| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: ç.a. Dek. 25, 2007 7:24 pm Mesaj mətni: HUSEYN CAVID |
|
|
Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında görkəmli Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr olunan sərgi keçirilib.Sərgidə şairin və tədqiqatçıların onun yaradıcılığına həsr etdikləri kitablar nümayiş olunub. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, Hüseyn Cavidin azadlıq carçısı olduğunu vurğulayıb. Sərginin açılış mərasimində iştirak edən İsgəndəriyyə Milli Kitabxanasının direktoru doktor İsmayıl Serageldin Hüseyn Cavidin böyük ustad olduğunu bildirib: “Stalin rejiminin repressiyasına baxmayaraq, Hüseyn Cavid bu gün də yaşayır”. Tədbir iştirakçıları şairin sərgilənən kitabları, qəzet məqalələri ilə tanış olublar. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
Göndərilib: ç.a. Dek. 25, 2007 8:14 pm Mesaj mətni: |
|
|
Çoxsağolun ki, bu mövzuya toxundunuz. H. Cavid özünün zəngin bədii irsi ilə ədəbiyyat tariximizdə özünəməxsus yerlərdən birini tutur. Biz yazıçılarımızı, sənətkarlarımızı tanımalıyıq, yaradıcılığımızı həmişə izləməliyik. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
Göndərilib: ç.a. Dek. 25, 2007 9:02 pm Mesaj mətni: |
|
|
İstərdim onun barəsində bir az da mən əlavə edəm.
Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda, ruhani ailəsində anadan olmuşdur. O ilk təhsilini mollaxanada alıb. 1896-cı ildə o, tanınmış şair və pedaqoq Məhəmməd Tağı Sidqinin açdığı "Məktəbi-tərbiyyə" adlı yeni üsullu məktəbə daxil olmuşdur. Sonra isə o, Təbriz şəhərindəki Tələbiyyə mədrəsəsində orta təhsilini davam etdirmişdir. 1905-ci ildə o Türkiyəyə gedərək, İstanbul Universitetinin ədəbiyyat fakultəsinə daxil olur. 1909-cu ildə universiteti bitirmiş, 2 il Naxçıvan, Gəncə və Tiflisdə müəllimlik etmişdir.
1920-ci ildə o, Azərbaycan Dövlət Universitetinə dərs deməyə dəvət olunur. O, 1920-ci ildən Bakı Teatr Texnikumunda müəllim işləyir.
Bu dövrdə o, Azərbaycan Xalq Kommissarlığı tərəfindən "... müasir Avropa ədəbiyyatını öyrənmək və müalicə üçün" Berlin və Paris şəhərlərinə ezamiyyətə göndərilir. Cavid yarım il bu şəhərlərdə qalaraq, Avropa ədəbiyyatı ilə tanış olur və gözlərini müalicə etdirir.
H.Cavid ictimai sifarişlərə, 20-30-cu illər dövrünün tələblərinə məhəl qoymurdu. O, öz yazıçı qənaətinə uyğun gələn mövzuları qələmə alırdı. Sənətkar, sovet rəhbərlərini vəsf edən heç bir əsər yazmayıb. Buna görə də 30-cu illərdə H.Cavidi tez-tez tənqid edir, ona burjua yazıçısı , idealist qəhrəmanlar müəllifi damğası vururdular. 1937-ci ildə H. Cavid həbs edilərək məhkəmə iclasının qərarı ilə "xalq düşməni" adı ilə Sibirə göndərilmişdir.
Hüseyn Cavid 1941-ci il dekabrın 5-də vəfat etmişdir. 1956-cı ildə onun haqqında çıxarılmış saxta ittiham ləğv edilmiş və sənətkar ölümündən sonra bəraət qazanmışdır. 1982-ci ildə H. Cavidin 100 illik yubileyi keçirilmiş və görkəmli sənətkarın məzarı qızı tərəfindən Sibirdən Naxçıvana gətirilmişdir. _________________ Blogum: Mürəkkəb dolu qələm. |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
Göndərilib: çər. Dek. 26, 2007 9:20 pm Mesaj mətni: |
|
|
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
| Sadece qeydiyyatlı istifadeçiler görebiler. |
_________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: C.a. Dek. 27, 2007 6:17 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: C.a. Dek. 27, 2007 3:25 am Mesaj mətni: |
|
|
 |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: Ş. Dek. 29, 2007 1:08 pm Mesaj mətni: |
|
|
| Anel bele melumatlari tez0tez yaz. CUnki boyuk ehtiyac var |
|
| Əvvələ qayıt |
|
Anel Nəzarətçi


Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27289.6 Xal
|
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B. Dek. 30, 2007 11:40 am Mesaj mətni: |
|
|
cox sagol  |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: B. Dek. 30, 2007 2:17 pm Mesaj mətni: |
|
|
 |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: ç.a. Yan. 08, 2008 10:47 am Mesaj mətni: |
|
|
 |
|
| Əvvələ qayıt |
|
|