Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Mənəviyyat

Yeni mövzu aç   Cavab göndər
KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
Deli_UREK
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Jan 06, 2008
Mesajlar: 470

15421.5 Xal

MesajGöndərilib: Ş. Yan. 12, 2008 7:06 pm    Mesaj mətni: KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ Sitatla cavab ver


KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ
281–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)

Təhzib /7/399.

***

282–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal Allah onu yalnız həmin mala həvalə edər. (Yə`ni çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)

Kafi /5/333.

***

283–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadının malına görə onunla ailə qursa, Allah onu o mala həvalə edər; hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o qadında görəcəkdir; hər kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.

Təhzib /7/399.

***

284-Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.

Vəsailuş-şiə /20/53.

***

285–İmam Səccad əleyhissalam buyurur: Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.

Mən layəhzuruhul-fəqih /3/385.

***

286–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.

Məhəccətul-beyza /3/85.
_________________
Kimisə barmaqla göstərib, onu rişğənd eləməyə tələsmə, yadda saxla ki, günahsız adam yoxdu və hamımız bir gün Yaradana cavab verəcəyik!
-Həyat-hədiyyədir. Yaşa və yaşamaqdan zövq al!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Mənəviyyat Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан