Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Mikayıl Müşfiq
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Mikayıl Müşfiq Səhifə 1, 2  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 12:46 am    Mesaj mətni: Mikayıl Müşfiq Sitatla cavab ver


Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Mikayıl İsmayılzade 1908 - ci ilde Bakıda doğulmuşdur. İlk tehsilini Rus - Tatar mektebinde almışdır. Azerbaycan Dövlet Universitetinde (indiki Bakı Dövlet Universiteti) Dil ve Edebiyyat fakültesini bitirmişdir. Şer heyatına 1926 ci ilde "Genc Fehle" qezetinde işıq gören "Bir gün" şerile başlamışdır. XX ci esrin evvelinde Azerbaycan edebiyyatında romantizmin meşhur nümayendesi olmuşdur. Azerbaycanda kommunizm dövrünün ilk qurbanlrındandır. 1939 cu ilde Bakıdakı Bayıl hebsxanasında güllelenmişdir. Mezarı bilinmir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 2:13 pm    Mesaj mətni: Sitatla cavab ver

"Heyat sevgisi"

Ah, men günden-güne bu gözelleşen

İşıqlı dünyadan nece el çekim?

Bu yerle carpışan, göyle ellesen

Dostdan, aşinadan nece el cekim?



Dönme bir sebneme yaz seherinde,

Könül, güneş kimi parla yerinde!

Göylerin laciverd eteklerinde

Geden bu qovğadan nece el çekim?



Tebiet varlıdır, tebiet xesis,

İşlederken onu, sen ey mühendis,

Men de qart daşlara verdiyim bu hiss,

Bu ince menadan nece el çekim?



Bir yanda terlanlar, dumanlı dağlar,

Bir yanda keklikler, ayna bulaqlar.

Bir yanda bülbüller, çiçekli bağlar,

Men bu tamaşadan nece el çekim?



Qarşımda dalğalı derin bir ümman,

Ümmanı sarsıdar bir acı tufan,

Beyaz köpükleri bir çiçek yapan

Serden, xülyadan nece el çekim?



Mehriban sevgilim qarşımda durdu,

Yene şairliyim başıma vurdu,

Menden Mecnun könlüm maraqlı sordu:

-Bu sacı Leyladan nece el çekim?



Xezan acısına edib tehemmül,

Gülün kölgesinde ötende bülbül,

-Heyat,heyat!- deye cırpınır könül,

Könülden, sevdadan nece el çekim?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 5:25 pm    Mesaj mətni: Sitatla cavab ver

Mən Mikayıl Müşfiqin Yenə o bağ olaydı şerini çox sevirem. Mənə elə gəlir ki onun ən gozəl əsərləri sırasında birincidir... Mənim o şer tam yadımda deyil və Azərbaycanda yaşamadığım üçün əlimdə onun kitabı yoxdur ki o Şeri tam oxuyum. Mümkündürsə onu da yazın. Coxsağolun.
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Düzəldin: Anel, son düzəliş: C.a. Apr. 24, 2008 6:51 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 5:47 pm    Mesaj mətni: Sitatla cavab ver

O şeri men de çox sevirem razz

"Yenə o bağ olaydı"

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şerdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 10:58 pm    Mesaj mətni: Sitatla cavab ver

Əla şerdir.. çoxsağol. Very Happy
_________________
Blogum: Mürəkkəb dolu qələm.


Düzəldin: Anel, son düzəliş: C.a. Apr. 24, 2008 6:52 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: çər. Okt. 31, 2007 11:33 pm    Mesaj mətni: Sitatla cavab ver

M.Müşfiqin ədəbi fəaliyyəti 1926-1937-ci illəri əhatə edir. Bu vaxt ərzində o, on şer kitabı çap etdirmişdir: "KÜLƏKLƏR", "GÜNÜN SƏSLƏRİ", "BURUQLAR ARASINDA", " ŞERLƏR", və s. Şair həmçinin bir sıra əsərləri dilimizə tərcümə etmişdir: A.S. Puşkinin "Qaraçılar" və M.Y. Lermontovun "Demon" poemaları, Xəyyamın rübailəri, M.F. Axundzadənin məşhur "Şərq poeması" ("Qəsideyi-təziyyət") və s. Müşfiq həbs edilməmişdən qabaq "Çağlayan" adlı şer kitabını da çapa hazırlamışdı. Lakin bu kitab şairin sağlığında nəşr edilmədi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: C. Noy. 02, 2007 5:00 pm    Mesaj mətni: Sitatla cavab ver

Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sadece qeydiyyatlı istifadeçiler görebiler.



Sadece qeydiyyatlı istifadeçiler görebiler.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: C. Noy. 02, 2007 6:23 pm    Mesaj mətni: Sitatla cavab ver

Müşfiqi belə cavan görüb onu, ölümünü düşünəndə ele kədərlənirəm ki (nəinki onu ele bütün qurbanları)... Mənim müəliməmin dediyinə görə onun Müşfiqin həyat yoldaşı ilə tanışlığı var idi və o bizə danışmışdı ki onun yoldaşının dediyinə görə Müşfiq YENƏ O BAĞ OLAYDI şerini lap cavan yaşlarında xoşladığı, necə deyərlər sevdiyi qonşuluğunda yaşayan Nazlı adlı bir qıza həsr edib və bunları yoldaşına özü danışıb.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: C. Noy. 02, 2007 6:47 pm    Mesaj mətni: Sitatla cavab ver

üzr isteyirem Anel, şekillerle kederlendirmek istemezdim
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: C. Noy. 02, 2007 7:37 pm    Mesaj mətni: Sitatla cavab ver

Üzrə ehtiyac yoxdur. Olacağa da çarə yoxdur. Çoxsağol ki, şekilleri qoymusan, biz tanıyırıq, bilirik, heç olmasa tanımayanlarda tanısınlar..
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: B. Noy. 04, 2007 8:22 am    Mesaj mətni: Sitatla cavab ver

Teşekkürler
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Dervich
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Oct 26, 2007
Mesajlar: 34

1539.0 Xal

MesajGöndərilib: B. Noy. 04, 2007 11:09 pm    Mesaj mətni: Sitatla cavab ver

Lirika ,poeziya deyəndə ağıla ilk gələn Azərbaycan ədiblərindən biri də rəhmətlik Mikayıl Müşfiqdir . Mən deyərdim ki şairin ən gözəl əsərləri , şerləri təqribən otuz yaşından sonra yaranır . Yəni insan dolğunlaşdıqca , yaşlaşdıqca dünyaya baxışı dəyişir , dünyagörüşü artır və sairə ... Mikayıl Müşfiq cavan rəhmətə getməsinə baxmayaraq sədəbiyyatda öz sözünü dedi , öz izini buraxdı . Yaşasaydı daha çox yaradardı . Ruhun şad olsun ustad !!! Qəbrin nurla dolsun !!!

Əziyət çəkib Mikayıl Müşfiq haqqında məlumat verdiyiniz üçün təşəkkür edirəm . Mümkünsə Rəhmətliyin " Yağış " və " Tar " şerini də yazardınız foruma .

Əvvəlcədən təşəkkürlər .
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1543

30597.2 Xal

MesajGöndərilib: B. Noy. 04, 2007 11:31 pm    Mesaj mətni: Sitatla cavab ver

Çoxsağolun, dəyməz mən təşəkkür edirəm
Bəli, Müşfiq yaşasaydı ikinci Nizami olardı məyus

"Tar"

Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qədər,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar:
fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bə’zən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!…
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xalçalar,
Xalçalar üstündə uzanmış
Dodağı qönçələr,
“- Hey, saqi, mədət qıl, soyudu şərabın,
İncitmə könlünü bu xanexərabın!”
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Hep səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçün oxu, tar!
Səni kim unudar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın, həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər,
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin.
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq,
Oxu, tar! Dəyişdi zamana,
Bax indi radio səsini
dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə əba, nə qaba, nə sarıq.
Oxu, tar! Alovlu izlərin
Əcəba, neçə sıx dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mə’dənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şe’rlər dinləyim.
Oxu, tar, bir qədər!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!..
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 836
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27287.6 Xal

MesajGöndərilib: B.e. Yan. 28, 2008 6:10 pm    Mesaj mətni: Sitatla cavab ver

BULUD QARŞISINDA..
Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!
Nədir ildırımında bu gurultu, bu çaxınc?!
Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!

Həyəcan az deyildir onsuz da içərimdə,
Bu gənc fikirlərimdə, bu körpə hisslərimdə,
Səndən umacağım yox, dolaşıb üzərimdə
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!

Düşün, uzun qissədir bu gəncliyin qissəsi,
İstəməm gurultunu, mənim səsim mis səsi,
Nə bir qüvvət qayğısı, nə bir həyat qüssəsi.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!


Dolaşma başucumda bir qara qüvvət kimi,
Aydın yoluma çıxma bir dərin zülmət kimi,
Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi.
Yetər, çaxma, ey bulud!
Mənə bir qədər sükud!
****************************************************
ÜRƏK..
Sən onun eşqilə, məhəbbətilə
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Sevgi dəryasında ruhum bir ada,
Fırtınam ziyada, dalğam ziyada,
O ellər gözəli düşəndə yada,
Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim!
***************************************************
İŞİDİR..
Xeyr, hörüklərin deyildir ilan,
O əski şairlər söyləmiş yalan,
Məni xəyal kimi ayağa salan
O coşqun dalğalı telin işidir.

Bunu yaxşı bilir tanış yolçular,
Nə sən günahkarsan, nə mən günahkar.
Bu ovçu könlümə verməyə qərar,
O zərif qamətin, belin işidir.

Müşfiqəm, sözümdə tapılmaz yalan,
Gözündür könlümü odlara salan,
Qəlbimi ovlayıb, canımı alan,
O bülbül nəğməli dilin işidir.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 623
Şəhər/ölkə: Baki
10985.0 Xal

MesajGöndərilib: B. Fev. 03, 2008 12:39 am    Mesaj mətni: Sitatla cavab ver


Mikayil Musviq menim en cok sevdiyim yazicilardandir.usaq vaxti mektebde onun genc vefat etesine gore ele cox uzulurumki,onun heyati hakkinda dersi danismaq mene cetin gelirdi. siirlere gore tesekkurler baciska.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан