Downloads
AZƏRİ MP3
Forums
F O R U M
chat
C H A T
sevgi
TV
video
VİDEO
radio
RADİO
ekart
OYUN
sevgi
ZengimCELL
|
Azeri.net: Forum

:: Mövzu - YARASIQLI OLMAQ ISTEYEN XANIMLARIN BEZEYI
ç.S.S.
ç.S.S.
Axtar
Axtar
İstifadəçilərin siyahısı
İstifadəçilərin siyahısı
İstifadəçi qrupları
İstifadəçi qrupları
Şəxsi mə`lumat
Şəxsi mə`lumat
Giriş
Giriş
Xüsusi mesajlarınız
Xüsusi mesajlarınız
Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb

Yeni mövzu aç   Cavab göndər
YARASIQLI OLMAQ ISTEYEN XANIMLARIN BEZEYI
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif Mesaj
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:38 am    Mesaj mətni: YARASIQLI OLMAQ ISTEYEN XANIMLARIN BEZEYI Sitatla cavab ver

Səyahət üçün gözəllik planı




SəyahətdəOlar vəOlmazlar

Olar. Qaralmaq. Bu zaman kosmetikaya elə də ehtiyac qalmayacaq. Qaralıq üzdə və bədəndə olan bəzi nöqsanları örtür.

Olmaz. Elektriklə çalışan saç alətlərini bir yerdə qablaşdırmaq. Əvəzində, özünlə adi biqudilər götürə bilərsən.

Olar. Krem və göz kölgəsi aparmaq (kosmetik fırçadan istifadə etməyə
gərək yoxdur).

7 ləvazimatın çantada yeri var

1 Bədən üçün losyon
Losyon dərini nəmləndirir və ona xüsusi təravət verir. Eyni zamanda, qaralmanı uzunmüddətli etməyə də kömək edir.



2 Saçlar üçün krem
Günəş saçları yandırır və kövrəkləşdirir, günəşə çıxmazdan əvvəl, saçlarına nəmləndirici krem və ya sprey vurmağı unutma.

3 Ifadəli gözlər
Bircə göz karandaşı istirahət səfərinə kifayət edər. Özünlə layner götürməsən də olar.

4 Parlamağın ən tez yolu
Sadəcə olaraq, üzü parıltılı göstərmək üçün nəzərdə tutulan kremlərdən istifadə edib parlaya bilərsən.

5 Yaxşı nəmləndirici krem
Ən vacib kremlərdən biri hesab olunur. Xüsusilə də qaralmağı sevən qadınlar üçün nəzərdə tutulur.

6 Günqoruyucu kremlər
Nəbadə, özünlə günqoruyucu krem götürməyi unudasan. Günqoruyucu kremlər dərini zərərli şüalardan qoruyur.

7 Daraq
Saç dibini masaj edir və qan dövranını yaxşılaşdırır. Yay aylarında təsadüf edilən saçtökülmə-
sinin qarşısı qismən olsa da alınır.



















HƏR ZAMAN YADINDA OLSUN:

ŞLYAPANI GÖTÜRMƏK


Şlyapa hər bir şəraitdə qadını mükəmməl göstərir. Üstəlik, bu yay günlərində saçları günəşin zərərli şüalarından qoruyur.

KOSMETIKANI ÇANTANDA GƏZDIRMƏK


Çantanda parıltı, tuş, fırça (bir sözlə, sənə lazım olan hər bir şey) götürə bilərsən. Çemodanın itdiyi halda, aptekə qaçmaq lazım olmayacaq.

ŞƏP-ŞƏP GÖTÜRMƏK


Təhlükəsizlik baxımından ayaqyalın gəzməkdən yaxşıdır
_________________
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:40 am    Mesaj mətni: Sitatla cavab ver

Çirkli dırnaq utandırar








Məşhurların manikür ustalarının fikrincə, lakqabını ovucun içində bir neçə dəqiqə fırlatdıqdan sonra dırnağa çəkdikdə, lak dırnaqlara daha yaxşı yayılır.



Lakı sürtməmişdən öncə fırçanın bir tərəfini qabın divarlarına sürt, sonra isə dırnağın formasına uyğun yay. Onda lak dırnaqlarda səliqəli görünəcək.





Dairəşəkilli əşyadan tut. Bu zaman dırnaqlarını daha aydın görəcəksən. Lakı dırnaqların ortasından başlayaraq aşağıya doğru çək, sonra qıraqlarını doldur.





Kövrək dırnaqlar üçün vannalar

Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Barmağın uclarını 20 dəqiqə həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır. Qarışığı ev temperaturunda iki həftə saxlamaq olar.
Dırnaqlar üçün qidalandırıcı maska
3 çayqaşığı qidalandırıcı krem, vitamin A və D-nin 1/3-ni, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdır. Alınmış həlimi dırnaqlara sürt. Maskanı sürtməmişdən əvvəl dırnaq lakını silməyi unutma! Prosedura 3 həftə ərzində hər gün edilməlidir.


--------------------------------------------------------------------------------

Dırnaqları uzun müddət parıltılı saxlamaq üçün Olarvə Olmaz

Parıltılı rəngdən istifadə etməkOlar. Parıltının kiçik hissəcikləri rəngin yaxşı oturmasına kömək edir.
Lak çəkməmişdən əvvəl (hətta dırnaqlar təmiz olsa belə), təmizləyicidən istifadə etməyi unutmaq Olmaz.
Dırnaq ətrafındakı əti təmizləməkOlar. Bu zaman dırnaqlar daha həcmli görüntü alır.

--------------------------------------------------------------------------------

Çəhrayı rəngin 5çaları

1. Şaftalırəngli dırnaq boyası dırnaqlara xüsusi zərif görüntü verir.
2. Çəhrayı-bey rəng qarabuğdayı xanımların dırnaqlarında mükəmməl görünür.
3. Açıq-çəhrayı rəng hər növ dırnaqlarda təravətli görünür. Bu dırnaq rəngi ağdərili xanımlarda daha effektli görünür.
4. Rənginiz solğundur? Narahat olmağa dəyməz. Sadəcə olaraq, mat çəhrayı rəngə üstünlük verin.
5. Qırmızımtıl-çəhrayı rəng daha çox sarımtıl dəriyə sahib olan xanımlara uyğun gəlir. Sınaqdan keçirməyə dəyər.

--------------------------------------------------------------------------------

Dırnaqları ağartmaq üçün maska

Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır.
Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir:
1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin.
2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:43 am    Mesaj mətni: Sitatla cavab ver

Bizim istədiyimiz nədir:


Bizim istədiyimiz nədir:
Ideal dodaq görünüşünə nail olmaq

Dodaq quruluşuna uyğun pomada seçməklə istəyinə asanlıqla nail ola bilərsən.

Nə üçün bu dodaqlar əla görünür?

GÖRÜNMƏYƏN DODAQ LAYNERI!
Dodağınla eyni rəngdə olan karandaşdan istifadə et və dodağın konturunu vurğula. Bu yolla dodaqlar təbii görünəcək.

TƏRAVƏTLI YAZ RƏNGI
Albalırəngli pomadadan istifadə et; tündrəngli pomadaları payıza saxla..

GÖZQAMAŞDIRICI PARILTI
Dodaqların həcmli görünməsi üçün parıltını yalnız dodaqların ortasına vur.





Pomada çəkərkən OLAR vəOLMAZlar

Parça ilə pomadanın parıltısını azaltmaqOLMAZ. Yaxşı olar, əlin arxa tərəfindən istifadə edəsən.
Pomada çəkəndən sonra dodağın konturunu eynirəngli karandaşla vurğulamaqOLAR.
Pomadadan əvvəl kirşan çəkməkOLMAZ. Əvəzində ikiqat açıqrəngli pomada çək.

MƏNALI DODAQLAR
1 Dodaqları yumşaltmaq üçün dodaq balzamından istifadə et.
2 Dodaqları daha cazibəli etmək üçün dodaq
parıltısından istifadə et.
3 Pomadanı dodağın quruluşuna və dəri rənginə uyğun seç.



Ləbi şirin ləbüləb, ləbi şəkər ləbüləb






Nazik dodaqlar
Alt dodaq daha həcmlidir
Ortahəcmli dodaqlar
Həcmli dodaqlar





5
möhtəşəm
yaz çaları






Açıq-alrəng tünddərili xanımlarda cəzbedici görünür
Qırmızımtıl rəng həm gündəlik, həm də gecə ziyafətləri üçün nəzərdə tutula bilər
Açıqdərili xanımlar çəhrayırəngli pomadanı sınaqdan keçirə bilərlər
Qırmızı mat pomada hər növ dodaq quruluşuna və dəri rənginə uyğun gəlir
Parıltılı-çəhrayı pomada. Dodaqların təbii və təravətli görünməsi üçün bu rəngdən istifadə etmək olar
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:44 am    Mesaj mətni: Sitatla cavab ver

Əla görünmək üçün ən tez plan:


GÖZLƏR 4 dəqiqə

Bozumtul-qəhvəyi göz kölgələrindən istifadə et. ???Qaraya nisbətən, qəhvəyi rəng daha universaldır???, - vizayist Esmeralda Əzizova deyir. Göz qapaqlarının ğzərinə qəhvəyi tozşəkilli kölgə çək və aplikator vasitəsilə onu yay. Sonra kölgəni gözlərin qatlandığı yerdən bir az yuxarıya doğru çək və yumşaq fırça ilə gözlərinin küncünə doğru yay.
Nüvbəti addım: gözlərini vurğulamaq üçün
şokolad rəngli layner çək, sonra isə qəhvəyi kölgəyə batırılmış tamponla tuşla. Gözlərin çox cazibədar olacaq!

DƏRİ 1 dəqiqə

Nəmləndirici kremi üzünün dərisinə sürt. Üzündə ləkələr və ya sızanaqlar varsa, onda onları gizlətmək üçün xüsusi kremdən istifadə et.

YANAQLAR 15 saniyə

???Yanaqlar üçün istifadə edəcəyin ənliyin rəngi göz kölgələri ilə uyğun gələ bilər???, - Esmeralda Əzizova deyir. Ənliyi yanaqlarına düzgün çəkmək üçün əvvəlcə gülümsə və hər yanağına ənliklə dairəvi çək. Bu, rəngin təbii görünməsinə kümək edəcək.

DODAQLAR 15 saniyə

Dodaq üçün çəhrayı parıltı çək. Pomadada olduğu kimi, parıltını da səliqə ilə
çəkmək lazımdır.

BƏDƏN 30 saniyə

Ətirli, parıltılı losyonu və ya geli qollarına, ayaqlarına və ayaqlarının altına sürt (açıq ayaqqabı geyindiyin halda). Bu, dərini təravətli etməyin ən asan yoludur. Heç kim sənin yanından biganə keçməyəcək.

SAÇ
5 dəqiqə


Saçını arxaya dara, ucları təpənin yuxarısında qalmaq şərti ilə onları sancaqla. Sonra isə xüsusi fendən istifadə edərək, saçların uclarını bur və saç spreyi vur. Saç düzümü etmək üçün saçın qısadır? Problem deyil! Onda saçını qıraqdan ayırıb, bəzəkli sancaqla sancaqlaya bilərsən.












Və vaxtını
boş yerə
sərf etmə...


Üzə Bir gündə çoxlu
prosedurlar ləkələr əmələ
gətirə bilər.
Isti diyircəklər Əlavə 20
dəqiqəni öldürmək istəyirsənsə, onda istifadə edə bilərsən.
Duru göz layneri Düzgün və tələsmədən çəkməyi
bacarırsansa, çək.
Süni kipriklər Düzgün
başa düşdün.
Dodaq layneri Dodaqlarının üz konturu varsa, onda layner
çəkməyə ehtiyac yoxdur.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:45 am    Mesaj mətni: Sitatla cavab ver

Maska olmaq üçün saç maskaları





Ulduz Sirri


Liv Taylerinki
kimi saçlara sahib olmaq istəyirsən?
ONDA
həftədə 1-2 dəfə bu maskanı et.
- Təmizlənmiş avokadonun yarısını çəngəllə əz (yüksək yağlılığa sahib olan bu meyvə müqayisəolunmaz nəmləndirmə qabiliyyətinə malikdir).
- 5 damcı lavanda yağı (xüsusi antiseptik xüsusiyyətə malik olduğu üçün saçları dərindən təmizləyir) və 3 xörək qaşığı badam yağını qarışdır. Yağ qarışığını avokadoya əlavə et.
- Alınmış məhlulu bərabər ölçüdə saçlarına sürt, 30 dəqiqə gözlə və şampunla yu.






1 Saçları həftədə 2-3 dəfə yuyursansa, onda üzərində ???mütəmadi istifadə??? (frequent use) yazılmış xüsusi şampunlardan istifadə et.

2 Nəm saçları daramaq olmaz. Onlar əvvəlcə qurumalıdır. Saçlar süngər kimidir, suyu özünə çəkir və ağırlaşır. Onları darayan kimi tökülməyə başlayır.

3 Saçı müntəzəm daramaq onların sağlamlığına yaxşı təsir göstərir. Uzun saçları gündə 2 dəfədən az olmamaq şərtilə daramaq lazımdır. Əvvəlcə onları qalındişli, sonra isə nazikdişli daraqla dara.

4 Saçları isti deyil, ilıq su ilə yumaq, bir az soyuq su ilə yaxalamaq lazımdır.

5 Saçların yumşaq və parlaq olmasını istəyirsənsə, onda qaynadılmış su ilə və ya 1 vedrə suya əlavə edilmiş 1 xörək qaşığı soda, yaxud borat turşusu ilə yu.

6 Qışda sıx baş geyimindən və saç düzümündən əlini üz. Saç soğanaqları qanla yaxşı təmin olunmadığına görə saçlar tökülməyə başlayır.

7 Saçların qalın və gözəl olması üçün tərkibində silisium (yulaf yarması, çörək) və kükürd (yumurta, süd, qarabaşaq, darı yarması) olan ərzaqlarla qidalan.

8 Saçları yuyarkən saçın dibini yaxşı-yaxşı ovuşdurmaq lazımdır. Bu, saçların tonusunu və qoruyucu funksiyalarını artırır, eləcə də saçların follikul vəzisini möhkəmləndirir.

9 İlk növbədə, saçların sağlamlığına sinir sisteminin vəziyyəti təsir göstərir. Dəliliyin nə qədər çox tutursa, başında bir o qədər tükün azalır və saçların zəifləyir. Stresin profilaktikası üçün gecə yatmamışdan əvvəl pişikotu məhlulu iç.

Çalış saç ayırımını tez-tez dəyiş və tellərini uzanmasının əks istiqamətində qurulama.




Quru və normal saçlar üçün maskalar
Çörək maskası
- Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.

Bal maskası
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.

Yumurta: 2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur.

Araq: saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.

Yoğurt/kefir/qatıq
Yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saça sürt. Sonra isə şampunla yu.





Yağlı saçlar üçün maska
Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu.

Saçları qalın və hamar edən maska
Eyni proporsiyada aşağıdakı komponentləri qarışdır:
- Bal
- Konyak
- Zeytun yağı
Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürt, başı polietilen papaqla və dəsmalla bağla. 1,5-2 saat gözlə.Daha sonra saçları şampunla yu. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxala. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.






Bütün saç növləri üçün maskalar
- Ortaölçülu qara turpu sürtkəcdən keçir. Şirəni süz və saçlarına sürt. Onları dəsmalla ört və 30-40 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska
- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdır.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə et. Hamısını yaxşıca qarışdır və lap az yuyulmuş saça sürt.
Maskanı 3-5 saat saxla, sonra isə şampunla yu. Sonda, saçlarını limon şirəsi ilə yaxala.

- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni proporsiyada) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə et.













Saçları parıltılı edən maska
Aşağıdakı komponentləri
qarışdır:
- 1 ədəd yumurtanın ağı
- 1 xörəkqaşığı çətənə yağı
- 1 xörəkqaşığı badam və ya yoyoba yağı
- 1 xörəkqaşığı bal
- 1 xörəkqaşığı alma sirkəsi
Bütün inqridiyentləri qarışdır. Tərkib duru alınarsa, onda yarım çayqaşığı nişasta əlavə et. Maskanı saçlara sürt və dara. 15 dəqiqədən sonra, maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözlə. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yu. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B.e. İyun 25, 2007 12:48 am    Mesaj mətni: Sitatla cavab ver

Makiyajsız qadın naxışsız paxlava kimidir


Makiyajda 2005-2006-cı ilin qış mövsümünün əsas istiqamətləri parıltılı və isti rənglərdir. Eyni zamanda, pomadanın ya xəfif, ya da dolğun rəngləri dəbdədir. Bu, ???qızıl orta???dan imtina edib, ifratçılığa üstünlük verməkdir. Bu məqalədə, əsasən, xanımlarımızın göz makiyajını necə etmələrindən söhbət açılır.

Qadın gözəlliyi
Gözəl qadın ??“ üz cizgiləri düzgün olan deyil, fantaziyası, özünəinamı və şarmı olan xanımlardır. O, fantaziyası vasitəsilə rəngləri seçir, şarm ona xüsusi cazibədarlıq verir, özünəinam isə ağıllı-konservativ olmağa yardımçı olur. O öz güclü tərəflərini bilir, həmçinin ağılı modanın onu istədiyi istiqamətdə aparmasına imkan vermir. Belə qadınlar məharətlə öz nöqsanlarını gizlədir və məziyyətlərini vurğulamağı bacarırlar.

Gözlər
Bu mövsüm parlaq və intensiv göz xətləri alqışlanır. Bununla bərabər, xətləri göz kölgələri ilə yaymaq arzuolunandır. Makiyajda xətlər yayılmış, qeyri-dəqiq və yumşaq olmalıdır.
Göz kölgələrində ağla-qaranın klassik uyğunluğu heç vaxt dəbdən çıxmır. Bu qış, eləcə də isti və soyuq rənglərdən (çəhrayı, bənövşəyi, çəhrayı-açıq qəhvəyi, şaftalı, tünd-qırmızı-bənövşəyi, tünd-şokolad) olan göz kölgələrinin qarışığı aktualdır.
Bir-birinə yaxın yerləşən gözlərə iç küncdən göz qapaqlarının yarısına kimi çox açıq rəng çalarları çəkmək lazımdır.
Dərin gözlərdə üstdəki göz qapaqlarına tünd rənglər çəkməkdən çəkinmək lazımdır.
Şişmiş gözlər üçün tünd mat çalarlardan istifadə olunmalıdır. Tonal krem şəffaf olmalı, dəriyə mat çalar verməli, onu bərabər və hamar etməlidir.Korrektəedici krem vasitəsilə gözaltı qaraltı, dərinin qüsurları ört-basdır edilməlidir.
Ənlik dəriyə mat çalar verir, parlaqlığı yaxşı vurğulayır, üzün ovalını korrektə edir. Qışda tünd-qırmızı, kürən-qəhvəyi, yayda və yazda isə portağal və ərik rənglərini xatırladan çalarlardan istifadə olunur.Gündəlik makiyaj sadə, yüngül rəng nüansları ilə olmalıdır. Axşam makiyajı isə daha dolğun və təzadlı edilməlidir. Əgər məndən soruşsalar ki, necə makiyajdan xoşum gəlmir, deyərəm: ???Yolka ağacına bənzəyən makiyajın və teatral qrimin qəti əleyhinəyəm. Əgər belə demək mümkündürsə;
Dəyişmək - HƏ!
Maskalanmaq - YOX!???. Məsləhətlər

1. Sarışın xanımların üzünü intensiv açıq-qırmızı rənglər, yaşılımtıl, qəhvəyi, boz çalarlı göz gölkələri, açıq-çəhrayı pomada daha cəlbedici edəcək.

2. Qarayanız qadınlar üçün tünd tonal kremlər daha uyğundur.
3. Kürən saçlı xanımlar açıq-qəhvəyi, qızılı kirşan, tünd-çəhrayı pomadadan istifadə etməli, ənliyin rəngi tonal kremin rənginə uyğun seçiməlidir.

Konservativsən? Eyni rəngi almacıq yanaqlara, dodaqlara və bir az göz qapaqlarına sürtmək lazımdır. Bu üzü canlandıracaq.



Ekstravaqant olmaq, cəmiyyətə meydan oxumaqdan qorxmursan?
Sənin seçimin küpə çiçəyi və ya yetişmiş albalı rəngində pomada olmalıdır.


Üzdə mininum bir, maksimum iki hissə vurğulanmalıdır: gözlər və dodaqlar.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Anel
Nəzarətçi
Nəzarətçi


Daxil ol: Oct 26, 2007
Mesajlar: 845
Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm
27553.8 Xal

MesajGöndərilib: C. Noy. 09, 2007 12:11 am    Mesaj mətni: Sitatla cavab ver

Məsləhətlərə görə çoxsağol, ən əsasıdaki saç maskalarına görə..Mersi.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Sindy
V.I.P
Fəal İstifadəçi


Daxil ol: Dec 24, 2006
Mesajlar: 631
Şəhər/ölkə: Baki
11062.7 Xal

MesajGöndərilib: C. Noy. 09, 2007 5:43 pm    Mesaj mətni: Sitatla cavab ver

tesekkurler....
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: B. Yan. 13, 2008 2:03 am    Mesaj mətni: Sitatla cavab ver

Anel yazıb:
Məsləhətlərə görə çoxsağol, ən əsasıdaki saç maskalarına görə..Mersi.

deymez
_________________
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
mahsum_
Fəal İstifadəçi
Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007
Mesajlar: 493
Şəhər/ölkə: baki
30516.3 Xal

MesajGöndərilib: Ş. Yan. 26, 2008 2:14 am    Mesaj mətni: Sitatla cavab ver

Sindy yazıb:
tesekkurler....

DEYMEZ OZUN SAG OL
_________________
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Yaverarc
Yeni Forumçu
Yeni Forumçu


Daxil ol: Jan 03, 2008
Mesajlar: 5
Şəhər/ölkə: İstanbul
127.9 Xal

MesajGöndərilib: B. Yan. 27, 2008 4:21 pm    Mesaj mətni: Sitatla cavab ver

cool
_________________
Y.A.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Xüsusi mesaj göndər
Mesajları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun əsas səhifəsi » Sağlamlıq - Səhiyyə - Tibb Bütün saatlar GMT + 5 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı mesajlara cavab verə bilməzsiniz.
Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz.
Bu forumdakı mesajlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.

Powered by www.Azeri.net

Chat - Sevgi - Məhəbbət - MP3 - Azerbaijan - Azerbaycan - Azərbaycan - Азербайджан