Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5194
93508.8 Xal
|
Göndərilib: C.a. İyun 07, 2007 2:38 pm Mesaj mətni: Güleşçilerimiz beynelxalq turnirde 9 medal qazanıblar |
|
|
Azərbaycanın yeniyetmə yunan-Roma güləşçiləri Gürcüstanın Rustavi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. “APA-SPORT” agentliyinin Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumatına görə, yarışda mübarizə aparan 11 pəhləvanımızdan 9-u fəxri kürsüyə qalxıb. Bütün rəqiblərinə qalib gələn Eldəniz Əzizli (42 kq) və Araz Vəliyev (58 kq) qızıl medala sahib çıxıblar. Yalnız final görüşündə məğlub olan Murtuza Tağıyevlə (69 kq) Şəhriyar Məmmədov (76 kq) ikinci olublar. Orxan Cabbarlı (42 kq), Sərxan Məmmədov (46 kq), Rəsul Cunayev (50 kq), Orxan Vəliyev (54 kq) və Fuad Əliyev (63 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda yeniyetmə pəhləvanlarımızla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistan idmançıları da mübarizə aparıblar.
2007-06-07 11:20
525-ci qəzet _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|