Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - Əsir Azərbaycanım
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Ədəbiyyat

Yeni mövzu aç   Cavab göndər
Əsir Azərbaycanım Səhifə 1, 2  Sonrakı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1552

30795.3 Xal

MesajGöndərilib: B. Dek. 16, 2007 3:13 pm    Mesaj mətni: Əsir Azərbaycanım Sitatla cavab ver


Əsir Azərbaycanım.

Hani məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "laylay, balam" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətinlə yanam oy!...

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, məyus
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!


Almas İldırım.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Dervich
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Oct 26, 2007
Mesajlar: 34

1539.0 Xal

MesajGöndərilib: B. Dek. 16, 2007 10:00 pm    Mesaj mətni: Sitatla cavab ver

Fidan xanım şeir üçün təşəkkür edirəm . Almas İldırımın ən çox sevdiyim şerlərindəndir . Allah rəhmət eləsin , qəbri nurla dolsun .
Amma bunu
Sadece qeydiyyatlı istifadeçiler görebiler.

dilindən eşidib coşmağın , ağlamağın da ayrı ləzzəti ...

Y.G Saytı reklam verməyim ümid edirəm ki forumun qaydalarına zidd deyil . Belə saytları adətən tanıdıqlarım arasında yaymağı özümə borc bilirəm .

_________________
Sözün böyüyü böyüyün sözüdür .
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1552

30795.3 Xal

MesajGöndərilib: B. Dek. 16, 2007 10:01 pm    Mesaj mətni: Sitatla cavab ver

Bu şerində şair gözəl qıza xitab etsə də yenə də vətən hisslərini ortaya qoyub.

"O gözələ"

Xatırlarmısın ki, orda bir zaman
Səninlə diləyə ərdim gözəlim!...
Sən məndən yadigar bir şey istədin
Qoparıb qəlbimi verdim gözəlim!...

Məni qəbrə qədər götürsün deyə,
Zəhərmi qatmışdın sunduğun meyə?
Mən lənət oxudum sənsiz hər şeyə,
Mən hər şeydə səni gördüm, gözəlim!...

Muğan yaylasında, Göy Mil düzündə,
Axdı qanım damla damla izində,
Gəl vəfa qıl sən də bir dur sözündə,
Mən sözüm üstündə durdum, gözəlim!...

Kəbəm oldun mehrabına diz qoydum,
Xızrım oldun dərgahına göz qoydum,
Qərib düşdüm torpağına üz qoydum,
Bir sormadın, nədir dərdim, gözəlim!...

Hara getsəm arxanda bir ahım var,
Varıb baş qoymağa bir dərgahım var,
Əlbət ki mənim də bir Allahım var,
Gün gələr hür olar yurdum, gözəlim!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
fidan494
.
.


Daxil ol: Dec 25, 2006
Mesajlar: 1552

30795.3 Xal

MesajGöndərilib: B. Dek. 16, 2007 10:02 pm    Mesaj mətni: Sitatla cavab ver

Bu mövzunu açmaqda məqsədim : bu il görkəmli şairimiz Almas İldırımın doğumundan 100 il keçir (1907 ci il 24 mart).
Türkiyə (Elazığ) və Azərbaycanda 100 illik yubileyi münasibətilə şairi anma mərasimleri keçirilmişdir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: B.e. Dek. 17, 2007 5:21 pm    Mesaj mətni: Sitatla cavab ver

Fidan çoxsağol. Allah dünyasını dəyişən bütün yaradıclarımıza rəhmət eləsin. Mənimdə sevdiyim bir şerdir.
_________________
Blogum: Mürəkkəb dolu qələm.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
azermensch
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 17, 2007
Mesajlar: 7

185.4 Xal

MesajGöndərilib: ç.a. Dek. 18, 2007 10:51 pm    Mesaj mətni: Sitatla cavab ver

cok hos siir.fidan494 ün eline saglık.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 631
Şəhər/ölkə: Baki
11062.7 Xal

MesajGöndərilib: çər. Dek. 26, 2007 12:57 am    Mesaj mətni: Sitatla cavab ver

esir Azerbaycani,Canim Azerbaycanim,Gozum Azerbaycanim.menim Azerbaycanimm...
Fidan cox sagol.siirler icin lezzet eledi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Farik-90
Qızışan Üzv
Qızışan Üzv


Daxil ol: Dec 21, 2007
Mesajlar: 255
Şəhər/ölkə: baki
10573.4 Xal

MesajGöndərilib: çər. Dek. 26, 2007 2:46 pm    Mesaj mətni: Sitatla cavab ver

Cox sagol fidan ela movzuya toxunmusan ALLAH butun esrde olanlari,butun sehid olanlara REHMET elesin! AMIN!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sahin26
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 17, 2007
Mesajlar: 175
Şəhər/ölkə: İSTANBUL
6172.1 Xal

MesajGöndərilib: çər. Dek. 26, 2007 6:38 pm    Mesaj mətni: Sitatla cavab ver

ÜLKE İNSANININ BEYNİNİ ESİR ALMADIKÇA, O ÜLKEYİ ASLA ESİR ALAMAZSIN. ENİNDE SONUNDA O ÜLKE İÇİN CAN VERECEK NEFERLER MUTLAKA ÇIKACAKTIR VE ÖZLEDİĞİ ÖZGÜRLÜĞÜNE KAVUŞACAKTIR.ÜLKESİ VE MİLLETİ İÇİN CANLARINI VERENLERE ALLAHTAN RAHMET DİLERİM.

Düzəldin: Sahin26, son düzəliş: çər. Dek. 26, 2007 7:30 pm, cəmi 1 dəfə
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sahin26
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 17, 2007
Mesajlar: 175
Şəhər/ölkə: İSTANBUL
6172.1 Xal

MesajGöndərilib: çər. Dek. 26, 2007 7:07 pm    Mesaj mətni: Sitatla cavab ver

Karanlıkta gözlerim dikilmiş ufuklara... / Bir fırtına sesi var gökte bulutlar dal dal / Açmış Doğu bağrını sökecek şafaklara / Kop ey deli fırtına! Raşeni gönlüme sal / İhtilal istiyorum mukaddes bir ihtilal!...

Almas İldırım 100 yaşında

Sevda İsmayıllı

Mühacir hayatı yaşamış şair Almas İldırım 100 yaşına çatdı. Azerbaycan edebiyyatında onun yeri nece görünür? Türk dünyası üçün Almas İldırım şaxsiyyeti ne demekdir? Müsahibimiz edebiyyat ve İncesanat Arxivinin direktoru Maarif Teymurdur.
-Maarif bey, Almas İldırım kimdir?

-Gerçek adı Yıldırım, soyadı Almaszade olub. 1907-ci il martın 24-de Abşeronun Qala kendinde doğulub. «İttihad» mektebinde tahsil alıb, 1925-ci ilda universitetin Şarqşünaslıq fakültesine daxil olub, ancaq atası vaxtı ile tacir olduğundan tahsilini tamamlamağa imkan vermeyibler. Yaradıcılığa başlayan günden adı bolşeviklerin qara siyahılarına düşüb. «NKVD» Almas İldırımı «terbiye» etmek, bolşevik arşınına uyğunlaşdırmaq üçün Dağıstana sürgün edir. İki il Dağıstanda qalan şair yazırdı:

Gizli yol kesmedim, qaçaq olmadım,

Sakit bir hayatı pozmadım men ki!..

Heç kime qanlı bir bıçaq olmadım,

Heç bir qatle ferman yazmadım men ki!..

Bu defa ise onu Türküstana sürgün edirler. Almas İldırım yene inadından dönmür.

-Bas şair qırmızı terrordan nece qurtula bilir?

-Zekalı, bilikli insanları 20-ci illerden izleyirdiler. 1933-cü ilda Almas İldırım İrana keçmeye cehd gösterir, ancaq onu «sovet casusu» adıyla tutub bir aya yaxın suyun içinde saxlayırlar. Daha sonra baxti getirir ve İrandan Türkiye'nin Elazıq eline keçe bilir. Belece, hayatını 17 il uzadır. Aks halda, Almas İıldırım en geci 1937-ci ilda Stalin repressiyasının amansız güllelerine tuş gelecekdi…

-Elazığda Xazar gölünün olması haqqında ilk defa ne vaxt xaber tutmusunuz?

-Almas İıldırım 1933-cü ilda Türkiyede-Elazıqda meskunlaşır. Çox sefalı tabiati olan Elazığda kiçik bir göl de varmış-Gölcük adında. Ona bir şeir de hasr edir. 1935-ci ilda Atatürke mektub yazır ki, bas men Azerbaycandan gelen bir qaçqınam. Mümkünse vatanimin Xazar denizine oxşayan Gölcük mahz Xazar adlandırılsın. Şairin bu xahişi yerine yetirilir. Belece, Bakının Xazari Elazığın Xazariyle adaş olur.

-Bu Xazar o Xazara nece qovuşdu ve niye qovuşdu?

-1992-ci ilden Xazarlari «qovuşdurduq». 1999-cu ildan Elazığda Xazar Şeir Axşamları keçirilir. Oranın insanları İldırımı derin hörmetle anırlar. Bu, bize qürur verir.

-Almas İldırımdan ne ve ya neler yadigar qalıb?

-Türkiyede onun «Ninniler» ve «Bayatılar» kitabları çapdan çıxıbmış. O kitablardakı şeirleri sonralar «Qara dastan»da derc etdirmişik. Axtarışlar davam edir. Yeni eserlerle görüş çox çekmeyecek.

-Şeir yadigarlarını yavaş-yavaş oxuyuruq… Almas İldırımın övlad yadigarlarını nece, tanıyırıqmı? Meselen, Azer Alması?

-Eldegez ve Yurdavar adlı oğullarını eyni günde defn edib. Uşaqların adı Almas İldırımın vatan ve Türklük sevgisini göstermirmi? 6 oğlu olub. Onun 4-cü oğlu Araz Almasın gözel şeirleri vardı, rahmete gedib. Özü de Şüvalanda basdırıblar. Azer adlı böyük oğlu hazırda sağdır ve Azerin oğlu Bakı-Tbilisi-Ceyhan neft kemerinin inşasında mühendis kimi çalışıb.

-Sağlığında ona «milletçi ve Pantürkist şair damğası» vurulmuşdu. Bas gelecede hansı ad qalacaq?

-Vatansever şair, Türklüye körpü salan mühacir şair kimi qalacaq. Ruhlar ölmür. Onun ruhu her an yurdunu qarış-qarış gezir.
(alıntı)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Turksoylu
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 16, 2007
Mesajlar: 52
Şəhər/ölkə: Almaniya
2035.2 Xal

MesajGöndərilib: C.a. Dek. 27, 2007 4:43 am    Mesaj mətni: Re: Əsir Azərbaycanım Sitatla cavab ver

Yazıqlar olsun sənə ana yurdum.Gör sənin taleyini tarix kimlərə tapşırıb.Hanı türk xaqanları?Hanı türk igidləri ki,nərəsindən yer partlardı,göyde quş səkərdi?Oyan türk oğlu türk babam! Gör övladların kimlərə boyun əydi?Sənin taxtında yağı düşmənini kim otuzdurdu baba!Niyə qarğımırsan övladlarını?Niye taxtından mənfur əlləri kəsməyincə- qəbrimi ziyarətə gəlməyin- deyə övladlarını qarğımırsan?
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
kurekmahkumu
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Dec 06, 2007
Mesajlar: 5

115.3 Xal

MesajGöndərilib: C.a. Dek. 27, 2007 10:54 pm    Mesaj mətni: Sitatla cavab ver

azerbaycan esir değildir biz türkiye türkleri olarak her zaman yanınızdayız
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
cimbom
V.I.P
Azeri.net Sevdalısı


Daxil ol: Oct 16, 2006
Mesajlar: 2804
Şəhər/ölkə: İSTANBUL /TÜRKİYE
59018.1 Xal

MesajGöndərilib: C. Dek. 28, 2007 8:55 pm    Mesaj mətni: Sitatla cavab ver

şiirler çok güzeldi teşekkürler fidan alqış alqış
_________________



Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Secde
V.I.P
Qızışan Üzv


Daxil ol: Sep 20, 2007
Mesajlar: 267

10347.0 Xal

MesajGöndərilib: Ş. Dek. 29, 2007 10:04 pm    Mesaj mətni: Sitatla cavab ver

salam aleykum.
Fidan494 səni tərifləmirəm ona görə ki, islam dinində insanı tərifləmək doğru qəbul edilmir.
Amma çox sağ ol!!!

Bu şeri mən hər gün Azərbaycan radiyosunun hər səhər açılışında dinləyirdim. bəlkə sizdə dinləyərsiz. Son zamanlar radio dinləyə bilmirəm diyə daha xəbərim yoxdur. Amma xahiş edərdim ki Azərbaycan radiosu bu musiqini hər gün səsləndirsin!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
militan01
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Oct 27, 2007
Mesajlar: 52

1824.3 Xal

MesajGöndərilib: Ş. Dek. 29, 2007 11:38 pm    Mesaj mətni: Sitatla cavab ver


ellerine sağlık
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Ədəbiyyat Bütün saatlar GMT + 5 Saat
Səhifə 1, 2  Sonrakı
1 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан