Azerbaycanli CEO


Daxil ol: Apr 02, 2004 Mesajlar: 1425 Şəhər/ölkə: Azerbaycan.info 32726.7 Xal
|
Göndərilib: C.a. Sen. 20, 2007 2:46 pm Mesaj mətni: Dua: Allaha yalvarış |
|
|
Dua: Allaha yalvarış
Rəbbinizə boynubükük, yalvara-yalvara, həm də gizlicə dua edin. Əraf surəsi/55.
Dua qulun Allaha üz tutması, öz dərdini izhar etməsi və Ondan çarə diləməsidir. Öz acizliyini dərk etmək, Allahın sonsuz qüdrət sahibi olduğuna inanmaq və Onun mərhəmətindən pay ummaqdır dua.
Duaya hazırlaşan insan Allah-Təalanın hüzurundadır. Səmimi və gerçək dua dodaqlarda başlar, qəlbə enər, oradan Allaha qovuşar. Göylərə açılan əllər bəndənin acizlik halının təsdiqidir. Dua ibadətin özü, insanın Allah qatında dəyər ölçüsüdür. Yəni insanın dəyəri onun duası qədərincədir.
Dua qapı döyməkdir. Qapı döyürsən: tak-tak-tak. Barmaqlarını astaca qapıya toxundurursan. Bərk vurmursan, qorxursan ki, barmaqların ağrıyar. İstəyirsən ki, qapı açılsın, astaca taqqıldadırsan. Könülsüz-könülsüz döyürsən qapını. Qapı açmaq istəyən nə barmağının ağrısını düşünər, nə sümüyünün sızıltısını. Özünü unudar, bütün ruhu ilə, bütün varlığı ilə özünü o qapıya çırpar.
Dua eləmək qapı döyməkdir, qapının açılmasını istəyirsənsə, gərək bütün varlığınla, bütün ruhunla döyəsən o qapını. Tak-tak-tak döyməklə hər qapı açılsaydı nə vardı ki?.. Amma sən ona da əmin ol ki, canının ağrısını, sümüyünün sızıltısını, hər şeyi bir tərəfə qoyub o qapıya yönəlsən, açılar.
Dua eləmək qapı döymək, qapı çalmaqdır. Barmağın ağrıyırmı? Döyəndə də gərək qapını elə döyəsən ki, açılmasına şübhən qalmasın. Özünü unut və qapını döy.
Allahım!
Sən mənim Rəbbimsən. Səndən başqa Məbud yoxdur. Sən məni yaratdın, mən Sənin qulunam. Gücüm yetdiyi qədər Sənə olan əhdimə və vədimə bağlıyam. İşlədiyim əməllərin şərindən Sənə sığınıram. Üzərimdəki nemətləri etiraf edirəm, günahlarıma görə tövbə edirəm.
Məni bağışla! Çünki günahları bağışlayan ancaq Sənsən. Ey Allahım! Ancaq Sənə qulluq edirik və yalnız Səndən mədət gözləyirik. Bizə doğru yolu göstər.
Ey Rəbbimiz!
Bizi Sənə boyun əyənlərdən et. Nəslimizdən də Sənə itaət edən bir ümmət çıxar. Bizə ibadət yollarımızı göstər. Tövbəmizi qəbul et. Çünki tövbələri qəbul edən, mərhəmətli olan Sənsən!
Ey Rəbbimiz!
Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi bu yoldan çevirmə. Lütfü sonsuz olan ancaq Sənsən!
Zaman.az _________________ Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.
I Love Azeri.net
Forumda siqaret çəkmək qəti qadağandır. |
|