 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Hwseynov_M Yeni Forumçu


Daxil ol: Jul 11, 2007 Mesajlar: 36 Şəhər/ölkə: Gence, Azerbaycan. 2048.8 Xal
|
Göndərilib: Ş. İyul 21, 2007 4:32 pm Mesaj mətni: Menim werlerim! |
|
|
Fikir verme sozlerime!
Duwub hesret seline surunurem axımlarda,
Yoxdur elımden tutanım cıxarsın bir yana meni.
daga dawa cırpılıb ezılırem wırımlarda,
Gorsezki, can verirem aparın canana meni.
Qoymayirsan yanina, uzaq dushub yad oluram,
Hesretin guc gelir mene, bir aci feryad oluram,
Sensiz dustaq kimiyem, seninle azad oluram,
Sevgilim ashkar etme, sevginen punhana meni.
Axiram caylar kimi, sakit-sakit yatagimda,
Xeyalin qoymur meni tek oturum otagimda,
Unutmaq isteyirem, gelir sesin qulagimda,
yeniden ruhlaniram, getiririr imana meni.
Sene her ne desemde fikir verme sozlerime,
Qelbini kokle menim sevgi dolu gozlerime,
Herden bir nezer salib sehvlerime-duzlerime,
Peshiman olunduqca men, sixishdirma yana meni.
Baxıb dunya iwine qalıram metel, ne edim?,
Yashaya bilmeyirem gelmeyir ecel, ne edim?,
Oldurummu ozumu sevgilim de gel, ne edim?,
Hesretinle salmisan zulmeti zindana meni.
Yenede!
Yenede alıb ələ qələmimi yaşlayıram,
Bu dəli hesretle mən savaşa başlayıram,
Neyləyim gülüm bil ki, ayrılığın dözülməzdi,
Ağrını unutmaqçün özüm-özümü daşlayıram.
Cırpınıb sahildəki ləpə vurmuş baliq təki,
Dənizə can atıram, dalğalar yoluma səki,
İntizar üzüb məni inan artıq dözəmmirəm,
Ölərəm bu dəfədə cavab versən: - döz hələki!
Unutma hamı kimi sonunda məndə insanam,
Sonma ki, sebrim yeter düşunmə sonsuz ümmanam,
Sənə sevgim böyüktür, kömek eylə daşımağa,
Bir dəfə hə deginən yüz yol başına dolanam.
Min addım sənə atdım birinidə sən atginən,
Həsrətinlə yatmişam vüsalinla oyatginən,
Qəlbimi öz əlimlə götürüb sənə gəlmişəm,
Artıq oda sənindir, sevib onu yaşatginən.
Necə deyim ki, sənə hisslərimi anlayasan,
Qəlbimi tərifləyib, gözlərimi danlayasan,
Özünü sevdirməkçün gərək yoxdur başqa işə,
Bes edər bir baxışın, ruhumu ovsunlayasan!
[/b] |
|
| Əvvələ qayıt |
|
Sindy V.I.P


Daxil ol: Dec 24, 2006 Mesajlar: 623 Şəhər/ölkə: Baki 10985.0 Xal
|
Göndərilib: B. İyul 29, 2007 5:04 pm Mesaj mətni: |
|
|
cox gzeldi.tanri sizi sevgisiz ve sevdiyiniz sexssiz etmesin.amin.
tesekkurerr |
|
| Əvvələ qayıt |
|
Dervich Yeni Forumçu


Daxil ol: Oct 26, 2007 Mesajlar: 34
1539.0 Xal
|
Göndərilib: C. Okt. 26, 2007 3:01 pm Mesaj mətni: |
|
|
Özümə və qələm dostlarıma
Dayan
Əl saxla şair .
Özünü çox düşünüb ,
Özünü çox dinlədin .
Birinə könül verib , min dəfə inildədin .
Tək dərdimiz de bumu ???
Öz vicdanın özünü
Bu an rahat qoydumu ?
Bəsdir !
Əl saxla şair .
Gör bu Vətən nə deyir ?!
Bir soruş gör dərdi nə
Bir qulaq as dərdinə ;
Bu millətin , bu xalqın dərdi - səriindən danış
Düşün
Düşün
Düşündür ,
Bir az dərindən danış .
Danış Cıdır düzünün Milə boylanmağından ,
Qan qusan Qarabağın qana boyanmağından .
Murova baxa- baxa ,gözünü sıxa - sıxa ,
Ağrıdağ ağrı çəkir .
Baxışında bir imdad Savalana göz dikir .
Yarasından qan damır ,
Göyçə kömək istəyir .
Borçalı son nəfəsdə
Nəsə demək istəyir ...
Yaz Vətənin dərdini yanıqlı nəğmə kimi
Yayılsın saz diliylə !
Arazı dilə gətir ,
Deyiləsi dərdi var danış Araz diliylə !
Sərhədin o tayından Təbrizin harayını
Götür Bakıya ötür ,
Zəngəzurdan salam al , Dərbəndə salam götür .
Bircə dəfə dinləsən bu yurdu , bu torpağı ,
Görərsən nalə çəkir hər saralan yarpağı ...
Şerə çevir bu dərdi .
Bu harayı , bu ahı ...
Sinələrə dağ çəkdir !
Vətən ana deməkdir , Vətən namus deməkdir !!!
İtə atsan it yeməz - o namusu biz yedik
Hərəmiz bir tərəfə ,
Hərəmiz bir tərəfdə
" Nəyimə lazım " dedik .
Özümüzü düşünüb rahat , ağ günə çıxdıq ,
Özümüzə ev tikib ;
Vətən - evini yıxdıq .
Biz toy büsat içində , sənsə qara bağladın ,
Yol gözləyən ana tək " bala " deyib ağladın .
Oğlunsa fəxr elədi soyunu öyə - öyə ,
Özünə oğul dedi döşünə döyə - döyə .
Koroğlu , Babək " oglu " öyündü , qürrələndi ,
Çox şeyi dərk etmədi ...
Xətainin kor oğlu bu bəlanı görmədi ,
Bu ahı eşitmədi !
Hanı mənim babamın mənə qoyduğu miras ; -
O əmanət - o Vətən ?
Sabah da öz balama
Nəyi tapşıracam mən ?
Düşündünmü bunu sən ?!
Yaz bu Vətən dərdini , müqəddəs kitab elə !
Dilləndir
Dindir onu
Şerinə xitab elə !
Şairin hər xitabı öz xalqına görk olar .
Cəmiyyətin hesabı
Şairindən sorular !!!
Dərviş
Düzəldin: Dervich, son düzəliş: B. Okt. 28, 2007 3:13 am, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27287.6 Xal
|
Göndərilib: Ş. Okt. 27, 2007 3:03 pm Mesaj mətni: Menim werlerim! |
|
|
| Əla. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27287.6 Xal
|
Göndərilib: Ş. Okt. 27, 2007 3:09 pm Mesaj mətni: Menim werlerim! |
|
|
Taleyin, qismətin hökmünə kölə
bəlkədə sevgiyə yenik düşmüşük
O zaman sevincə, kədərə görə
Biz hər an yaşayib hər an ölmüşük.
Həyat bizi sadə ağlı-qaralı
biz demə həyatı rengli görmüşük. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27287.6 Xal
|
Göndərilib: Ş. Okt. 27, 2007 3:18 pm Mesaj mətni: |
|
|
AÇDIM ƏLLƏRİMİ ELİMİ TUTDU
DOLMADI OVUCUMA QƏLBİMDƏKİ TƏK.
BƏLKƏDƏ ARALIQDAN, BOŞLUQDAN QORXDU,
ƏL AXI BAĞLANMIR QƏLB BAĞLANAN TƏK
Uşaqlar mən bu şeri məcazi mənada yazmışam, deyə bilərsiz ki bu bənddə məcazi mənada nədən bəhs olunur? |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|