Azerbaycanli CEO


Daxil ol: Apr 02, 2004 Mesajlar: 1425 Şəhər/ölkə: Azerbaycan.info 32686.7 Xal
|
Göndərilib: B. Sen. 16, 2007 12:37 am Mesaj mətni: Orucu pozan və pozmayan hallar |
|
|
Orucu pozan və pozmayan hallar
Oruclu olduğunu bilə-bilə boğazından bir şey keçirmək orucu pozar.
Oruclu olduğunu unudaraq bir şey yeyib-içmək orucu pozmaz. Oruclu olduğunu xatırlayan kimi yemək-içməyi dayandırmalı və orucuna davam etməlidir. Yox əgər xatırladıqdan sonra da yeyib-içərsə, orucu pozular.
Oruclu olduğunu bilə-bilə qarqara edərkən boğazdan su keçərsə, orucu pozar.
Ağıza su verib yaxaladıqdan sonra ağızda qalan cüzi nəmlik tüpürcəklə bərabər udularsa, orucu pozmaz.
Burun seliyini çəkib-udmaq orucu pozmaz.
Dişlərin arasından çıxıb ağıza yayılan qan boğazdan keçməzsə, oruc pozulmaz.
Ağız suyu dodaqdan çıxıb yenidən ağıza qayıdarsa, oruc pozulmaz.
Birisi danışarkən və ya başqa bir səbəbdən dodaqlarını ağız suyu ilə islatması orucunu pozmaz.
Göz yaşı və ya tər ağıza düşərsə, baxılar; əgər azdırsa, orucu pozmaz, çoxdursa, pozar.
Zəruri halda ağız içinə qoyulan dərman, məsələn, dişə qoyulan dərmanın az miqdarda suyu ağız suyuna qarışaraq boğazdan keçsə, oruc pozulmaz.
Dişlərin arasında qalmış yemək qırıntısı noxud dənəsindən kiçikdirsə, udduqda orucu pozmaz; noxuddan böyükdürsə, pozar.
Dişlər arasında qalan noxuddan kiçik bir şey ağızdan çıxarılıb yenidən yeyilərsə, orucu pozar. _________________ Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.
I Love Azeri.net
Forumda siqaret çəkmək qəti qadağandır. |
|