 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:16 am Mesaj mətni: Məmməd Araz |
|
|
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
Məmməd Araz
1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti Yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra isə Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. umumən əsərlərində mübarizlik ruhunu və vətənpərvərliyi əks edir. 2004-ci ilin dekabrında vəfat edib.
Məşhur şerlər
Ayağa dur Azərbaycan !!!
Azərbaycan
Bəzi şairlərə
Tarixçi alimə
Vətənsiz məhəbbət
O gözlərə baxmaram
Bir qəbir yanında
Məndən ötdü, qardaşıma dəydi
Məni inandırma
Şair nə qazandın?
Salamat qal
Hər arzu hər istək nəğməyə dönüb _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:18 am Mesaj mətni: Ayağa dur Azərbaycan !!! |
|
|
Ayağa dur Azərbaycan !!!
Nə yatmısan qoca vulkan, səninləyəm !
Ayağa dur. Azərbaycan, səninləyəm !
Səndən qeyri,
biz hər şeyi bölə billik.
Səndən qeyri,
Biz hamımız ölə billik.
Bu Şəhriyar harayıdır,
Bu Bəxtiyar harayıdır.
Ayağa dur Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir:
- Nər oğlu nər səninləyəm!
Səninləyəm silah tutan,
kulung tutan , yaba tutan,
Kösöy tutan nişanlı ər səninləyəm!
Səninləyəm qız atası,
Hanı nərən , hanı səsin?
Hani andın?
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın?
Gözünü sil vətən oğlu,
Ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhədinə bir yaxşı bax,
Sərhədinin kəməndinə bir yaxşı bax!
Dur içindən qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içindən dovşanı qov,
Dur özünü Boz Qurd elə!
Varım - yoxum səninləyəm,
Azım - çoxum səninləyəm,
Şirin yuxum səninləyəm
Yıxın məni söz atından, -
Atın məni tank altına,
Əzin məni xıncım - xıncım,
Kəsmir əgər söz qılıncım.
Didin məni didim - didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918 -də vuruşurdu
danışmirdı rəncbər atan,
rəncbər atam!
Oyat bizi ey yaradan səninləyəm !
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi.
Ya yenidən yarat bizi!
Ey yaradan, səninləyəm!
Səninləyəm yatmış vulkan.
Səninləyəm!
Ayağa dur Azərbaycan,
Səninləyəm!
19.03.1992. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:20 am Mesaj mətni: Söz açıq olanda |
|
|
Söz açıq olanda
Dur aç pəncərəni açıq havaya ,
Qorxma görünməyə ,
Görməyə qorxma .
Dur , ey yoldaş insan , dur çıx havaya ;
Dur , təzə gözlə bax köhnəyə qorxma !
Nə qədər söz udaq , dil sancaqlayaq ,
Göyərdi pıçıltı qapı dalında .
Bizi anlayanı biz də anlayaq ,
Səsimiz qovruldu qapı dalında .
Burda iddiamız başdan yuxarı ,
Qapılar dalında pələngik , şirik ,
Burda başımızı yaddan çıxarıb ,
Özgənin başıyla fikirləşirik .
Söz açıq olanda - göz açıq olur ,
Göz açıq olanda " beş " , "əlli " deyil .
Söz açıq olanda düz-düzə quldu ,
Şapalaq zərbəsi ,
Təsəlli deyil .
Dartmalar , didmələr , fəndlər , bölgülər
Oxunu gizlədən yay ola bilmir .
Biclik tələsindən qaçan tülkülər ,
Düzlük tələsindən yayına bilmir .
Qoşa buynuzunu gizlətmə başda ,
Qarnını deşəcək - içinə çəksən .
Özünə görünsən sən açıq aşkar
Elə özgəyə də görünəcəksən .
Sirr açar , dürr açar açarımız da ,
Od donsa , buz yansa - inam ələnməz ;
Söz açıq olanda içərimizdə
" Yalanlar , filanlar " qafiyələnməz .
Boş vədə fil olsa - dizi qatlanar ,
Tarixin " düzü- düz " , varağı ağdır ;
Açmağa düyünlü həqiqətləri
Duyumlu barmaqlar tapılacaqdır .
Ədalət qamçısı qəzəb soyudur ,
Qırımlar , qurumlar itirməz onu .
" Açıq söz " dediyin qızıl suyudur ,
Pas atan ağıllar götürməz onu .
Ötəri hay - küydən qulağım batar ,
Yalançı köçəri ,
Yalan köçəri .
Açdım ürəyimi , açdım taybatay ,
Xoş gördük doğru söz ,
Buyur içərii ..... _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:21 am Mesaj mətni: Dost |
|
|
Dost
Hər çətin anımda kəsin yanımı ,
Axın ürəyimə gülüşlə , sözlə ,
Mən oz varlığımı , öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə .
Bəzən hamarda da büdrəyir adam ,
Oxuyun üzümə nə günahım var .
İttiham etsəniz günah sanaram ,
Güzəştə getsəniz , ittiham olar .
Gözümdə , könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə .
Ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə . _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:23 am Mesaj mətni: Məmməd Araz - Azərbaycan |
|
|
Azərbaycan
Azərbaycan - qayalarda bitən bir çiçək ,
Azərbaycan - çiçəklərin içində qaya .
Mənim könlüm bu torpağı vəsf eyləyərək ,
Azərbaycan dünyasından baxar dünyaya .
Azərbaycan - mayəsi nur , qayəsi nur ki ,
Hər daşından alov dilli ox ola bilər .
<Az> deyiləndə ayağa dur ki ,
Fizulinin ürəyinə toxuna bilər .
Oğulları Kür gəzdirər biləklərində ,
Oğulların göz atəşi gözəl əridir .
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu , dan ulduzu gözəlləridir .
Tariximə qara xətlə hicri , miladi !
Qılıncların qn ağziyla yazılmadımı !
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı !
İllər olub - kürələrdə dəmir olmuşuq .
Sərhədlərdə dayanmışıq küləkdən ayıq .
Od gölündə , buz gölündə gəmi olmuşuq ,
Biz Bakının ilk səadət carçılarıyıq .
Min illərlə zülmətlərə yollar açıqdı ,
Dalğalandı Sabirlərin ümman dünyası ,
Azərbaycan qatarı da yollara çıxdı ,
Dağılanda qoca şərqin duman dünyası .
Azərbaycan - mayası nur , qayəsi nur ki ,
Hər daşından alov dilli ox ola bilər .
<Az> deyiləndə ayağa dur ki ,
Ana yurdun ürəyinə toxuna bilər !!!
Məmməd Araz 1970 _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 3:26 am Mesaj mətni: O gözlərə baxmaram |
|
|
O gözlərə baxmaram
Bu gün sənin hər gözündə bir gülüş ,
Biri çılğın , biri tutqun , bürkülü ...
Baxışlara yad baxışlar bükülü ,
İnnən belə o gözlərə baxmaram .
Qəza gəldi , əsa gəldi deyirlər ,
Əhdini də düyçələyər iy əllər ,
Bir çalada donan suya əyilləm ,
İnnən belə o gözlərə baxmaram .
İki görüş bir baxışda görüşdü ,
İki ilmə bir yanlışda görüşdü ,
Doğru sözüm aldanışla görüşdü ,
İnnən belə o gözlərə baxmaram .
Haray , durnam , qatarımı itirdim !
Havar çəkdim , havarımı itirdim ,
Dalğasında avarımı itirdim ,
İnnən belə o gözlərə baxmaram .
İsmi dönuk , son tufanım olsa da ,
Son ümüdüm , son gümanım olsa da ,
Gündoğanım , günbatanım olsa da ,
İnnən belə o gözlərə baxmaram .
1980 . _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Sindy V.I.P


Daxil ol: Dec 24, 2006 Mesajlar: 623 Şəhər/ölkə: Baki 10985.0 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 4:27 pm Mesaj mətni: |
|
|
Elif gercekden coox tesekkurler sene.M.Arazin en cox sevdiyim seri Azerbaycandi..
Ayaga dur Azerbaycan seninleyem!!
ruhlandirir heveslendirici bir cagiris seridir.
Ayagdayim AZERBAYCAN seninleyemmm!!!! |
|
| Əvvələ qayıt |
|
Elif Decel Şirine


Daxil ol: Feb 21, 2007 Mesajlar: 5170
93193.2 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 4:33 pm Mesaj mətni: |
|
|
| Sindy yazıb: |
Elif gercekden coox tesekkurler sene.M.Arazin en cox sevdiyim seri Azerbaycandi..
Ayaga dur Azerbaycan seninleyem!!
ruhlandirir heveslendirici bir cagiris seridir.
Ayagdayim AZERBAYCAN seninleyemmm!!!! |
Sen de sağol Sindy.
Dünen Memmed Araz haqda bir verilişe baxdım mene çox tesir etdi. Ona göre de bu mövzunu açmaq istedim. _________________ Adminleri çıldırtmanın yollarını öğrenin
Ya da
Forum Kurallarını Okuyun
|
|
| Əvvələ qayıt |
|
Ahdes Duygusal


Daxil ol: Jan 04, 2007 Mesajlar: 2201
50419.3 Xal
|
Göndərilib: B.e. Sen. 03, 2007 5:50 pm Mesaj mətni: |
|
|
Emeğine sağlık arkadaşım |
|
| Əvvələ qayıt |
|
hani Yeni Forumçu


Daxil ol: Sep 14, 2007 Mesajlar: 6 Şəhər/ölkə: minsk 254.8 Xal
|
Göndərilib: B.e. Okt. 22, 2007 5:32 pm Mesaj mətni: |
|
|
Спасибо Мамеду Аразу!
А что- нибудь от Алгайыта есть? Как он вообще, считается тоже поэтом в Азербайджанской поэзии? Хотелось бы немного из его творчества что нибудь прочитать. |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|