 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Azerbaycanli CEO


Daxil ol: Apr 02, 2004 Mesajlar: 1425 Şəhər/ölkə: Azerbaycan.info 32620.7 Xal
|
Göndərilib: çər. Sen. 19, 2007 12:02 pm Mesaj mətni: Fərid Mansurov - ilk dünya çempionumuz |
|
|
Fərid Mansurov - ilk dünya çempionumuz
Dünən Bakida kisilər və qadinlar arasinda sərbəst və Yunan-Roma güləsi üzrə dünya çempionati start götürdü.
Rövsən Bayramov erməni rəqibini yerlə bir etdi
Heydər Əliyev adina Idman-Konsert Kompleksində təskil edilən mundialin açilis mərasimində Azərbaycan Respublikasinin prezidenti Ilham Əliyev də istirak etdi.
Dövlət basçisi ilə yanasi, tədbirə dövlət nümayəndələri, millət vəkilləri, idman qurumlari və federasiyalarinin rəsmiləri, habelə, Beynəlxalq Güləs Federasiyalari Assosiasiyasinin (FILA) prezidenti Rafael Martinetti və digər rəsmi qonaqlar qatildi. Alim Qasimov və Aygün Kazimovanin ifasinda dünya çempionatina həsr olunmus mahni, həmçinin, ölkəmizin musiqi və rəqs qruplarinin ifalarindan ibarət bədii hissə arenaya istirakçi ölkələrin bayraqlarinin gətirilməsi ilə basa çatdi. Rəsmi hissədə çixis edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən qayginin nümunəsi kimi son bir ayda Bakida voleybol, boks, sahmat növləri üzrə beynəlxalq yarislarin təskil edilməsini göstərdi. Güləs üzrə dünya çempionatina gəldikdə, mötəbər yarisda idmançilar üçün mükafatlarla yanasi, 2008-ci il XXIX Pekin Yay Olimpiya Oyunlarina lisenziya qazanmaq imkanlarinin oldugunu vurguladi.
Daha sonra FILA prezidenti Martinetti yaris barədə fikirlərini bildirdi. O, dünya çempionatinin yüksək səviyyədə təskil edildiyini vurguladi. Çixisinin sonunda Martinetti Azərbaycan prezidentinə güləsin inkisafindaki xidmətlərinə görə xüsusi mükafat verdi. Azərbaycan Güləs Federasiyasinin prezidenti Fazil Məmmədov isə rəhbərlik etdiyi qurumun ölkəmizə son üç olimpiya oyunlarindan medal gətirən yeganə federasiya oldugunu vurguladi. Məmmədov qisa nitqinin ardindan dünya çempionatini açiq elan etdi.
Açilisdan əvvəlki səhər seansinda isə Yunan-Roma güləsi üzrə üç çəki dərəcəsində ilkin mərhələnin görüsləri basa çatmisdi. Ayri-ayriliqda idmançilarimizin çixislarina nəzər salaq. 60 kq-da ölkəmizi təmsil edən Vitali Rəhimov ilk görüsündəcə uduzdu. Avropa çempionumuz Koreya pəhləvani ilə bacara bilmədi. O da yarimfinalda məglub olduguna görə Vitali təsəlliverici görüslərə qatila bilmədi.
Rövsən Bayramovun çixisi isə daha maraqli alindi. Onun nəticəsini həm ugurlu, həm də ugursuz adlandirmaq olar. 55 kq-da mübarizə aparan Rövsən ilk görüsündə erməni Roman Amoyani yerlə bir etdi. Birinci hissədən sonra rəqibinə uduzan pəhləvanimiz hesabi bərabərləsdirsə də, Amoyan yenidən önə keçdi. Amma Bayramovun sona 16 saniyə qalmis islətdiyi 5 xalliq fənd ona qələbə gətirdi. Bu qələbə sayəsində 1/8 finala yüksələn təmsilçimiz növbəti görüsdə Çin güləsçisi Jiao Huafenq ilə qarsilasdi. Cəmi 52 saniyə çəkən mübarizədə həmvətənimiz rəqibini tam üstünlüklə məglub etdi. Onun 1/4 finalda rəqibi koreyali Park Eun Çol oldu. Ancaq həmyerlimiz rəqibinə uduzaraq, ümidini təsəlliverici görüslərlə bagladi. Bundan sonra Rövsən bürünc medal qazanmaq üçün təsəlliverici görüslərə qatilsa da, ugursuzluga düçar oldu. Ötən il Çində keçirilmis dünya çempionatinin gümüs medalini qazanan həmyerlimiz bu dəfə mükafatçilar sirasina yüksələ bilmədi. Bununla belə, 5-ci yeri tutan idmançimiz Pekin Yay Olimpiya Oyunlarina vəsiqə qazandi.
Günün qəhrəmani isə Fərid Mansurov oldu. Afinada olimpiya çempionu olduqdan sonra 2 ildən çox zədə ucbatindan beynəlxalq arenaya çixa bilməyən Fərid 66 kq-da hamini üstələməyi bacardi. O, müvafiq ardicilliqla Endriks Artaeqo (Venesuela), Moises Sançes (Ispaniya), Cimmi Samuelssonu (Isveç) məglub edərək 1/4 finala vəsiqə qazandi. Bununla da Pekin olimpiadasina lisenziyani təmin edən Fərid növbəti məqsədi - çempionluq haqqinda düsünməyə basladi. O, macaristanli Tomas Lorintsə qalib gəldikdən sonra amerikali Castin Lesteri məglub edərək finala vəsiqə qazandi. Qizil medal ugrunda görüsdə həmyerlimizin rəqibi fransali Stiv Jeno oldu. Görüs çox çətin keçdi. Amma Fərid azarkeslərin dəstəyi nəticəsində rəqibini məglub edib Azərbaycana ilk medali, özü də qizil əyarli medali qazandirdi. Bu gün daha üç Yunan-Roma güləsçimiz mübarizəyə qosulacaq. _________________ Azeri.net Ailəsi --->Ekart -- Xəbərlər -- MP3 -- Chat -- .: Super Azərbaycan videoları :.
I Love Azeri.net
Forumda siqaret çəkmək qəti qadağandır. |
|
| Əvvələ qayıt |
|
logman Yeni Forumçu


Daxil ol: Jul 07, 2007 Mesajlar: 149 Şəhər/ölkə: İstanbul 5831.9 Xal
|
Göndərilib: ç.a. Sen. 25, 2007 10:06 pm Mesaj mətni: |
|
|
Dünya ve Olimpia çempionu ....
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
_________________ Ayaqqabım olmadıgından şikayet eleyirdim..
Yolda gederken ayaqsız insan gordum..
MEVLANA |
|
| Əvvələ qayıt |
|
mustafapasa Yeni Forumçu


Daxil ol: Sep 26, 2007 Mesajlar: 82 Şəhər/ölkə: Türkiye 1931.7 Xal
|
Göndərilib: C.a. Sen. 27, 2007 1:20 pm Mesaj mətni: |
|
|
tebrikler başarılarının devamını dilerim |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|