Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Müğənniləri İMTAHANA çəkdik
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » .:: Şou Biznes ::.

Yeni mövzu aç   Cavab göndər
Müğənniləri İMTAHANA çəkdik
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30506.3 Xal

MesajGöndərilib: Ş. Noy. 17, 2007 6:17 pm    Mesaj mətni: Müğənniləri İMTAHANA çəkdik Sitatla cavab ver


Onlar Qarabağ müharibəsi barədə nə qədər bilirlər?
Bizim sənət adamlarının çoxu hər zaman xarici ölkələrdə Azərbaycanı təmsil etdiklərini fəxrlə söyləyir və harasa gedib-qayıdandan sonra efirdə bu barədə ağızdolusu danışırlar.

Gah deyirlər vətənimizi xaricdə tanıtmaq üçün neftimizdən söhbət açırıq, Azərbaycanın görməli yerləri təsvir olunan açıqcalar paylayırıq, gah deyirlər ki, harda oluruqsa, hökmən "Sarı gəlin"i oxuyuruq, sonra da bu mahnının bizimki olduğunu sözlə izah etməyə çalışırıq.
Ümumiyyətlə, bir çoxlarımıza məlumdur ki, "xarici ölkələrdə vətənimizi layiqincə təmsil edirəm" deyənlərin 80 faizi yalan danışır! Onların bəziləri ölkədən kənara aldıqları toy dəvətlərini, bəziləri səyahətləri, bəziləri, sadəcə, əyləncə məkanlarına etdikləri ziyarəti xarici ölkəyə səfər adlandırır, dönəndən də sonra az qala hamını borclu çıxarırlar ki, sizin səsiniz Biləcəridən o yana getmir, mən isə respublikamızı bir neçə ölkədə təmsil edib gəlirəm. Amma bilmirlər ki, bizim hansı müğənninin konsertə və ya alver getdiyi haqda hər zaman dəqiq informasiyamız olub. Hətta "vətənimin bayrağını qaldırdım, bununla fəxr edirəm" deyən bəzi səhnə adamlarının digər ölkələrdə ayaqlarına qara sular gəlincə mağazaları gəzib "xodovoy" mal axtardıqları haqda da kifayət qədər məlumatımız var.
Bəzən xarici ölkələrdə bir sıra qurumlar Qarabağla bağlı tədbirlər keçirirlər və bu tədbirlərə bizim müğənniləri də dəvət edirlər. Çox maraqlıdır, görəsən, xaricdə konsert verən və ya elə "Sarı gəlin"i ifa edib səhnədən düşəndən sonra, ya da Qarabağla bağlı düzənlənən tədbirlərə dəvətli olan, mahnılarını sovqat aparan müğənnilərimizə bir əcnəbi yaxınlaşıb soruşsa ki, "elə hey deyirsiniz ermənilər torpaqlarımızı aldılar, bəs sizin neçə faiz torpağınız işğal altındadır", yaxud "bu ermənilər Azərbaycanın neçə rayonunu alıb" suallarını versə, ona nə cavab verərlər? Elə bu suallarla çox az sayda müğənniyə müraciət etdik.
Əvvəlcə onu da qeyd edək ki, telefona "cavab verməmək xəstəliyi" bizim müğənnilərimizdə özünə o qədər yer eləyib ki, artıq sağalmaz hala dönüb. Bildiyimizə görə, Türkiyədə bütün sənət adamlarının telefon nömrələrini bütün yazarlar bilirlər. Onlar çalışırlar hər zaman qəzet işçisinə özləri cavab versinlər ki, haqlarında yalan informasiya yazılmasın. Bizimkilər də onlardan və Murad Dadaşovdan belə incə hərəkətləri öyrənsələr, yaxşı olar. Murad müəllim günün bütün saatlarında və nə qədər məşğul olsa da, bizim telefonumuza cavab verir, həm də şəxsən özü. Yoxsa bu müğənnilərdən bir çoxuna zəng edirsən, telefonu prodüseri qaldırır və "sualınızı mən cavablandıraram, o çəkilişdədir" deyir. Amma onu da bilsələr və yadda saxlasalar yaxşı olar ki, "çəkilişdəyəm" deyənlərin bəzilərinin hansı çəkilişlərdə olduqlarının dəfələrlə şahidiyik.
Əlbəttə, bunu bütün müğənnilərə aid etmək olmaz. Məsələn, Elza Seyidcahan telefona özü cavab verdi və sualımızı eşitdikdən sonra fikirləşdi...fikirləşdi, sonra birdən... "otboy".
Sualımızı bəstəkar, həvəskar müğənni, eləcə də Könül Kərimovanın duet ortağı olan Cabbar Musayev həm Könül xanımın, həm də özünün yerinə cavabladı: "20 faiz torpağımız - 8 rayonumuz işğal olunub".
Xuraman Şuşalı çəkilişdə olsa da, prodüserinin verdiyi cavaba müdaxilə edə bilirdi: "20 faiz torpağımız - ümumilikdə 12 rayonumuz zəbt edilib".
Elnur çəkilişdə olmadığından sualımızı özü cavabladı: "20 faiz torpağımız - 9 rayonumuz düşmən əlindədir".
Faiq Ağayev çəkilişdə idi deyə, bizə onun yerinə prodüseri cavab verdi, həm də ətraflı: "20 faiz torpağımız - Dağlıq Qarabağ və ətrafındakı rayonlar, ümumilikdə 12 şəhər və rayonumuz zəbt edilib".
Xumar Qədimova da çəkilişdə idi. Bacısı dedi ki, mən, Xumar - nə fərqi, elə onun adından cavab verərəm: "20 faiz torpağımızı - 12 rayonumuzu ermənilər tutub".
Maestro Ceyhun Məmmədov həmişəki kimi, telefona özü cavab verdi. Çünki bu məhz onun telefonu idi: "20 faiz torpağımız - 7 rayonumuz və Dağlıq Qarabağın ərazisi".
Bu cavabların bəzisi bizə çox mətləblərdən xəbər verdi. Yəqin, elə sizlərə də...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » .:: Şou Biznes ::. Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан