Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - klassik sairler
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
klassik sairler Səhifə Əvvəlki  1, 2, 3, 4
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30512.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:07 am    Mesaj mətni: Sitatla cavab ver


SADƏLÖVHLÜYÜN TƏNQIDI
(Oğluma nəsihət)

Ey oğul, olma çox da sadə zəmir,1
Ta sənə mərdum2 eyləyə təzvir.3 Xəlq olub məkrü4 hiylədə kamil, Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma, Xalqdan çox da bədgüman olma. Hər sözü yoxla, eyləmə bavər,5 Dari-dünyadə6 azdı doğru xəbər. Çoxdu dünyadə mərdi-hiyləşüar,7 Zahiri sadədil, özü əyyar.8
Məsti-layəqil9 olma, hüşyar10 ol, Xalqın övzainə11 xəbərdar ol.
Necə kim bu hekayəti-ziba12
Sənə bu macərani eylər əda.



--------------------------------------------------------------------------------

1 Sadəlövh
2Xalq, camaat
3Hiylə
4Biclik
8 Etibar, inam
6Dünya evində
7Hiyləkər kişi
8Kələkbaz
9Ağılsız sərxoş
10Ağıllı , ayıq
11Vəziyyətinə
12Gözəl hekayə


SEYID EZIM SIRVANI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30512.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:08 am    Mesaj mətni: Sitatla cavab ver

MARAL HEKAYƏSİ

Var idi bir maral çox ətşan1,
Gəldi bir çeşmə üstə ol heyvan.
Bu təmənna ilə ki, su içsin,
Su içib, çeşməsardan keçsin.
Çün nəzər qıldı suyə ol heyvan, Baxıb öz əksin onda gördü əyan. Gördü nazik ayağın, ol dilxun2 Tutulub könüllü, oldu çox məhzun, Gördü buynuzların fəxamətlə3 Xatiri şad olub fəxarətlə.4
Ki, bu əsnadə bir neçə səyyad5 Düşdülər ol maral qəsdinə şad. Binəva görcək onları qaçdı,
Leyk təqdir6 öz torun açdı.
Qovdu səyyadlər onu çox tul. Olmadı leyk bir murad hüsul.7 Oldular ol şikardən8 məyus,
Etdilər çox təəssüfü əfsus.
Gəldi nagəh qabağə bir bişə,9
Çox qalın bişə idi, pürrişə.10 Ovçulardan o gün qurtarmağa can Girdi ol bişə içrə ol heyvan.
İlişib buynuzu budaqlarə,
Olmadı bəs nicatına çarə.
Tutdular ovçular o heyvanı,
Düşdü dami-həlakətə11 canı,
Dedi ol binəvayi-xatirdağ.12
Ey həqarətlə13 baxdığım əl-ayaq, Sən məni xoş nicatə çatdırdın, Ölmüş idim, həyata çatdırdın.
Ey fəxarətlə baxdığım buynuz, Övci-çərxə14 buraxdığım buynuz Saldın axır məni həlakətə sən, Vərteyi-möhnətü15 fəlakətə sən...





--------------------------------------------------------------------------------

1Susuz
2Qəmgin
3 Əzəmətlə
4 Fəxrlə
5 Ovçu
6 Allahın yazısı (qəza-qədər, olacaq, qismət)
7 Hasil
8Ovdan
9Meşə
10Köklü , rişəli
11Ölum toruna
12Ürəyidağlı yazıq
13Alçaq gözlə, təhqiramiz
14Göyə
15Qəm, möhnət uçurumuna


SEYID EZIM SIRVANI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30512.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:09 am    Mesaj mətni: Sitatla cavab ver

ASLAN VƏ İKİ ÖKÜZ


Bir çəragah1 içində iki öküz Otlayırlardı şad gecə-gündüz. Nagah onlara bir qəvi2 aslan
Eylədi həmlə səxt seyhəgünan.3
Çün öküzlər görüb o əhvali,
Oldular fikri-xəsmdən4 hali. Verdilər dal-dala o heyvanlar,
Qıldı buynuzlarıyla cövlanlar. İttifaq eyləyib diliranə,5
Durdu onlar müqabil aslanə. Gördü aslan çu surəti-karı,6
Bildi ki, həmləsi deyil karı. Görüb aslan ki,yox işində zəfər, Oldu rubəh misalı7 hiyləkər. Hiylə fikriylə ol qəvisovlət8 Öküzün eylədi birin dəvət.
Dedi: ey gavi-xoşələf,9 hərgah Olasan ol rəfiqdən igrah,10
Sənə minbəd6 etmərəm azar, Olursan hər çəməndə bərxurdar11
Sənə verrəm hamı ələfzarı, Görəməsən bir dirəndə12 azarı. Olusan daima pənahımda, Dərkəhi-ərş-iştibahımda13
O qədər vəsf edib özün satdı, Axır o binəvanı aldatdı.
Onları bir-birindən etdi cüda,14 Oldu aslanə müddəa peyda,i Onların parə qıldı əzasın.
Ey gözüm nuru, anla mənasın. Əgər olsaydı ittifaqləri,
Gavlər15 görməz idi bu xətəri.
Xah* ruh əhli olsa, gah firənk Vətən əhlilə olgilən yekrəng.** İttihad eylə, ittifaq eylə.
Üzüvi hər məkanda ağ eylə.



--------------------------------------------------------------------------------

1Çəmənlik, otluq
2Qüvvətli
3 Bağıraraq
4Düşmənin fikrindən
5Qəhrəmancasına
6 Vəziyyəti
7Tülkü kimi
8Qüdrətli
9Otlayan
10Nifrət etsən, üz döndərsən
11Artıq, bundan sonra
12İstifadə edərsən
13Vəhşi, yırtıcı heyvan
14Uca dərgahımın şübhəli güşəsində də olsan mənim amanımda olarsan.
15Ayırdı
16İstəyinə nail oldu
17Öküzlər
* İstər
**Birrənk, həmrənk


SEYID EZIM SIRVANI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30512.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:10 am    Mesaj mətni: Sitatla cavab ver

AYI VƏ SİÇAN

Bir ayı yatmış idi rahətlə,
Uzanıb xeyli istirahətlə.
Bir siçan ayı üstdən etdi güzar,5 Oldu ol ayı xabdən bidar.4
Əl atıb muşi5 eylədi nəxcir,6
Durdu yalvarmağa ona o fəqir.
Dedi ki, sən məni gəl eylə rəha,7
Yer düşər, eylərəm əvəz peyda.
Ayı güldü, onu rəha qıldı,
Siçanın mətləbin rəva qıldı.8
Bir zaman ovçu qurmuş idi dam,9 Düşdü dam içrə ol qəviəndam.10
Nə qədər zur qıldı11 ol məzur,12 Damı13 qırmaqlıq olmadı məqdur. Bağırıb naləvü fəğan etdi,
Göz yaşın seyl tək rəvan etdi. Ayının naləsi eşitdi siçan,
Bildi kim, dami-dərdədir pican.*** Gəldi kəsdi dişiylə ol damı,
Ayıya eylədi sərəncamı.
Dedi ayı ki, qalmadım qəmdə, Yaxşılıq itməz imiş aləmdə...



--------------------------------------------------------------------------------

1Keçdi
2Luxudan oyandı
3Siçanı
4Şikar etdi, ovladı
5Burax
6İstəyini y'erinə yetirdi
7 Tələ
8Beyuk bədənli
9Güc eylədi
10bur. Yazıq
11Tələni
***Bəla toruna düşmüşdür




SEYID EZIM SIRVANI
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
kombat80
V.I.P
Yeni Forumçu


Daxil ol: Sep 14, 2007
Mesajlar: 20
Şəhər/ölkə: Azərbaycan
716.9 Xal

MesajGöndərilib: C.a. Sen. 27, 2007 11:24 am    Mesaj mətni: Kəndli və Muzdur! Sitatla cavab ver


[b]
Bir kəndli muzdur ilə
Axşam üste biçindən,
Qayıdırdı evinə
Qalın meşə içindən.
Qaranlıqda ayıyla
Gəldi burun-buruna,
Ah da deyə bilmədi
Ayı mindi boynuna.
Xışmalayıb kəndlini
Pəncəsiylə əzirdi,
Möhkəm yapışmaq üçün
Münasib yer gəzirdi.
Gördü işi əngəldi
Birdən qışqırdı aman!!
Öldürdü ayı məni
Kömək eylə Stepan!!
Yalvararaq muzdura
Çəkirdi minnətini,
Cavan muzdur topladı
Bütün var qüvvətini.
Balta ilə ayının
Dağıtdı kəlləsini,
Yabasını soxaraq
Kəsdi lap nəfəsini.
Öllümdən qurtularaq
Kəndli durdu ayağa,
Muzduru söydü-söydü.
Dedi: Axı nə üçün söyürsən??
Çünki axmaqsan-axmaq!
O ayının dərisindən
Yaxşı kürk tikəcəkdim,
Deşik deşik oldu o,
Neyləyim o dərini mən!!??
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
Səhifə Əvvəlki  1, 2, 3, 4
4 səhifə (Cəmi 4 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан