Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - 14 yaşlı pəhləvan
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İdman

Yeni mövzu aç   Cavab göndər
14 yaşlı pəhləvan
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Elif
Decel Şirine
Decel Şirine


Daxil ol: Feb 21, 2007
Mesajlar: 5170

93193.2 Xal

MesajGöndərilib: C.a. İyun 07, 2007 2:43 pm    Mesaj mətni: 14 yaşlı pəhləvan Sitatla cavab ver


KAMAL MƏMMƏDOVUN HƏDƏFİ DÜNYA ÇEMPİONU OLMAQDIR

Azərbaycanda istedadlı idmançılar çoxdur. Onlardan biri də yunan-Roma güləşi ilə məşğul olan Kamal Məmmədovdur. Mütəxəssislərin fikrincə, adıçəkilən pəhləvanın gələcəyi parlaqdır. 14 yaşlı Kamal əvvəllər çalışdırıcı Atil Hüseynovun rəhbərliyi altında məşq edib, indi isə o, mütəxəssis Hicran Şərifovdan güləşin sirlərini öyrənir. Məmmədov respublikadaxili yarışlarda fərqlənməklə yanaşı, mötəbər turnirlərdə də uğurlar qazanır. Bu günlərdə Rusiya paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda da ölkəmiz layiqincə təmsil olunub. Turnirdə müxtəlif ölkələrin 120 idmançısı qüvvəsini sınayıb. "Neftçi" İdman Sağlamlıq Mərkəzinin yetirmələri bu dəfə də öz sözlərini deyiblər. 46 kq çəki dərəcəsində mübarizə aparan mərkəzin üzvü Kamal Məmmədov yüksək nəticə göstərib. Həmyerlimiz keçirdiyi bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı da mükafatçılar sırasına düşüb. Xeyrulla Cəfərov (59 kq) üçüncü yeri tutub. K.Məmmədovun arzularına gəlincə, idmançı Avropa, dünya və olimpiya çempionu olmaq niyyətindədir: "İlk növbədə aşağı yaş qrupları üzrə Avropa və dünya birinciliklərində fərqlənmək istəyirəm. Bunun üçün baş məşqçi Hicran müəllimin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirirəm. Gələcəkdə isə hədəflər böyükdür". Yeniyetmə pəhləvan yüksək titullar qazanmağın çətin olduğunu qeyd etsə də, məqsədlərə çatmaq üçün bütün gücü ilə çalışdığını bildirib. Kamal Məmmədov yunan-Roma güləşi üzrə Avropa çempionu Rövşən Bayramovun yolunu davam etdirməkdə israrlıdır: "Məşqçim Hicran Şərifovun yetirməsi Rövşən Bayramovun bir sıra mötəbər yarışlarda uğur qazanması, sonuncu dəfə isə Avropa çempionu olması bizi çox sevindirir. Pəhləvanımız gərgin əmək, böyük zəhmət sayəsində bunlara nail olub. Mən də Rövşən Bayramovun yoluyla getmək fikrindəyəm. İstəyirəm ki, onun qazandığı nailiyyətlər mənə də nəsib olsun. Bunun çox çətin olduğunu yaxşı başa düşürəm. Ancaq güləşə marağım böyükdür, hərtərəfli şərait yaradılıb və daim səylə çalışıram. Çox istərdim ki, vətənim Azərbaycanın bayrağını hər zaman yüksəklərə qaldırım".



525-ci qəzet
_________________
Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İdman Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан