 |
| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
Mesaj |
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:52 pm Mesaj mətni: Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir |
|
|
Üç gün xəstəxanada yatan sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib
Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir. Üç gün xəstəxanada yatan görkəmli sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib.
M.Babayev 1913-cü il iyulun 16-da Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunun memarlıq fakultəsini, sonra isə Musiqi Akademiyasını bitirib. Uzun illər memar işləyən dahi sənətkar Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu və başqa bəstəkarlarla yaradıcılıq əməkdaşlığı edib. M.Babayev heyranlarının xatirində bir çox filmlərdə epizodik rolların, gözəl mahnıların məşhur ifaçısı, Azərbaycan estradasının əsasını qoyanlardan biri kimi qalıb. 20-dən artıq filmdə obraz yaradıb. "Dərviş Parisi partladır", "26-lar", 'Sevil', 'Yenilməz batalyon ' və onlarla digər filmlərdə aktyor yadda qalan, gozəl obrazlara ekran həyatı verib./ANSPRESS/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:52 pm Mesaj mətni: «KAMAZ» satış üçün nəzərdə tutulmuş 6 maşını əzib |
|
|
Əzilmiş maşınların sahiblərinə təxminən 100 000 manat ziyan dəyib
Binəqədi rayonu ərazisində «KAMAZ» markalı yük maşını Ziya Bünyadov küçəsi 1A saylı binanın qarşısında satış üçün nəzərdə tutulmuş 6 avtomaşını əzib. Məlumatı ANSPRESS-ə hadisə yerində avtomobil satışı ilə məşğul olan Cavid Əhədov verib. Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Satıcılar işə gələndə maşınların artıq əzildiyinin şahidi olub. Cavid Əhədov bildirib ki, əzilən maşınlardan 5-i Avropa istehsalıdır və təzədir. Digər maşın isə işlənmiş VAZ-2108-dir. Bundan başqa, qəza törədən «KAMAZ» avtomobil satışı və təmiri ilə məşğul olan «Böyük həyat» şirkətinin binasına da ziyan vurub. Şirkət rəhbərliyinin hesablamalarına görə, əzilmiş maşınların dəyəri 100 000 manata yaxındır. Binaya isə təxminən 30 min manat ziyan dəyib.
Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin növbətçi hissəsindən ANSPRESS-ə bildiriblər ki, onlarda hələlik bu barədə məlumat yoxdur. /ANSPRESS/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:53 pm Mesaj mətni: Azərreyl voleybol klubu beynəlxalq turnirin qalibi olub |
|
|
Bakılılar bu titulu Qubada qazanıblar
Qadınlardan ibarət Azərreyl voleybol klubu Qış-2008 beynəlxalq turnirin qalibi olub. Yarışların startı Bakıda verilsə də, sonradan təşkilatçılar turniri Qubada davam etdirmək qərarına gəliblər. Yarışların finalında Azərbaycanın Azərreyl klubu dünyanın ən səviyyəli klublarından biri Uraloçka ilə qarşılaşıb. Rəqibini 3 torda məğlub etmiş Azərreyl Qış-2008 turnirinin qalibi adını qazanıb. Fəxri kürsünün 3-cü pilləsini isə Rabitəçi klubu qalxıb. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:54 pm Mesaj mətni: 18 yaşlı gənc özünü asıb |
|
|
Cəlilabad rayonunun Sabirabad kəndində intihar edən Asif Mətləb oğlu Əliyevin ruhi xəstə olduğu bildirilir
Cəlilabad rayonunun Sabirabad kəndində intihar hadisəsi baş verib. 18 yaşlı kənd sakini Əliyev Asif Mətləb oğlu özünü həyətlərindəki mal tövləsində kəndirlə asıb. Kənd sakinlərinin sözlərinə görə, Asif Əliyev ruhi xəstədir və onun xəstəliyini vaxtilə tibbi komissiya da təsdiqləyib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Hadisə ilə əlaqədar Cəlilabad rayon prokurorluğunun əməkdaşları Sabirabad kəndində olublar və mərhumun cəsədi məhkəmə-tibb ekspretizasından keçirilməsi üçün rayon mərkəzinə aparılıb. Mərkəzdən ANSPRESS-in bölgə müxbirinə verilən məlumata görə, xəstənin daxili və xarici müayinəsindən sonra intiharın səbəbləri daha dəqiq müəyyənləşdiriləcək. Faktla bağlı rayon prokurorluğundə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Asif Əliyev anası, iki qardaşı və bir bacısı ilə eyni evdə yaşayırmış. O, özünü gecədən assa da, ailə üzvləri bu barədə yalnız səhər tezdən xəbər tutublar. /ANSPRESS/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:55 pm Mesaj mətni: Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək |
|
|
Paytaxtda hava yağmursuz zəif buludlu olacaq, temperatur 2-5 dərəcəyə qədər yüksələcək
Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək. Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata görə, sabahdan paytaxtda hava yağmursuz, zəif buludlu olacaq. Temperatur 2-5 dərəcəyə qədər yüksələcək. Bu gün isə paytaxtda temperatur 0 -2 dərəcə arasında dəyişəcək.
Bu gecə isə paytaxtda 3-4 dərəcə şaxta gözlənilir. Cənub rayonlarında isə zəif qar müşahidə ediləcək, temperatur -3 -7 dərəcə olacaq. Dağlıq rayonlarda isə 14 -17 dərəcə şaxta olacaq. /ANSPRESS/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:55 pm Mesaj mətni: Teymur Rəcəbov dünya şöhrətli Vişvanatan Anandı məğlub edib |
|
|
Dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub
Şahmatçımız Teymur Rəcəbov Hollandiyada təşkil olunmuş Korus superturnirinin ilk turunda hindistanlı, dünya şöhrətli Vişvanatan Anandı məğlub edib. Hazırkı dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub. Təəssüf ki, turnirdə ölkəmizi təmsil edən digər şahmatçı Şəhriyar Məmmədyarov yarışa məğlubiyyətlə başlayıb. O, norveçli Maqnus Karlsenə uduzub.
Qeyd edək ki, bu gün Teymur Rəcəbov Vladimir Kramniklə, Səhriyar Məmmədyarov isə Vişvanatan Anandla qarşılaşacaq./ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:56 pm Mesaj mətni: Güləşçimizin bürünc medalı gümüşlə əvəzlənib |
|
|
Səbəb Qara Dəniz Oyunlarının qızıl medalını qazanmış rusiyalı güləşçinin qanında dopinq tapılmasıdır
Birinci Qara Dəniz Oyunlarının bürünc mükafatını qazanmış güləşçimiz Orxan Paşayevin medalı gümüşlə əvəzlənib. Buna səbəb Rusiya güləşçisinin qanında dopinq tapılmasıdır. Belə ki, dopinq test 54 kq çəki dərəcəsində oyunların qızıl medalını qazanmış rusiyalı Yunan-roma güləşçisi Alan Zakayevin qanında qəbulu qadağan olunmuş preparat tapıb. Nəticədə Zakayev 2 il müddətinə yarışlardan kənarlaşdırılıb, qızıl medalı isə əlindən alınaraq ikinci olmuş güləşçiyə verilib. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:57 pm Mesaj mətni: Həftə ərzində İran istehsalı olan qaz sobalarından 50 insan zəhərlənib |
|
|
Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb
Bir həftə ərzində İran istehsalı olan qaz sobalarından 50-yə yaxın insan zəhərlənib. Xətai rayon 2 saylı Əfəndiyev adına xəstəxananın toksikologiya söbəsinin mudiri Azər Maqsudovun sözlərinə gorə, hazırda xəstəxanaya təkcə Bakı şəhər sakinləri deyil, regionlardan gələn xəstələr də muraciət ediblər: «Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb. Gündəlik 5-10 nəfər müraciət edir. Demək olar ki, müraciət edənlərin yarısı orta ve ağır vəziyyətdədir».
Faktla əlaqədar İqtisadi İnkisaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə dövlət xidmətinin rəisi Xaliq Məmmədov rəsmi olaraq bildirib ki, artıq bir necə gündür ki, İran istehsalı olan qaz sobalarinin keyfiyyəti ilə bağli hüquq-mühafizə orqanlarından müraciətlər daxil olub. Onların keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlər aparılır. Xidmət rəisi kecirilən monitorinqlərin nəticəsində həmin sobaların texniki keyfiyyətində problem aşkarlandığını da bildirib: «Paytaxda apardığımız müşahidələr nəticəsində isə aydın olub ki, artıq bir necə gündür mağazalarda bu cür sobaların satışı dayandırılıb».
Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayon General Şıxlinski küçəsi 44 saylı binanın qarşısında yearləşən kafedə də iki nəfər şəxsin dəm qazından zəhərləndiyi qeydə alınıb, 1 nəfər ölüb, digəri isə şok vəziyyətində 2 saylı Əfəndiyev adına xəstəxanaya çatdırılıb. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 1:58 pm Mesaj mətni: Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər |
|
|
Samir Şərifov: "Büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması nəzərdə tutulmayıb"
Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər. 2008-ci ilin dövlət büdcəsində bununla bağlı vəsait nəzərdə tutulmayıb.
Maliyyə naziri Samir Şərifov büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması yollarının hələ də hökumətdə araşdırıldığını deyib: «Hələ bununla bağlı müzakirələr aparılr».
Ekspert Vahid Əhmədov isə bu qənaətdədir ki, əmanətləri qaytarmaq üçün Azərbaycanın imkanı artıq əmanətləri qaytarmağa başlayan Ukraynadan qat-qat çoxdur: «Sadəcə hökumət inflyasiya riskindən çəkindiyndən ildən-ilə bu məsələni təxirə salınır. Bunu qiymətli kağızlar şəklində verə bilərik və ya insanların bu vəsait hesabına kommunal borcları da ödənilə bilər».
Artıq Milli Məclisin spikeri Oqtay Əsədovun təklifi ilə məsələ ilə bağlı xüsusi işçi qrup yaradılıb. Vahid Əhəmədov yaxın günlərdə işçi qrpun üzvlərinin hökumət nümayəndələri ilə danışıqlara başlayacağını və əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsinin hazırlanacağını bildirib. Onun sözlərinə görə, qanun layihəsi 2008-ci ilin sonuna qədər Milli Məclisdə qəbul olunacaq.
Xatırladaq ki, sovet banklarında pulları qalan azərbaycanlı əmanətçilərin sayı 1 milyon 986 min 104 nəfərdir. Sovet banklarında qalan azərbaycanlılara məxsus əmanətlərin həcmi isə 48 milyard rubldur. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 2:00 pm Mesaj mətni: Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb |
|
|
Füzuli Ələkbərov: "Elə etmək lazımdır ki, sahibkarlar xaricilərə yox, yerli işçilərə maraq göstərsinlər"
Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
O deyib ki, 2008-ci ildə xarici miqrantların sayı 1800 nəfər olub. Onun sözlərinə görə, indiyədək xariciləri işə götürmək üçün razılığa görə sahibkarlar 44 manat ödəyirdilər. Bu isə sahibkarlara imkan verirdi ki, xaricdən ucuz işçi qüvvəsi cəlb etsinlər. İndi icazənin qiymətinin artırılması barədə təkliflər hazırlanır. Nazirlikdə deyirlər ki, bu, o qədər yüksək olmalıdır ki, sahibkarlar xaricilərə deyil, yerli işçilərə maraq göstərsinlər. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
Farik-90 Qızışan Üzv


Daxil ol: Dec 21, 2007 Mesajlar: 255 Şəhər/ölkə: baki 10573.4 Xal
|
Göndərilib: B.e. Yan. 14, 2008 2:01 pm Mesaj mətni: İradə İbrahimova ATV-nin "qara" siyahısına düşüb |
|
|
Buna səbəb, müğənninin çəkiliş üstündə müəllimi Əmrahla mübahisə etməsi və oranı tərk etməsi olub
İradə İbrahimovanın müəllimi Teymur Əmrahla sözləri çəp gəlib. Hazırda müğənnilər arasında soyuq müharibə gedir. Hadisə ATV kanalında yayımlanan "106 Hause" verilişinin çəkilişlərində baş verib. "İstiot"-un xəbərinə görə, çəkilişə vaxtında gələn İradə üç saatdan artıq növbəsini gözləməli olub. Onun yerinə Teymur Əmrah çıxış etmək istəyəndə müğənnilər arasında fikir ayrılığı yaranıb. İradə tələsdiyindən, çıxış etmədən çəkiliş meydanını tərk edib. Bu addımıyla Teymur Əmrahla münasibətlərini pozmaqla yanaşı, İradə ATV-nin qara siyahısına düşüb. Müğənninin mahnılarının 106 FM və 106.3 radiostansiyalarında yayımı dayandırılıb. Klipləri efirə verilməyən İradə ATV-nin proqramlarına da dəvət olunmur./ANS PRESS/ |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: C.a. Yan. 17, 2008 1:49 am Mesaj mətni: Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib |
|
|
Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib
2009-cu il oktyabrın 2-də isə Kopenhagendə olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq
Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə olimpiya oyunlarının keçirilməsinə namizəd olan şəhərlərin adlarını açıqlayıb. Bakı (Azərbaycan), Dakka (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-do-Janeyro (Brazilya), Çikaqo (Amerika), və Tokio (Yaponiya) 7 namizəd şəhərlər sırasına daxil edilib.
Bundan sonrakı mərhələdə isə Beynəlxalq Olimpiya Komitəsi bu şəhərlərdə olimpiya oyunlarının keçirlməsi ilə bağlı imkanları araşdıracaq. Apraşdırmaların yekunu olaraq bu ilin iyununda beş finalist şəhər təsdiqlənəcək. 2009-cu il oktyabrın 2-də isə Kopenhagendə 2016-cı il qış olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.
Xatırladaq ki, Moskva istisna olunmaqla (1980-ci il) hələlik keçmiş sovetlərin, o cümlədən Şərqi Avropa, Yaxın Şərq və Cənubi Amerikanın heç bir şəhərində olimpiya oyunları keçirilməyib./ANS PRESS/ |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: C.a. Yan. 17, 2008 2:21 am Mesaj mətni: Google insanların beyin fəaliyyətini zəiflədir |
|
|
Google insanların beyin fəaliyyətini zəiflədir
Yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər”
İngiltərənin “Brighton” universitetinin akademiki Tara Brabazon, quql (Google) axtarış sisteminin insan beyninə mənfi təsir göstərdiyini iddia edib. Brabazonun apardığı araşdırmalar nəticəsində məlum olub ki, yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər.
Bu zaman onlar məlumatın hardan gəldiyinji bilmədən və üzərində düşünmədən istifadə edirlər. Bu isə öz növbəsində onların beyin fəaliyyətlərinin və düşüncə qabiliyyətlərinin zəifləməsi ilə nəticələnir. Mətbuat mütəxəssisi olan Brabazon bu sahədə apardığı araşdırmaların nəticələri ilə bütün tələbələri, müəllimləri, akademikləri tanış edəcəyini və onlara quqldan istifadə etməmək üçün xəbərdarlıq edəcəyini bildirib.
Qeyd edək ki, Brabzon hələ bir neçə il bundan əvvəl öz tələbələrinə quql və vikipediyadan istifadə etməyi qadağan edib. /ANS PRESS/ |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: C.a. Yan. 17, 2008 2:26 am Mesaj mətni: Britni Spirs müsəlman olmağa qərar verib |
|
|
Britni Spirs müsəlman olmağa qərar verib
Müğənninin ərəb əsilli paparatsi sevgilisinin istəyi ilə dinini dəyişəcəyi bildirilir
Amerikalı Pop müğənni Britni Spirs müsəlman olmağa qərar verib. Müğənninin yarıçılpaq şəkillərini çəkmək üçün çalışan ərəb əsilli paparatsi Adnan onu müsəlman etməyə çalışır.
İki uşağını görmə haqqını pis vərdişləri üzündən itirən və hazırda uşaqları keçmiş əri ilə qalan Britninin Adnan Galib Bragged ile evlənəcəyi və Adnanın istəyi ilə müsəlman olacağı iddia edilir. 26 yaşlı Britni dostlarına 35 yaşlı Adnanı çox sevdiyini və onun üçün dinini dəyişəcəyini söyləyib. Müğənni ilə il yarım birlikdə olan Adnanın isə sadəcə pula görə onunla yaşadığı söylənilir. Adnan iki il əvvəl yaxın çevrəsinə bir Hollivud ulduzunun qəlbini çalmağı planlaşdırdığını və gələcəyini quracağını söylədiyi deyilir. /ANS PRESS/ |
|
| Əvvələ qayıt |
|
isi-85 Yeni Forumçu


Daxil ol: Dec 18, 2007 Mesajlar: 128 Şəhər/ölkə: BAKI / AZERBAYCAN 4722.3 Xal
|
Göndərilib: C.a. Yan. 17, 2008 2:33 am Mesaj mətni: Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib |
|
|
Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib
Hacı Allahşükür Paşazadənin sözlərinə görə, bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseynin qətlə yetirildiyi tarixin qeyd olunması ilə əlaqədar bu gün Göy Məsciddə toplantı keçirilib. Məscidlərin axundlarının toplaşdığı mərasimdə Kərbəla faciəsinin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva çatdırılıb. Bu il Aşuranın yanvarın 19-a, 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin anıldığı günlərə təsadüf etdiyindən, bu günlərdə Kərbəla şəhidləri ilə yanaşı, 20 yanvar faciəsi və Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Təzə Pir, Göy Məscid, Bibiheybət də daxil olmaqla, bir çox məscidlərdə qan vermə aksiyası keçiriləcək. Şeyx bu kampaniyanın bütün rayonlarda yerli icra strukturları ilə birgə təşkil olunmasını tövsiyyə edib. Qazilər Şurasının fitvasında təziyyə günləri dindarlara Aşura mərasimlərinin yalnız məscidlərdə, ibadət ocaqlarında keçirilməsi, matəmin mahiyyətini dərk etməyən azyaşlıların burada iştirakının məqbul sayılmadığı, qan çıxarmaqla özlərinə xəsarət yetirməmək tövsiyyə olunur. /ANS TV/ |
|
| Əvvələ qayıt |
|
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
|