Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - AFFA
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » İdman

Yeni mövzu aç   Cavab göndər
AFFA
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: ç.a. Dek. 25, 2007 2:43 pm    Mesaj mətni: AFFA Sitatla cavab ver


AFFA haqqinda olan melumatlar!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: ç.a. Dek. 25, 2007 2:46 pm    Mesaj mətni: Sitatla cavab ver

AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin qohumu, Marketinq və Reklamlar Departamentinin rəisi Tahir Nəbiyev tutduğu vəzifədən azad olunub. Bu barədə Tahir Nəbiyevin özü məlumat verib. Onun sözlərinə görə, vaxt qıtlığı yarandığı üçün istefa ərizəsini yazıb:

“Mən AFFA-da yarımştat çalışırdım. Marketinq və Reklamlar Departamenti rəisinin daima AFFA-da olmağını tələb edirdilər. Vaxt çatışmazlığı üzündən istefa verdim”. T.Nəbiyev istefa verməsinin R.Mirzəyevin vəfatı ilə əlaqədar olmadığını söyləyib: “Məni AFFA-dan heç kim uzaqlaşdıra, bu addımı atmağa məcbur edə bilməzdi. Təzyiqlərlə üzləşməmişəm. İstefa verməyim Ramiz Mirzəyevin vəfatı ilə bağlı deyil. Sadəcə, iki vəzifənin öhdəsindən eyni vaxtda gələ bilmirdim”.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov az öncə portallardan birinə verdiyi açıqlamada T.Nəbiyevin assosiasiyadan kənarlaşmasını təkzib etmişdi. Hazırda T.Nəbiyev Sənaye və Energetika Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərir. Onunla yanaşı, son vaxtlar R.Mirzəyevin digər yaxını, sabiq baş katib, prezidentin müşaviri vəzifəsini yerinə yetirən Fuad Əsədov da AFFA-dan gedib.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: ç.a. Dek. 25, 2007 2:50 pm    Mesaj mətni: Sitatla cavab ver

FİFA-nın 2007-ci ildə dünyanın ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğuda Azərbaycanı təmsil edən şəxs müəyyənləşib. Etibarlı mənbədən agentliyinə verilən məlumata görə, müsabiqədə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov iştirak edib.

Halbuki reqlamentdə səsvermə hüququna FİFA-nın üzvü olan ölkənin yığma komandasının baş məşqçisi və kapitanı malik olduğu göstərilib. Başqa sözlə, sorğuda Azərbaycanı milli komandanın sabiq çalışdırıcısı Şahin Diniyev və kapitanı Aslan Kərimov təmsil etməli idi. Ancaq Ş.Diniyev və A.Kərimovun adından B.Əsgərov səs verib. Buna səsvermə zamanı baş məşqçi ilə kapitanın tapılmaması səbəb olub. Belə ki, oktyabrın 17-də Serbiyaya Bakıda 1:6 hesablı məğlubiyyətdən sonra Ş.Diniyevlə A.Kərimovu tapmaq müşkülə çevrilib. FİFA-ya faks göndərmək üçün AFFA-nın oktyabrın 31-dək vaxtı olub. Vaxtın azaldığını görən AFFA rəsmiləri saxtakarlığa yol veriblər və sonuncu gün FİFA-ya faks göndəriblər. Saxtakarlıq nəticəsində həm Ş.Diniyev, həm də A.Kərimov eyni futbolçulara - Kriştian Ronaldo (“Mançester Yunayted” və Portuqaliya yığması), Lionel Messi (“Barselona” və Argentina yığması) və Miroslav Klozeyə (“Bavariya” və Almaniya yığması) səs verib. Müsabiqəyə qatılan 160 ölkə arasında baş məşqçi ilə kapitanın eyni futbolçulara səs verməsinə oxşar ikinci belə fakt yoxdur.
AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov isə bu məlumatı təkzib edib. O, müsabiqədə iştirak edən şəxsin kimliyi ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.
Qeyd edək ki, 2007-ci ilin ən yaxşı futbolçusu Kaka seçilib. Növbəti yerləri L.Messi və K.Ronaldo tutub. AFFA-nın sorğuda 3-cü yerdə göstərdiyi M.Kloze isə 14-cü pillədə qərarlaşıb.
Yeri Var
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: ç.a. Dek. 25, 2007 2:53 pm    Mesaj mətni: Sitatla cavab ver

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2007-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb. “az öncə Avropanın ən yaxşısı kimi “Qızıl top”a layiq görülən braziliyalı Kaka dünyanın ən yaxşı futbolçusu seçilib. Braziliyalı yarımmüdafiəçi cari ildə UEFA Çempionlar Liqasının qalibi, bu turnirin ən yaxşı futbolçusu, Superkubokun qalibi olub.

“Milan”ın heyətində klublararası dünya çempionatının qalibi olan Kaka bu turnirin də ən yaxşı futbolçusu sayılıb. O, ötən il həm Avropanın, həm də dünyanın ən yaxşı futbolçusu olan İtaliya yığmasının kapitanı, dünya çempionu Fabio Kannavaronun “qızıl dubl”unu təkrarlayıb. Dünyanın ən yaxşı futbolçusu seçilən Kaka 1047 xal toplayıb. O, səsvermənin nəticəsinə əsasən 2-ci yerdə olan İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının 20 yaşlı futbolçusu Leonel Messini (504) 543 xal qabaqlayıb. İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya yığmasının 22 yaşlı futbolçusu Kriştiano Ronaldonu 426 xalla 3-cü olub. 10 ən güclü sırasına Didye Droqba (“Çelsi”, 209), Ronaldinyo (“Barselona”, 109), Stiven Cerrard (“Liverpul”, 68), Tyeri Anri (“Barselona”, 57), Andrea Pirlo (“Milan”, 54), Fabio Kannavaro (“Real”, 47), Canluici Buffon (“Yuventus”, 31) qərarlaşıb. İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib. İsveçrədə işgüzar səfərdə olan, AFFA tərəfindən planlaşdırılan layihələrlə bağlı müzakirələr aparan E.Məmmədov dekabrın 20-də Bakıya qayıdacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: çər. Dek. 26, 2007 5:15 pm    Mesaj mətni: Sitatla cavab ver

“Milli çempionatın ikinci dövrəsində keçiriləcək mərkəzi görüşləri əcnəbi hakimlər idarə edə bilərlər”. Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, AFFA rəsmiləri XVI Azərbaycan çempionatının birinci dövrəsində bu üsula əl atmaq istəyiblər: “Obyektivliyi qorumaq məqsədilə hələ birinci dövrədə əcnəbi hakimlər dəvət etmək planımız var idi. Hətta 2-3 ölkə ilə danışıqlar aparmışdıq, dəvətimizi gözləyirdilər. Lakin sonradan buna ehtiyac duymadıq”. E.Məmmədov cari mövsümün ikinci dövrəsində derbi matçlara xarici ölkələrdən əcnəbi hakimlərin çağırılacağının mümkünlüyünü vurğulayıb: “Bizim işimizdə də müəyyən çatışmazlıqlar olur. Lazım gələrsə, ikinci dövrədə əcnəbi hakimlərə dəvət göndərəcəyik”. AFFA rəsmisi vurğulayıb ki, 2008-ci ildə də yerli hakimlər üçün seminarlar təşkil olunacaq: “Hakimlərimiz son 3 ayda 3 dəfə seminarda iştirak ediblər. Belə seminarlar hakimlərin bilik səviyyəsinin artırılmasına imkan yaradır. Analoji tədbirlər gələn il də həyata keçiriləcək. FİFA və UEFA hakim-inspektorlarının iştirakı ilə Bakıda bir neçə dəfə seminar təşkil edəcəyik. Yəqin ki, bunların arasında çox tanınmış bir hakim-inspektor da paytaxtımıza təşrif buyuracaq”.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
isi-85
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 18, 2007
Mesajlar: 128
Şəhər/ölkə: BAKI / AZERBAYCAN
4722.3 Xal

MesajGöndərilib: C.a. Dek. 27, 2007 2:25 am    Mesaj mətni: Sitatla cavab ver


AFFA 2007-ci ildə son mətbuat konfransını keçirib

Konfransda bu il görülmüş işlərdən və gələn il nəzərdə tutulmuş tədbirlərdən danışılıb
AFFA-nın baş katibi Elxan Məmmədov 2007-ci ildə son mətbuat konfransını bu gün keçirib. 2007-ci ildə görülmüş işlərdən danışan E.Məmmədov gələn il nəzərdə tutulmuş tədbirlərdən də danışıb.

Bu gün keçirilmiş mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı, yarışların təkşili və keçirilməsi departamentinin rəisi Məlik Həsənov, həmçinin hakimlər komitəsindən Murad Məmmədov da iştirak edib.

İlk olaraq Elxan Məmmədov 2007-ci il ərzində keçirmliş tədbirlərdən danışıb. Baş katib bu tip tədbirlərin yeni ildə də təşkil olunacağını söyləyib. Referilərimizin peşakarlıq göstəricilərinin artırılması üçün əcnəbi mütəxəssislərin Bakıya dəvət olunacağı və hakimlərimiz üçün seminarlar keçiriləsi də nəzərdə tutulduğunu da vurğulayıb. Elxan Məmmədov hakimlərimizin ilk dövrədəki səviyyəsnin qənaətbəxş olduğunu düşünür. Bununla belə, futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində 2-ci dövrənin prinsipial oyunlarını əcnəbi hakimlərin idarə edəcəyi də istisna olunmur.

Daha sonra Məlik Həsənov leginoer limitinin artırılması ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, legioner limitinin artırılacağı istsina deyil. M.Həsənov bu haqda qərarın icraiyyə komitəsminin iclasında qəbul olunacağını da deyib. Amma limitlə bağlı yeni qərar gələn mövsümdfən etibarən qüvvəyə minəcək. Yəni, 16-cı milli çempionatın 2-ci dövrəsində də hazırkı 5+2 limiti dəyişməyəcək.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » İdman Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан