildə çempion ola bilməyən qalan əyalət təmsilçilərinin həsrətinə son qoydu. Maraqlıdır ki, həmin vaxt qalib gələn “Şəmkir”i uğura çatdıran da məhz Ağasəlim Mircavadov olmuşdu. “Gilan”la oyunda qalib gələn lənkəranlıların hücumçusu Zaur Ramazanov cari mövsümdə 20-ci qolunu vuraraq bombardir adını qazandı. “Turan” üzərindəki qələbə də “Neftçi”yə qızıl medal gətirmədi. İlk dövrəni zəif keçirən “flaqman” 70 illiyində çempion olmaq istəsə də, uğursuzluq yaşadı. İkinci dövrədə keçirdiyi 12 matçda qazanılan 33 xal (!) belə, Qurban Qurbanovun komandasını arzusuna çatdırmadı.

Paytaxt klublarının uğursuz mövsümü

Bir il əvvəl çempion olan “Bakı” bu dəfə bürünclə kifayətləndi. “İnter” isə həmişəki kimi mövsümü necə deyərlər, əliboş başa vurdu. Hər iki komanda ən yaxşı halda “İntertoto” kubokunda iştirak etməklə təsəlli tapa bilər. Onların əvəzində “MKT-Araz” hamını təəccübləndirə bildi. Nisbətən zəif heyətə malik olmasına baxmayaraq, İmişli klubu uzun müddət medallar uğrunda mübarizə apardı. Lakin ölkə kubokunun finalına vəsiqə qazandıqdan sonra “MKT-Araz” diqqətini bütünlüklə kuboka yönəltdi. “Xəzər-Lənkəran”ın çempion olması isə İqor Nakoneçnının yetirmələrinin UEFA kubokuna yolunu açdı. ötən çempionatla müqayisədə altı pillə irəliləyən “Olimpik” Əsgər Abdullayevin rəhbərliyi altında etibarlı oyunu ilə diqqəti cəlb etdi. ötən ildən fərqli olaraq, “Karvan” və “Qarabağ” cari mövsümdə azarkeşlərinə məyusluq yaşatdı. Bu klublar müvafiq olaraq, 7-8-ci pillələri tutdular. “Turan” bəzi oyunlarda rəqiblərinə başağrısı olmağı bacarsa da, tam etibarlı oyun nümayiş etdirmədi. Güclülər dəstəsinin debütantları “Simurq”la “Gilan” elitada yerlərini qoruya bildilər. Maddi problemlərdən qurtula bilməyən “Gənclərbirliyi” isə buna “İnter”in son turda “Şahdağ”a qalib gəlməsi sayəsində nail oldu. Qusar təmsilçisi elita ilə vidalaşdı. Artıq ölkəmizi avrokuboklarda hansı komandaların təmsil edəcəyi məlumdur. Belə ki, çempionlar Liqasında “Xəzər-Lənkəran”, UEFA kubokunda isə “Neftçi” və “MKT-Araz” çıxış edəcəklər. Maraqlıdır ki, ötən mövsüm avrokuboklara qatılan “Bakı”, “Karvan” və “Qarabağ”dan heç biri bu dəfə eyni uğuru təkrarlaya bilmədilər.

Gənc məşqçilərin parladığı il

Cari mövsüm həm də çoxsaylı məşqçi istefaları ilə yadda qaldı. Belə ki, Faiq Cabbarov “Gilan”, Sabir Əliyev “Şahdağ”, Böyükağa Ağayev “Qarabağ”, Əfqan Talıbov isə “Gənclərbirliyi”nin sükanını vaxtından əvvəl tərk etməli oldu. Bu çempionat Qurban Qurbanov, Ramiz Məmmədov və Bəhram Şahquliyev kimi gənc məşqçilərin güclülər dəstəsində debütü ilə yadda qaldı. Bombardirlər sırasında mübarizə də bu il gərginliyi ilə diqqəti cəlb etdi. ötən mövsüm ən yaxşı snayper adını Yakuba Bambaya təhvil verən Zaur Ramazanov bu dəfə yenidən titulunu özünə qaytardı. Bu eyni zamanda son iki ildə “Karvan”ın hücumçularının bombardir olmasına son qoydu. Zaurun izləyiciləri arasında “Olimpik”dən Xaqani Məmmədov diqqəti cəlb etdi. Uzun müddətdir ki, bu siyahıda olmayan Məmmədov 13 qol vuraraq yenidən gündəmə gəldi.

GİLAN - XƏZƏR-LƏNKƏRAN = 0 - 3

”Gilan”: 1. Nadir Şükürov (k), 3. Dmitri Kapanadze, 5. Əli İsmayılov, 7. Şəhruz Mustafayev, 8. Vitali Balamestnı, 11. Sənan Qurbanov (25. Samir Zərgərov, 46), 21. Azər Həşimov, 28. Vasif Əliyev, 44. Səbuhi Məmmədov (20. Samir Məmmədov, 60), 77. George Krasovski (23. Dmitri Didmarxuaşvili, 81), 85. Eldəniz Süleymanov
Baş məşqçi: Ramiz Məmmədov
”Xəzər-Lənkəran”: 25. Kamran Ağayev, 4. Valeri Abramidze, 5. Emin Quliyev, 6. Füzuli Məmmədov, 7. Mahmud Qurbanov (k), 10. Zaur Ramazanov, 18. Alim Qurbanov (11. Rəşad Kərimov, 78), 19. Ceyhun Sultanov, 20. Edmond N’Tiamoah (17. Vüqar Nadirov, 65), 27. Rəşad Abdullayev (14. Rahid Əmirquliyev, 71), 28. Daryus Jutautas
Baş məşqçi: Ağasəlim Mircavadov
Qollar: E. Quliyev, 5; R. Abdullayev, 22; Z. Ramazanov, 41
Sarı vərəqələr: V. Abramidze, 6; N. Şükürov, 90+1
Hakimlər: Babək Quliyev, Azər Məmmədov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
Hakim-inspektor: Rüfət Əmirov
23 may. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

KARVAN - BAKI = 1 - 2

”Karvan”: 12. Sahil Kərimov (k), 3. İlham Yadullayev, 6. Kamal Quliyev, 7. Qoça Trapaidze, 8. Mübariz Orucov (88. Samir Mütəllimov, 46), 10. Vadim Vasilyev, 18. Ruslan Əmircanov, 20. Cavad Mirzəyev (5. Cəmşid Məhərrəmov, 25), 23. Nakim Vəliyev (19. Mətləb Məmmədov, 56), 24. Aleksandr İntskirveli, 35. Roman Axalkatsi
Baş məşqçi: Yunis Hüseynov
”Bakı”: 25. Orxan Mirzəyev, 3. Rəfael Əmirbəyov, 7. Ramin Quliyev (k), 9. Samir Musayev (16. Fərid Quliyev, 61), 10. Amiran Muciri, 11. Tərlan Xəlilov, 17. Ramazan Abbasov, 18. Asif Abbasov, 20. Mihay İonesku, 21. Rail Məlikov (15. Elvin Nuriyev, 46), 77. Elnur Abdullayev
Baş məşqçi: Böyükağa Hacıyev
Qollar: C. Məhərrəmov, 88 - T. Xəlilov, 34; F. Quliyev, 71
Sarı vərəqələr: S. Musayev, 58; R. Əmirbəyov, 76; M. Məmmədov, 82; R. Abbasov, 82
Hakimlər: Azad Mütəllimov, Rufulla Kərimov, İqor Şpakovski, Elvin İsgəndərov
Hakim-inspektor: Nizami Şərifov
23 may. Yevlax şəhər stadionu (yardımçı meydança), 200 tamaşaçı

SİMURQ - OLİMPİK = 2 - 2

”Simurq”: 1. Davud Kərimi, 3. Vyaçeslav Nevinski, 4. Mixaylo Starostyak, 5. Ramin Hacıyev, 7. Ramin Nəsibov, 10. Aqşin ömərov (17. Rüstəm Məmmədov, 73), 11. Orxan Rəcəbov, 13. Vladimir Mazyar (20. Sergey Seleznyov, 71), 21. Ramiz Hüseynov, 25. Ramil Sayadov (28. İlqar Əbdurrəhmanov, 75), 27. Vyaçeslav Lıçkin (k)
Baş məşqçi: Roman Pokora
”Olimpik”: 12. Xəyal Zeynalov, 3. Usim Nduka, 4. Tərlan Əhmədov (k), 7. Yaşar Abuzərov, 8. Nizami Hacıyev (20. Vüsal Hüseynov, 67), 9. Pathe Banqura, 10. Xaqani Məmmədov, 11. Fabio Luis Ramim, 14. Elvin Əliyev, 15. Yovan Drobnyak (18. Vidadi Rzayev, 35), 16. Namiq Əliyev (17. Etimad Qurbanov, 87)
Baş məşqçi: Əsgər Abdullayev
Qollar: R. Nəsibov, 49; 69 - X. Məmmədov, 55; 80
Sarı vərəqələr: N. Əliyev, 16; V. Lıçkin, 23; X. Zeynalov, 33; V. Mazyar, 34; R. Nəsibov, 37; R. Hüseynov, 62; S. Seleznyov, 78; P. Banqura, 79
Hakimlər: Rövşən Əhmədov, Azər Əsgərov, Elman Musayev, Ceyhun Haşımov
Hakim-inspektor: Bəşir Əliyev
23 may. Qax Olimpiya İdman Kompleksinin stadionu, 400 tamaşaçı

ŞAHDAĞ - İNTER = 1- 5

”Şahdağ”: 66. Ruslan Quliyev, 5. Rövşən Rəcəbov, 7. Zahir Əsgərov (18. İlqar Hüseynov, 46), 9. Səbuhi Sadiqov, 13. Kamran Əlibabayev (k) (11. Zaur Məmmədov, 71); 15. İlqar Abdullayev, 17. Əhməd Ticani, 19. Vasif Vəliyev, 20. Murad Xalitov, 21. İsmayıl Xalimbəyov (3. Şiti Taured, 58), 24. Rəşad Quliyev
Baş məşqçi: Bəhram Şahquliyev
”İnter”: 42. Fərhad Vəliyev, 2. Zaur Həşimov, 3. Mikayıl Namazov, 6. Əliyar İsmayılov (11. Andryus Qedqaudas, 70), 7. Ruslan Poladov, 9. Elşən Məmmədov (20. Tomislav Staniç, 46), 10. Emin İmaməliyev (17. Yuri Muzika, 46), 12. Xəyal Mustafayev, 14. İsmayıl Məmmədov, 15. Vladimir Levin, 20. Toni Aleqbe
Baş məşqçi: Valentin Xodukin
Qollar: S. Sadiqov, 85 - T. Aleqbe, 2; İ. Məmmədov, 48; 53; Ə. İsmayılov, 59; Y. Muzika, 71
Sarı vərəqələr: E. İmaməliyev, 45; İ. Xalimbəyov, 58; Y. Muzika, 63; Ş. Taured, 88
Hakimlər: Fariz Yusifov, Vaqif Ayvazov, Azad Ə. Hüseynov, Elçin Səmədov
Hakim-inspektor: Xalid Novruzov
23 may. Quba Olimpiya Kompleksinin stadionu, 200 tamaşaçı

QARABAĞ - MKT-ARAZ = 1 - 0

”Qarabağ”: 12. Cahangir Həsənzadə, 2. Hüseyn İsgəndərov, 7. Qoqa Beraya (23. Əfran İsmayılov, 77), 10. Hakan Dəmir (18. Mehran Əliyev, 86), 13. Nodar Məmmədov, 14. Namiq Yusifov, 15. Timur İsrafilov, 16. Samir Abbasov, 17. Bojan İliç, 20. Vaqif Cavadov, 21. Kənan Kərimov (k) (11. Rauf Əliyev, 86)
Baş məşqçi: Rasim Kara
”MKT-Araz”: 99. Sadiq Əliyev, 6. Valentin Viştalyuk, 7. Azər Cabbarov, 10. Zeynal Zeynalov (k), 11. Vitali Ledenyov (21. Anatoli Doroş, 46), 15. Renat Abdaşov (4. Elnur Abbasov, 46), 18. Viktor Barışev, 22. Elxan Müslümov (9. Murad Ağakişiyev, 67), 25. Camal Məmmədov, 29. Əziz Məmmədov, 55. Ruslan Qafitullin
Baş məşqçi: İqor Nakoneçnı
Qol: V. Cavadov, 26
Sarı vərəqələr: E. Müslümov, 10; Z. Zeynalov, 28; N. Məmmədov, 34; N. Yusifov, 56; B. İliç, 84
Hakimlər: Eldar Nağıbəyov, Akif Adıgözəlov, Elşən Durmuşev, ülviyyə Mustafayeva
Hakim-inspektor: Kərim Ağayev
23 may. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 200 tamaşaçı

NEFTçİ - TURAN = 4 - 2

”Neftçi”: 12. Hüseyn Məhəmmədov, 6. Rəşad Sadiqov, 7. Vadim Borets, 8. Aleksandr öertsqanov (15. Ruslan Abışov, 82), 14. Rəşad Sadıqov, 17. Aqil Məmmədov (23. Eşqin Quliyev, 77), 19. Ruslan Abbasov, 20. Branimir Subaşiç, 21. Nadir Nəbiyev (k) (16. Fərrux İsmayılov, 84), 25. Mahir Şükürov, 79. Samir Əliyev
Baş məşqçi: Qurban Qurbanov
”Turan”: 1. Anar Nəzirov (12. Natiq Sərhədov, 88), 4. İrakli Vaşakidze, 5. Eltay Aslanov (k), 7. Kamal Ələkbərov, 9. Viktor İbekoyi, 10. Xəyal Qarayev (15. Altay Süleymanov, 73), 16. Ramin Əliyev (3. Vurğun Hüseynov, 80), 17. Vüqar Fərhadov, 18. Hafiz Əliyev, 19. Yasin Abbasov, 21. Asəf Qədiri
Baş məşqçi: Sakit Aliyev
Qollar: N. Nəbiyev, 29; V. Borets, 56; R. Abbasov, 66; S. Əliyev, 70 - H. Əliyev, 11; V. İbekoyi, 73
Sarı vərəqə: R. Sadıqov, 50
Hakimlər: Vüsal Əliyev, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Fazil Mürşüdov
Hakim-inspektor: Əliiskəndər Nağıbəyov
23 may. Tofiq Bəhramov adına Respublika stadionu, 400 tamaşaçı

Elşad Quluzadə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Azerbaycanli
CEO
CEO


Daxil ol: Apr 02, 2004
Mesajlar: 1425
Şəhər/ölkə: Azerbaycan.info
32724.7 Xal

MesajGöndərilib: Ş. May 26, 2007 3:15 pm    Mesaj mətni: Xezer - Lenkeran Sitatla cavab ver

Elif bizim komandamız çempion olub ki Rəqs

Bir də Beşiktaş olsaydı :(
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5193

93475.3 Xal

MesajGöndərilib: çər. İyun 06, 2007 4:23 am    Mesaj mətni: Re: Xezer - Lenkeran Sitatla cavab ver

Azerbaycanli yazıb:
Elif bizim komandamız çempion olub ki Rəqs

Bir də Beşiktaş olsaydı :(




Menim diyer komandam da çempion olub eee. Seneye de Beşiktaş olsun Very Happy
_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ShulikBoy
Romantik İstifadəçi
Romantik İstifadəçi


Daxil ol: May 03, 2007
Mesajlar: 657
Şəhər/ölkə: Sensizliğin sokağından...
13134.8 Xal

MesajGöndərilib: çər. İyun 06, 2007 4:35 am    Mesaj mətni: Re: Xezer - Lenkeran Sitatla cavab ver

Bu arada deyim bilmeyenler uchun lenkaranin "palmali" sirketi xezerin bu cempiyonlugu ucun her oyuncuya (20 oyuncu) heresine 1 dene BMW X5 markali heddiye pay verib palmali sirketi..toplam 20 bmv x5 `1 milyon 600 min dollar pul verilib 20 masina Very Happy

Mende besiktasliyam 8)
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Azerbaycanli
CEO
CEO


Daxil ol: Apr 02, 2004
Mesajlar: 1425
Şəhər/ölkə: Azerbaycan.info
32724.7 Xal

MesajGöndərilib: çər. İyun 06, 2007 3:29 pm    Mesaj mətni: Sitatla cavab ver

O maşını kimə versən çempion olar da Very Happy Bizim klublar da yaman varlanır.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Kerkuk-Qizi
deneme


Daxil ol: Mar 18, 2007
Mesajlar: 789
Şəhər/ölkə: Danmark
15933.7 Xal

MesajGöndərilib: çər. İyun 06, 2007 3:31 pm    Mesaj mətni: Re: Xezer - Lenkeran Sitatla cavab ver

ShulikX yazıb:
Bu arada deyim bilmeyenler uchun lenkaranin "palmali" sirketi xezerin bu cempiyonlugu ucun her oyuncuya (20 oyuncu) heresine 1 dene BMW X5 markali heddiye pay verib palmali sirketi..toplam 20 bmv x5 `1 milyon 600 min dollar pul verilib 20 masina Very Happy

Mende besiktasliyam 8)


aaa roll ben Fenerliyim Very HappyVery Happy neyse

Xezer - Lenkeran guzel bi spor klubune benziyor 8) tebrikler...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
cNyT
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jun 15, 2007
Mesajlar: 3
Şəhər/ölkə: büyük türkeli
53.0 Xal

MesajGöndərilib: Ş. İyun 16, 2007 4:53 pm    Mesaj mətni: Sitatla cavab ver

forza TURAN TOVUZ :d bayraq
_________________
Sevgim - Millete!
Vurgunluğum - Azadlığa ve adalete!
itaatim - Hocalarıma!
Borcum - Dostlarıma ve meslektaşlarıma!
Nefretim - Yalancılara ve iki yüzlülere!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
ShulikBoy
Romantik İstifadəçi
Romantik İstifadəçi


Daxil ol: May 03, 2007
Mesajlar: 657
Şəhər/ölkə: Sensizliğin sokağından...
13134.8 Xal

MesajGöndərilib: B. İyun 17, 2007 1:40 am    Mesaj mətni: Sitatla cavab ver

Azerbaycanli yazıb:
O maşını kimə versən çempion olar da Very Happy Bizim klublar da yaman varlanır.


gagam masinlar cempion oldugdan sonra heddiye olaraq verilib Very Happy
_________________
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: B.e. Dek. 24, 2007 4:10 pm    Mesaj mətni: Sitatla cavab ver


“Xəzər-Lənkəran” klubu ilkin iştirak ərizəsini “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə göndərib. agentliyinin məlumatına görə, son Azərbaycan çempionu gələn ilin yanvarın 19-dan 27-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yarış üçün ilkin siyahısında 19 futbolçunun adını göstərib.
Bunlar qapıçılar – Kamran Ağayev, Dmitri Kramarenko, Ramiz Kərimov, müdafiəçilər – Emin Quliyev, Kostadin Cambazov, Radomir Todorov, Zaur Həşimov, Füzuli Məmmədov, Darius Jutautas, yarımmüdafiəçilər – Elmar Baxşıyev, Alim Qurbanov, Rəşad Abdullayev, Ceyhun Sultanov, Rahid Əmirquliyev, Junior Osvaldo, Rəşad Kərimov, hücumçular – Zaur Ramazanov, Edmond N’Tiamoa və Yakuba Bambadır. Komanda XVI Azərbaycan çempionatının ilk dövrəsində xidmətindən yararlandığı 20 futbolçudan 19-nu Sankt-Peterburqa aparacaq ki, kənarda qalan 20 yaşlı hücumçu Vüqar Nadirovdur. Lənkəran təmsilçisi milli komandanın da şərəfini qoruyan bu futbolçu ilə yollarını ayırmaq fikrindədir. Əsas heyətə düşə bilməyən V.Nadirovun gələcək taleyinə hələ aydınlıq gəlməyib və belə olan halda, onun adı ilkin iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ağasəlim Mircavadov və komanda yoldaşı Füzuli Məmmədov kimi Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yollanan V.Nadirov bir həftə sonra vətənə dönəcək. bayraq
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İdman Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан